logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 dekabr 2017

avatar

Adnan Oktar

Beynin içinə baxmaq imanı çox dərinləşdirər. Beynin içinə baxan insan maddəyə dair bütün inancını başdan nəzərdən keçirəcək. Bütün kainatı mərcimək boyda yerin içində görürük. Bunu görən insanın iman gətirməməyi qeyri-mümkündür.
A9 TV; 20 dekabr 2017
2024
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah hz. Mehdini imanın nuru ilə görüb tanımağımızı nəsib etsin inşaAllah. Sitatlar
Allaha iman gətirmək vicdandakı xüsusi duyğudur. İman o insanın vicdanında şifrələnmişdir. Bu insan Allah ilə əlaqədə olmasının lazım olduğunu bilər və Quranı dərhal tapar. Qurana baxdığı zaman, Qurandakı doğruluq, dürüstlük və həyatı tam izah etməsi dərhal görünər. Sitatlar
Allaha yaxınlaşmağın yolu sonuna qədər açıqdır, lakin imanın üzərində pərdələr var. Mömin ömrü boyu o pərdələri açmağa çalışacaq. Hər pərdəni qaldırıb açanda imanı bir daha yerləşəcək, dərinləşəcək. Sitatlar
Allahın icazəsi ilə 2020-ci ildə İsa Məsih və mehdiyyətin nuru dünyanı bürüyəcək. Sitatlar
Allahın sənətini öyrənmək, yaddaşda saxlamaq çox mühüm mövzudur. İman həqiqətini elə səlis və səmimi izah etməlisən ki, qarşındakı insan səhrada qalıb su tapmış kimi şövqlə, həyəcanla dinləməlidir. İman həqiqətinin izahatında yaxşı rəsmlərdən istifadə etmək, qısa və vurğulayan izahatlar vermək əhəmiyyətlidir. Sitatlar
Beynin içindəki təsvirlə təmasda olmağımıza baxmayaraq, dünyanın bu qədər real olması Allahın sənətidir. "Avtomobil haradadır" deyirik "qarşıdadır" deyir. Halbuki beyninin içindəki avtomobili görür. "Masaya toxundum" deyir, "masa haradadır" deyirik, "barmağımın ucundadır" deyir. Halbuki təkcə beynindəki elektriki toxunma kimi qəbul edir. Sitatlar
Binali Yıldırım dürüst və alicənab insandır. Yaxşı niyyətli vətənsevərdir. Allah nuru ilə, hidayəti ilə əhatə etsin, cənnətlə mükafatlandırsın inşaAllah. Sitatlar
Bizim dostlarımızın əyləncə mühitlərindəki ehtişam və gözəllik imanın təmizliyindən irəli gəlir. İçki, siqaret, halal olmayan şey qəti yoxdur. Hər şeyin ən təmizi, ən gözəli var. Sitatlar
İnsan ağlı civə kimi dağılar. Həmişə toplamaq lazımdır. Sərbəst buraxıldığı zaman dağılaraq insanı yorar. İmanda sabitləşdiyi zaman isə beynin çox rahat olar. Dünyaya realist baxmaq lazımdır. Elm xarici aləmdə rəng, dərinlik, qoxu, səs olmadığını söyləyir. Lakin beynin içində üçölçülü, dərinliyi olan, rəngli, par-par parıldayan bir dünyanı yaşayan varlıq var. İnsanın millimetrin milyardda bir hissəsi qədər beyni olsa belə, sırf bu bilgini düşündüyü zaman iman gətirər. Sitatlar
Maddənin əsli məsələsində elm səmimi olmalıdır. Maddənin ruhun inancı olduğunu səmimi olaraq açıqlamaq lazımdır. Avtomobil 50 metr uzaqdadır deyir. Bəs nəyə görə? Beynin içindəki şərhə görə. Xarici aləmdə kölgə varlıqlar var, iddia edildiyi tərzdə maddə yoxdur. Maddəyə dair bütün bilgimiz ruhun şərhinə əsaslanır. Sitatlar
Məşvərət etmək çox böyük nemətdir. Məşvərət etdiyin zaman təkcə bir beynin deyil, 5-10 beynin gücündən birdən istifadə edərsən. Təkəbbürlü olan insanlar doğrunu başqasının görməsini xoşlamazlar. Bu xoşlarına gəlmədiyi üçün məşvərət etsələr və doğrunu görsələr belə öz ağıllarına tabe olarlar. Sitatlar
Münafiq kiçik beyni ilə Peyğəmbəri və müsəlmanları uzaqdan təqib edərək ağıl verər. Allah münafiqlərin cəhənnəmin ən aşağı təbəqəsində olduğunu bildirir. Münafiqlərin alçaq xarakterlərinin və əxlaqsızlıqlarının vurğulanması Qurana uyğundur. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur