logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 iyul 2013

avatar

Adnan Oktar

Çində, dünyanın ən uzaq yerində belə olsa müsəlmanlar tək bir ailədir. Hamısıyla maraqlanmalısan, hamısı üçün məsuliyyət daşıyırsan. Allah ayədə deyir ki, müsəlmanlardan tək bir adama zülm edildiyində bütün müsəlmanlar birləşib onu qurtararlar. Bu, Allahın hökmüdür.
A9 TV; 17 iyul 2013
1110
avatar

Adnan Oktar

Şübhə ola bilər, müsəlmanların əksəriyyətində şübhə olar. Şübhə insanı dindən çıxarmaz. Məhz şübhəyə qarşı müqavimət göstərdiyi üçün ona iman əhli deyilir. Mübarizə aparır, mömin onu ağlı ilə rədd edər, göndərər, qəbul etməz. Buna görə də ona iman əhli deyilir. Yəni şübhəyə qarşı― şeytanın və nəfsinin şübhələrinə qarşı müqavimət göstərən insana müsəlman deyilir.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Bir insan küfr içindədirsə , etdiyi hər şey onun üçün şərdir. Yemək yeyər şər olar, küçəyə çıxar şər olar, nə edirsə etsin şər olar. Onun üçün xeyir yoxdur. Əgər bir insan səmimi, mömin, təmizdirsə onun elədiyi hər şeydə xeyir vardır.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Sevgi və şəfqət türk ordusunun əsas xüsusiyyətidir. Onun üçün bütün dünya orduları türk ordusuna heyrandır, mehribanlığına, mərhəmətinə, ədalətinə, etibarlı olmasına, möhtərəmliyinə heyrandır.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Quran əxlaqını mənimsəyən, Allahı sevən, Allahın ən mükəmməl təcəllisi olan, qadınları da çox sevər. Amma qadın, ruhu ilə gözəl olar. Ruh və bədəndir. Qadın həm cismani, həm ruhani mükəmməl bir varlıqdır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Şiələr canımızdır, çox dindardırlar. Sevgiyə və sənətə də ruhları çox yaxındır. Sənətə və sevgiyə ruhu açıq insanın Allaha nə qədər coşğulu sevgisi olacağını da düşünün. Allahı coşğu ilə sevdikləri üçün sənətə olan sevgiləri olur. Onlar Peyğəmbər (s.ə.v)-ə aşiqdir, hz. Əli (r.ə)-ə aşiqdirlər. Şiələr Türkiyənin, dünyanın bəzəyidir, nurudurlar.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadındakı sənəti, Allahın gözəlliyinin təcəllisini görə bilməyən insan sənətdən uzaqlaşıb, sənət gücünü itirmişdir. Yəni o, hansı gözəlliyi görə bilər? Çiçəyin gözəlliyini, mənzərənin gözəlliyini necə görsün? Biri qadının gözəlliyini görə bilmirsə, demək ki, onda heç bir şey yoxdur.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadınsız dünya, cənnət olmaz. Dünya qadınla gözəldir. Cənnət də qadınla gözəldir. Dünyadakı ən gözəl varlıq qadındır. Cənnətdəki ən böyük gözəllik, yəni Allahın varlığının xaricində, Allahın təcəllisi olaraq ən gözəli yenə qadındır, inşaAllah.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı?
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı, Peyğəmbərimiz (s.ə.v)-i sevər. Bir insan Peyğəmbərimiz (s.ə.v)-i sevirsə, hz. Mehdi (ə.s)-ı da sevməlidir. Peyğəmbərimiz (s.ə.v) vəfat etdi, amma hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in bir parçası, onun övladıdır. Sən əgər Peyğəmbərimiz (s.ə.v)-i sevirsənsə onun həyatda olan övladını da sevməlisən. Sən onu unutdurmağa çalışırsansa, Peyğəmbər (s.ə.v)-i də sevmirsən.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Avropada da insana sərmayə qoymurlar, insanı öyrətmirlər. Onlar da ruh boşluğundan böhrana düşüb özlərini öldürürlər. Bu, çox qorxunc bir şeydir. Dünya bu fəlakətdən ancaq mehdiyyət ilə, hz. İsa Məsih (ə.s)-ın şəfqəti ilə, Qurana tam təslimiyyətlə xilas olacaq, inşaAllah.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Binayla, daşla insanlar xoşbəxt olmaz; Allah sevgisi ilə, Allah qorxusu ilə xoşbəxt olar. Quran möcüzələrini, iman həqiqətlərini biləcək, Allaha aşiq, Allaha təslim olacaqlar, yalnız belə olduqda həyatın bir mənası olar.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Bir çox ölkədə yollar salınır, körpülər tikilir, anbarlar düzəldilir, amma insana sərmayə qoyulmur. İnsanın mənəvi istiqamətinə, ürəyinə, vicdanına sərmayə qoymaq lazımdır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın tələbələri qınayıcının qınamasından qorxmayacaq, əksinə şövqlənib coşğuyla hərəkət edəcək. Çünki ən çox qınanacaq camaat Mehdi camaatı olacaq. 313 adam istisna olmaqla hər kəs qınayır.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Axırzamanda qatı dinçilər və xurafatçıların bir qismi eqoistlik edəcək, böyüklük göstərəcək, azğınlaşacaq, fironlaşacaqlar. Amma Mehdi (ə.s)-ın tələbələri bütün müsəlmanlara qarşı təvazökar və mehriban olacaqlar.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir― Allah onları sevir, onlarda Allahı sevirlər.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Hal-hazırda Misir məhv edilir. Misir sevgi ilə dirilə bilər. İmanla, Quran möcüzələri ilə, iman həqiqətləri ilə dirilər və bütün xalqı ələ ala bilər. Mehdiyyət olmadan, İsa Məsih (ə.s)-a olan sevgi olmadan bərəkət olmaz.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

İsa Məsih (ə.s), Mehdi (ə.s) sevgisi Allah sevgisindən qaynaqlanar.
A9 TV; 11 iyul 2013
avatar

Adnan Oktar

Din azadlıq, sevgi, gözəllik, sülh, sənət, estetika, cənnət kimi dünya deməkdir.
A9 TV; 11 iyul 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qatı dinçilər İslam Birliyini, mehdiyyəti istəmir. Bunlar necə müsəlmandır. Bütün müsəlmanları müsəlman hesab etməyən müsəlman ola bilərmi? Düşmən olmadığı insan qalmayıb, deməli, sevgisiz insanlardır. Sevgi İslamın ruhunda, Quranın ruhunda olan əsas mövzudur. Sitatlar
İslam aləmində yaşanan problemlərə Türkiyə tək başına heçnə edə bilməz. Bütün müsəlmanlar tezliklə birləşməlidir. Birdəfəlik həll darvinizmin elmi olaraq yox edilməsi və İslam Birliyidir. Sitatlar
Misirdə qurtuluş seçki ilə deyil, İslam Birliyi ilə mümkündür. İslam Birliyindən başqa həll yolu yoxdur, artıq siyasətçilər bunu görməlidir. İslam Birliyi xaricindəki bütün cəhdlər səthi müalicə kimidir. Halbuki, İslam Birliyi olsa bu ağrılar tarix olacaq. Sitatlar
İslam Birliyi yaradıb dünyanı cənnətə çevirək. Sitatlar
Məsələnin kökdən həlli Allahın şəfqət və mərhəmət anlayışının dünyaya hakim olmasıdır. Bu müsəlmanların birləşməsi ilə mümkündür. Sitatlar
Yaşanan hadisələrə baxıb "Allah bu imtahanı niyə verir" düşüncəsi ilə fikirləşmək olmaz. Allah müsəlmanların birləşməsini istəyir. Birlik olmaq isə fərzdir. Sitatlar
Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı? Sitatlar
Müsəlmanların bir yerə gəlib bir-birlərini qorumalarından daha gözəl nə ola bilər? Sitatlar
Dünyadakı xərçəngin müalicəsi İslam Birliyi və mehdiyyətdir. Sitatlar
Hər inanca mənsub insana şəfqətlə yanaşmaq müsəlmanlığın vəzifəsidir. Sitatlar
Allahın rəhməti öldürməyə deyil, diriltməyə istiqamətlidir. Allahın rəhməti bütün müsəlmanların üzərinə olsun. Sitatlar
Vəhşi kapitalistlər daim müsəlmanları əzib, iztirab verib, məcbur ediblər. İslam ictimai ədaləti, kasıbları qoruyan ruhu əsas götürər. Mehdiyyət bu fikrin mükəmməl tətbiqidir. Sitatlar
"Yalnız bu ölkə xilas olsun!" deyirlər, lakin belə olmaz. Bu, eqoistlikdir. Bütün müsəlmanların qurtuluşunu istəməlidirlər. Sitatlar
Müsəlmanlar atəşi nura, qəzəbi mərhəmətə çevirərlər. Sitatlar
Müsəlman darvinist olmaz. Kainat təsadüfdən yox, Allah tərəfindən yaradılmışdır. Sitatlar
Müsəlman olan kəs kilsə yandırmaz, kilsəni qoruyar. Sitatlar
Çin darvinizmin-materializmin, ateizmin ağrı-acısını yaşayan ölkədir. Sitatlar
Çin xalqı çox əzildi. Allah onları Mehdi (ə.s)-ın əli ilə qurtarsın, inşaAllah. Sitatlar
Çin Avropa kimi olmalıdır. Edam cəzasını ləğv etməlidir. Əks halda müasir ola bilməz. Qorxu ölkəsi olar. İnsanlar Çinə güvənməz. Sitatlar
Çinin əlində olan, dünyanı dəfələrlə yox edə biləcək atom bombasından, hidrogen bombasından çəkinməyən İsrailin İrandan çəkinməsinin səbəbi onlardakı səhv Mehdilik inancıdır. Sitatlar
" ÜMUMİYYƏTLƏ, DARVİNİZM YOXDUR" DEYƏNLƏR DARVİNİST DÜŞÜNCƏDƏ OLANLAR OLUR. Belə adamlar Müsəlmanların həssaslığını qırmaq, bu mövzudakı mübarizəni ortadan qaldırmaq üçün çalışan Darvinist zehniyyətli kəslərdir. Ümumiyyətlə,belələri cahil olurlar. Soruşsaq ki" Darvinizm ilə əlaqədar nə bilirsən" heç bir şey bilməz. Onlar yalnız evinin ətrafındakı mühit ilə maraqlanarlar. Kamboça, Morokko, Tunis, Misir, Çin kimi ölkələr o insan üçün maraqlı deyil . Sitatlar
HEÇ BİR DÖVLƏTİN YIXILMASINI İSTƏMİRİK. HEÇ BİR MİLLƏTİN YOX OLMASINI İSTƏMİRİK. Bunu istəmək çox anormal bir hərəkət olar. Onlar üçün hidayət, gözəllik, zənginlik, bərəkət, bolluq istəyirik. Bu Rusiya üçün də etibarlıdır, Çin üçün də. Türk İslam Birliyi bunu təmin edəcək. Sitatlar
Çinin uyğur türklərinə bu qədər hiddətlənməsinə ehtiyac yoxdur. Onları bu qədər hiddətlənməsi insanlarda dəhşətə və təşvişə səbəb olur. Yaxalarından əl çəkin, normal yaşasınlar. Amerikalılara, fransızlara necə hörmət edirsinizsə, uyğurlara da o cür hörmət edin. Sitatlar
Çin, hansı amerikalıya uyğur türklərinə davrandığı kimi davrana bilər? Bunu qətiyyən edə bilməzlər. Bu ədəbsizlikdən, vicdansızlıqdan əl çəksinlər. Uyğur türklərinə, ingilislərə, amerikalılara, hollandlara necə davranırlarsa, eynilə o cür davranmalıdırlar. Ölçü budur. Sitatlar
Vətən torpaqlarının qorunması namus məsələsidir. Bir insan öz vətən torpaqlarını təslim edirsə şərəfini, namusunu, hər şeyini itirmiş sayılır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur