logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 yanvar 2017

avatar

Adnan Oktar

Bəzi insanlarda dindar olduqdan sonra passivləşməsi, həyat sevincini itirməsi, aktiv olmamasının lazım olduğu kimi yanlış qənaət var. Halbuki tam əksinin olması lazımdır. Din insana həyat və canlılıq bəxş edər. Birdirsə min canlı olar, birdirsə min həyat dolu olar insan.
A9 TV; 28 yanvar 2017
1993
avatar

Adnan Oktar

Bir insan dini yaşamağa başlamadan əvvəl bir çox səhv etmiş ola bilər. Ömrü boyu bu səhvlərin əzabını çəkmək Qurana görə doğru deyil. Müsəlman dini öyrəndikdən sonra əvvəl bilmədən etdikləri üçün tövbə edər və o mövzular bitər. Həmişə onun utancını yaşamaz.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Dindar olmadan əvvəl insanın beyni çox bulanıq olur, dinin hökmlərini də bulanıq olaraq bilir. Ağlında şüur və itilik tam yaranmır. Dini tam öyrənmədən əvvəl insanlarda Allah sevgisi və qorxusu olur, lakin dini çox geridə tuturlar. Dünya daha əsas olur. Buna görə də təbliğ edənlərə çox böyük məsuliyyət düşür. İnsanları sıxmadan, usandırmadan şüurlarını açmaq üçün cəhd etmək lazımdır.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Suriyada tezliklə normala dönmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və seçkilərin aparılmasını təmin etmək əhəmiyyətlidir.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Təkamülü müdafiə edənlərin çoxu nəzəriyyə haqqında heç nə bilmir. Nə fosilləri, nə də zülalların necə əmələ gəldiyini bilmirlər, bilmədən nəzəriyyəni müdafiə edirlər.
A9 TV; 28 yanvar 2017
avatar

Adnan Oktar

Gözəl bir imtahanla imtahan oluruq. Hədislərin işarələrinə görə daha böyük hadisələr də olacaq, lakin nəticə həmişə xeyirli olacaq inşaAllah.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) hədislərində Mehdidən bütün təfərrüatları ilə bəhs edərək mehdiyyətə dəstək olmuş və kömək etmişdir. Hədislərdə bildirildiyinə görə, Mehdiyə tələbələri zər aləmində, hələ dünya yaradılmadan, tabe olublar.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Allah insanı dünyanı yaratmadan əvvəl yaratmışdır. İnsanın təkamüllə mərhələ-mərhələ yaranması deyə bir şey yoxdur. (Maidə surəsi, 7: Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdini xatırlayın. Allahdan qorxub çəkinin. Həqiqətən, Allah kökslərdə olanları biləndir.)
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Allahın ağlı fövqəladə dərəcədə heyranlıq oyandıracaq sonsuz ağıldır. Allahın kölgəni yaratması təkbaşına möhtəşəm sənətdir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünyada çətinlik var. Çünki eşq və sevgi çətinlik içində yaranır. Eşq və sevgi olmadıqda isə heç nəyin mənası olmur. Dərin sevginin və dərin ehtirasın olması üçün acılar, çətinliklər və əziyyət olmalıdır. İnsan başqa cür dərinlik qazana bilmir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünyada imtahan üçün verilən müddət insanın vicdanını, şəxsiyyətini təkmilləşdirməsi və göstərməsi üçün çox yetərlidir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Nasistlərin törətdiyi soyqırım darvinist düşüncənin nəticəsi olan çox böyük vicdansızlıqdır.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Homoseksuallıq Allahın haram etdiyi iyrənclikdir. İnsanların inancının tələbi olaraq iyrəndiyi bir şeyi zorla qəbul etdirmək çox böyük zülmdür. Bu səbəbdən, kilsələrdə rahiblərə təzyiq göstərərək homoseksualları evləndirin demək, rahiblərin inancına zidd olan bir şeyi zorla qəbul etdirmək qəddarlıqdır. Homoseksuallığa qarşı olanları cəzalandırmaq zülmdür. Bir insanı inancına zidd bir şeyə sürükləmək ən təməl insan hüquqlarına ziddir.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Günəş batmayan deyilən sistem, dəccaliyyətin gücü ifşa edildikdən sonra çökməyə başladı. İfşa olmaq çöküşlərinin başlanğıcı oldu.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin 200 ildən bəri davam edən dəccaliyyət siyasəti artıq sona çatdı. İfşa edilmələri bu sonu hazırladı.
A9 TV; 27 yanvar 2017
avatar

Adnan Oktar

Dəccaliyyətin dünyaya hakim olmasına təəccüblənməyənlər mehdiyyət vəsiləsi ilə İslam əxlaqının hakim olmasına təəccüblənirlər.
A9 TV; 26 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v); “Allahım mənə qardaşlarımı göstər” deyərək Mehdi və tələbələrini görmək üçün dua etmişdir.
A9 TV; 26 yanvar 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdiyə qarşı çıxacaq ilk insanların bəzi mövhumatçı alimlər olacağını söyləmişdir. Mehdinin dini dəyişdirdiyini iddia edəcəklər.
A9 TV; 26 yanvar 2017
avatar

Adnan Oktar

Hədislərə görə Dəccalın saçları buruq və qarışıqdır. Bir gözü kordur, iri bədənli, dərisi qırmızıya çalır. Başının görünüşü kərtənkələni xatırladar. Hədislərə görə Dəccalın cadu və ruh çağırma, hipnoz ilə kütlələrə təsir etmə gücü də olacaq. Ehtimal ki, masonluq içindən çıxacaq.
A9 TV; 26 yanvar 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir insan dini yaşamağa başlamadan əvvəl bir çox səhv etmiş ola bilər. Ömrü boyu bu səhvlərin əzabını çəkmək Qurana görə doğru deyil. Müsəlman dini öyrəndikdən sonra əvvəl bilmədən etdikləri üçün tövbə edər və o mövzular bitər. Həmişə onun utancını yaşamaz. Sitatlar
Dindar olmadan əvvəl insanın beyni çox bulanıq olur, dinin hökmlərini də bulanıq olaraq bilir. Ağlında şüur və itilik tam yaranmır. Dini tam öyrənmədən əvvəl insanlarda Allah sevgisi və qorxusu olur, lakin dini çox geridə tuturlar. Dünya daha əsas olur. Buna görə də təbliğ edənlərə çox böyük məsuliyyət düşür. İnsanları sıxmadan, usandırmadan şüurlarını açmaq üçün cəhd etmək lazımdır. Sitatlar
Bəzi insanlar dini çox yanlış bilir. Dindar olan içinə qapanar, anti-sosial olar, sevinci azalar, mistik auraya bürünər deyə güman edirlər. Din bu deyil. Tam əksinə imanla, dinlə insan canlanar, sevinər. Mömin moderndir, həyat doludur; əksi müşriklərin iddiası və həyatıdır. Sitatlar
Dindar masonlar İslama mühüm xidmətlər edirlər. Yaxın zamanda bütün dünya bu xidmətlərin böyüklüyünü görəcək. Osmanlını darvinizm və dinsiz masonlar məhv etdi. Lakin dindar masonlar hal-hazırda hakimiyyəti ələ keçirmək üzrədirlər. Sitatlar
Tramp prioriteti mənəviyyata versin. Amerikanın dindarlığının güclənməsi üçün işlər görsün. Müsəlman din xadimləri bir yerə toplansın. Sitatlar
Dindar olanların həyata qapalı olduğu qənaəti vardır. Bu fəlsəfəyə görə xalq əylənər, çimərliyə gedər, dini dəstəkləyər, lakin dindarlar həyatı yaşaya bilməz. Sitatlar
“Əyləndiyiniz vaxt Allahdan bəhs etməyin” demək çox yanlış zehniyyətdir. Biz dindarıq, harada nə etsək yenə Allahı zikr edərik. Sitatlar
Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir. Sitatlar
Trampın Amerika yuxusunu gerçəkləşdirmək idealı gözəldir. Bu, Amerikanın yenidən dindar olması deməkdir. Sitatlar
Trampın keçmiş Amerikaya duyduğu həsrət səmimidir, isti Amerika əxlaqını canlandırsa gözəl olar. Amerika xalqının dindarlıqları gözəldir. Bu köhnə əxlaqlarından uzaqlaşıblar. Tramp edə bilsə dindar Amerikanı yaratmağa çalışmalıdır. Dindarlıq gözəllikdir, bərəkətdir. Amerika xalqının yenidən dindar olması, onları yenidən bərəkətə qovuşdurar. Sitatlar
Allahın təcəllisini gördüyüm dindar, təmiz, səmimi hər qadını Allah sevgisi ilə çox sevərəm. Sitatlar
Din olan yerdə əyləncə, əyləncə olan yerdə din olmaz demək çox yanlış məntiqdir. Din həyatın hər sahəsində var, həyatın bütünüdür. Sitatlar
İnsanlar Allah sevgisini, Allaha hörmətin səmimiliyini görmək istəyərlər. Çoxbilmiş, əntəl, soyuq, “din mühəndisliyi” izahatı edənlərdən narahat olarlar. Sitatlar
Putin dindar dəliqanlıdır, Türkiyə və bölgə baxımından mühüm insandır. Sitatlar
Qız dostlarımın dindar olması, onların mənə, mənim onlara Allahın təcəllisi olaraq duyduğum hörmət və sevgi, bəzilərini heyrətamiz dərəcədə narahat edir. Bəziləri mənimlə qız dostlarım arasında dünyada nümunəsini görmədikləri səmimi, ehtiraslı sevgini heç yaşamadıqları üçün təəccüblənirlər. Sitatlar
Haşa Allahı tənqid edən “din mühəndisi” bəzi kəslərin müsəlmanlara ağıl verməsini istəyirlər. Müsəlmanlar Qurandan, Rəsulullahdan nəsihət alar. Sitatlar
Dindarlıq zəifləyir deyənlər yanılırlar. Gənclərin Quranın ziyalı, müasir, sevgi dolu ruhunu sahibləndiklərini və müasir dindar olduqlarını görürük. Sitatlar
Qadınların baxımsız olduğu, təzyiq altına alındığı bir mühitdə din yayılmaz. Qadın azadlığı və gözəlliyi vardırsa din sürətlə yayılar. Sitatlar
Sevginin mənbəyi dindir, əxlaqın mənbəyi dindir. Din olmasa həyat olmaz. Sitatlar
Darvinist təhsil və həqiqi din əxlaqından uzaqlaşma incəsənətin geriləməsinə səbəb olur. Sitatlar
Əyləncə, musiqi, gözəl qadınların müsəlmanların həyatında mövcud olduğunu görmək bəzilərinin heç xoşuna gəlmir. İncəsənət, gözəllik, sevinc olmadığı zaman, dini geriləmələr çox asan olurdu. İslamın bütün bu azadlıqları təmin etdiyini göstərməyimiz dini həyatdan çıxartmaq istəyənlərə heyrətamiz şok oldu. Buna görə də, təşvişlə fəryad edirlər. İstədikləri qədər fəryad etsinlər, bütün dünya sevinc içində dindar, gözəl yaşayacaq. Xüsusən özləri dindar olmadıqları halda, qadınların dekoltesinə, rəqsinə, sevincinə qarışanlar çox böyük səmimiyyətsizlik edirlər. Sitatlar
Kommunizmdə din, əxlaq, dövlət, ailə yoxdur. Xoşbəxtlik yoxdur. Mərhəmətsizlik və sevgisizlik hakimiyyəti vardır. Sitatlar
Dövlətin başçısı; prezidentimizin Quran oxuması, Baş Qərargah rəisinin və siyasətçilərimizin dindar olması çox böyük nemətdir. Sitatlar
Münafiq çox namərddir, öz aləmində namuslu, vicdanlı, günahsız və dindar kimi görünməyə çalışar, lakin əslində ilan kimidir, çox alçaqdır. Sitatlar
Münafiq hər gün özü üçün, yeni din yaradar. Münafiqin bir həftə əvvəl müdafiə etdiyi dinlə, bir həftə sonra müdafiə etdiyi din tam fərqli olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur