logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 fevral 2015

avatar

Adnan Oktar

Biz müsəlman öldürmərik. Müsəlmana əl uzatmaq olmaz, cahildirsə öyrədərsən. Sevgiylə, şəfqətlə yaxınlaşarsan. Mənə Qurandan bir hökm göstərsinlər, harada müsəlman öldürmək yazılmışdır?. Heç bir alim buna fətva verə bilməz, bir müsəlman belə bir şeyə fətva verə bilməz. Heç vaxt izin vermərik.
A9 TV; 26 fevral 2015
2299
avatar

Adnan Oktar

Türk əsgəri heç bir şəkildə cani ola bilməz, cinayətə şərik ola bilməz. Kim türk əsgərini cinayətə təşviq etsə, qarşısında ağlı başında olan insanların olduğunu görəcəkdir. Türk əsgəri onsuz da belə bir tələyə düşməz. Belə bir çirkin cinayət törətməz. Bizə qatil olmağı təklif edənlər əxlaqsızlıq edirlər.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o, nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Şəhid ailələrini heç boş buraxmamaq lazımdır. Onların evləri bir məscid kimi olmalıdır. Hər gün Allahın yada salındığı, gözəl söhbətlərin edildiyi, təmiz və pak bir yer olmalıdır. Gedənlər evi də gözəl şəkildə təmizləməlidirlər. "Ana biz evi təmizləyək" deməlidirlər. Çirkli qab-qacaq varsa, onları yumalıdırlar. Yemək yoxdursa, yemək bişirməlidirlər.
A9 TV; 26 fevral 2015
avatar

Adnan Oktar

Federasiya, yerli rəhbərlik, birləşmiş dövlətlər, bunların hamısı Türkiyəni bölmə məqsədi daşıyan fəaliyyətlərdir.
A9 TV; 25 fevral 2015
avatar

Adnan Oktar

Təqlidi iman zəif olur, amma təhqiqi iman çox güclüdür. “Haqq-ul yakin” iman lazımdır. İnsanlar dərin imana sahib olmadıqları təqdirdə, xəstə olurlar. Günah işləyirlər.
A9 TV; 25 fevral 2015
avatar

Adnan Oktar

Türkiyə çox əhəmiyyətli bir dönüş mərhələsindədir, buna görə də, vətənpərvər gənclərin dəstəklənməsi, qorunub himayə edilməsi çox əhəmiyyətlidir. Onların şövqlərinin artırılması, onların gümrah saxlanılması çox əhəmiyyətlidir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Gənclik daha qərarlı olmalıdır. İdealist gənclik bu istiqamətdən daha yaxşıdır. Öyrədilmiş, təchizatlı, qərarlı, ciddi, çəkindirici bir ünsürdür. İdealistlər kükrəyəndə bir çox yer titrəyir. Bu titrəmə hiss edilir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Pis adamların üzünün qapqara olması bir möcüzədir. Üzlərində dərhal bir zillət və pislik nümunəsi görünür. Möminlər də bir quzu kimi təmiz olur. Çox təmiz olurlar.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Müsəlman çox rahat olur, hər yerdə rahat olur. Allaha təvəkkül etdiyi üçün, ona etimad etdiyi üçün, axirətdə də diriləndə son dərəcə rahat olar. Məsələn, möminlər Qiyaməti sevinc içində seyr edir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Allah “Qəffar və Rəhim”dir, mərhəmətlidir. Mömin bir insan, Allahdan qorxan bir insan cəhənnəmə girməz. Allahdan qorxan dinin tələblərini onsuz da yerinə yetirər. İkinci bir ehtimal olmaz. Onsuz da onlar mömin olaraq yaradılırlar.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Əgər biri iman əhlindəndirsə, Allahın diləməsiylə qorxmasın. "Mən varam", "Məni kim yaratdı?" deyirsə, Allahdan qorxacaq gücə sahibdirsə, Allah da iman əhlini yandırmaz. Bu qədərini deyim ki, anlasınlar. Cəhənnəm əhli necə bir məxluqatdır?. Bunu dərk edə bilməzlər. Cəhənnəm əhli ölü olur.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

İran bilavasitə mehdiyyətə görə siyasət yürüdür. Bir milyon nəfərlik ordu yetişdirir, Mehdi ordusu. Gecə-gündüz hər şeyi Mehdi ilə əlaqələndirirlər. İsraildə Moşiyahın gəlməsi üçün hər gün üç dəfə dua edərlər. Belə olduğu halda, onu görməzlikdən gəlsən məhz özün ziyana uğrayarsan. Çünki, tarix o istiqamətdə inkişaf edir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

Sənin Moşiyahla, yəni Mehdi (ə.s)-la heç bir əlaqən yoxdur, amma bütün Yaxın Şərq bu mövzunun ətrafında fırlanır. Sən istəsən də, istəməsən də belədir. ABŞ-ın xarici siyasəti Moşiyah Mehdi (ə.s)-a görədir. Eləcə də, Səudiyyə Ərəbistan və İraq dövlətlərinin yürütdüyü xarici siyasət də ona görədir.
A9 TV; 24 fevral 2015
avatar

Adnan Oktar

YPG, bütün Türkiyənin və müsəlmanların düşmənidir. Kommunist, marksist, leninist, Allahsız, Kitabsız, xain bir təşkilatdır. Cinayət, mafiya təşkilatıdır.
A9 TV; 23 fevral 2015
avatar

Adnan Oktar

Ayasofyada ilk namazı qıldıracaq kimsə Mehdi (ə.s)-dır. Kiminlə birlikdə qıldıracaq? Hz. İsa (ə.s) ilə birlikdə. İstanbul İsa (ə.s)-ın gələcəyi yerlərdən biridir. Qüds-ü Şərif iki, Məkkə-i Mükərrəmə üç.
A9 TV; 23 fevral 2015
avatar

Adnan Oktar

MHP-nin aktiv bir gəncliyi var. Yetişdirilmiş, siyasi və ideoloji cəhətdən təhsil almış bir gəncliyi var. Amma Ədalət və İnkişaf Partiyasının belə bir gəncliyi yoxdur. Bunu Ədalət və İnkişaf Partiyası da etməlidir. Milliyyətçi, vətənpərvər, vətənə, bayrağa, millətə, dövlətə zərər verməyə çalışanlara qarşı kükrəyən bir gənclik yetişdirməlidirlər. Bu vacibdir.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Gəncliyə, insanlarımıza, yəhudi qardaşlarımızı sevəcək, onları qoruyub himayə edəcək, onlara hörmət bəsləyəcək bir üslubu verək. Addım-addım bir bəlaya doğru gedilir, bir uğursuzluğa doğru gedilir, bunu dayandıraq.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks İslam yaşanılası deyil. Ağlagəlməz dərəcədə çətindir. Musiqi dinləyə bilməzsən, şəkilə baxa bilməzsən, gülə bilməzsən, xanımlar təmiz geyim geyinə bilməz, baxımlı, zərif ola bilməz. Saçlarını boyaya bilməz, qaşını ala bilməz, özünü gözəlləşdirə bilməz.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Şeytan qəsdən İslamı çətinləşdirib məhv etdi dünyada. Dini çətin göstərmək çox şeytani bir metoddur. Şeytanın o pis zəkasının bir məhsulu olaraq ortaya çıxdı.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi gözəlliklərdən biridir. Allah: "İki gözəllikdən biri" deyir. "Gözəllik" deyir. "Şəhidlik və qazilik". Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir.
A9 TV; 22 fevral 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din  həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az   şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur. Sitatlar
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan   atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar.   Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir.   Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin   qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir. Sitatlar
Peyğəmbər özündən Qurandan kənar halallar, haramlar çıxara bilməz. Bu mövzuda   açıq Quran ayələri vardır. Sitatlar
Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları   dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların   danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş-  boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül,   istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri   kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə   bunların hamısı halaldır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) haramları Qurandan öyrənirdi. Quranda bildirilənlərdən başqa   haram, halal olmaz. Hz. Aişə anamızdan belə bir şey soruşurlar; "Rəsulullah (s.ə.v)-in   sünnəti nədir?", O da; “Qurandır” deyir. İş çıxarmayın. Quranda bildirilənlərdən başqa   haram, halal olmaz. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc   qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun,   şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı   çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət   Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr   əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Sitatlar
Gələn peyğəmbərlər və mehdilər daim halalların sayını artırmış, haramların sayını isə   azaltmışdırlar. Amma müşriklər də daim haramların sayını artırmış, halalların sayını   azaltmışdırlar. Halbuki haqq dində halallar çoxdur. Sitatlar
Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla   var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə   edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir. Sitatlar
Sitatlar
Müsəlman cinnət halına qarşı daima ayıq-sayıq olmalıdır. Bu şeytanın bir hiyləsidir.   Şeytan götürüb cəhənnəmə aparmaq istəyir. Yanına aparmaq istəyir, iddialıdır axı.   Müsəlman qəbul etməyəcək. Haram olduğunu bildiyi üçün Allaha sığınmalı,   “hasbiyallahu və nimel vəkil” deməli və haramdan uzaq durmalıdır. Sitatlar
İki müsəlman qrupun, iki haqq qrupun bir-biriylə mübarizə aparması haramdır.   Müsəlmanların da barışdırmaq üçün səy göstərmələri, hamı üçün fərzdir. Yəni fərzi- kifayə deyil, hamıya fərzdir. Səy göstərməlidirlər. Sitatlar
Allah üçün cinayət törədilməz. Cinayət İslam dininin qanunlarına görə cəzası əbədi   cəhənnəm həyatı olan çox böyük bir günahdır. Bu ağlı başında bir müsəlmanın   edəcəyi bir şey deyil. Bunu ancaq qəddar ruhlu, qatil ruhlu, psixopat ruhlu bir insan   edə bilər. Sitatlar
PKK-nın qanun və hüquqla yox edilməsi bütün müsəlmanlar üçün fərzdir. PKK ilə mübarizə aparılmaması haramdır. Sitatlar
Biz nələrin halal olduğunu Quranda axtara bilmərik. Quranda haramlar axtarılar. Çünki haramların sayı çox azdır. Bir şeyin haram olduğuna dair Qurandan hökm-dəlil gətirildiyi vaxt məsələ həll olar. Amma Quranda haram olduğuna dair bir hökm yoxdursa, uydurmalarla, xurafatlarla qadağa qoymaq olmaz. Sitatlar
Bombalamaq haramdır. Çünki aşağıda kimlərin olduğunu bilmirsən. Uşaq, qadın, adi vətəndaş hər kəsə tuş gəlir. Bu ABŞ-ın qəddarlığının dünyaya əks olunmasıdır. Belə şey olmaz. Sitatlar
Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: "Bunlardan savayı yerdə qalanları sizə halal etdim'' deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan? Sitatlar
Quranın hansı yerində musiqinin haram olduğuna dair ayə var? Şəkilin haram olduğuna dair harada ayə var? Bunu haradan çıxarırsan? Belə bir şey yoxdur. Buna görə, sən özünə bir cəhənnəm meydana gətirmisən. Halalı haram etmisən və axirətdə də gözəl qarşılıq alacağına ümid edirsən. Allah səni cəhənnəmdən qorusun. Allah adından hökm vermək şirkdir. Sitatlar
Qurandan uzaq olanda insanın ağlı gedir, davranışları pozulur, halala, harama diqqət etmir, nizamsız olur. Amma Qurana uyarsa, ağıl tam oturur, işləri yolunda gedir, bərəkət gəlir, üzərinə bir rəhmət, bir xoşluq, nur gəlir. Onun üçün Qurana möhkəm sarılmaq çox vacibdir. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən. Sitatlar
Qadınların bəyənilən olması gözəldir. Qadına və kişiyə qadağan olan çirkinlikdir, fahişəlikdir. Yəni haram olan cinsi əlaqəyə girməkdir. Yoxsa, qadının bəyənilməsində, kişinin bəyənilməsində günah yoxdur. Sitatlar
Gələcək qorxusu haramdır, müsəlman bu cür düşünməməlidir. Hər anımızı Allah yaradar. Sənin aldığın bütün tədbirlər başına bəla olar. Misal üçün pul yığarsan, xərçəng xəstəliyinin müalicəsinə gedər o pul, yaxud müəyyən yolla əlindən çıxar. Ev alarsan, Allah başına uçurdar. Belə şeylərə güvənmək olmaz, təkcə Allaha güvənmək olar. Bu çox yanlışdır, həm də, Allah bunu xoşlamaz. Sitatlar
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur