logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 dekabr 2014

avatar

Adnan Oktar

Amerika özünün klassik, yüz illik zorakılıq siyasətini dəyişdirməlidir. Sülhsevər, mehriban olmalı, İncilin ruhundakı o insanlara şəfqətlə yaxınlaşan ruhu böyük bir həvəslə, qətiyyətlə tətbiq etməlidirlər.
A9 TV; 4 dekabr 2014
2390
avatar

Adnan Oktar

PKK hərəkatı bir dəccal hərəkatıdır. Allah dəccal yaratdı və əleyhdarını yaradır; Mehdiyyət hərəkatı. Hal-hazırda dəccaliyyətlə mehdiyyət arasında toqquşma baş verir. Allah "hizbul qalibun", "Allah hizbi qalib olandır" deyir. Dəccaliyyət mütləq çökər.
A9 TV; 3 dekabr 2014
avatar

Adnan Oktar

PKK Yaxın Şərqin ən böyük mafiya qruplaşmasıdır, Abdullah Öcalan isə bu qruplaşmanın başçısıdır. Hal-hazırda dünyada onun kimi bir mafiya lideri yoxdur. Abdullah Öcalan bir mafiya atasıdır.
A9 TV; 3 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Söyüş söymə azadlığı olabilməz. Bir insan: "Mən təhqir etmə azadlığına sahibəm, söymə azadlığına sahibəm" deyə bilməz. Söz azadlığına sahibdir, amma söyüş söymə azadlığı olmaz. Mən söymək istəyirəm desə, qanun da yaxasından yapışar.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Müsəlmanların birləşməsi üçün Mehdi (ə.s) lazımdır. Heç kim sünni bir alimin ətrafında birləşməz. Heç kim şiə və ya vəhhabi bir alimin ətrafında birləşməz; amma İmam Mehdi (ə.s) ətrafında birləşər. Birləşə bilsəydilər yüz ildən bəri birləşərdilər.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Əgər sevgi olmasa, Allah qorxusu olmasa, mərhəmət olmasa, onda 2015-ci ilin dəhşətlərin, ağrıların yaşanacağı bir il olacağı məlum olur. Allah mehdiyyətə tam mənası ilə diqqət çəkincəyə qədər bu hadisələr baş verməyə davam edəcək. İnsanların mehdiyyəti bir qurtuluş olaraq görəcəyi günə qədər bu davam edəcəkdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

PKK-nın dininə yönəlmək lazımdır. Bunların dini nədir? Darvinizmdir. Onda biz də bunların dininə yönələk. Darvinizmin etibarsızlığının gənclərə izah edilməsi lazımdır. Bu ən əhəmiyyətli mövzudur.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Öz aləmlərində kürd qardaşlarımızın əleyhində, onları təhqir etmək məqsədiylə yazdıqları hər şey qayıdıb özlərinə gələr. Qızıla heç bir şey təsir etməz. Kürd qardaşlarımız qızıldır. Murdar adamların əleyhlərində danışmaları kürd qardaşlarımıza zərrə qədər belə təsir etməz. Onların igidliyi və üstünlüyü hər kəs tərəfindən qəbul edilmişdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Vətəndaş Cənub-Şərq bölgəsində zibildən iyrəndiyi kimi PKK-dan da iyrənir. Kürd qardaşlarımız çox şərəflidir, çox qürurludur, heysiyyətlərinə çox önəm verirlər. Bir adam onu təhdid etdikdə bu ona çox ağır gələr. Dövlət mənim qürurlu, başıuca, cavan, qoçu qardaşlarıma bu əziyyəti verməsin.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Dövlətin televiziya kanalları vardır, lazım olsa qəzet də çıxardar, amma “TRT Avaz”ı da, “TRT Şeş”i də istifadə edə bilər. Dövlət PKK-ya qarşı böyük bir anti-kommunist təbliğat apara bilər.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində PKK-lıları demokratiya naminə, azadlıq naminə özbaşına buraxmaq torpaq itkisinə səbəb olar və bölgədə vətəndaşın əzilməsinə gətirib çıxarar. Vətəndaş kommunist olmadığı halda "kommunistəm" deyir. PKK tərəfdarı olmadığı halda "PKK"lıyam deyir, bu çox böyük bir əziyyətdir.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

PKK-lılar Cənub-Şərq bölgəsində heyrətamiz bir sahə tədqiqatı aparmışlar. Bir mafiya hakimiyyəti var, dövlət vətəndaşını mafiya hakimiyyətinə qarşı qorumaqla məsuldur.
A9 TV; 2 dekabr 2014
avatar

Adnan Oktar

CHP çox mütərəqqi, çox çevik olmalıdır və çox yaradıcı bir ruha sahib olmalıdır. Xüsusilə də, Atatürkün dindarlıq anlayışını yaxşı şəkildə mənimsəyib, partiyaya hakim etməlidir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Qatı dinçi ayrıdır, müsəlman ayrıdır. Şirk qoşan ayrıdır, şirk qoşmayan müsəlman ayrıdır. Mən şirk qoşanı tənqid edirəm. Özü də bilmədən müşrik olanı tənqid edirəm. Qatı dinçi olanı tənqid edirəm. Müsəlman Qurana tabe olana deyilir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki, "İslamofobiya"dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan. İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə, avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Türkiyə müasir bir ölkə olduğunu yaxşı şəkildə vurğulamalıdır. Qadın hüquqlarını olduqca yaxşı şəkildə qoruyan, sənəti, gözəlliyi, estetikanı, elmi müdafiə edən demokratik bir ölkə olduğumuzun yaxşı şəkildə vurğulanması lazımdır. Qatı dinçiliyə meyilli bir ölkə şəkli meydana gəldi. Bunu tamamilə aradan qaldırmalıyıq.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Dövlət Şeş TV-ni nağara-zurna havasının yayımlandığı bir kanala yox, kommunizmin, darvinizmin etibarsızlığını, Stalinizmin vəhşiliyini izah edəcəyimiz televiziya proqramlarının yayımlandığı bir kanala çevirsin. Bu çox vacibdir.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Bizim Cənub-Şərq bölgəsində evbəev, küçəbəküçə gəzib anti-kommunist, anti materialist təbliğat aparmağımız mümkün deyil, amma Şeş TV vasitəsilə bu çox asanlıqla edilə bilər.
A9 TV; 1 dekabr 2014
avatar

Adnan Oktar

Hal-hazırda PKK bir sahə tədqiqatı aparır. Çünki bunların izahat verməsi, təbliğat aparması üçün sakit bir mühitə ehtiyac vardır. Polis, jandarma müdaxilə etməməlidir. Adamlar çayxanalarda, küçələrdə, dağlarda, daşlarda siyasi təbliğat, kommunizm təbliğatı aparırlar.
A9 TV; 1 dekabr 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sitatlar
Amerikanın başı bəlaya girdi, prezident idarəetmə sistemindən təngə gəlmişdir, dərhal   xilas olmaq istəyirlər. Parlamentli idarəetmə ən ağıllısıdır. Asiyadakı və Yaxın Şərqdəki   prezident idarəetmə sisteminə sahib bütün sistemlər ya diktatorluğa çevrilərək xalqı   məhv etdi, ya da qanlı bir şəkildə dağılaraq liderləri məhv oldu. Sitatlar
Prezident idarəetmə sisteminin olduğu bütün ölkələr çökdü, məhv oldu. Heç birinə   bərəkət, hüzur gəlmədi. Onları hər yerdə bir fəlakət bürüdü. Xüsusilə də, Asiya ölkələri   həmişə mafiyaya təslim oldu. Yaxın Şərq ölkələrinin liderləri həlak oldu, dövlətləri   dağıldı. Amerika iqtisadi cəhətdən çökdü. Fransa üç hissəyə bölünmək üzrədir. Hal-  hazırda Amerika da bölünmək üzrədir. Sitatlar
Bəs Amerika Talibanı məğlub etmişdi? "Bombayla məğlub edərik" deyirdilər. Texnologiyasına güvənir. Texnologiyana güvənmə, sevginə güvən. Şəfqətinə, ağlına, imanına, elminə güvən. O insanlar məzlum adamlardır, çox asanlıqla razı sala bilərsən. Sitatlar
Amerika Allaha təslim olsun, darvinist-materialist təhsili dayandırsın. Dinsizliyə qarşı öz   münasibətini bildirsin. Amerika dindar olduğu vaxt çox zəngin idi, dindarlığı tərk etdikdən   sonra kasıblaşdı. Sitatlar
Amerika məsələləri zorakılıqla, təyyarə ilə, bombayla deyil, sevgiylə, mərhəmətlə həll   etməyi öyrənməlidir. Amerika Qurana tabe olsa bütün bölgə Amerikaya çox sevgi   bəsləyər. Sən Qurana inanan insanlara Quranla yaxınlaşmalısan. Sitatlar
Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu   mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti   Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin   yürütdüyü xarici siyasət də ona görədir. Sitatlar
Amerikanın dindar olması, onlara bərəkət gətirən, onları xoşbəxt edən əhəmiyyətli bir   tərəfiydi. Amma Amerika dindarlıqdan imtina etdikdə, onu fəlakətlər bürüdü. Dünyanın   ən varlı dövləti ən kasıb dövləti olmağa doğru gedir. Dindar olsalar yenə çox varlı   olarlar. Sitatlar
Amerika Allahı çox zikr edirdi, baxın, çox varlı idi. Allahı az zikr etdikləri vaxt sürünməyə   başladılar. Rusiya Allahı az zikr edirdi, sürünürdü. Allahı bir qədər çox zikr etməyə   başladılar, Allah da bir qədər rahatlıq verdi. Sitatlar
Bütün dünyada əzan oxunmalıdır. Amerikada, Avropada. Ölkələrə bərəkət gələr,   üzərlərindəki uğursuzluq yox olar. Məsələn, Nyu-Yorkda azan oxunsa, şəhəri bərəkət   bürüyər. Sitatlar
Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr. Sitatlar
Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir. Sitatlar
Qanuni yollarla PKK tamamilə yer üzündən silinsin. Bu Amerikaya da çox yaxşı bir dərs olar. Amma İranla əməkdaşlıq edərək. İranla razılığa gəlsinlər, PKK-nın qanun çərçivəsində yox edilməsi məsələsində ortaq bir qərar alsınlar. Yəni terrorla mübarizə aparmaq məsələsində razılıq əldə olunsun. Beləliklə, nəhəng bir güc meydana gələr. Birlik olub kökünü kəssinlər. Sitatlar
ABŞ indiyədək, mühafizəkarlığı, dindarlığı sayəsində dağılıb getmədi. ABŞ dindarlığını əldən versə bitər, məhv olar. Sitatlar
Amerika dərin dövləti PKK alçaqlarını qorumaqdan imtina etsin. Əxlaqsızlara, murdar insanlara sahib çıxır. Bu çox çirkin hərəkətdir. Belə gedərsə Amerika bütün dünyadakı etimadını itirər. Sitatlar
ABŞ-ın PKK-PYD-yə silah verməsi çox böyük əxlaqsızlıqdır. Bu ağılsızlıqdan əl çəksinlər. Çox ağılsız hərəkət edirlər. Bunlar kommunist, stalinistdir, sən isə anti-kommunistsən. O zaman Vyetnamda, Koreyada niyə vuruşdun? Kambocada, Laosda niyə mübarizə apardın? Kommunizm yaxşı şeydirsə, niyə onlarla mübarizə apardın? Çox məntiqsiz insanlardır. Sitatlar
ABŞ İsa Məsihin yenidən enməsi üçün çox ağır və qanlı günlərin yaşanmalı olduğuna inanır. Buna görə də, dünyanı qan dənizinə döndərir ki, İsa Məsih gələ bilsin və qiyamət yaxın ola bilsin. Bu çox dəhşətli xətadır. Sitatlar
Bir yerdə anarxiya, müharibə yaradılacağı vaxt bu qərarı ölkələrin dərin dövləti verirmiş kimi görünür, amma dərin dövlət bir vasitədir. Dərin dövlətə o əmri dərin dünya dövləti verir. Amerika dərin dövləti də ciddi bir güc deyil, zavallı bir gücdür. O da əmr dinləyən bir əsgərdir. Sitatlar
Suriya dağılıb parça-parça olmalıdırsa, buna dərin dünya dövləti qərar verər və bu iş, Amerika dərin dövlətinə həvalə edilər. Orda tender qurular. Tenderi qazanar və icrasına başlayar. Sitatlar
ABŞ-dakı əsas lojalara şəxsən mən Quran göndərdim. Yenə ilk dəfə biz ABŞ-ın ən böyük lojasında, iman həqiqətləri və Quran möcüzələrindən danışdıq. Sitatlar
ABŞ-ın bütün rəsmi təşkilatları əldən-ələ keçir, həmişə masonların əlindədir. Məsələn, Corc Vaşinqton ustad masondur. ABŞ-ın bu günə qədər olan bütün prezidentlərinin hamısı masondur. Sitatlar
Amerika dərin dövlətinin bizim millətimizə baxış prizması xeyli pisdir, çox yanlışdır. İraqa baxış prizmaları tamamilə doğru çıxdı. Suriyaya da həmçinin. Amma Türkiyəyə baxış prizmalarının doğru olmadığını onlara göstərəcəyik. Bir də etdiklərinin qarşılığını almayacaqlarını, Türkiyədən necə gəldi istifadə edəcəklərini zənn edirlər. Belə bir şey olmaz. Sitatlar
Baş verən hər hansı qarışıq vəziyyətdə Amerikaya güvənmək böyük səhv olardı. İmanlı insanlar əsasdır. Sitatlar
Amerika “dərin dövləti”nin kommunistləri dəstəkləməsi kommunistlər üçün utandırıcıdır. Sitatlar
Qadınlar, çiçək kimi varlıqlardır. Onlara bu qədər iztirab, əzab verməyin nə mənası var? Buxarın dünyada gözəl yaşasınlar. O zaman Avropa da, Amerika da qapılarını Türkiyənin üzünə sonunadək açar. Bu PKK-lı alçaqları da onlar dəstəkləməzlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur