logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 noyabr 2013

avatar

Adnan Oktar

Bir topluluq zülm edərsə Allah kökünü qurudar. İstər dövlət, istərsə də millət olsun. Suriyanı buna misal gətirmək olar. Allah əsirgəsin.
A9 TV; 9 noyabr 2013
2348
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri ilə hz. Mehdi (ə.s)-a yardımı hz. Mehdi (ə.s)-ın Qurandan sonra ən böyük mənəvi silahıdır.
A9 TV; 8 noyabr 2013
avatar

Adnan Oktar

Biz darvinizmin, materializmin ən güclü olduğu dövrdə ortaya çıxdıq və darvinizmi elmi olaraq dünya səviyyəsində diz çökdürdük.
A9 TV; 8 noyabr 2013
avatar

Adnan Oktar

Quran tərk edildiyinə görə İslam aləminin az qismi istisna olmaqla əksər hissəsi alov çuxuruna düşdü. Mehdi (ə.s) Qurana sarılaraq müsəlmanları bu alov çuxurundan qurtaracaq.
A9 TV; 8 noyabr 2013
avatar

Adnan Oktar

"Hansı dindənsən" soruşduqda, məzhəbini deyir. Sən Qurana tabe olmaqla mükəlləf deyilsənmi? Məzhəbə tabe olduğunu deyirsən. Quranın hansı ayəsində məzhəbə uymaq yazılıb? Allah yalnız Qurana tabe olmaqdan bəhs edir. Məzhəblərə bölünməyi, məzhəbə uymağı haradan çıxarırsan?
A9 TV; 8 noyabr 2013
avatar

Adnan Oktar

“Görəsən İsraillə aramızdakı sevgiyə zərər gəldimi” demək, şübhə etmək heç də doğru hərəkət deyil. Bir-birimizi sevirik, həmişə də sevəcəyik. Bəzən siyasi anlaşılmazlıqlar olur. Bunu bütün İsrail millətinə, bütün Türk millətinə aid etmək səhv fikirdir.
A9 TV; 5 noyabr 2013
avatar

Adnan Oktar

İsraillə Türkiyə arasında həmişə dostluq vardır. Heç kim narahat olmasın. Siyasətçilərdən 30-40 nəfər bəzi məsələlərdə İsraillə anlaşılmazlığa düşə bilər. Amma Türkiyədə təxminən 80 milyona yaxın, İsraildə milyonlarla yəhudi qardaşlarımız var, hamısı da bir-birini çox sevir.
A9 TV; 5 noyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in dili ilə desək Suriya da sülh yurdu olacaq. Suriyadakı dəccal rejimi, mərhəmətsiz rejim gedəcək, yerinə sevginin, sülhün, qardaşlığın hakim olduğu bir sistem gələcək.
A9 TV; 5 noyabr 2013
avatar

Adnan Oktar

Allah İsrail torpaqlarının, millətinin azad olacağını Quranda bildirir. İsrail milləti o torpaqlarda yaşayacaq və o torpaqlarda öləcək. Bu Quranın hökmüdür.
A9 TV; 5 noyabr 2013
avatar

Adnan Oktar

İnşaAllah hər kəsin qardaş olacağı, sülhün hakim olacağı, zalımların təsirini itirəcəyi, bütün döyüşlərin, anarxiyanın, terrorun dayanacağı, sevginin, hörmətin, yaxşılığın, gözəlliyin, bərəkətin, müasirliyin, elmin, demokratiyanın hakim olacağı dövrdəyik.
A9 TV; 5 noyabr 2013
avatar

Adnan Oktar

Müsəlman Quranda təsvir edildiyi kimi güclü və qərarlı olmalıdır. Birləşməli, İslam Birliyini müdafiə etməli, İslam Birliyini yaratmalı, özlərinə bir lider seçməlidirlər. Belə olduqda heç kim onları bölüb parçalayıb, baş verənlərə qata bilməz.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Misirdə, İraqda, Suriyada, Əfqanıstanda hər yerdə fəlakətlərin səbəbi Peyğəmbər (s.ə.v)-in qövmünün Quranı tərk etməsidir.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Mehdiyyət silah sənayesini, silahı, döyüşü, qanı, barıtı, hər şeyi aradan qaldıracaq. Həbsxanalar, polis bölmələri, baraklar hamısı ləğv olacaq. Mehdiyyət dövründə dünyada yalnız sevgi, sülh olacaq.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Mehdiyyət dövründə dünyanın hər yeri məscid olacaq. Gənclər hər yerdə əylənəcəklər, hər yerdə qardaşlıq ab-havası olacaq. Nə oğurluq, nə soyğun, nə qəsb, nə ağrılar, iztirablar heç biri olmayacaq inşaAllah.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Səmimi olan hər kəslə dost olmaq olar. İnsanlar dürüst, səmimi olmalıdırlar. Yalan danışmamalıdırlar. Daxili ilə zahiri bir olmalıdır. Belə olan kəs nur kimi insandır.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Din, qüdsi olanlar haqqında zarafat etmək olmaz. İnsanlar gündəlik mövzularda zarafatlar edə bilərlər, amma din haqqında zarafat etmək olmaz. Ölkənin 90 %-nin narahat olduğu bir mövzuda zarafat etmək olmaz.
A9 TV; 4 noyabr 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) dövründə polis bölmələri, həbsxanalar bomboş qalacaq. Bütün polis bölmələri, bütün həbsxanalar ləğv olunacaq. Çünki bunların heç birinə ehtiyac olmayacaq. İnsanlar: "Biz niyə polis bölməsi qurduq? Niyə həbsxana qurduq? Niyə bu ağrıları çəkdik?" deyə özlərinə heyrətlənəcəklər.
A9 TV; 3 noyabr 2013
avatar

Adnan Oktar

Divar həbsxana deməkdir. Həbsxana insanın ruhunu sıxar. Həbsxana, divarlar cəhənnəmdə vardır. Biz dünyada divar, həbsxana istəmirik. Hz. Mehdi (ə.s) dövründə bütün divarlar, həbsxanalar yıxılacaq. Hər kəs bayram sevinci içərisində olacaq.
A9 TV; 3 noyabr 2013
avatar

Adnan Oktar

Hal-hazırda bütün təsəvvüf əhli, on iki təriqətin hamısı Mehdi (ə.s)-a bağlanıb. Buna görə də hz. Mehdi (ə.s)-ın hər hansı bir şeyxə tabe olması mümkün deyil. Bütün şeyxlər istəsələr də, istəməsələr də hz. Mehdi (ə.s)-a tabe olmuşdular. Hal-hazırda bütün dünyaya bərəkət, bolluq Mehdi (ə.s) vasitəsi ilə yayılır.
A9 TV; 3 noyabr 2013
avatar

Adnan Oktar

Allaha dua et: "Ya Rəbbi, imanımı gücləndir. Sənə olan sevgimi artır" de. Elmi məlumat alarkən, öyrənərkən sıxılma, yorulma.
A9 TV; 2 noyabr 2013
avatar

Adnan Oktar

Xanımların heç bir işinə qarışılmamalı, daim yaxşı mənada seçilməlidirlər. Qadınları hər yerdə keyfiyyətli, təmiz, baxımlı görəcəyik.
A9 TV; 2 noyabr 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Peyğəmbərimiz (s.ə.v)-in dili ilə desək Suriya da sülh yurdu olacaq. Suriyadakı dəccal rejimi, mərhəmətsiz rejim gedəcək, yerinə sevginin, sülhün, qardaşlığın hakim olduğu bir sistem gələcək. Sitatlar
Misirdə, İraqda, Suriyada, Əfqanıstanda hər yerdə fəlakətlərin səbəbi Peyğəmbər (s.ə.v)-in qövmünün Quranı tərk etməsidir. Sitatlar
Əsəd “dərin dövlət” qrupunun əlinə düşmüş zavallı bir əsirdir. Əslində o da zərər çəkmişlərdən biridir, onu da qurtarmaq vacibdir. Sitatlar
Əsədin canına, malına zərər verməyəcək şəkildə onu oradan götürmək lazımdır. Rusiya Əsədin alçaldılmasını istəmir. Əsədin alçaldılmasına tədbir görülsə, ölkədən çıxarıla bilər. Sitatlar
Əsədə kimyəvi silahların məhvi barəsində təşəkkür etmələri inanılmaz hərəkətdir. Hər cür öldürmə şəkli rüsvayçılıqdır. Dünyanın bəsirəti bağlanıb. Sitatlar
İslam ölkələrinin orduları, 70 müxtəlif nöqtədən, 70 diviziya yaxud 70 biriqada ilə Suriyaya girsə 3 saat, 4 saatda iş bitər. Suriya müqavimət göstərməz, zülm də bitər. Çox asandır. Sitatlar
Suriya, İölgədəki insanlar çox cahilləşdirildi. Hər birini fərd olaraq öyrətmək lazımdır. Öyrədildikdə o insan sənin insanın olmuş olur. Sitatlar
Kimyəvi silahların təslim edilməsi mövzusu lazımsız yerə vaxt keçirməkdən, baş qarışdırmaqdan ibarətdir. Əsas olan İslam ölkələrinin dərhal birləşməsidir. Sitatlar
İslam ölkələri öz keflərindədirlər. Suriyanı film seyr edirmiş kimi kənardan seyr edirlər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində Şamın xarabaya dönəcəyi bildirilir. Sitatlar
Siyasətlə Suriyaya təsir etmək mümkün deyil. Yalnız mədəni təhsillə mümkün olar. Sitatlar
Ümumilikdə, xilas etmə əməliyyatları çox təhlükəli olur. Biz məzlumlar acı çəkər deyə narahat oluruq. Sitatlar
Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir. Sitatlar
Sevgi dolu olun, şəfqət üslubundan istifadə edin. Zülmkar üslubunu istifadə etməyin. Şəfqətdə bərəkət, zülmkarlıqda bərəkətsizlik vardır. Sitatlar
Haqq, mərhəmət, şəfqət, ağıl, düzgünlük qalib gəlir. Allah tərəfindən zülm, qəddarlıq, mərhəmətsizlik, eqoizm, qürur həmişə məğlub olacaq şəkildə yaradılar. Məsələn, biri çox tərs, qəddar adamdır, əksinə həmişə məğlub olaraq yaradılır. Mərhəmətli, şəfqətli və ədalətli isə həmişə qalib olur. Allah "Allah Hizbi qalib olandır" deyir. Sitatlar
İndi oyağıq. Dünya qan ağlayr və biz bu vəziyyətdə rahat yaşaya bilmərik. Sitatlar
Zülm dayanmaz. Zülmlə gələn zülmlə gedər. Sitatlar
Dünyanın hər tərəfində Müsəlmanlara qarşı zülm edilir. Birlik olmadıqlarına görə Müsəlmanlar bütün dünyada əzab çəkirlər. Sitatlar
Allah ühurundan sonra bir bərəkət, fərahlıq verdi. Bəlkə də zülm və qəddarlıq daha çox artacaqdı. Sistem daha şiddətli şəkildə Dəccaliyyətə doğru gedəcəkdi. Amma ALLAH MEHDİYYƏTİN BƏRƏKƏTİ İLƏ RAHATLIĞI, GÖZƏLLİYİ, YAXŞILIĞI MİLLƏTƏ BƏXŞ ETDİ. ALLAH İNSANLARI BİR FƏRAHLIQ DÖVRÜNƏ APARMAĞA BAŞLADI. Sitatlar
Qardaşlarımız xurafatçıların və fanatiklərin "Kitab Əhlini asıb-kəsəcəyik" fitnəsinə əsla yaxınlaşmasın. Onları bu səhv məntiqə təşviq edən dəccaliyyətdir. KİLSƏLƏR, SİNAQOQLAR ALLAHın MÜHAFİZƏSİNDƏDİR, bu Quran ayəsidir. MÜSƏLMAN QARDAŞLARIMIZ YƏHUDİ VƏ XRİSTİANLARA EDİLƏN ZÜLMƏ QARŞI, ONLARA ŞƏFQƏTLƏ YAXINLAŞARAQ QAYNAYIB QARIŞSINLAR. Sitatlar
Hər şeyin təsadüfən olduğuna inanmaq bir zülmdür. Təsadüf meyvələrə bu qədər gözəl qoxu bəxş edə bilərmi? Əsla edə bilməz! Sitatlar
Şiddətə məruz qalan qadınlara oradakı bütün ətrafdakılar kömək etməlidir. Şiddət tətbiq olunduğunu bildiyin zaman tamaşaçı kimi seyr edə bilmərsən. Bu kimi hadisələrə təqib lazımdır. Sitatlar
Gənclər Darvinizmin çökməsini çox yaxşı öyrənsələr, təbliğ üçün çox yaxşı usta olarlar. Mehdiyyəti çox yaxşı qavrasınlar. İnsanların inanıb inanmamasının üzərində dayanmasınlar, şüur altında mütləq inanacaqlar. Allah iman etmədikləri üçün deyil, "zülm və mütəkəbbirlik səbəbindən inkar etdilər" deyir. Zülm və böyüklənmə ortadan qalxdığında vicdanlı şəkildə dərhal qəbul edərlər. Sitatlar
Axirətdə hər kəs cəhənnəmin kənarına gətirilir. Orada zülm edənlərin qürurunu qırmaq üçün Allah, onları cəhənnəmin ətrafında dizüstü çökdürür. Müsəlmanlar da oraya gəlir, Allah Müsəlmanları ayırır. Onların önlərində və sağlarında işıq olur. Dizüstü çökənlər isə cəhənnəmə aparılır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in möcüzələri ilə hz. Mehdi (ə.s)-a yardımı hz. Mehdi (ə.s)-ın Qurandan sonra ən böyük mənəvi silahıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur