logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 dekabr 2017

avatar

Adnan Oktar

Dəccaliyyət tarix boyu qadınları hədəf alıb. Hindistanda əri öldüyü zaman arvadını da diri-diri yandırırlar. Demək olar ki, hər ölkədə qadındırsa mütləq döyülməsinin, əzilməsinin lazım olduğunu düşünürlər. Cənubi Amerikadakı divar şəkillərində qadınları diri-diri quyulara atmaq kimi dəlisov ayinlər var. Minlərlə ildir ki, çirkin ənənə olaraq gələn qadın düşmənçiliyini mehdiyyət tamamilə aradan qaldıracaq.
A9 TV; 6 dekabr 2017
1668
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsan öldüyü anda axirətə keçər. Əbədi yuxu deyə bir şey yoxdur. İnkar edənlərin canı alınarkən heyrətamiz dərəcədə əzabla canları alınar. Faciəvi şəkildə canı alınanın yatacaq halı olmadığı aydındır. Mömin canı isə hüzur içində alınar, o da dərhal axirət nemətlərinə qovuşar. Zaman yoxdur ki, ölümdən sonra gözləmə müddəti olsun. Sitatlar
Münafiq taledə məğlub olaraq yaradılar. Münafiqləri Allah müsəlmanlara xüsusi olaraq müsəllət edər ki, məqamları möhkəmlənsin. Rəsulullah (s.ə.v) dövründə Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-ə müsəllət etmişdi ki, himayədarlıq məqamı daha da möhkəmlənsin. Münafiq hər yerdə müsəlmanın qarşısına çıxan insan görünüşlü şeytandır. Münafiqlərin danışıqları, məqalələri kəskin şəkildə şeytan iyi verər. Sitatlar
Təbii ki, Qüdsdə hər zaman müsəlmanlar olacaq. Qüds müsəlmanların, xristianların, musəvilərin birlikdə ibadət etdikləri şəhər olaraq qalacaq. Əks istiqamətdəki düşüncə onsuz da heç vaxt qəbul edilə bilməz. İsrail hökumətinin ərazi sərhədlərində irəliləmək niyyətlərinin olmadığına dair rəsmi bəyanat verməsi gözəl olar. Sitatlar
Dünya qısa müddətli imtahan yeridir. Bir ekranda təsvir izlədilir. Bu ekrandakı təsvirə əsəbiləşmək ağılsızlıqdır. Televizorda izlədiyin filmə necə ki əsəbləşmirsən, həyatın dediyin ekranın başında izlədiyin təsvirdəki detallara da əsəbiləşmək olmaz. Əsəbiləşmək insanı gülməli vəziyyətə salar. Sitatlar
Hər səhəri Allaha inancla, Allaha güvənərək və Allahın böyüklüyünü xatırlayaraq başlamaq çox əhəmiyyətlidir. Allahın böyüklüyünü bilərək oyanmaq qəlbə böyük fərəhlik verər və mömini ən çox Allahın sonsuz böyüklüyünü xatırlamaq rahatlaşdırar. Belə oyanan insan bütün günü rahat və təvəkküllü olar, lakin Allahın böyüklüyünü unutsa bütün günü qorxu ilə keçər. Sitatlar
Kişiləri qadınlara qarşı nifrət oyadan tərbiyə verdilər. Qadının insanla heyvan arası məxluq olduğunu təlqin edərək insanları öyrədirlər. Qadınları da, "sən nöqsanlısan, yarım varlıqsan" deyə öyrədirlər. "Səni ərin döyər, döyəndə əsəbləri soyuyur, heç vaxt şikayət etməyəcəksən" deyirlər. Bunu da Peyğəmbər söylədi deyirlər. Peyğəmbər əsla belə çirkin şey söyləməz. Elə səhv təhsil verirlər ki, Allahın ən gözəl nemətlərindən biri olan qadınlara dəyər verə bilmir, onları sevə bilmir və hörmət göstərmirlər. Sitatlar
Münafiqlərin möminlərə təmin etdikləri ən böyük faydalardan biri də kanalizasiya təmizləyən maşın kimi harada çürümüş, qəribə, murdar məxluq, töküntü, kir, pas varsa yığıb aparmalarıdır. Münafiqlər, müsəlmanların kanalizasiya təmizləyən maşını kimi çalışır, peyin böcəyi kimi pislikləri yığıb yanlarına alırlar. Bu da möminlər üçün böyük fərahlama və gözəllik olur. Sitatlar
Məkkəli müşriklərin qız uşaqlarını diri-diri torpağa basdırması kimi, indi də qadınların sevincini, azadlığını alıb diri-diri basdırmaq istəyirlər. Sitatlar
Münafiq üçün pis vücudu çox dəyərlidir, onu diri saxlaya bilmək üçün çalışar. Sitatlar
Müsəlmanların ən gözəl duası və hədəfi "Allah hamımızdan razı olsun, cənnətdə bizi bacı-qardaş etsin"dir. Sitatlar
Yeni ildə əylənməyin deyə bir şey yoxdur. Əgər hz. İsa (ə.s)-ın ad günü olaraq qəbul edirlərsə o günü, əylənərəm, sevinərəm, qeyd edərəm. Hz. Musa (ə.s)-ın ad günüdürsə, o günü də qeyd edərəm, Rəsulullah (s.ə.v)-in ad günüdürsə, o günü də qeyd edərəm. İbrahim (ə.s), İshaq (ə.s), Yaqub (ə.s), İdris (ə.s) hansı olursa olsun, hansı peyğəmbərin ad günüdürsə o günü qeyd edərəm. Sevinc içində olaram. Sitatlar
Azərbaycanı müstəqillik günü münasibəti ilə təbrik edirik. Allah Azərbaycana çoxlu gözəl günlər nəsib etsin. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar. Sitatlar
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur