logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 mart 2016

avatar

Adnan Oktar

Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər.
A9 TV; 3 mart 2016
1614
avatar

Adnan Oktar

İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Allaha ibadət etmək, namaz qılmaq bizim xoşumuza gəlir. Nə gözəl, namaz, minlərlə ildir, davam edən gözəllikdir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Dindar musəvilər gözəl insanlardır. Minlərlə ildir ki, sədaqətlə hz. Musa (ə.s)-a bağlıdırlar. Lakin şeytan iman gətirənlər arasında düşmənçilik yaratmağa çalışır.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

İslamda himayəçilik sistemi var. Möminlər bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər.
A9 TV; 3 mart 2016
avatar

Adnan Oktar

Mömin sevgidə çox ustalaşanda, Allah onu cənnətinə alır. Sevgi öz-özünə meydana gəlmir, əziyyətlə, əzabla, təhsillə meydana gəlir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.
A9 TV; 1 mart 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa "hər şey halal olar" deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər. Sitatlar
Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür. Sitatlar
Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər. Sitatlar
Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər. Sitatlar
Ənənəvi İslam anlayışında, keyfiyyətli olmağı bacara bilmədiklərindən bu keyfiyyətsizliyi müdafiə etmək üçün, bu dəfə bir tikə yemək və bir hırka fəlsəfəsini irəli sürürlər. Sitatlar
PKK-ya, İngiltərə dərin dövlətinə, çox cahil insanlara, mövhumatçılara baxmayaraq, mehdiyyət böyük gəmi donanması kimi irəliləməyə davam edir və heç kim də dayandıra bilmir. Sitatlar
Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin. Sitatlar
Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı. Sitatlar
Ortodoks İslam anlayışı insanların gümrahlığını yox edib beyinlərini iflic edir. Bunun nəticəsində həmişə əzilən cəmiyyətlər yaranır. Sitatlar
Mehdiyyət sürətlə ortaya çıxacaq. Hadisələrin gedişatı bunu göstərir. Heyrətamiz yüksəliş olacağı aydın olur. Ənənəvi İslam anlayışının qorxunc üzü ortaya çıxdıqca Quranın qiyməti aydın olacaq. Hər kəs İslamın qiymətini bu zaman anlamış olacaq. Sitatlar
İnsanlar mövhumatla yaşaya bilməzlər. Nəsilləri mövhumatçı yetişdirdilər. Müasir, gözəl yaşamaq, sevinclə yaşamaq, estetika içərisində, keyfiyyətli yaşamaq onlara çətin gəlir, qəribə gəlir, təəccüblü gəlir. Bunların öhdəsindən gəlməlidirlər. Sitatlar
Mövhumatçılıq qaranlıq fikirdir. İnsanı boğar. İnsan özünü orada yaşamağa məcbur zənn edər. Aydınlığı gördükdə isə, gözü qamaşar, mən bu aydınlıqda yaşaya bilmərəm deyər. Bir müddət yaşayandan sonra alışar. Yavaş-yavaş gözü bu aydınlığa alışacaq. Sitatlar
Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik. Sitatlar
İslamda çətinlik yoxdur. Allah asanlıq olmasını istəyir, ayədə dəfələrlə vurğulayır, "hz. İbrahim (ə.s)-ın dini kimi asandır" deyir. Başqa bir ayədə isə: "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. İslam bayram kimidir, sevinc dinidir. Asıb-kəsmək, döymək, söymək və qadınlara həyatı zəhər etmək; bunlar yoxdur. İslamda qadınlar çiçək kimidir. Sitatlar
Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər. Sitatlar
Dini çətinləşdirdikcə Allaha daha yaxın olacağını düşünür. Halbuki insanları Allahın dinindən uzaqlaşdırdığı üçün cəhənnəmdə hesabını verə bilməyəcəyin bir mövqeyə düşərsən. Dini insanlara Allahın bildirdiyi asan halı ilə göstərməlisən, izah etməlisən. Sitatlar
Dini çətinləşdirmək bütün dünyaya zülm etməkdir. Çünki insanlar dindən uzaqlaşdıqda çox əzab çəkərlər. Sitatlar
“Biz Quranı sənə ona görə nazil etmədik ki, çətinlik çəkəsən” (Taha surəsi, 2) İnsan düşünür. Anlamırsanmı? Çətinlik çəkirsənsə səhv yoldasan, iztirab çəkirsənsə səhv yoldasan. İslam asanlıq dinidir. Sitatlar
Bizim həyat dolu İslam anlayışımız Quran müsəlmanlığıdır. İnsanlara İslamı çətin göstərən dəccaliyyətdir. Gözəl olan hər şey İslamdadır. Sitatlar
Dini, yaşanması qeyri-mümkün bir şey kimi və ürküdücü göstərirlər, dinə xidmət edirmiş kimi görünüb insanları dindən uzaqlaşdırırlar. Sitatlar
Dünyada imtahan üçün verilən müddət də tam idealdır. İslam asanlıq dinidir. Allah insanlardan çətinlik istəmir, "Məni sevin sizi Sevim" deyə buyurur. Sitatlar
Ənənəçi müsəlmanlıq, dinin mütləq çətin olmasını istəyir. Əsasən vəsvəsə hakim olur. Quranın kafi olduğunu anlamaları çətin olur. Sitatlar
İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar. Sitatlar
Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir. Sitatlar
Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur