logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 aprel 2015

avatar

Adnan Oktar

Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da.
A9 TV; 17 aprel 2015
2343
avatar

Adnan Oktar

Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır, Allahın təcəllisini görüb sevmək vardır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Möminlərin imtahanı həqiqətən çətindir. Yəni asan imtahan, müsəlman üçün alçaldıcıdır, həqiqətən onun üçün çox acı bir vəziyyət vardır, bir qəribəlik vardır. İmtahanı nə qədər çətindirsə o qədər məqbuldur.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir. Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir. Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək istəyir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Səbir ibadətdir. İbadət olaraq gözləməyə səbir deyilir. Dözümlülükdə, yalnız insan dözür. Səbir ibadətin adıdır. Yəni namaz kimi ibadət adıdır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Dünyada kasıblığı təşkil edən xüsusi bir sistem var. Bu sistemin başında duran şəxslər var. Bunlara da əmr verənlər var. Əmir verənə, əmr verən var. Görə bilmədikləri əmr verən biri var. Kasıblıq xüsusi olaraq yaradılır və kasıblığın qarşısını ala bilmirlər. Allah; "Şükür edilmədikdə kasıblıq meydana gətirərəm" deyir. Allahın dediyi olur, insanlar qarşısını ala bilmir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Böyük Türkiyə üçün təcili surətdə mənəvi dəyərlərə əhəmiyyət verən bir gənclik yetişdirilməlidir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi çox təhlükəlidir. Heç vaxt qəbul etmirik. Belə bir sistem Türkiyəni parça-parça edər.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Qız uşaqları çox kövrək varlıqlardır, çiçək kimi. Bir az diqqət yetirilməsə, dərhal solarlar. Onlar hər yerdə çox yaxşı qorunub himayə olunmalıdırlar.
A9 TV; 16 aprel 2015
avatar

Adnan Oktar

Fransanın təkcə Əlcəzairdə qətlə yetirdiyi müsəlmanların sayı 1,5 milyondur. Bu soyqırım deyildir? Avtomat silahlarla silahsız insanların hamısını vurdular, pulemyotla dayanmadan atəş açdılar. Bu soyqırımdır? Bəli, soyqırımdır. Amma qəbul etmirlər.
A9 TV; 16 aprel 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi dəhşət vericidir. Bu sistem uğursuzluq gətirər. Mehmetciyin qanı hələ qurumadı. Yazıqdır, günahdır. Mehmetcik buna görə mübarizə aparırdı? Sən "Amerika modeli" deyirsən, "Türkiyə Birləşmiş Ştatları" deyirsən. Bu məhv olduğumuzu göstərir.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

İranı da Mehdi (ə.s) xilas edəcəkdir. Allah şiələrə bu qədər sevdirmişdir, Mehdi (ə.s)-ın dəyərini ən yaxşı bilənlər yenə onlardır. Mehdi (ə.s)-a sarılsınlar. Ayda ildə bir dəfə Mehdi (ə.s)-dan bəhs edirlər, bu çox pisdir. Xüsusilə də dövlət başçıları “Mehdi” adıyla yeri göyü inlətməlidirlər.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

İran Allah üçün mehdiyyətə sarılsın, mehdiyyəti gündəmə gətirsin. Bu adı həddindən artıq gündəmə gətirsin, İran xilas olar. Amma xurafat tərzində deyil, ağıllı, səmimi və elmi surətdə. Dediyimi etsinlər, nəticəsini görərlər.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu gözəl nəticə meydana gələcək.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

İranda olduğu kimi quyunun dibində Mehdi axtarmaq, həm də Mehdini rədd etmək çox yanlış şeylərdir. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in açıq-aydın hədislərində səmimi vicdanla axtarılmalıdır.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Bütpərəstlər belə bütü yaradanın Allah olduğuna inanırlar. Darvinistlər hər şeyi təsadüfün yaratdığına inanırlar. Belə bir azğınlıq, haşa Allaha bu cür bir meydan oxuma görülməmiş, eşidilməmiş bir şeydir.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Darvinizm əhatəli şəkildə izah olunsun, amma elmi cavabı çox əhatəli şəkildə verilməlidir. Xüsusilə də paleontoloji dəlillər, dövlət tərəfindən hər yerdə xalqa göstərilməlidir. Dünyanın ən uydurma, ən məntiqsiz, şeytanın gülməkdən yerə yıxıldığı ən bərbad fəlsəfəsidir.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Darvinizm İslam ölkələrinin hamısında dövlət məktəblərində məcburi təhsil çərçivəsində gənclərə öyrədilir. Əksini də heç kim edə bilmir. Minlərlə illik dünya tarixində haşa Allaha meydan oxuyan, Allaha baş qaldıran belə bir inanc heç vaxt mövcud olmadı. Demək olar ki, hal-hazırda dünya əhalisinin 99%-i darvinizm ilə Allaha meydan oxuyur, haşa.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Müsəlmanlar Mehdi (ə.s) olmadan birləşə bilməzlər.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-a qarşı olduqda Allah bəlanı min dəfə daha artırar. Allah bütün İslam aləmini məhv edir, qırıb dağıdır. Mehdi (ə.s)-ı qəbul etsələr, həmin gün hər yer nurla dolar. Əsas məqam Mehdi (ə.s)-dır.
A9 TV; 15 aprel 2015
avatar

Adnan Oktar

İslam aləminin birləşməsi demək, dünyada cənnət var deməkdir. Sırf İranla Türkiyə birləşsə belə İslam dini rahatlıqla və sürətlə dünyaya hakim olar. Amma məzhəb ayrımı olmamalı və çox səmimi bir sevgi olmalıdır.
A9 TV; 15 aprel 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik   edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri   yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır,   Allahın təcəllisini görüb sevmək vardır. Sitatlar
"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir   deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir.   Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir.   Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək   istəyir. Sitatlar
Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir   ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə,   insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə   bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır. Sitatlar
İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır.   İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu   daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər. Sitatlar
Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib   şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi   artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar.   Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim   yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər. Sitatlar
Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu   yoxdursa, sevgi də yoxdur. Sitatlar
Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin   ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir. Sitatlar
İçimiz, çölümüz və qəlbimiz sevgiylə doludur. Dünyanı xilas edəcək şey də sevgidir.   Allah sevgini istəyir. Quran əvvəldən axıracan sevgini izah edir. Quran sevginin   kitabıdır. Sitatlar
Allah sevgidir. Allah Təala qullarını sevər, qullarının da Özünü sevməsini istəyər. Sitatlar
Bu dünya həmişə müsbət-mənfidir. Məsələn, gecə-gündüz yaradılır, yaxşı-pis, gözəl qoxu-pis qoxu, yaxşı yemək-pis yemək, qorxu-təhlükəsizlik, hər şey öz ziddi ilə birlikdə yaradılır. Cənnətdə elə deyil, hər şey birtərəflidir, hər şey müsbətdir. Sitatlar
Cənnətdə tərs insan yoxdur, tərslik edən, nəzakətsizlik edən, tamahkar bir insan yoxdur. Qəzəb, qorxu bunların heç biri yoxdur. Sitatlar
Sənin mədəniyyətin, məlumatın çərçivəsində, xoşladığın, etməyi arzuladığın nə varsa, nədən xoşun gəlirsə cənnətdə vardır. Məsələn, bəziləri avtomobil yarışını xoşlayar, bəziləri gəmi yarışını xoşlayar, bəziləri üzməyi xoşlayar, bəziləri də şəkil çəkməyi xoşlayar. Sitatlar
Bəziləri təəccüblənir; "Cənnətdə yarış avtomobili necə ola bilər?" yaxud da "Kinoteatr necə ola bilər?". Bu nemətlər onsuz da sənə bir nümunə kimi, bu dünyada bilərəkdən təqdim edilir, tanıdılır. Sitatlar
Yarış, Peyğəmbərimiz (s.ə.v)-in məqbul gördüyü, dinin də məqbul gördüyü bir şeydir. Cənnətdə də var; möminlər yarışla əylənirlər. Əylənmək üçün avtomobil yarışı keçirir, qayıq yarışı keçirir, yaxud qaçır, atla yarış keçirir. Sitatlar
Kiçik yaşda ölən uşaqlar cənnətdə vildan (yeni doğulmuş uşaq) kimi qalarlar. Orada qaçırlar, əylənirlər, qışqırıb-çığırırlar, oyunlar oynayırlar. Sitatlar
Allah cənnət əhlinə, istədiyi an təcəlli edərək görünəcək. Bir rəvayətdə; "cümə günləri görünər" deyə bildirilir, amma digər rəvayətlərdən də təcəllisinin tez-tez görünəcəyi aydın olur və möminlərin cənnətdə ən zövq aldıqları nemətin bu olduğu bildirilir. Sitatlar
Sevgi təhsili verilməlidir. Sevgi dünyanın əsas həyat mənbəyidir. Sevgi yoxdursa, həyat  da yoxdur. Sitatlar
Sevgi, gözəllik, incəsənət həyatın məqsədidir. Bunlar yoxdursa, sən niyə körpü inşa  edirsən, niyə quruda və dənizdə çayların, kanalların altından keçən tunel inşa edirsən?   Bunların hamısı boş şey olar. Sevginin olması üçün, sevgini bəsləyən, incəsənət və   estetikaya da çox əhəmiyyət verilməlidir. Sitatlar
Bir qadın sevmədiyi halda, tələbi olmadığı halda, qəlbində bir məhəbbət bəsləmədiyi   halda, onu cinsi əlaqəyə girməyə məcbur etmək bilavasitə şəxsiyyətsizlik, əxlaqsızlıq və   alçaqlıqdır. Sitatlar
Bir qadınla bir kişinin yaxınlaşması üçün müəyyən şərtlər vardır. Birincisi, qadın həmin   kişini çox sevməlidir, ona hörmət etməli, dəyər verməli, güvənməlidir. Halalı kimi   görməlidir, qəlbində ona qarşı istək olmalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət   duyğusu verər. Yoxsa it kimi bir qadının ətinə, sümüyünə hücum etmək çox alçaq bir   hərəkətdir. Sitatlar
Dünyanın zövq alınacaq bir tərəfi yoxdur. Çünki zövq alınacaq yer cənnətdir. Niyə insan   burada yarımçıq əylənsin? Belində bir ton odun ola-ola; "gəlin əylənək" deyir. Həmin bu   bir ton odun Cənnətdə belindən enəcək. Ondan sonra əylənirsən. Burada əziyyət baş   alıb gedir. Sitatlar
Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir.   Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul   etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı   qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz   deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq   çırpınar. Başqa bir şey olmaz. Sitatlar
İnsan Allahı sevmədikdən sonra cənnətdə olsa nə fərqi var, olmasa nə fərqi var. Mömin   Allahı sevdiyi üçün cənnətdən zövq alır. Sitatlar
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan   sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz,   həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə   xanımlar olduğunu da söyləmək istəmirlər. Sitatlar
"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah   elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün   Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir.   Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat-  qat artır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur