logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 28 oktyabr 2017

avatar

Adnan Oktar

Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz.
A9 TV; 28 oktyabr 2017
2214
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allah insanların vicdanına həmişə bilgi ötürər. Fasiləsiz gələn bu vəhyə səmimi olaraq tabe olsaq doğru yolda olarıq. Sitatlar
Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Bir qadın yaşlandı deyə ona sevgidə, hörmətdə qüsur etmək çox böyük əxlaqsızlıqdır və günahdır. Müsəlman qarşısındakı insanın sədaqətini, vəfasını gördükcə həmişə daha çox sevər. Sitatlar
Bizim proqramımızda Quranla ziddiyyət təşkil edən xüsus yoxdur, lakin ənənəçi ortodoks sistemlə ziddiyyət təşkil edər. Çünki bizim həyatımızda qadına hörmətsizlik, haşa qadını heyvan yerinə qoyan, incəsənəti, elmi, keyfiyyəti düşmən görən anlayış yoxdur. Quran həyata sevinc, fərəhlik, gözəllik, hörmət və sevgi gətirər. Bizim həyatımız Qurana, Peyğəmbərimiz (s.ə.v) dövründəki İslam anlayışına tam uyğundur. Sitatlar
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir. Sitatlar
Darvinist, materialist sistemin ruhsuzluğunu və ənənəçi ortodoks sistemin insanların sevincini əlindən alan sistemini fikri olaraq aradan qaldırsaq beyin axını yaranmaz. İnsanlar gözəlliyi, incəsənəti, sevinci axtardıqları üçün incəsənəti gördükləri yerə getməyi üstün tuturlar. Allahın icazəsi ilə 3-5-7-9 ilə qədər Türkiyə çox dəyişəcək. Sitatlar
Dəccal şeytanın əks olunmasıdır. Şeytanın insanı əhatə etməsi nəticəsində meydana gələn Allahın xüsusi olaraq yaratdığı varlıqdır. Yaxşılıq üçün çıxırmış kimi edər, halbuki zalımdır, alçaqdır. Dinsizliyi müdafiə edər. Qəddar xarakterə sahibdir, qantökəndir. Ona tabe olan münafiqlər də qantökən və mərhəmətsizdir, İslamı və müsəlmanları hədəf alarlar. Sitatlar
Din üçün insanları məhv etmək zülmdür. Allahın zorakılıq əmri yoxdur. Dində məcburiyyət yoxdur. Zorla dini yaşatdığın zaman o insanı mömin deyil, Allah qorusun, münafiq edərsən. Allah təkcə müdafiə haqqı vermişdir. "Əgər təcavüz vardırsa, canınızı qoruyun" deyir Allah. Qılınc gücü ilə insanları dinə yönəltməyin deyir. Din üçün döyüş aparılmaz. Din üçün qan tökülməz, din üçün qan dayandırılar. Sitatlar
Dövrün ənənəçi ortodoks hocaları Bədiüzzamana qarşı çıxırlar. Ustadımızın Quran tələbəsi olduğunu bilirdilər. Buna görə də, ustadımıza qarşı əks mövqe alıblar. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışında xurafatları eşidən insanın dəhşətə qapılması haqsız olmaz. Lakin İslamdakı, Qurandakı dinin bu xurafatlarla heç bir əlaqəsi yoxdur. Biz olmasaydıq ənənəçi ortodoks İslamı dünyaya müsəlmanlıq kimi göstərəcək, sonra da müsəlmanların hamısını əzəcəkdilər. Biz Quran müsəlmanlığını ən gözəl təmsil edən dost qruplarından biriyik. Sitatlar
Gənclərin geyim tərzinə qarışmaq ədəbsizlikdir. Bəziləri həm gənclərin tərzini anlamır, həm də öz zövqsüzlüklərini gənclərə zorla qəbul etdirmək istəyirlər. Gənclər gözəlliyi çox yaxşı bilir və tətbiq edirlər. Heç kimin qarışmaması lazımdır. Sitatlar
Mövhumatçı sistemi müdafiə edən bəzi şəxslər bunu özləri yaşamırlar, lakin başqalarına zorla qəbul etdirməyə çalışırlar. Sitatlar
Təzyiq varsa din yoxdur. Din azad inanca deyilər. Zorla namaz qıldırdığın zaman o insan dindar deyil, münafiq olar Allah qorusun. Sitatlar
Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur