logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 avqust 2017

avatar

Adnan Oktar

Allahın verdiyi nemətlərlə həyatda olub yaşadığı halda Allahı sevməmək, Allahı xatırlamamaq, Allahdan uzaq dayanmaq çox böyük nankorluqdur.
A9 TV; 23 avqust 2017
1919
avatar

Adnan Oktar

Diqqət itiliyi ani bir vəziyyətə qarşı hazır olmağı təmin edər və təvəkkülün bir parçasıdır. Narahat olmaqda isə təvəkkül yoxdur.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Prezident Türkiyə Respublikasının rəhbəridir, dövlətin rəhbərinə hörmət göstərmək ən təbii və olması lazım olan hörmət əlamətidir.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Həyatdakı ən mühüm prioritetimiz Allahın rizasının ən çoxunu qazanmaqdır. Bəzi insanlar hərdənbir Allaha güvənər, ona görə də çox əzab çəkər. Allaha hər zaman, hər vəziyyətdə tam güvənmək lazımdır. Allahın hər etdiyinin xeyir olduğunu bilmək lazımdır.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Məktəblərdə təkcə sünnilik deyil, şiəlik, ələvilik, bəktaşilik və digər bütün inancların öyrədilməsi, iman həqiqətlərinin izah edilməsi lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam Quranın bütünüdür və asandır. Allah dini asan etdiyini bildirmişdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanlığın doğru yaşandığı yerdə keyfiyyət, incəsənət, gözəllik, fərəh, sevinc vardır. Ənənəçi sistemdə isə keyfiyyətsizlik hakimdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanları nəzakətsiz və keyfiyyətsiz edib, əzib yox etmək istəyirdilər. Quran müsəlmanlığının “həyat dolu” olduğunu dünyaya göstərdik.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Din dərsinin ən mühüm mövzusu Allahın mövcudluğunun dəlillərinin izah edilməsi və bütpərəst darvinist anlayışının əsassızlığının öyrədilməsidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bütün peyğəmbərlər həyatı boyu vicdanla hərəkət ediblər, bir an belə vicdanla hərəkət etməkdən imtina etməyiblər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Nəfs vicdanı təzyiq altına alar, vicdanın et dediyinə "məntiqi irəli sürərək" mane olmaq istəyər. Vicdanla hərəkət etməkdən heç vaxt ayrılmamaq lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Hər insan dünyada bədənində həbs olunmuş vəziyyətdədir. İmtahan bitdikdə bu bədəndə həbs bitər və cənnətə layiqdirsə oradakı əsas həyat başlayar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Cəhənnəmin mövcudluğu insanların daha tutarlı, tarazlı və ağıllı olmasını təmin edər. Müsəlman cəhənnəmin mövcudluğunu düşünərək ağıllı olar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bir tərəfdən ənənəçi İslam anlayışı, digər tərəfdən darvinizmlə insanların incəsənət üfüqünü, mühakiməsini, düşüncə gücünü sındırdılar. İnsanların ruhlarında böyük boşluq yarandı. Bu boşluğu seriallar, lazımsız internet söhbətləri kimi boşluqlarla doldurmağa çalışırlar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Xeyriyyəçilərin ildə bir dəfə deyil, hərdən ehtiyac içində olanlara ət paylamasında böyük xeyir olar. Zülal ehtiyacı əhəmiyyətlidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Möminin axirətdəki sorğu-sualı çox asan və sürətlidir. Kafirlərin sorğu-sualı isə çətin və uzundur, hər şeyin haqq-hesabını tək-tək verəcəklər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Quran İslamı yaşanmadığı zaman hər yerdən çöküş başlayar. İncəsənətin, elmin çökməsi bu həqiqətin konkret sübutudur. Ənənəçi İslam anlayışının səbəb olduğu keyfiyyətsizlik oturmaq, ayağa qalxmaq, danışmaq, hər şeydə acınacaqlı şəkildə ortaya çıxır. Bu model həyat gətirməz. Həyat Quran İslamı ilə canlanar. Dünyaya hakim olacaq şey Quran müsəlmanlığıdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İnsanlar dünyanın sahibini unudub dünyanı düzəltməyə çalışdıqları üçün çözüm olmur. Dünyanın sahibi Allahdır. Dünyanın sahibinə üz tutub düzəltməyi tələb etmək lazımdır. “Ey Rəbb, dünyanın sahibi Sənsən, bizə xeyir nəsib et” demək lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam əxlaqı hakim olanda sadəcə xoşniyyət, sülh, mehribanlıq və dostluq dünyaya hakim olacaq.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Doğru yol vicdana tabe olmaqdır, vicdana tabe olan ağıllı olar. Romantizmə və "məntiqə" tabe olan isə ağıldan tamamilə uzaqlaşar.
A9 TV; 6 sentyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın mövcudluğunun açıq-aydın dəlillərini gördükləri halda, insanları kortəbii təsadüflərin məhsulu olduqlarına inandırmağa çalışmaq çox böyük günahdır. Sitatlar
Dünyada bu qədər əzab olduğu, Dəccal insanları məhv etdiyi halda, mənim öz rahatlığımı düşünməyim düzgün olmaz. Hər dəqiqəmi Allah üçün keçirirəm. Sitatlar
Hökumətimiz yaşlılara göstərilən qulluğu daha da yaxşılaşdıra bilər, lakin gənclər könüllü surətdə vəqf və dərnəklər vasitəsilə yaşlılara dəstək verə bilərlər. Gücü çatdığı halda yaşlı bir insanı qocalar evinə qoymaq düzgün olmaz. Yaşlıların tanıdıqları ilə, sevdikləri ilə birlikdə yaşaması gözəl olar. Sitatlar
Münafiq küfr əhlinin yanına getdiyi zaman nemətə qovuşacağını zənn edər, halbuki Allahın verdiyi bütün imkanlar onun bəlasının artması üçündür. (Tövbə surəsi, 55: Bu halda onların malları və övladlarına qibtə etmə; Allah bunlarla təkcə onlara dünya həyatında əzab vermək və canlarının inkar içində olarkən çətinliklə çıxmasını istəyər). Sitatlar
Quran əxlaqı yaşandığı halda necə bir şəfqət, keyfiyyət, gözəllik olacağını həyatımızla göstərib İslamı daxilən çökdürmə oyununu pozduq. Sitatlar
Şeytanın əsas xüsusiyyəti təkəbbür və inadkarlıqdır. Öz eqoistliyini hər şeydən əhəmiyyətli hesab edər. Küfr əhlində də eyni təkəbbür var. Küfr əhli cəhənnəmə getdiyi halda peşmançılıq çəkməz, eqoistliyini qorumağı əsas məsələ kimi görər. Bu əxlaqsızlığın ən irəliləmiş halı münafiqdə görünər. Sitatlar
Küçə sənətçiləri küçələrin bəzəyidir. Onları təşviq etmək lazım olduğu halda, sənətləriylə məşğul olmalarına mane olmaq çox böyük ayıb olar. Sitatlar
Sevgi ilə həll etmək olduğu halda, məsələləri zorakılıqla həll etməyə cəhd edən olsa, bu daha çox zorakılıq yaşanmasından başqa şeyə yaramaz. Sitatlar
Eqoistlik cəmiyyəti cəmiyyət olmaqdan çıxardar. Cəmiyyət vücud olduğu halda, tək-tək hüceyrələrə bölünər və ölər. Eqoistlik cəmiyyəti öldürər. Sitatlar
İslam kütləvi halda yaşanan dindir, müsəlmanlar müsəlmanlarla birlikdə yaşamaqdan zövq alar. Münafiq isə hiyləgərlik və dinsizlik axtarışındadır. Sitatlar
Türkiyədəki imkanları qiymətləndirərkən ölümdən qaçmış məzlum Suriyalılara edilən köməyi gündəmə gətirmək vicdanlı üslub olmaz. Suriyalılara edilən köməyi vicdan sahibi bütün insanların sevinc vəsiləsi olaraq görməsi lazımdır. Əks halda mərhəmət duyğusuna yaraşmaz. Sitatlar
Axırzaman Tövratda, İncildə və hədislərdə bildirilən hal-hazırda yaşadığımız dövrdür. Sitatlar
Bir yerdə uşaq olduğu halda, sanki adi halmış kimi davranılmaz. Hər kəsin o uşağa kompliment deməsi, sevgi göstərməsi lazımdır. Sitatlar
Təkamülçülər hal-hazırda "proqramlı təsadüfilik" ifadəsini işlətməyə başladılar. Proqram vardırsa ağıl və şüur vardır, təkamül yoxdur. Sitatlar
Ehtiyacın olduğu halda başqasını qorumaq alicənablıqdır. Türkiyənin məhdud imkanları ilə Suriyalıları qonaq qəbul etməsi alicənablıqdır. Müsəlman özü ac belə olsa əsirə prioritet verən xarakterdə olmaqla məsuldur. Yüksək xarakter, üstün əxlaq bunu tələb edir. (İnsan surəsi, 8: Özləri, ona duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.) Sitatlar
Bəziləri kişilərə hər şeyi layiq gördükləri halda, qadınların zərrə qədər azadlıq yaşamasını istəmirlər. Bu, həm ikiüzlülük, həm də əxlaqsızlıqdır. Sitatlar
Allah taledə məni və dostlarımı birlikdə yaradıb. İnsanlar binalarla, paltarlarıyla, dostlarıyla, sevdikləriylə bütöv halda yaradılar. Bir-birimizdən müstəqil deyilik, taledə bütün olaraq birlikdə yaradılırıq. Sitatlar
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah. Sitatlar
Fikirlə gələn kommunizm fikirlə gedər. Fikirlə gələn Allahsızlıq fikirlə gedər və fikirlə iman hakim olar. Əks halda PKK ilə mübarizədə qəti nəticə əldə etmək elə də mümkün olmaz. Sitatlar
Fosillər bütün dünyada dövlətlər tərəfindən gizlədilib xalqa göstərilmir. ABŞ-da, Rusiyada, hər yerdə fosillər üzərində oyun oynanır. Dövlətlərin əlində 700 milyondan çox fosil olduğu halda, hamısı anbarlarda gizli saxlanılır. Ən az 7 trilyon fosil də sərbəst halda təbiətdə var. Lakin bəzi fosil bölgələrinə giriş qadağan edildi. Hər yerdə yeni fosil çıxardılmaması üçün tədbir alırlar. Əgər fosillər darvinizmi dəstəkləyən mahiyyətdə olsaydı, bütün dövlətlər bu fosilləri nümayiş etdirərdi və nümayiş etdirməsini də zəruri edərdi. Lakin fosillər darvinizmin əsassızlığını sübut edən ən mühüm dəlillərdən olduğu üçün, hər yerdə dövlət yolu ilə insanlardan gizlənir. Sitatlar
Hz. Mehdinin zühurundan əvvəl hadisələr daha da böyüyəcək. Biz səbəbə sarılıb əlimizdən gələn səyi göstərəcəyik, lakin hər halda çox böyük hadisələr olacağı aydındır. Sonunda mehdiyyət gün kimi ortaya çıxacaq, Quran əxlaqı hər yerə hakim olacaq. Ədalət, sevgi, dostluq, bacı-qardaşlıq yaşanacaq. Sitatlar
İnsanlar səmimiyyəti çox tez unudar. Səmimiyyəti heç vaxt əldən buraxmamaq lazımdır. Müsəlman səmimiyyətə sarılmış halda gəzməlidir. Səmimiyyət unudulduğu zaman şirk, qorxular, bəlalar fəaliyyətə keçər. Sitatlar
Ləyaqətsiz, namussuz, şərəfsiz olduğu halda, özünü dürüst, faydalı insan kimi göstərməyə çalışmaq münafiqin ən bariz əlamətidir. İkinci olaraq da münafiqlər mütləq müsəlmanların dağılmasını istəyər, İslama faydalı olacaq hər şeyə qarşı olarlar. Sitatlar
Lövhi-Məhfuz Allahın sonsuz yaddaşıdır. Yaddaş deyildikdə bəzi insanlar insan yaddaşı kimi bir şey qavrayırlar. Lövhi-Məhfuz kainatın sonsuza qədər bütün hallarının Allahın dərgahında hal-hazırda hazır olmasıdır. Hal-hazırda Fateh Sultan Mehmet İstanbulu fəth etmək üçün hazırlanır. Hal-hazırda Hitler indicə dünyaya gəldi. Alman orduları Parisə hələ yeni daxil oldu. Adəm hal-hazırda yaradıldı. Hz. Musanın önündə dəniz hal-hazırda iki hissəyə ayrılır. Allah dərgahında, bütün yaşananlar və yaşanacaqlar eynisiylə hazır olaraq hal-hazırda mövcuddur. Lövhi-Məhfuz, gəlmiş və gələcək bütün bilginin Allah dərgahında hal-hazırda hazır olmasıdır. Sitatlar
Münafiq cahil məntiqindən və çoxbilmiş saxtakar məntiqindən istifadə edər. Peyğəmbərimiz (s.ə.v) dövründə xalqa təsir edəcək, bədəvilərə təsir edəcək bir dil işlətdikləri üçün zəmin tapa bildilər. Xəlifələr dövründə ən böyük səhv, şeytan münafiq görünüşündə ayağına qədər gəldiyi halda, onu elmi yolla əzmədən buraxmaq olmuşdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur