logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 aprel 2017

avatar

Adnan Oktar

Darvinizmin aradan qaldırılması terrorun və fitnənin beynindən elmi yolla vurulması, darmadağın edilməsi deməkdir. Bu xidməti Türkiyə etməlidir.
A9 TV; 27 aprel 2017
1677
avatar

Adnan Oktar

Əgər Türkiyə darvinizmi fikri olaraq aradan qaldırsa, bu Türkiyə əleyhinə olanların hamısına bir anda vurulmuş ən təsirli “elmi şillə” olar. İngiltərə dərin dövlətinin ədabazlığı arxasını darvinizmə dayamasından irəli gəlir. Türkiyə darvinizmi aradan qaldırsa elmi şilləni vurmuş olar. Türkiyənin darvinizmi aradan qaldırması İslam aləminə də nümunə olar. Onlar da güclənərlər. Allah “yoxdur” deyilən bu fitnəni bitirmiş olarıq.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Evanqelistlər də, mühafizəkarlar da darvinizmə necə elmi cavab verəcəklərini bilmirlər. Təkcə bizim fəaliyyətlərimiz elmi cavab xüsusiyyətindədir.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Əgər Türkiyə müasir, incəsənətə, keyfiyyətə əhəmiyyət verən mövqedə olsa, Avropa da Türkiyəni müdafiə edər və dəstəkləyər.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Darvinizm olmadıqda marksist leninist düşüncə də qalmaz. Darvinizm bitdikdə terror da bitər. İmani fəaliyyətdən başqa bu bəla üçün sədd yoxdur.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Kommunizm iman zəifliyindən irəli gəlir. Dağa çıxmağa mane olmağın qəti yolu kommunizmin dayaq nöqtəsi olan darvinizmin aradan qaldırılmasıdır.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Mühafizəkar mətbuatın böyük hissəsi də açıqca Adəm və Həvvadan yaradıldığımızı izah etmir, bilərəkdən və ya bilməyərəkdən təkamül təbliğatı aparır. Mühafizəkar təbəqənin bir qismi darvinizmi elm zənn etdiyi üçün hələ ən başından məğlubiyyəti qəbul edir, elm ilə qarşı izah verə bilmir.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Allahın açıqca inkar edildiyi, insanlara “Allah yaratmadı” deyə təhsil verildiyi müddətcə bəlalar, əzablar əskik olmaz. “Atalarımız mikrobdur” deyən zehniyyətlə gənclər yetişdirilsə bu gənclərin zorakılığa, kommunizmə, terrora sürüklənməsi çox asanlaşar.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər yerdə Allahın ruhu var. Bir çobanyastığının, yoldakı tək bir otun içində Allahın ruhu var. O tək çobanyastığıdan Allah istəsə yeni kainat yaranar. Allah istədikdə hz. Musanın əsasını bir anda canlı ilana döndərir, istəsə saraya da döndərər.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər şeyi təsadüflə izah etməyə çalışan darvinizm elm deyil. Təsadüfün elmdə yeri yoxdur. Darvinizm batil şumer əfsanəsidir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İmansız gənclik xəstə olur. Allah insanları imanla normal yaşayacaq şəkildə yaradıb. İman olmadıqda həm ağıl, həm orqanizm sağlamlığı problemli olur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İnsanın qəzəblənməyi özünə yaraşdıra bilməməsi və gülünc hesab etməsi lazımdır. Qəzəbi ciddi hesab etməsi qəribə haldır. İnsanın özünü o qədər itirəcəyi bir mövzu ola bilməz. Qəzəb mühakimənin pozulmasına səbəb olar. Bu, qəzəbin qabaqcadan bəlasıdır. İnsanın dərisini, ağlını, saçını, bütün qabiliyyətlərini öldürər. Qəzəbin şeytani şəhvəti var. Bu ziyan verici şəhvətə qapılmamaq lazımdır. Allah müsəlmanları qəzəbdən çəkindirir.
A9 TV; 24 aprel 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Əgər Türkiyə darvinizmi fikri olaraq aradan qaldırsa, bu Türkiyə əleyhinə olanların hamısına bir anda vurulmuş ən təsirli “elmi şillə” olar. İngiltərə dərin dövlətinin ədabazlığı arxasını darvinizmə dayamasından irəli gəlir. Türkiyə darvinizmi aradan qaldırsa elmi şilləni vurmuş olar. Türkiyənin darvinizmi aradan qaldırması İslam aləminə də nümunə olar. Onlar da güclənərlər. Allah “yoxdur” deyilən bu fitnəni bitirmiş olarıq. Sitatlar
Evanqelistlər də, mühafizəkarlar da darvinizmə necə elmi cavab verəcəklərini bilmirlər. Təkcə bizim fəaliyyətlərimiz elmi cavab xüsusiyyətindədir. Sitatlar
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir. Sitatlar
Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir. Sitatlar
Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər. Sitatlar
Bəziləri darvinizmin Allahı inkar edən fəlsəfə olduğunu görə bilmirlər. Elmlə, irfanla, bütün izahatlarımızla darvinizmi yerlə-yeksan edirik, bəzilərinin bundan xəbəri yoxdur, həyata qapalıdırlar, həqiqətləri görmürlər. Darvinizmi təhlükə kimi görməyənlərin üslubları da ortaqdır, ibtidai və yanlış məntiqlə mövzuya yaxınlaşıb, bəla olduğunu anlamırlar. Sitatlar
Təsadüf elm deyil. Böcəklər, meyvələr, insan, mitoxondri, hüceyrə qılafı təsadüfən əmələ gəldi demək, insan ağlı ilə lağ etməkdir, ən pis xurafatdır. Məlumatsızlıq darvinizmin silahıdır. Darvinizm biliyə dözə bilməz, məğlub olar. Sitatlar
Terror qınamaqla bitməz, terrora həll yolu insanı öz aləmində heyvan kimi görən darvinizmi elmlə, irfanla yox etməklə olar. Sitatlar
Paleontologiya elmdir, darvinizm isə bütpərəst cəfəngiyatdır. Fizika, kimya, geologiya elmdir, darvinizm isə xurafatdır, bütpərəst dindir. Sitatlar
Şeytan darvinizm yolu ilə bəşəriyyətə sanki lağ edir. Darvinizm şeytanın dini kimidir, insanları sanki əsir etmişdir. Sitatlar
Məktəblərdə uşaqlara fosillər göstərilsə, sərgilər keçirilsə uşaqlar darvinizmin əsassızlığını anlamış olarlar. Darvinistlər paleontoloji tapıntıların göstərilməsini istəmirlər, darvinizmi əsassız edəcəyi üçün fosilləri anbarlarda gizlədirlər. Sitatlar
Darvinizm olmadıqda marksist leninist düşüncə də qalmaz. Darvinizm bitdikdə terror da bitər. İmani fəaliyyətdən başqa bu bəla üçün sədd yoxdur. Sitatlar
PKK/YPG-yə qarşı ən gözəl, ən təsirli mübarizə beynini elmlə vurmaq, yəni anti-darvinist, anti-materialist təhsil verməkdir. Terrorun bitməsi üçün terrorist yetişməsinin qarşısının alınması lazımdır. Əsas məsələ bataqlığı qurutmaqdır. Terrorist, darvinist, materialist təhsillə yetişir. Əgər bu bataqlığı qurutsaq məsələni kökündən həll etmiş olarıq. Sitatlar
Lenin terroru müdafiə edərdi. Marksist leninist ideologiya terror və şiddət üzərinə quruludur. Terroru bitirmək üçün bu fəlsəfəni fikirlə aradan qaldırmaq lazımdır. Sitatlar
Şüuraltını təmiz saxlamaq üçün tək çözüm səmimiyyətdir. Səmimi olduqda orqanizm şüuraltını özü avtomatik təmizləyər. Sitatlar
Terrora, anarxiyaya qarşı ən gözəl həll səhabə İslamıdır. Yəhudiliyin, xristianlığın da rahat hərəkət edə biləcəyi sistem budur. Sitatlar
"Məhv olsun PKK!" deməklə heç nə əldə edə bilməzsən. Əksinə, belə desən, PKK böyüyər. Kitabla, CD ilə, elmlə, mədəniyyətlə darvinizm-materializmə qarşı mübarizə aparsan, lap başda zəhərin axmasını dayandırarsan. Əks təqdirdə istədiyin qədər qışqır, çığır, əksinə qat-qat inkişaf edər. Elmlə, mədəniyyətlə, mərhəmətlə, ağılla, nəzakətlə, şəfqətin gözəlliyi ilə məsələ kökündən həll olar. Şəfqət sakitləşdiricidir, ağılı açar. Sitatlar
Terrora həll anti-darvinist təhsil və Qurana uyğun cəhd aparmaqdır, darvinizm- materializmin etibarsızlığının elmi olaraq izah edilməsidir. Klassik ifadələrlə, qəhrəmanlıq şeirləri ilə nəticə əldə etmək olmaz. Klassik sağ demaqoqluqla da nəticə alınmaz. Sitatlar
Mehdiyyəti istəmək üçün insanların ağrılarını unutması lazımdır. İqtisadi böhran daha da artacaq, intiharlar çoxalacaq. 2012, 2014-CÜ  İLLƏRDƏ SARSIDICI HADİSƏLƏR MEYDANA GƏLƏCƏK. Dünya liderləri və Müsəlmanların irəli gələnləri MEHDİYYƏT XARİCİNDƏ HEÇ BİR HƏLLİN OLMADIĞI QƏRARINA GƏLƏCƏKLƏR. Hələ indidiən  yavaş- yavaş başladılar. Mehdiyyət çətin kimi görünür, amma mütləq reallaşacaq. Sitatlar
Qardaşlarımız daim Mehdiyyəti izah edərək dəccalın təsirini yox edə bilərlər. Tək bir izahla insanların beynindəki hipnoz açılmaz, daimi izah etmək lazımdır. Sitatlar
Dəccaliyyətə  qarşı həll, müsəlmanların birləşmələri, məzhəb ayrılıqlarından əl çəkmələri, qardaşlıq bağları ilə bir-birilərinə bağlanmalı, bir sevgi birliyi meydana gətirmələridir. Qardaşlarımızın silahı sevgi olmalıdır. Sevgidən başqa bir şeyi silah kimi istifadə etdikdə ara qarışar. Qurana söykənən sevgi anlayışı hakim olmalıdır. Sitatlar
Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz. Sitatlar
Ağaclar çox yaxşı qorunmalıdır. Ağaclara lövhə vurmağın, ağacın dibinə yuyucu vasitəli su tökməyin qanunlarla qadağan edilməsi lazımdır. Sitatlar
İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən pəncəsini Türkiyəyə keçirdi. Bu pəncəni elmlə yox edəcək olan mehdiyyətdir. Sitatlar
Xüsusi təyinatlıların sayını mütləq sürətlə artıraq. Təhsil üçün yeni məktəblər da açılsa çox yaxşı olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur