logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 iyun 2016

avatar

Adnan Oktar

Bəzi televiziya kanallarında qadınları xüsusilə davakar, tündxasiyyət, aqressiv, etibarsız, söyüşkən, əsəbi, fitnəkar kimi göstərirlər. Bu çox ürküdücüdür. Halbuki qadın dünyanın ən gözəl bəzəyidir.
A9 TV; 2 iyun 2016
1048
avatar

Adnan Oktar

Mehdiyyəti heç kim dayandıra bilməz. Bu Allahın qərarıdır, Allahın yazdığı taledir; dayandıra bilməzsən. Çırpındıqca Allaha qarşı xoşagəlməz rəftar göstərmiş olarsan.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Mehdiyyət Axırzamanın ən mühüm məsələsidir. İraqdakı, Suriyadakı hadisələrin tək səbəbi mehdiyyətdir. İslam aləmindəki hazırkı həyəcan və qarışıqlığın tək səbəbi mehdiyyətdir. Dünyanın hər yerində mehdiyyət yeri göyü inildədir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Mehdini gözləmək ətalətə sövq etməz. Əksinə Mehdini gözləyən ölkələr ən şövqlü, ən müvəffəqiyyətli, ən çevik ölkələrdir. Musəvilər 3500 ildən bəri Moşiyah Mehdi gözləyərlər, dünyanın ən çalışqan millətidirlər. Heç bir şəkildə də tənbəlliyə də sövq etməmişdir. Əksinə şövqləndirmiş, müvəffəqiyyətli və çevik olmalarını təmin etmişdir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Meyvələrin hər birinin içindəki minerallar, vitaminlər, şəkər nisbəti, karbohidrat nisbəti, qoxuları, uyğunluğu, hamısı müəyyən və tam olması lazım olduğu qədərdir. Təsadüf demək çox böyük zülmdür. Qara torpaqda belə şey təsadüfən olmaz.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Ənənəvi İslam anlayışına qarşı Quranın kafiliyini hər kəsə çatdırmalıyıq. Əks halda Əfqanıstan kimi, Suriya kimi, İraq kimi olmağımız çox asandır, Allah qorusun. Bu məsələdə vaxt itirmək çox təhlükəli olar. Osmanlını məhv edən ənənəvi İslam fəlsəfəsi ilə yenidən dirilmək qeyri-mümkündür.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Türkiyə dünyanın sevgi mərkəzi olmalıdır, sevgi müəllimlərinin məktəbi olmalıdır. Mərhəməti, şəfqəti, sevgini, dostluğu, qardaşlığı, yaxşılığı, gözəlliyi, təmizliyi dünyaya biz anlatmalıyıq.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Hər yerə keyfiyyət hakim olmalıdır. Keyfiyyətsiz hər ölkə dağılır. Keyfiyyətsiz hər cəmiyyət dağılır. Keyfiyyətin azalması bizim üçün milli təhlükədir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Türkiyə keyfiyyətə olduqca əhəmiyyət verməli, ultramüasir olmalıdır. İnsanlarımız çox gözəl geyinməli, gözəl danışmalı, gözəl yeməli, gözəl içməlidir. Şəhərlərimiz Parisdən, Londondan çox keyfiyyətli olmalıdır.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Keyfiyyətsizlik İslam aləmini bürüdü. İngiltərə dərin dövləti İslam ölkələrində keyfiyyətsizliyi, bəsitliyi heyrətamiz şəkildə təşviq edir; kobud, sadə və ağılsız nəsil olmasını istəyir. Nəzakətsiz, mədəniyyətsiz, incəsənətdən uzaq, milli şüurdan uzaq nəsil olmasını istəyir. Həmçinin bunun üçün televole mədəniyyətini mümkün qədər yayırlar.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Amerika və Avropa silah ehtiyatlarını müsəlmanları öldürərək yox edir. Münafiqlərin ucbatından bu çıxılmaz vəziyyət davam edir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Dünya zavodlarında istehsal edilən bütün silahlar müsəlmanları öldürmək üçün istifadə edilir. Münafiqlər də axmaq və alçaqcasına bu oyuna alət olurlar.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti gəncləri ədabaz və asi olmağa təşviq edir. Hörmətli, alicənab, nəzakətli insanları da anormal kimi göstərməyə çalışır.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Küfr əhlinin İslam aləmində münafiqlə etdirməyəcəyi heç nə yoxdur. Münafiq alçaq və tərəfdaş olduğu üçün, mövqe, mənfəət, pul ardınca qaçdığı üçün, böyüklük və üstünlük ehtirasına sahib olduğu və Allahdan qorxmadığı üçün, insanlar belə məxluqları dərhal tapırlar, İslam aləmində müsəlmanların başına bəla edirlər.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti münafiqlərdən istifadə edərək İslam aləmini nəzarət altında saxlamaq istəyir. Münafiqlər də mənfəətpərəst və böyüklük ardınca qaçdıqları üçün asanlıqla dəccaliyyətə xidmət edirlər.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Tarix boyunca bir çox müsəlman görünən lider əslində münafiq idi və İslam aləminin parçalanmasına səbəb oldular. Əzilmələrinə, dağılmalarına səbəb oldular.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Münafiqlik iman və səmimiyyətin qarşısında dayana bilməz. Darmadağın olar. Bu Allahın möcüzəsidir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Dəccaliyyət münafiqliyin təşkil olmuş, dünya səviyyəsində gizli dövlət olmuş halıdır. Dünyadakı ən böyük dərin dövlətlə şeytan həmişə iç-içə olar. Həmçinin şeytan ən təpədən ən alta qədər təsir edərək bu nəhəng quruluşu idarə edər.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Şeytan, cin şeytanlar insanın zehninə təsir edər, lakin təsiri zəifdir, münafiqinki şiddətlidir. Əgər mömin çox ağıllı deyilsə, münafiq daha çox müsəllət olar. Lakin ağlın qarşısında duzun suda əridiyi kimi əriyər münafiq.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Möminlərin bir-birini qırmasının səbəbi münafiqlərdir. Buna görə də, əsas əks qüvvə, şeytandan daha şiddətli olan münafiqlərdir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

İslamın qarşısındakı əsas qüvvə münafiqlərdir. Küfr əhli deyil. Küfr əhli ikinci dərəcəlidir. İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiqlərdən ötrü İslam aləmi hazırda birləşə bilmir. Yoxsa dərhal birləşər.
A9 TV; 2 iyun 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Avropanın PKK-nı dəstəkləməsinin səbəbi PKK-nın qadın haqlarını müdafiə etməsi, azadlığı müdafiə etməsidir. PKK; "qadınlar istədiyi kimi geyinsin, azad olsun, qarışmayaq" deyir və "qadınlar daha çox siyasətdə vəzifə tutsun" deyir. Bunları Türkiyə deməlidir. Sitatlar
Qadınlarını əzən, qadınlarına hörmət etməyən, qadınlarının azadlığını yox edən, keyfiyyəti, incəsənəti yox edən hər ölkə həlak olur. Buna çox diqqət yetirsinlər. Sitatlar
Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz. Sitatlar
İnsanların əksəriyyəti qadınların dəyərini bilmirlər. Qadınlar incə düşünməyi bacaran, dünyanın bəzəyi olan mükəmməl varlıqlardır. Sitatlar
Həqiqi sevginin ola bilməsi üçün insanın qarşısındakının səmimiyyətini görməsi lazımdır. Səmimiyyəti görən qadın ehtirasla sevər. Sitatlar
Hədislərdə Mehdi dövründə bir qadının Şama heç qorxmadan təkbaşına səyahət edə biləcəyi bildirilib. Mehdi dövründə hər qadın azad olacaq, qorunacaq, heç birinin gələcək qorxusu olmayacaq, ailə təzyiqi, ər təzyiqi olmayacaq. Qadınlar hər mövzuda hər cəhətdən rahat olacaqlar. Sitatlar
Mehdi qadınlara eynilə Peyğəmbərimiz (s.ə.v) kimi dəyər verəcək, onları çox sevəcək, qoruyacaq, azadlıqlarını zəmanət altına alacaq. Sitatlar
Qadınlar gözəl, baxımlı və azad olacaq. Hər kəs də qadınlara qarşı hörmətcil, nəzakətli və qoruyucu olmağı öyrənəcək. Sitatlar
Mehdi siyasətə qarışmaz. Sevgini müdafiə edən, qadınların üzərindəki təzyiqi aradan qaldıran, dünyanın abadlaşması üçün səy göstərən sevgi insanıdır. Sitatlar
Gözəl müsəlman modeli yaradaraq Dəccaliyyətin oyununu puç etdik. Musiqi, əyləncə, söhbət var, qadınlar azaddır və hamısı Qurana uyğundur. Sitatlar
Qadın gözəlliyinin ruhda yaratdığı hiss möhtəşəmdir. Nə çiçək, nə mənzərə, nə də başqa şeyin gözəlliyi bu hissi vermir. Sitatlar
Mövhumatçıların qadına olan baxış prizması çox çirkindir, qadın nə desə əksini edin, lazım gəlsə döyün deyən çox vəhşi anlayışları var. Sitatlar
Hər məsələdə üstünlük, ilk öncə qadınlara verilməlidir. Qadınların hər məsələdə qorunmaları, imtiyazlı olmaları lazımdır. Sitatlar
İffət, ağıl, ədəb, dərinlik, ehtiras və sevgi qadını heyrətamiz dərəcədə gözəlləşdirər. Bunların hər biri qadının bəzəyidir. Qadınları ən çox yoran sevgisizlik olur. Sevgisizlik sanki bütün hüceyrələrini öldürür. Sitatlar
Qadınlar çox ağıllı olduqları üçün qarşılarındakı insanın səmimiyyətsizliyini, ağıl zəifliyini dərhal görürlər. Ağlı zəif bir insanın ağıllı kimi davrandığını zənn etməsi, qarşısındakını aldatdığını zənn etməsi qadınları daha da hirsləndirər. Demək olar ki, sevəcək birini tapa bilmirlər. Rola girmədən, maska taxmadan, oyun oynamadan yanlarında bir üzlü kimsə olmur. Ömür boyu tənha, sevgisiz yaşayırlar. Sitatlar
Qadınların azadlığını əngəlləmək çox çirkindir. Gənc qızlar, qadınlar istədiyi kimi geyinər, öz geyiminə özü qərar verər. Sitatlar
Münafiq Allahın hər şeyi bildiyini anlaya bilməz. Buna görə də ruhunda idarəolunmaz vəhşilik, dəyişkənlik və təcavüzkarlıq vardır. Dərin dövlət, Firon dövründən bəri təcavüzkar, azğın, idarəolunmaz münafiqlərdən istifadə edib. Vəzifə başına gətirdikləri kəslər də bu xüsusiyyətdə olur. İngiltərə dərin dövlətinin istifadə etdiyi qadınların bir çoxu tündxasiyyət, sərt təbiətli, kişiyəbənzər görünüşlü, təcavüzkar, mərhəmətsiz insanlardan seçilirlər. Bunun məqsədi qadınlara öz aləmlərində belə sevgisiz fəlsəfəni nümunə göstərməkdir. Bu batil anlayış hazırda çökür, bunların dövrü artıq bitdi. Sitatlar
Sevgini, nəzakəti, mədəniyyəti, gözəlliyi, keyfiyyəti bilən qadınlar yeni sevgi mədəniyyəti yaradırlar. İngiltərə dərin dövlətinin sistemi çökdü. Sitatlar
Kommunizm qadınların sevincini və gözəlliyini əlindən alan bir sistemdir. Sitatlar
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır. Sitatlar
Qadınların dekolte geyinməsinə, həyatına qarışmaq təhsil və nəzakət çatışmazlığından, hörməti bilməməkdən irəli gəlir. Sitatlar
Qadının gözəl və baxımlı olmasını günah kimi göstərmək bilərəkdən edilmiş şeydir. Kişi kimi görünən, tərs danışan kobud qadınlar yetişməyini istədilər. Qadınların kişi kimi və baxımsız olmasını təşviq edərək homoseksuallığı yaymaq istəyirdilər. Bu hücumlarını zərərsizləşdirdik. Sitatlar
Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər. Sitatlar
Bir çox insan pişiklərdən belə nifrət edirdi. Qadınları, uşaqları, heyvanları sevməyi öyrətdik. Hər gün sevginin mühüm olduğunu söylədik. Sitatlar
Mehdiyyət dövrü qadınların dünyada ən xoşbəxt olduqları dövr olacaq. Sanki cənnətdəymiş kimi rahat yaşayacaqlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur