Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır.
İxtilaf savaşmaq deməkdir, mübahisə etmək və bölünmək. Yəni ixtilaf; ortaq qərara gələ bilməmək, ortaq dinin olmaması, səmimi, doğru həyat tərzinin yaşana bilməməsi, Allahın hökmünün qulaqardına vurulması deməkdir. İxtilafı şeytan istəyər, müsəlmanda ixtilaf olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
PKK açıq şəkildə dövlət içində dövlətdir. Əsl paralel dövlət PKK-dır. Orada yaranmış, məhkəmələrini yaratmış, dövlətə çevrilmişdirlər. Parlamentimizi yaradacağıq, ordumuz da var deyirlər. Konstitusiyaları var.
(A9 TV; 3 iyun 2015)
Adnan Oktar
-
“Emri bil maruf nehyi anil münker”, bu müsəlmanın yerinə yetirməli olduğu bir vəzifədir. Müsəlman müsəlmanı tənqid edər. Gözəl cəhətlərini təqdir edər. Çatışmayan cəhətlərini xatırladar.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan özünü müstağni görəndə yolunu azar. Müstağni görməməlidir. Həmişə özünü tənqid etməlidir. Açıq şəkildə tənqid etməlidir. Tənqid edənlərə də təşəkkür etməlidir. Onlara Allah razı olsun deməlidir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah: "Allaha itaət etsəniz xoşbəxt olarsınız" deyir. Ayənin şərhi nədir? Əgər Allaha itaət etməsəniz xoşbəxt olmazsınız. Necə xoşbəxt olmazsan? Əzab çəkərsən, qorxu içində yaşayarsan, narahat olarsan, vəsvəsəyə qapılarsan. Əzablar içində qıvrılarsan. Həyat sənin üçün cəhənnəmə çevrilər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan çoxalmaq üçün evlənirsə heyvan kimi olar. Məktəbə mənfəəti üçün gedirsə eqoist, adi bir insan olar. Amma hər yerdə Allah üçün yaşasa çox ülvi, çox böyük bir məqsədi olar. Onda Allah zehin açıqlığı verər, bərəkət verər, asanlıq verər, gözəllik verər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
İsrail nəslinə yersiz və ağılsız şəkildə nifrət edirlər. Halbuki bu bəla gətirər, uğursuzluq gətirər. Sən Quranın əlaqədar ayələrinə hücum etmiş olursan. Ağlını başına yığ. İsrail oğullarının hamısı müqəddəs deyil; amma sən təmiz və günahsız, mömin, müttəqi olanları da qarşına almış olursan. Peyğəmbər nəslini qarşına almış olursan. Onda Allah bəla verər, ağlını başına yığ.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər, istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Xristianlar; "Allah Özünə övlad götürdü!" deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: "Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər" deyir. Belə olduqda xristian da müsəlman olar.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlinə məhv edər. Bunda da gizlənmiş bir sevgi var.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.