logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 oktyabr 2017

avatar

Adnan Oktar

Böyük hadisələrin artdığı bir dövr daha olacaq. O zaman şübhəyə düşən və ya qorxan itirmiş olar. Dava insanı qorxmadan davam edər.
A9 TV; 11 oktyabr 2017
2251
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlımıza gələn şeytani düşüncələrdən məsul olmarıq, lakin insan bunları düşüncəsinə salıb, şüurlu olaraq əməl etsə bunlardan məsul olar. Pis əməllərin həyata keçirilməsi haram olar. Sitatlar
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah ilə çox kəskin diqqətlə fasiləsiz əlaqə lazımdır. Bu zaman insan həqiqi mənada stabil və xoşbəxt olar. Sitatlar
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər. Sitatlar
Allah qəti var. Bəzi insanlar; "Allahdan əvvəl nə vardı?" deyirlər. Zamansızlığı düşünmədikləri üçün bu sual ağıllarına ilişir. Allah dərgahında əvvəl və sonra yoxdur, tək bir an var. Əvvəl-sonra anlayışları müasir fizikaya görə də yoxdur. Zaman insan üçün yaradılmış anlayışdır. Sonsuz qısa zamanda, yəni bir an içində, sonsuz uzun zaman yaşanıb bitmiş vəziyyətdədir. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allah qorxusundan başqa bütün qorxular müsəlmana haramdır. Müsəlmanın Allahdan başqasından qorxması şirkdir, haram olar. Sitatlar
Allahdan uzaq olmağa heç bir bədən, heç bir hüceyrə dayana bilməz. İnsan Allahdan uzaq olduqda, hüceyrələr intihar etməyə başlayar və insan dərhal çökər. İnsan Allahı sevdiyi zaman, Allaha yaxın olduğu zaman gənc və gözəl olar. Sitatlar
Allahı anlamaq çətin deyil. Sadəcə səmimi olmaq kifayətdir. Mömin, özünü sıxmadan, iki-üç dəlillə kafi olmağı təmin edər. İnsan Allahın yüzlərlə sənətini bir anda düşünə bilməz. Allahın sənəti düşünməklə bitirilə biləcək kimi deyil. Sırf hüceyrəni düşünməyə cəhd etsək 60-70 il ömür kifayət etməz. Tək bir mitoxondridəki ağıl dünyadakı bütün insanların ağlından daha çoxdur. Tək bir xalçanın tüklərində minlərlə qoyunun məlumatı var. Hər gün Allahı diqqətlə, səmimi ruhla izləmək lazımdır. O zaman da Allah o insana heyrətamiz dərəcədə bərəkət verər. Sitatlar
Bəzi insanlar təkəbbürlü birini gördükləri zaman onun yanında əzilməmək üçün təkəbbürlü olmağın lazım olduğuna inanarlar. Liseylərdə və ya sosial mühitlərdə təkəbbürlü olan insanın yanında, əslində o insandan nifrət etmələrinə baxmayaraq, çox insan olar. Buna görə digərləri də təkəbbürlü olmağın əhəmiyyətli və dəyərli olduğunu düşünər. Halbuki təkəbbür insanın özünü alçaldan haldır. Təkəbbürlü insan yarı dəli kimidir. Məhz din olmadıqda insan düzgün qiymətləndirmə apara bilmir və qəribə meyarlar müəyyənləşdirir, ziq-zaq çəkməyə başlayır. Allah dinin əhəmiyyətini bir daha göstərir. Quran əxlaqı ilə baxan insan məsələləri tam doğru şəkildə anlayar. Sitatlar
Bir evə qonaq gələn insan, ev sahibinə heç təşəkkür etmədən çəkib getsə, bu insanın gözəl əxlaqlı və hörmətcil olduğunu söyləyə bilmərik. Allahın mövcudluğunu bildiyi halda, Allaha heç təşəkkür etməyən, Allaha heç yönəlməyən insanın da gözəl əxlaqlı olduğunu söyləyə bilmərik. Sitatlar
Bir insanın səmimi sevgisini gözlərindən, səs tonundakı səmimiyyətdən, qurduğu cümlələrdən, sözləri seçməsindən, göstərdiyi ehtiramdan, təbii hörmətindən anlayarıq. Qadınlar bu məsələdə Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Özlərini qoruya bilmələri üçün ehtirası və eşqi dərhal tanıyacaq qabiliyyətlə təchiz ediliblər. Yalan sevgi ilə həqiqi sevgini dərhal ayırd edərlər. Ruhları həssas cihaz kimidir. Baxan kimi qarşısındakı insanın həqiqətən sevib-sevmədiyini anlayarlar. Sitatlar
Çətin vəziyyətdə olan insana yardımçı olmaq üçün o insanı tanımağa ehtiyac yoxdur. Darda olan insana dərhal kömək etmək lazımdır. Xüsusilə də gənc qız, qadın və ya uşaq çətin vəziyyətdədirsə dərhal kömək etmək lazımdır. Sitatlar
İnsanın gördüyü hər işi Allaha həsr etməsi lazımdır. Su içərkən, yemək yeyərkən, birini sevərkən, Allah yolunda elmi mübarizə apararkən, avtomobil alarkən, qısaca edilən hər hərəkəti həmişə Allaha həsr etmək lazımdır. İnsan evlənəcəksə, sevdiyi insanı Allaha həsr etməlidir. Ev alırsa, evini Allaha həsr etməlidir. Əgər insan etdiyi hər işi Allaha həsr edərsə, Allah o insanı sevər, təcəllisini də insana xeyirli hala gətirər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur