Biz AK Partiya hökumətinin, sağın fəlsəfəsini bütün Anadoluda yaydıq. Darvinizmi-materializmi elmi dəlillərlə yerlə-yeksan etdik. Solun dayaq nöqtələrini aradan qaldırdıq. Həm müasir İslam anlayışının, həm anti-darvinist, anti-materialist sistemin yayılması hökuməti ideoloji istiqamətdən polad kimi gücləndirdi. Beləcə devrilməz iqtidar yaranmış oldu.
Allah Quranın dəyişməyəcəyini söyləyir. Quran hafizlərin əli ilə gəldi. Hafizlərin əli ilə gələn Quranın dəyişməsi onsuz da mümkün deyil.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a sarılmazsanız, İslam Birliyi olmaz. Mehdiyyətə sarılsanız, məsələ həll olar. Allahın dediyini edəcəksiniz. Özbaşına hərəkət etmək olmaz.
(A9 TV; 10 may 2013)
Adnan Oktar
-
Günahsız insan görmək gözə, ruha qidadır. Uşaqlar, körpələr günahsızdır. Nə gözəl günahsız bir insan, maşaAllah, əlhəmdülillah. Heç günahı yoxdur, nur kimidir, maşaAllah.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Cəhənnəm dərəcə-dərəcədir. Yəni, cəhənnəmin hər yerində atəş yoxdur, hər yerində eyni şey yoxdur. Azğın adamlar üçün şiddətli əzab vardır. Cəhənnəmin bəzi yerləri daha sakitdir.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Suriya Allahın izni ilə Türkiyənin idarəsinə girəcək. Baxın, müjdəni verirəm. Bu dəqiqdir. Türkiyə ilə Suriyanın sərhədləri açılacaq. O sərhədlər Suriyanın deyil. İngilislər onu masa arxasında xətkeşlə çəkiblər. Türkiyə ilə Suriya iç-içə olacaq. Fitnə də aradan qalxacaq, burdan Şama istədiyimiz kimi gedəcəyik.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
İslamda haqlı olan güclüdür. Təkamülçü düşüncədə isə güclü olan haqlıdır. Baxın, iki zidd düşüncə.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Quranda qırğınlar, didib-parçalamalar, nifrət yoxdur. Qatı dinçilərin tətbiqi o tərzdə olur. Bu Quranın günahı deyil, haşa, qatı dinçiliyin günahıdır.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
İsraildə hz. Mehdi (ə.s)-ın keçəcəyi tarixi, neçə min illik qapı bağlı olaraq tutulur. Yalnız hz. Mehdi (ə.s) zühur edəndə, Şiloh yəni, Kral Məsih zühur edəndə o tarixi qapı ilk dəfə açılacaq.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Canını qurtarmaq üçün Türkiyəyə sığınan insanı qorumaq fərzdir. Əks təqdirdə insan harama girər, cinayətə şərik olar, Allah əsirgəsin.
(A9 TV; 12 may 2013)
Adnan Oktar
-
Stalinizm, marksizm yıxılmışdır. İslam Birliyi ən gözəl yoldur. İslam Birliyindən kənarda olan bütün çıxış yolları açılmazdır.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Darvinizmin çökdüyünü ən sonuncu dağdakı PKK öyrəndi və PKK əsas darvinizmin çökməsi ilə gücünü itirdi. Çünki PKK-nın ideologiyası olan kommunizm və marksizm darvinizmə əsaslanır.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Allahın insanlara göstərdiyi qurtuluş proyekti mehdiyyət, İsa Məsihdir, İslam Birliyini yaratmaqdır.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Zənci və ya ağ dərili olsun, hamımız hz. Adəm (ə.s)-ın övladlarıyıq. Zəncilərə hörmətsizlik etmək həm çox eyib, həm də vicdansızlıqdır.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Sevgisizlik çox qorxuncdur. Sevgisizlik və şiddət ruhu bir gənclik fəlsəfəsi kimi yayıldı. Hz. Mehdi (ə.s) üzə çıxsa, sevgini bir həftədə dərhal öyrədər.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Gələn suriyalı qardaşlarımızı təkcə çox az sayda olan kommunistlər istəmir. Ölümdən qaçan insanları gəldikləri yerə qayıtmağa məcbur etmək çox böyük zülm olar. Allah verməsin, bu çox böyük bir vicdansızlıq olar. Allah axirətdə bunun hesabını soruşa bilər və məsuliyyət daşıyanları cəhənnəmin dibinə göndərə bilər.
(A9 TV; 14 may 2013)
Adnan Oktar
-
Suriyada bir vəhşilik var, xalq canını qurtarmaq üçün Türkiyəyə qaçır. Belə vəziyyətdə xoş olmayan hadisələr, qarışıqlıqlar da baş verə bilər. Belə hadisələri şişirtmək lazım deyil.
(A9 TV; 13 may 2013)
Adnan Oktar
-
Hataya yüz min, iki yüz min suriyalı qardaşımız belə gələ bilər və gəlsinlər. Fikrimcə, sərhəd qapılarını açsınlar. Gəlsinlər və məskunlaşsınlar. Yəni, getməsinlər, qalsınlar, burda məskunlaşsınlar. Onlara ev, iş, imkan verək. Onlar bərəkəti ilə gəlir. İki yüz min adam gəlsin. Yəni, dövlət bunu dövlət siyasəti olaraq tətbiq etməlidir.
(A9 TV; 11 may 2013)
Adnan Oktar
-
İman gücü ən ləzzətli güc, nemət, gözəl bayramdır. Bir insanda həqiqi iman yaransa, o dünyanın ən güclü adamıdır. Onu Allahın izni ilə heç kim məğlub edə bilməz.
(A9 TV; 11 may 2013)
Adnan Oktar
-
Kasıb-füqəraya ödənişsiz kompyuter, internetə ödənişsiz havayı daxil olmaq imkanı―bunlar vacibdir. Belə olduqda həqiqi müasir Türkiyəyə doğru sürətlə irəliləyərik, inşaAllah.
(A9 TV; 21 aprel 2013)
Adnan Oktar
-
İnternetə limit olsa, adamın əlindən kitabı götürmüsən, adam kitabxanaya gedir, qapının qarşısında dayanmısan, eyni hərəkət olar. İmkan yaradın, millət məlumatını, mədəniyyətini artırsın, limit və s. bunların hamısı aradan qalxsın.