logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 yanvar 2018

avatar

Adnan Oktar

Allahın elmi və ağlı çox yüksəkdir. İnsan hər şeyi dərk edə bilmir. Ən kiçik yaddaş itkisində insan tam fərqli şeylə qarşılaşa bilər və ya hadisənin əslini başa düşməyə bilər. Məsələn, insan yuxuda cürbəcür aləmlərə daxil olur. Yuxuda çox təfərrüatlı və aydın bir hadisə yaşayır. Oyandığı zaman; "bunu unutmayım" deyərkən yavaş-yavaş bütün yuxu yaddaşından silinir. Ondan sonra nə qədər çalışsa o yuxu yadına düşmür. Yaddaş itkisi bu cür şeydir. Yaxud bəzən yuxu çox aydın olur, yuxudan oyandığını düşünür, sonra baxır o da yuxudur. Hələ yatağında yatdığını anlayır.
A9 TV; 1 yanvar 2018
977
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah mehdiyyəti yavaş-yavaş hamımızın ruhuna, beyninə həkk edir və onu sevdirir. Allah həmişə əlamətlərlə bizə bilgi verir. Sitatlar
Allaha olan sevgi əsas olan sevgidir. Allah ilə həmişə səmimi əlaqə olması vacibdir. Allahı (haşa) unutmaq çox dəhşətli və çox utanc vericidir. Allaha şübhə ilə yanaşmaq da çox çirkin və çox utanc vericidir. İnsan Allah ilə yaxın əlaqədə olduğu zaman, Allah hiss etdirmədən yavaş-yavaş bəndəsinin yolunu açar. Lakin Allah unudulduğu zaman bunun qarşılığını da, Allah hiss etdirmədən yavaş-yavaş yaradar. Dərhal qarşılıq olmaz, hamısı yavaş və məqbul artımla olar. Allah qətiyyətlə sevilər. Allah da qulunu qətiyyətlə dəstəkləyər, lakin bu gözlə görünən möcüzə tərzində çox açıq şəkildə baş verər. Sitatlar
Cənnətdəki ən gözəl nemət Allahın təcəllisi və Allahın təcəllisi olan insan sevgisidir. Cənnətdə hər şey var, gözəl yeməklər, gözəl geyimlər, gözəl qoxular, lakin ən gözəl nemətlərdən biri mütləq insan sevgisidir. Allah təcəlli edərkən də insan formasında təcəlli edir cənnətdə. Allah cənnətdəki insanların hamısından gözəl olaraq təcəlli edəcək, heç kəsdə olmayan gözəllik və o gözəlliyə sahib olmaq olmur. Sitatlar
Dini yaşayan insan istiqrarlı olar, ağlı açılar, bərəkəti artar, həyatı gözəlləşər. Sağlamlıq qazanar, cəsur olar, səbirli olar, mühakimə qabiliyyəti inkişaf edər. Sevginin həqiqi ölçüsünü görər, səthi sevgidən həqiqi sevgiyə keçər insan. Cənnət nemətləri yavaş-yavaş insana verilməyə başlayar. İnsanın sağı, solu, önü, arxası hər yeri xeyir olar. Ruhunda, həyatında bərəkət yaranar. Allah insanı Müqəddəs Ruhla dəstəkləyər. Təbii ki, Allah bu nemətləri insanda hiss edilməyəcək şəkildə yavaş-yavaş artırar. Mömin olmaq dünyanın ən böyük nemətidir. Sitatlar
Dünyada insanlar hal-hazırda azad deyildirlər. Öz özlərinə yaratdıqları ağır təzyiqlər altında yaşayırlar. Hər ölkə, hər bölgə özünə görə təzyiq sistemləri yaratmışdır. Gənclərin, qadınların üzərinə ağlasığmaz təzyiq tətbiq olunur. Sitatlar
Dünyadakı həyat yuxudur. Həqiqi həyat ölümdür. Ölüm, çox aydın, kəskin canlanmadır. Ölümlə birlikdə mömin o andan etibarən çox rahat olar, ən kiçik ağrı, narahatçılıq, qorxu hiss etməz. İnsan çox fövqəladə hadisələr görəcək, lakin mömin heç birindən həyəcanlanmayacaq. Heyrət ediləcək şəkildə hüzurlu olacaq. Məhz bu, Allahın verdiyi hüzur sayəsindədir. Heyrətamiz dərəcədə sakitlik olar. Möminin sorğusu da çox sürətlidir, gözəllik olaraq yaradılmış hadisədir. Sitatlar
Əgər qarşındakı insan dərin, keyfiyyətli, sevgidən anlayan biri deyilsə, sevgini də öyrənmək istəmirsə, o insana alışmağa çalışmaq lazımsız olar. Sitatlar
Ehtiras və ehtirası alma gücü möminlər üçün yaradılmış xüsusi nemətdir. Cənnət gözəlliyidir ehtiras. Ehtirasdan anlamayan insana sevgi bəslənilməz. O insan sevilməyə layiq deyildir. Sitatlar
Hara baxsaq böyük mükəmməllik görürük. Allah, mövcudluğunu çox dəqiq, aydın və sarsıdıcı aydınlıqda göstərir. Bütün təsvir Allaha məxsusdur. Sevgini O yaradır. Gözəlliyi, dostluğu, gözəl iydən, gözəl yeməkdən zövq almağımızı O yaradır. Xoşbəxtlik verən hər şeyi bizə verən Allahdır. Hər şeyin sahibi olanla, haşa, heç ünsiyyətdə olmamaq çox böyük nankorluq olar. Sitatlar
Hədislərə görə cənnətdə böyük bazarlar olacaq, insanlar gedib istədiklərini alacaqlar, pula ehtiyac olmayacaq. Bazarlarda gözəl insan portretləri olacaq. İnsanlar bəyəndiyi gözəl insan portretlərinə baxarkən o, şəkildəki insan olacaqlar. Bir qadın baxaraq; "nə gözəl qadın rəsmidir" deyəcək, sonra güzgüyə baxıb görəcək ki, o bəyəndiyi qadın olub. Sitatlar
Mehdiyyət Allahın insanların qəlbini açması və qəlblərinə mehdiyyəti, müsəlmanların birlik olmasının lazım olduğunu vəhy etməsi ilə formalaşır. İnsanların çoxu bilmədən, yavaş-yavaş Allah mehdiyyəti hər yerə hakim edir. İnsanlar dostluqdan, qardaşlıqdan, ədalətdən, sevgidən, sülhdən danışır və bu gözəllikləri istəyirlər. Sitatlar
Münafiqin imzası, küfr əhlinə qarşı ən təsirli işi görən müsəlmanları hədəf seçməsidir. Buna görə də, doğru yolda olan hər mömin camaatının mütləq münafiqi vardır. Münafiq küfr əhli ilə müttəfiq olduğu üçün heç vaxt onları hədəf seçməz. Münafiqin dərdi FETÖ ilə, PKK ilə, İslamı yer üzündən silməyə əzm edənlərlə mübarizə aparan müsəlmanları zərərsizləşdirib, tərəfdarlıq etdiyi bu dostlarını qorumaqdır. Münafiq İslama mane olmağa çalışdıqca İslam yavaş-yavaş yayılar. Münafiqin cəhənnəminin dərinliyi möminin Cənnətinin yüksəkliyini təmin edər. Sitatlar
Münafiq, o axmaq halı ilə müsəlmanlara təsir etməyə çalışarkən bilmədən Quranı və İslamı istifadə edər. Münafiq, Qurana qarşı Quranı istifadə edən məxluqdur. "Siz İslama, Qurana gecə gündüz vaxt ayırırsınız, amma insanın tətilə ehtiyacı olur. Gedin 3 ay tətil edin" deyir. O vaxt İraqda, Suriyada onlarla müsəlmanın şəhid edilməsi münafiqi heç vaxt maraqlandırmaz. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur