Biz televiziya verilişləri ilə, radio yayımları ilə, internetlə Cənub-şərqdəki qardaşlarımızı maarifləndirməyə davam edəcəyik. Maarifləndirdik və fəlakət, bəla geniş dairədə həll edildi. Həll edilməyə də davam edəcək, inşaAllah.
Bütün gəncliyin, bütün millətimizin təkidlə Turanın üstündə dayanması lazımdır. Tezliklə Türk Birliyi, İslam aləminin birləşməsi son dərəcə asan olacaq.
(A9 TV; 27 iyun 2013)
Adnan Oktar
-
Türk dövlətləri tezliklə birləşib Turanı qurmalıdırlar. Bu, Atatürkün vəsiyyətidir. Turan dövləti Birləşmiş Millətlər kimi olacaq. Turan birliyi daxilində birləşmək şərti ilə müstəqil dövlətlərdir.
(A9 TV; 27 iyun 2013)
Adnan Oktar
-
Qadın azadlığı bir iqtidar üçün ən vacib mövzulardan biridir. Qadınların təzyiq altında olduğu sistemdə hər kəs narahat olur və qadını əzən sistem mütləq məhv olar. Misirdə də bu həqiqət göz önündə saxlanılmalıdır.
(A9 TV; 2 iyul 2013)
Adnan Oktar
-
Misirdə dəyişikliklər olmalıdır. İqtidar dəyişsin. İqtidar qalmaqalla dəyişməz. Amma istəsələr seçkiləri tezləşdirib dəyişikliklər edə bilərlər.
(A9 TV; 2 iyul 2013)
Adnan Oktar
-
Kürd qardaşlarımızın saçının telinə belə zərər gəlməsini istəmərik.
(A9 TV; 1 iyul 2013)
Adnan Oktar
-
Mütləq yaxşılar və pislər olacaq. Yaxşılarla pislər mübarizə edəcək, amma pislər məğlub olacaq. Yaxşılar isə qalib gələcək. Onlar cənnətə hazır, öyrədilmiş vəziyyətdə gedirlər. Sevginin, şəfqətin, mərhəmətin, estetikanın, gözəlliyin, keyfiyyətin insanları olaraq cənnətdən həzz alarlar. Əgər insan bu təhsili almasa, cənnət onun üçün bir şey ifadə etmir.
(A9 TV; 29 iyun 2013)
Adnan Oktar
-
Mehriban, sevgi dolu polis bölmələri təşkil olunmalıdır. Polis bölməsinin ruhunu dəyişdirmək lazımdır. Polis bölməsi turistik təsisə dönməlidir. Polis bölməsinin restoranı, bazarı, kitabxanası olsun. Tək məqsədi dürüst, yaxşı insanları qorumaq olsun, belə fəaliyyət göstərsin.
(A9 TV; 29 iyun 2013)
Adnan Oktar
-
İlluminati, massonluğun üst təbəqəsi dünya tarixini istiqamətləndirər. Dünya tarixinin keçmişinə, hədislərə, Qurana, Tövrata baxıb tarixi istiqamətləndirərlər.
(A9 TV; 28 iyun 2013)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) vəhşi kapitalizmin əleyhinədir. Quranda vəhşi kapitalizm tənqid olunur. Allah Quranda vəhşi kapitalizmin azğınlığını izah edir və malın bərabər paylanmasını əmr edir. Bu isə vəhşi kapitalizmin sonudur.
(A9 TV; 28 iyun 2013)
Adnan Oktar
-
Vətəndaş polisi, dövləti hər cəhətdən dəstəkləməlidir. Dövlətlə millət birlikdə hərəkət etməlidir. Beləcə müvəffəqiyyət əldə etmək olar, inşaAllah.
(A9 TV; 18 iyun 2013)
Adnan Oktar
-
Mehdiyyətdə malından paylamaq, bunda da ədalət, mehribanlıq, sevgi vardır. Allah rizası üçün sevirsən. Hər şey Allah rizası üçün olduğu üçün mehdiyyət müvəffəqiyyətli olur.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Bütün güc Allahındır. Sülh, dostluq təmin edilməyəcək şey deyil. Amma son dərəcə xoş niyyətli olmaq, öz mənfəətini güdməmək lazımdır. İki tərəfin də mənfəət ehtirası varsa mütləq döyüş yaranar. Mehdiyyət mənfəətsiz olduğu üçün, səmimi olduğu üçün sevgi ilə hər şeyi həll edə bilir.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Ən şiddətli döyüşdən belə çıxış yolu tapmaq mümkündür. Müəyyən müdaxilələrlə savaş dayandırıla bilər.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Əvvəl ayrıldıqlarımızla bir yerə gələcəyik: Yunanıstana, Bolqarıstana çatana qədər hamısı ilə birləşəcəyik. Mərakeş, Tunis, Əlcəzair, Liviya, Misir hər biri ilə birləşəcəyik.
(A9 TV; 23 iyun 2013)
Adnan Oktar
-
Səadət partiyası klassik Osmanlı ruhunu daşıyan, Ortodoks İslamı təmsil edən isti yuva, xoş yerdir. Mütləq olmalıdır.
(A9 TV; 19 iyun 2013)
Adnan Oktar
-
CHP bir ovuc kommunistin təlqin və tövsiyələrinə məhəl qoymasın, xalqın ümumi meyli nədirsə onunla uyğunlaşsın. Müasir, mehriban, Atatürkçü cəhətləri ilə güclü olan iqtidara gəlsin, inşaAllah.
(A9 TV; 22 iyun 2013)
Adnan Oktar
-
Çadralı və başı açıq xanımların bir qismi arasında nifrət mütləq yox edilməlidir. Müsəlman hz. Məryəm kimi həlim olmalıdır.
(A9 TV; 22 iyun 2013)
Adnan Oktar
-
Türkiyə Avropa böhran içində ikən ən bərəkətli ölkədir. İqtisadiyyatına görə ən sağlam ölkədir. Xarici və daxili ticarətdə mütənasib, tarazlı vəziyyəti vardır. Bu da AK partiyanın sayəsində mümkün olmuşdur. AK partiyası vəsilə oldu.
(A9 TV; 22 iyun 2013)
Adnan Oktar
-
Keyfiyyət daim artırılmalıdır. Bir insan "mükəmmələm", "çox yaxşıyam" deyə bilməz. Hər şeydə keyfiyyət, azadlıq insanın içini açar. İnsanlar müasir insanı sevirlər.
(A9 TV; 22 iyun 2013)
Adnan Oktar
-
Mehribanlığı daha çox artırıb insanların içində pis ruhlu olanları utandırmaq lazımdır. Məsələn, bir mövzunu tənqid edirlərsə, onun on qat artıq gözəl cavabını vermək lazımdır.