logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 dekabr 2015

avatar

Adnan Oktar

Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq.
A9 TV; 26 dekabr 2015
2512
avatar

Adnan Oktar

İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan.
A9 TV; 25 dekabr 2015
avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v) o dövrün ən müasir insanıydı, hz. İbrahim (ə.s) o dövrün ən müasir insanıydı. Müasirliyə qarşı mübarizə aparmağı İslamın tələbi zənn edirlər. Şeytan aldadır, səhv yol kimi göstərir. Müasirlik nemətdir. Cənnət insan ağlının qavraya biləcəyi ən müasir yerdir. Müsəlman müasirliyi hədəf etməlidir.
A9 TV; 25 dekabr 2015
avatar

Adnan Oktar

Qadınlar rahat geyinməli, rahat yaşamalı və bütün dünyada sərbəst olmalıdırlar. Bunu etməyən hər ölkə həlak oldu. Qadınların azad olduğu hər ölkə, ən müasir, ən firavan, ən dinc ölkədir. Əksi olmaz. Çarşablı da istədiyi kimi geyinsin, üzünə rübənd salan da rübənd salsın, sərbəst olmalıdır, qadınlara təzyiq olmamalıdır.
A9 TV; 25 dekabr 2015
avatar

Adnan Oktar

Hər keyfiyyətsiz dövlət dağılar. Qadını təzyiq altında olan hər dövlət məhv olar. Çünki insanların yarısı qadındır. Qadına zülm varsa orada rahatlıq olmaz. Allah intiqam alar.
A9 TV; 25 dekabr 2015
avatar

Adnan Oktar

Şərab, rakı, viski içib zəhərlənib məhv olmaq, əylənmək deyil. Yanlış alkoqol mədəniyyəti var, bu çox böyük səhvdir. Alkoqol qətiyyən əyləndirici vasitə deyil. Çox zərərli, narahatedici bir maddədir.
A9 TV; 24 dekabr 2015
avatar

Adnan Oktar

Yeni il bayramını sanki böyük fəlakət kimi göstərirlər. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in doğum günü oldu, Mövlud qəndili, iftixarla qeyd etdik, qeyd edirik. Hz. İsa (ə.s)-ın doğum günündə niyə bu qədər dəhşətə düşürlər? O da İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir.
A9 TV; 24 dekabr 2015
avatar

Adnan Oktar

Beş vaxt namazını qıl, səhərə qədər təsbehini də çevir, ancaq keyfiyyətli yaşa. Örtünürsənsə örtün, ancaq keyfiyyətli örtün. Uydurma bez parçaları ilə olmaz. Məsələn, Osmanlı dövründə qadınlar örtünürdü, incəsənət əsəri möhtəşəm idi. Qadın ortaya çıxanda sanki çiçəkdir. Dindar olmağa mane olacaq bir şey deyil bu.
A9 TV; 24 dekabr 2015
avatar

Adnan Oktar

Allah, Mən sevilməyə layiq olan sonsuz güc Sahibiyəm deyir. Bütün sevgini, hər şeyi yaradan Mənəm, sevdiklərinizi yaradan Mənəm. Onların görünüşü də Mənə aiddir deyir. Buna görə şirk qoşmayın, sevginizi Mənə yönəldin deyir. Doğru olan da budur.
A9 TV; 23 dekabr 2015
avatar

Adnan Oktar

Bəzi insanlar Allahı qəzəbləndirən şeyin əyləncə olduğunu zənn edirlər. Halbuki, sevilməməsi Allahı çox qəzəbləndirər. Yəni unudulması, Özünə şükür edilməməsi və sevilməməsi.
A9 TV; 23 dekabr 2015
avatar

Adnan Oktar

Müsəlmanın Tövrat və ya İncildən tamamilə xəbərsiz olması çox qəribə olar. Allah Quranda Tövratdan və İncildən bəhs edir. Sanki bir əfsanədən bəhs edilirmiş kimi, davransan olmaz. O, mövcud olan bir Kitabdır. Təhrif olmuş hissələrinə əməl etməməlisən.
A9 TV; 23 dekabr 2015
avatar

Adnan Oktar

Xristianlıqda sevgi çox ön plandadır. Müsəlmanlar İncili oxumalıdırlar. Təhrif olunmuş hissələrini deyil, Qurana uyğun gələn hissələrini. İncil sevgidən bəhs edir. Həmçinin, Tövratda da sevgidən çox gözəl bəhs edən hissələr var.
A9 TV; 23 dekabr 2015
avatar

Adnan Oktar

Qadınlar xoşbəxt olarsa, cəmiyyət də xoşbəxt olar. Qadınların xoşbəxt olması üçün də, sərbəst olmalı və qorunmalıdırlar. Həm dövlət, həm də xalq qorumalıdır, hər kəs qadınları qorumalıdır, onlar hər yerdə üstün tutulmalıdırlar ki, şən olsunlar.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Avropanın ən müasir ölkəsi olmalıyıq. Ankara Parisi keçməlidir. İstanbul Londondan daha keyfiyyətli olmalıdır. Müqayisə etmək mümkün olmamalıdır. Hər yerdə nəzakətli, xoşsöhbət və sülhsevər insanlar olmalıdır. Çay evlərində, küçələrdə, hər partiyadan, hər fikirdən olan insan, eləcə də, hər kəs bir-birini sevməlidir.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Bəzi mövhumatçıların əlinə müəyyən imkan keçsə, nə musiqi dinlənilməsinə icazə verər, nə heykəl qalar, nə rəsm əsərləri qalar, nə qadınlar makiyaj edə bilər və nə də küçəyə çıxa bilərlər. Çoxu gözü dönmüş insandırlar. Bunun üçün də, Türkiyə müasir dindarlığa doğru sürətlə irəliləməlidir.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

İsrail bölgənin zəki, ağıllı bir dövlətidir. Anti-kommunist və Allahdan yana olan bir dövlətdir. Türkiyə istənilən halda İsraillə çox yaxşı dost olmalıdır.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Milli mənfəət məsələsi olmamalıdır. Hər kəsin mənfəəti üçün çalışmalıyıq. Özümüz əziyyət çəksək də, başqalarının xoşbəxtliyi üçün çalışmalıyıq. Belə nəcib millətə, nəcib dövlətə bu yaraşar. Bizə mənfəətpərəstlik, eqoistlik yaraşmaz.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Bizim silahımız, hər şeydən üstün iman və imandan qaynaqlanan sevgimizdir, bu qədər. Güclü dindar olmalıyıq, həm də çox sevgi dolu olmalıyıq. Heç kəsdən intiqam almayan, hər kəsi barışdırmağa çalışan və hər kəsin yaxşı olması üçün çalışan insanlardan olmalıyıq.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Avropa və dünya səviyyəsində bütün insanların bizə dost olması, eləcə də, ən başda Allahın bizi sevməsi üçün, heyrətamiz sevgi müəllimi olmalıyıq. Yəni dünyada görülməmiş xarakter nümayiş etdirməliyik. Dünya bizi heyrətlə izləməlidir. Həmçinin daha çox müasir olmalıyıq.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun.
A9 TV; 21 dekabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan. Sitatlar
İnsan düşmənlərinə, sevgisizlərə sığınacaq verən, onları qoruyan bir sistemdən qəti olaraq uzaqlaşmalıdır. Sevgi insanlarını gücləndirmək lazımdır. Sitatlar
Qadınlar rahat geyinməli, rahat yaşamalı və bütün dünyada sərbəst olmalıdırlar. Bunu etməyən hər ölkə həlak oldu. Qadınların azad olduğu hər ölkə, ən müasir, ən firavan, ən dinc ölkədir. Əksi olmaz. Çarşablı da istədiyi kimi geyinsin, üzünə rübənd salan da rübənd salsın, sərbəst olmalıdır, qadınlara təzyiq olmamalıdır. Sitatlar
Hər keyfiyyətsiz dövlət dağılar. Qadını təzyiq altında olan hər dövlət məhv olar. Çünki insanların yarısı qadındır. Qadına zülm varsa orada rahatlıq olmaz. Allah intiqam alar. Sitatlar
Qadını müasir olmayan ölkə heç vaxt müasir olmaz. Qadını rahat olmayan, qadını azad olmayan bir ölkə heç vaxt azad olmaz. Qadınların gülmədiyi bir ölkədə heç kəs gülə bilməz. Qadınlar xoşbəxt deyildirsə, heç kəs xoşbəxt olmaz. Sitatlar
Beş vaxt namazını qıl, səhərə qədər təsbehini də çevir, ancaq keyfiyyətli yaşa. Örtünürsənsə örtün, ancaq keyfiyyətli örtün. Uydurma bez parçaları ilə olmaz. Məsələn, Osmanlı dövründə qadınlar örtünürdü, incəsənət əsəri möhtəşəm idi. Qadın ortaya çıxanda sanki çiçəkdir. Dindar olmağa mane olacaq bir şey deyil bu. Sitatlar
Allah, Mən sevilməyə layiq olan sonsuz güc Sahibiyəm deyir. Bütün sevgini, hər şeyi yaradan Mənəm, sevdiklərinizi yaradan Mənəm. Onların görünüşü də Mənə aiddir deyir. Buna görə şirk qoşmayın, sevginizi Mənə yönəldin deyir. Doğru olan da budur. Sitatlar
Avropanın ən müasir ölkəsi olmalıyıq. Ankara Parisi keçməlidir. İstanbul Londondan daha keyfiyyətli olmalıdır. Müqayisə etmək mümkün olmamalıdır. Hər yerdə nəzakətli, xoşsöhbət və sülhsevər insanlar olmalıdır. Çay evlərində, küçələrdə, hər partiyadan, hər fikirdən olan insan, eləcə də, hər kəs bir-birini sevməlidir. Sitatlar
Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun. Sitatlar
Biz çox müasir Avropalaşmış bir ölkə olmalıyıq. Hökumətin ən çox diqqət etməli olduğu məsələ budur. Müasir olmasaq elmdə və incəsənətdə inkişaf olmaz. Hərbi cəhətdən də gücümüz olmaz. Klassik Yaxın Şərq ölkəsi kimi olar və yavaş-yavaş çökərik. Sitatlar
Bir ölkəni dağıtmağa təşəbbüs etsələr, əvvəlcə həmin yerin insanlarını sevgisiz, kinli, kobud, vəhşi, mədəniyyətsiz, estetika və incəsənətdən uzaq, qan tökən, ətrafa nifrət toxumları saçan, heç bir irqi və heç bir cəmiyyəti sevməyən, vəhşiləşmiş insanlar halına gətirərlər. Bundan sonra həmin insanları və həmin cəmiyyəti yox etmək çox asan olar. Birinci mərhələsi bu olur. Sitatlar
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin. Sitatlar
Keyfiyyət və İncəsənət Nazirliyinin qurulması çox əhəmiyyətlidir. Əgər ortaya çıxarılan bir şeydə sənət yoxdursa, dəyəri olmaz, keyfiyyət yoxdursa, dəyəri olmaz. Həm sənət, həm də keyfiyyət təşviq edilməlidir. Sitatlar
Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər. Sitatlar
Tarix təkrarlanmır. Sistem həmişə irəliyə doğru gedər və yeniliklər gətirər, hər dövrdə dəyişər. Sən romantik bir tarix anlayışı ilə eyni şeyləri etməyə cəhd etdiyin zaman əzilərsən, məğlub olarsan. Dövrümüz elm, ağıl, sevgi, iman dövrüdür. Sevgiylə, imanla qalibiyyət gələr. Başqa şeylə nəticə ala bilməzsən. Sitatlar
Elm inkişaf etdikcə Allahın yaratma sənətinin möcüzələri ortaya çıxdı. Mövcud olan hər şey çox səthi bilinirdi, ancaq kənardan görünən qədəri bilinirdi. İç aləminə daxili olduğun zaman böyük bir dünya ilə qarşılaşdıq. Görülənin bir milyon misli, iki milyon misli möcüzə ilə qarşılaşdıq. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
Peyğəmbər (s.ə.v) o dövrün ən müasir insanıydı, hz. İbrahim (ə.s) o dövrün ən müasir insanıydı. Müasirliyə qarşı mübarizə aparmağı İslamın tələbi zənn edirlər. Şeytan aldadır, səhv yol kimi göstərir. Müasirlik nemətdir. Cənnət insan ağlının qavraya biləcəyi ən müasir yerdir. Müsəlman müasirliyi hədəf etməlidir. Sitatlar
Əgər darvinist-materialist təhsilə son qoyulsa, İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) adlı bir təşkilat da olmaz. Marksist Leninist Kommunist Partiyası (MLKP) adlı bir hərəkat olmaz, PKK adlı bir təşkilat da olmaz. Çünki fikri təməllərini kökündən yox etmiş olursan. Sitatlar
Müsəlmanlar birləşəcək və başına bir lider gələcək, biz buna hər cür adı verə bilərik. Müsəlmanların xəlifəsi də deyə bilərik, başçı da deyə bilərik, xəlifeyi-ruyi-zəmin (yer üzünün xəlifəsi) də deyə bilərik, hər şey deyə bilərik. Ad üzərində ixtilafa düşməyə ehtiyac yoxdur. Sitatlar
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur. Sitatlar
Yüz minlərlə müsəlman şəhid edilir. İslam Birliyi olsa bitəcək bu. İslam Birliyinin olmaması cinayətlərə səbəb olur. Müsəlman, İslam Birliyini müdafiə etmədikdə bilmədən bu ölümlərə şərik olmuş olur. Sitatlar
Dəccaliyyət, yəni insanları Allahsızlığa sürükləyən sistem darvinizmdir. Dəccal fikir sistemi olaraq ortaya çıxır və nəhəng dünyanı Allahsız, Kitabsız edir. Darvinist, materialist edir. Bütün dünya məktəblərində Dəccalın darvinist, materialist iddiaları tədris olunur. Eləcə də, insanlar Allahsızlığa, Kitabsızlığa sürüklənirlər. Sitatlar
Darvinizm dəccaliyyətdir. Axırzamanda çıxacağı söylənilən Allahsız cərəyandır. Bütün dünyanı Allahsız, Kitabsız etdi. Dəccalı axtarıb tapmağa vaxtımız yoxdur, dəccal onsuz da zühur etdi. Həll yolunu tapmaq lazımdır. Həll yolu da mehdiyyətdir. Biz dəccaliyyətə qarşı mehdiyyət cərgəsində yer almalıyıq. Sitatlar
2016-cı ildə böyük hadisələrin yaşanacağı, dəhşət və zorakılığın artacağı aydın olur. Lakin sevgi insanları bir-birindən möhkəm yapışıb sevgi əsrini yaradacaqlar. Dəhşəti, zorakılığı, mərhəmətsizliyi, terroru müdafiə edənlər isə, şam kimi əriyib yox olacaqlar. Bunu hamımız görəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur