logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 Sentyabr 2012

avatar

Adnan Oktar

Axırda fikri mübarizə ilə PKK terrorunun sonu olacaq. İndi müvəqqəti mübarizə aparılır, yəni mövcud vəziyyəti mühafizə etməyə çalışırlar. Həqiqi mübarizə Mehdiyyət dövründə, Mehdi (ə.s) ilə olacaqdır.
A9 TV; 13 Sentyabr 2012
872
avatar

Adnan Oktar

Qadın sevgisi Peyğəmbərimiz (s.ə.v)-in üstün xüsusiyyətlərindən biri idi. Peyğəmbərimiz (s.ə.v.) çox yaraşıqlı, qadınların heyran olduğu mübarək insan idi. Allah da ona nemət olaraq dünyanın ən gözəl qadınlarını nəsib etdi. Bunda təəccüblü nəsə yoxdur. Əksinə, təqdir ediləcək, böyük nemət və gözəllikdir.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

İslam aləminin birlik olmasını istəmək fərzdir. Müsəlmanların parçalanması da haramdır. Bu harama yol verildiyi üçün Allah müsəlmanlara bəla olaraq bu fitnələri ard-arda göndərir.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in qeyblə əlaqədar qarşıdakı illərdə baş verəcəyini söylədiyi hadisələri vardır. Bunlar həyata keçib, bunlar deyilməlidir. Lakin gizlədirlər. Bu, Allaha qarşı böyük günahdır.
A9 TV; 13 Sentyabr 2012
avatar

Adnan Oktar

Tövbə hər kəs üçün―ateist, buddist üçün də keçərlidir. Allah tövbələri qəbul edir, inşaAllah.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Müsəlmanın ən böyük arzularından biri şəhid olmaqdır. Allah mənim canımı şəhid olaraq alsın, səhərə qədər bayram etməyənin axirətdə yaxasından yapışaram. Şəhid olan insan kədərlənməz. Biz bu dünyaya sonsuz yaşamaq üçün deyil, imtahan vermək üçün gəldik. Canımızı verən də, alan da Odur.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Biz dünyaya Allaha qul olmaq üçün gəlirik. Allah yolunda lazım olsa, şəhid olmağa hazırıq. Canımızı verən də, alan da Allahdır. Canı Allah verdi. Allah canımızı şəhidliklə alanda qürur duyarıq.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Hər gün şad, xoş əhval-ruhiyyədə, sevinc içindəyik. İgidlərimiz, biz də şəhid ola bilərik. İnsanlar deyirlər ki, hər gün ağlayaq, kədərlənək, ruhdan düşək. Bu, çox böyük ağılsızlıqdır.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Terror təşkilatı pessimizm, kədər, şövqsüzlük istəyir. Hər gün insanların ağlamasını, kədərlənməsini, yas tutmasını, psixoloji əzab yaşamasını istəyir. Mənim millətim igiddir, cavandır. Belə bir hal ola bilməz.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Səadət Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası Türkiyənin dayaqlarıdır. Allah əskik etməsin. Bu partiyalar çox şüurlu, iradəli, qərarlı partiyalardır. Həm də fikir məktəbləridir, yəni sırf partiya deyil. Eyni zamanda əxlaq, fikir, hərəkat, inanc məktəbləridir.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Gözəl, geniş evləri olan bacı-qardaşlarımız o evlərin haqqını versinlər. Əks halda o evlər Allah qorusun, sanki qəbiristanlığa çevrilər. Evlərini məscid kimi etsinlər. Hər bir inanca mənsub insanlar ora gəlsin.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Türkiyə, İran və Rusiya ittifaq qursalar bölgədə sabitlik yaranar. Türkiyə Rusiyaya da, İrana da bu təklifi göndərməlidir. İran bu eqoistlikdən, qürurdan əl çəkməlidir.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

Həqiqətən də insanların səhvlərini düzəltmək istəyirsinizsə, İslam Birliyini yaradın, hər kəs təməlindən düzəlsin, terrora da, anarxiyaya da son qoyulsun.
A9 TV; 11 Sentyabr 2012
avatar

Adnan Oktar

QƏRBDƏN, ŞƏRQDƏN, CƏNUBDAN DA ELM VƏ BİLİK, GÖZƏLLİK HARADA VARSA QƏBUL EDƏRSƏN. Avtomobili, təyyarəni biri kəşf edər alarsan. Biri teatrı, musiqi alətini tapar, onları da alarsan. Xeyir, faydalı işlərin, elmin qərbi, şimalı, cənubu olmaz.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Biz terroristləri silahla təsirsizləşdirmələrini otuz ildən bəri gözləyirik. Bunun həll yolu silah yox, elmdir. Darvinizm və materializm yerlə-yeksan edilməlidir.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Terroristləri yalnız hərbi üsullarla deyil, fikirlə təsirsiz etmək daha çox əhəmiyyətlidir. Məsələn, bizə desinlər ki, on min terroristin ideologiyasını dəyişdirdik, təsirsiz etdik, terrorist olmaqdan əl çəkdilər. Müjdə olaraq bizə söyləsinlər.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-dan əvvəl insanların könlü zəngin olmayacaq. Tamahkar, ehtiraslı olacaqlar. Mehdi dövründə könülləri zənginliklə dolacaq. Həm maddi, həm də mənəvi cəhətdən zəngin olacaqlar. Könülləri zəngin olduğu üçün, əliaçıq, cəsarətli insanlar olacaqlar.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-dan əvvəl vəhşi kapitalizm var idi. Çünki bərabərlik yoxdur. Deməli kasıblar və varlılar arasında böyük uçurum olacaq. Mehdi (ə.s) isə malı insanlara bərabər şəkildə paylayacaq.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Əslində İslam Birliyi dövlətlərin əlindədir. Yəni bir gün içində yığışıb bir saat içində qərar qəbul edilər, məsələ də həll olar. Onların istəməyinə bağlıdır, amma vətəndaş istəsin ki, onlar da vətəndaşın istəyini, tələbini yerinə yetirsinlər. Gözləməyə ehtiyac yoxdur. Gözlədikcə fitnə, döyüş, anarxiya başlayar.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

İranda Darvinist-materialist düşüncədən əl çəkməlidirlər. Bütün İslam aləmini bağırlarına bassınlar. Şiə ilə sünni həmişə qardaşdır. Yəni özündən razılığı, "ən yaxşısını biz bilirik" fikrindən əl çəksinlər, inşaAllah.
A9 TV; 10 Sentyabr 2012
avatar

Adnan Oktar

Terrorun həlli bataqlığın elmlə, biliklə, ağılla, sənətlə qurudulması, Darvinizm- materializmin yox edilməsidir. Dövlət Darvinist-materialist təhsilə son verməlidir, vəssalam. Universitetlərdə, liseylərdə Darvinist təhsil dayandırılmalıdır. Onun əvəzinə dəqiq elmlə həqiqətlər izah edilməlidir.
A9 TV; 10 Sentyabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Həqiqətən də insanların səhvlərini düzəltmək istəyirsinizsə, İslam Birliyini yaradın, hər kəs təməlindən düzəlsin, terrora da, anarxiyaya da son qoyulsun. Sitatlar
Dövlətimiz terrorla fikri mübarizəyə dərhal başlasın, inşaAllah. Sitatlar
Dövlətimiz biologiya dərslərində Darvinizmi izah edir. "Allah yaratdı" demir, "təsadüfən oldu" deyir. Dövlət bu birtərəfli izahatdan əl çəkib, hər iki fikri tərəfsiz olaraq izah etməlidir. Sitatlar
Xurafatçılar peyğəmbərimiz (s.ə.v)-in möcüzələrini qəsdən gizlədirlər. Sitatlar
Bir fikri, xüsusilə, kommunizmi şiddətdən istifadə edərək aradan qaldırmağa çalışmaq onun daha da böyüməsinə səbəb olar. İdeologiya ilə mübarizə aparsaq, psixoloji olaraq ən təsirli zərbəni endirmiş olarıq. Kommunizmə qarşı psixoloji mübarizə elmlə, sevgiylə, ağılla edilməsə, nəticə əldə etmək olmaz, Allah qorusun. Sitatlar
PKK kommunist təşkilatdır, əsla silahdan əl çəkməz. PKK-nın insaf edib fəaliyyətini dayandırmasına ümid etmək yanlış addımdır. PKK-ya qarşı elmi və fikri mübarizə aparılmasa bir nəticə almaq olmaz. Sitatlar
QANUNİ BİR PARTİYAYA QEYRİ-QANUNİ HÜCUM EDİLMƏZ. HANSI FİKİR OLURSA OLSUN, HÜCUM EDƏRƏK, ŞİDDƏTDƏN İSTİFADƏ EDƏRƏK MƏĞLUB ETMƏYƏ CƏHD ETMƏK OLMAZ. Demokratik cəhətdən fikri mübarizə, elmlə qalib gələ bilərsən. Əgər bunu edə bilmirsənsə, hücumun faydası yoxdur. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in saçları parıldayırdı və gözəl qoxu verirdi. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in  nəsli Adnanla başlayır. Yəni Peyğəmbərimiz (s.ə.v)-in soyadı Adnandır. Sitatlar
Millətimizin indi ən böyük problemi PKK və bölünmədir. Buna qarşı ən yaxşı üsul kitabdır. Türkiyədə aclıqdan ölən deyil, terrordan ölən çox insan vardır. Onun üçün bunun həlli də kitabdır. Harun Yəhya kitabları. Xüsusilə anti- Darvinist kitablar. Sitatlar
PKK-nın xüsusiyyəti kommunist təşkilatdır. Həlli isə fikri mübarizədir. Sitatlar
İndi hökumət ideoloji cəhətdən son dərəcə rahatdır. Sitatlar
Diqqət etsək, dünyanın sonu da kommunizmlə bitir. Qiyamət qopanda kommunizmin ən azğın dövrü olacaq. Sitatlar
Hal-hazırdakı sükunət böyük hadisələrin işarəsidir. Görəcəksiniz 2012-ci ilin sonu çox hərəkətli olacaq. Sitatlar
DAĞA ÇIXIB PKK-ya QOŞULMAQ, MANEƏ TÖRƏTMƏK ELMLƏ DƏ OLAR. Darvinist materialist təbliğat edildiyi müddətcə bu təhsili alan gənclər dağa da çıxar, hər şey də edərlər. Anti-materialist təlqin edilməsi, elmi mübarizə aparılması lazımdır. Dövlət Anti-Stalinist, anti-Leninist iş görə bilməyəcək vəziyyətdə deyil . İmkanları var, amma o imkanlar sərf  edilmədiyi müddətcə bu şəkildə davam edəcək. ANTİ-DARVİNİZM İZAH EDİLSƏ, BİR GƏNCİN DAĞA ÇIXACAQ MACALI QALMAZ. Sitatlar
“Darvinizm təhlükəsi varmı? “ deyirlər. Bir professor çıxsın “yox” desin görək nələr olur.Dünya ölkələrinin heç birində Darvinizm keçərsizdir deyilmir. HEÇ BİR ÖLKƏDƏ  heç bir dövlət vəzifəlisi "mən Darvinizmə qarşıyam" deyə bilmir. Madam Darvinizm yoxdur, o zaman bunlar nədir ?Morokko, Tunis, Əlcəzayır kimi İslam ölkələrində belə bütün dövlət quruluşu Darvinizm prinsipləri əsasında qurulmuşdir. Misir xalqı  böyük təzyiqlər altında yaşayır. Bütün hökumət Darvinizmi müdafiə edir. Digər ölkələrdə də elədir. Bir qisiminin imanları zəifdir, Allahın yaratmış ola biləcəyinə ehtimal edə bilmirlər. Sitatlar
" ÜMUMİYYƏTLƏ, DARVİNİZM YOXDUR" DEYƏNLƏR DARVİNİST DÜŞÜNCƏDƏ OLANLAR OLUR. Belə adamlar Müsəlmanların həssaslığını qırmaq, bu mövzudakı mübarizəni ortadan qaldırmaq üçün çalışan Darvinist zehniyyətli kəslərdir. Ümumiyyətlə,belələri cahil olurlar. Soruşsaq ki" Darvinizm ilə əlaqədar nə bilirsən" heç bir şey bilməz. Onlar yalnız evinin ətrafındakı mühit ilə maraqlanarlar. Kamboça, Morokko, Tunis, Misir, Çin kimi ölkələr o insan üçün maraqlı deyil . Sitatlar
Başda İngiltərə və İtaliya olmaqla, Avropa mətbuatı “Adnan Oktarın fəaliyyətləri ilə Türkiyədə darvinizmin sonu gəldi" xəbərlərini hazırladı. Sitatlar
Çox böyük hadisələr olacaq, bu böyük hadisələrdən heç bir bacı-qardaşımız sarsılmasın, narahat olmasın. Sonu çox xeyirli olacaq inşaAllah. Sitatlar
Qadın sevgisi Peyğəmbərimiz (s.ə.v)-in üstün xüsusiyyətlərindən biri idi. Peyğəmbərimiz (s.ə.v.) çox yaraşıqlı, qadınların heyran olduğu mübarək insan idi. Allah da ona nemət olaraq dünyanın ən gözəl qadınlarını nəsib etdi. Bunda təəccüblü nəsə yoxdur. Əksinə, təqdir ediləcək, böyük nemət və gözəllikdir. Sitatlar
Mən bütün Martinistləri də, massonları, xristianları , yəhudiləri, ələviləri və bektaşiləri də sevirəm. Hamısı Allahın yaratdığı tərtəmiz, şən, sevgi dolu insanlardır. Sitatlar
Xristianların Məhəmmədi qəbul etməsi asandır. Öz Peyğəmbərini bu qədər sevənin, Peyğəmbərimiz (s.ə.v)-i  sevməməsi, hz. İbrahim (ə.s)-ı sevənin, Hz. İbrahim (s.ə.v)-in coşğuyla sevdiyi bir peyğəmbəri sevməməsi mümkün deyil. Sitatlar
İslam aləminin birlik olmasını istəmək fərzdir. Müsəlmanların parçalanması da haramdır. Bu harama yol verildiyi üçün Allah müsəlmanlara bəla olaraq bu fitnələri ard-arda göndərir. Sitatlar
İsrail hz. Yaqub (ə.s)-ın adıdır. Quranda adı İsraildir. İsrail Peyğəmbər adıdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in qeyblə əlaqədar qarşıdakı illərdə baş verəcəyini söylədiyi hadisələri vardır. Bunlar həyata keçib, bunlar deyilməlidir. Lakin gizlədirlər. Bu, Allaha qarşı böyük günahdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur