logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 fevral 2017

avatar

Adnan Oktar

Cənnətdəki ən gözəl varlıq, ən gözəl nemət Allahın Zatının təcəllisidir.
A9 TV; 9 fevral 2017
1711
avatar

Adnan Oktar

İnsanların arasında çox sayda ruhu olmayan, eynilə insana bənzəyən müəyyən mənada zombi olan varlıqlar var. Allah Quranda bunlara diqqət çəkmişdir. Yalnız nifrətə görə kodlaşdırılmış, sevgi, gözəllik nədir bilməyən, sözdən anlamayan, sanki heyvan kimi yaşayan bu mənəvi ölülər xüsusi yaradılmışdır. Bu zombilərin varlığı möminlərin qorxularının artmasına vəsilə olur. Mömin bunların mövqeyinə düşməkdən çəkinir. Bu dünyanın gözəl cəhətlərindən biridir, möminlərin bu məxluqlarla apardığı elmi mübarizədir.
A9 TV; 9 fevral 2017
avatar

Adnan Oktar

Bəzi katolik kilsələrdə homoseksuallığın guya qanuniləşdirilməsi və darvinizmin yayılması İngiltərə dərin dövlətinin yönləndirməsidir.
A9 TV; 9 fevral 2017
avatar

Adnan Oktar

Münafiq ruhi xəstəlik formasında müsəlmanların müvəffəqiyyətsiz olmasına çalışar. Küfr əhli ilə məşğul olmaz, lakin möminlərin fəaliyyətlərinə mane olmağa çalışar.
A9 TV; 9 fevral 2017
avatar

Adnan Oktar

Allah Quranda münafiqlərin əxlaqsızlığından, oyunlarından çox ətraflı bəhs etmişdir. Münafiq şeytani, marjinal, qəribə məxluqdur. Münafiqin məntiqləri ilə şeytanın məntiqləri tamamilə eynidir.
A9 TV; 9 fevral 2017
avatar

Adnan Oktar

Tayyib hocamın mədəniyyət və incəsənətin üstündə dayanması da çox gözəldir. Allah onu, dövlətimizi, millətimizi və dünyanı xeyirlə bürüsün inşaAllah. Mədəniyyətə, incəsənətə hakim olan, dünyaya hakim olar. İncəsənət və mədəniyyət olmadıqda məğlubiyyət olar. Tayyib hocam mühüm məsələ üzərində dayanıb.
A9 TV; 9 fevral 2017
avatar

Adnan Oktar

Bütün güc və qüdrət Allaha məxsusdur. Allah diləmədikcə heç kim nəsə edə bilməz.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Şeytan insanları marjinal olmağa sövq edir. Məsələn, Qarun çox marjinal idi, Samiri də, münafiqlərdə də bu ortaq xüsusiyyətdir, məntiqləri anormaldır.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

İsa Məsihin də vəfatından sonra sürətli geriləmə olur və küfr əhlinin ən azğınlaşdığı dəhşət verici günlər yaşanır və qiyamətlə bitir.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

İnsan xatirəsi ilə birlikdə hər an yenidən yaradılır. Müəyyən mənada hər an yenidən doğulmuş olur.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Rohincalı müsəlmanları çox vicdansızca əzirlər. Hər yerdə çıxılmaz vəziyyətə salınmış vəziyyətdədirlər. Bütün müsəlmanların onlara sahib çıxması lazımdır.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Bəziləri öz məntiqlərinə görə kişilərə hər şeyi haqq, qadınlara hər şeyi qadağa hesab edirlər. Qadınların mütləq surətdə baxımsız, çirkin olmasını istəyirlər. Qadına şiddət tətbiq edir, hətta şəhid edir “sevdiyim üçün etdim” deyirlər. Qadını istəmədiyi həyatı yaşamağa məcbur etmək çox böyük zülmdür.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Nə dediyini bilməyən, hər şeyə düşmən olan, gözəllikdən zövq ala bilməyən, sevgisiz, mərhəmətsiz, özü pis, həyatı pis olanları səbirlə öyrədəcəyik.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Mehdinin vəfatından sonra müsəlmanların lideri İsa Məsih olacaq. Mehdi həyatda olarkən İsa Məsih Onun vəziri olacaq.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Kürdlərin özlərinə məxsus çox gözəl əfəndilikləri və əxlaqları var. Çoxu insan qiymətlərini bilmir.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Təkamül, biologiya və ya elm dərsində deyil, keçmiş mədəniyyətlərdə batil din necə idi deyə bəhs ediləcək mövzudur. Şumerlərdən gələn bütpərəst inancdır.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Hz. Adəm cənnətdən dünyaya tam insan olaraq göndərilir, təkamüllə mərhələ-mərhələ yaranma deyə bir şey Quranda yoxdur.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Zər aləmində insanların kainat yaradılmadan əvvəl mövcud olması, Quranda təkamül olduğunu söyləyənlərin iddiasını tamamilə əsassız edir.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Quranın həyata necə tətbiq ediləcəyini bilmək əhəmiyyətlidir. Məsələn, kədərlənmək, narahatlıq yaşamaq, küsmək Qurana uyğun olmayan rəftarlardır.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Allahın sənətinin fasiləsiz izah edilməsi lazımdır. Biz də ömrümüzün sonuna qədər Allahın sənətini izah edəcəyik.
A9 TV; 8 fevral 2017
avatar

Adnan Oktar

Allahın sənəti izah edildikdə insanın heyrət edə bilməsi vacibdir. Heyrət etmə gücünün yüksək olması qiymətlidir.
A9 TV; 8 fevral 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Zər aləmində bütün insanlar hz. Adəm və bütün peyğəmbərlər qüsursuz tam insanlar olaraq mövcuddur və Allaha əhd verirlər. Kainat sonra yaradılır. Hz. Adəm və Həvva zər aləmində mövcuddurlar, cənnətdə olurlar və daha sonra dünyaya göndərilirlər. Dünyada təkamüllə mərhələ-mərhələ inkişaf yoxdur. Quranda təkamül olduğunu iddia edənlər zər aləmində insanların hamısının mövcud olduğunu görməzlikdən gəlirlər. Səmimiyyətsizlik etməmələri lazımdır. Sitatlar
Heyvanları doya-doya sevəcəyimiz yer cənnət olacaq inşaAllah. Dünyada həmişə acizlik və əksiklik var, cənnətdə isə mükəmməlik var. Sitatlar
Quranda təkamül vardır yanlışlığını müdafiə edənlər cənnətin, mələklərin, cinlərin, cənnət köşklərinin, bitkilərinin necə yaradıldığını izah edə bilmir. Quranda təkamül yoxdur. Elm də təkamülün olmadığını sübut etmişdir. Mərhələ-mərhələ inkişaf, əmələ gəlmə deyə bir şey yoxdur. Sitatlar
Cənnətdə insanlar təkamüllə yaradılmır. Dünyaya gəlmədən əvvəl də insanlar Qalu Bəlada vardı. Sonradan təkamüllə yaranmadılar. Sitatlar
Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir. Sitatlar
Allah yolunda səy göstərən bütün qardaşlarımızı Allah cənnətdə ən gözəl şəkildə mükafatlandırsın inşaAllah. Sitatlar
Heyvanların və uşaqların gözəlliyi, bir-birlərinə duyduqları sevgi cənnətin nümunəsidir. Sitatlar
Hz. Musa (ə.s)-ın əsasının qəfildən ilana dönməsi yaradılışın sübutudur. Cənnət və cəhənnəm də yeni yaradılışla yaradılar, təkamül yoxdur. Sitatlar
Ən mühüm məsələ Allahın sevilməsidir. Allah sevgini çox ləzzətli yaratmışdır, bütün gözəlliklər, cənnətdəki bütün nemətlər sevgi üçün yaradılmışdır. Sitatlar
Necə də xoşdur şəhidlərimizə, Allah sevinclərinə sevinc bəxş etsin. Cənnət süfrələrindəki o gözəl söhbətə inşaAllah bizi də dəvət etsinlər. Sitatlar
Mən gözəlliyə Allah sevgisi ilə aşiq insanam. Gözəllik ruhu açar, qəlbi açar. Mənim ruhumun qidası gözəllikdir. Cənnətin təməl xüsusiyyəti gözəllikdir. Sitatlar
İnsan gözəlliyi iman həqiqətidir. Gözəl insan Allaha heyranlıq oyandırar, cənnət həsrətini artırar. İnsanın gözəl və baxımlı olması nemətdir. Sitatlar
Cənnətin ən gözəl neməti möminlərin Allahın Zatının təcəllisini görəcək olmasıdır. Sitatlar
Analar Allahın ən gözəl təcəllilərindən biridir. Ananı sevmək Allahın təcəllisini sevməkdir. Ana hər gün sidq-ürəkdən sevilər. Sitatlar
Sevgi gözəlliyin ruhudur. Allah sonsuz gözəldir. Təcəlliləri də sonsuz gözəldir. Müsəlman hər şeyi gözəlləşdirməklə məsuldur. Sitatlar
Bütün qəlbi ilə, mənliyi ilə Allahı sevən insan hər kəsi Allahın təcəllisi olaraq sevər. Həqiqi sevgi və dostluq üçün din əsas şərtdir. Sitatlar
Qarşısındakı insanı Allahın təcəllisi olaraq görməyən, Allah sevgisini bilməyən biri, şəfqəti, mərhəməti də bilməz. Sitatlar
Allahın təcəllisini gördüyüm dindar, təmiz, səmimi hər qadını Allah sevgisi ilə çox sevərəm. Sitatlar
Möminlər cənnətdə ən çox Allahın təcəllisini görməkdən həzz alırlar. Heyrətamiz sevinc yaranır. Allah salam verdiyi zaman, möminlər zövqdən özlərini itirirlər. Sitatlar
İnsan çox aciz varlıqdır, ət-sümük olaraq seviləcək yönü yoxdur, Allahın təcəllisi olaraq seviləcək yönü vardır. Ət olaraq nəyini sevəcəksən? Orqanik bir maddədir ət. Ət, yağ, sümük, qan; bunlarda heç nə yoxdur. Biz Allahın təcəllisini sevirik. Sitatlar
Çiçəyi, ananı, pişiyi, qadını Allahın təcəllisi olaraq sevərsən. Gözəl qoxunu, atları hər şeyi, bütün heyvanları Allahın təcəllisi olaraq sevərsən. Əgər cisim olaraq sevsən, ət sevgisinə çevrilər, ətin də seviləcək yönü olmaz. Allah bunun tədbirini alaraq yaratmışdır. Sitatlar
Ətlə, sümüklə məhəbbət olmaz, sevgi olmaz. Ətə, sümüyə görə baxmağa çalışsan, ət sümük səni boğar, ondan heç nə çıxmaz. Qarşındakı insanda Allahın ruhunu, Allahın təcəllisini sevməlisən. Sitatlar
Hər varlığı Allahın təcəllisi kimi görsən, Allah sənə sevdirər, sən o varlığı sevsən, o da səni sevər. Allahdır orada o sevgini yaşadan. Bundan savayı, məhəbbət deyə heç nə olmaz. Təkcə Allah eşqi vardır. Sitatlar
Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də   gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah   bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik   verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd   olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de. Sitatlar
Allahın küfr əhlinə və münafiqlərə möhlət verməsi, son ana qədər təxirə salması müsəlmanları aldatmamalıdır. Son ana saxlamaq Allahın qanunlarındandır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur