logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 noyabr 2015

avatar

Adnan Oktar

Dünyanın hər tərəfində prezident idarəetmə sistemi ölkələri bölünməyə aparacaq tərzdədir, federasiya yaradacaq bir sistemdir. Dünyada federasiya yaratmayacaq prezident idarəetmə sistemi yoxdur.
A9 TV; 18 noyabr 2015
1440
avatar

Adnan Oktar

YPG-yə qarşı əməliyyat aparılsın. Türkiyənin sərhədlərini tamamilə əhatə ediblər, son mərhələyə gəldilər, hər an Aralıq dənizinə çata bilərlər. Nəhəng bir zolaq meydana gətirib İslam aləmi ilə, Türk aləmi ilə əlaqəmizi kəsmək istəyirlər. Buna heç vaxt icazə verilməməlidir. Vaxt itirmədən lazımi işlər görülsün.
A9 TV; 18 noyabr 2015
avatar

Adnan Oktar

Allahın bir irqi lənətləməsi, ədalətinə uyğun olmaz. Allahın lənətlədiyi hansısa xalq yoxdur. Törətdikləri günahlara görə Allahın lənətlədiyi insanlar ola bilər. Lənətlənən günahı törədəndir. Yoxsa uşağının nə günahı var? Nəslindən gələnlərin nə günahı var?
A9 TV; 5 noyabr 2015
avatar

Adnan Oktar

Yəhudilərin lənətləndiyi iddiası yalandır. Belə şey yoxdur. O dövrdə əxlaqsızlıq edən bir camaat olubdursa, lənətlənən onlardır. Bu qədər. Tövbə etməyə də imkan olar. Əxlaqsızlıqda, zülmdə israr etsə lənətlənər. Müsəlman lənətlənərmi? Əxlaqsızlıq etsə o da lənətlənər.
A9 TV; 5 noyabr 2015
avatar

Adnan Oktar

Uzun illərdir bütün türk dövlətləri Türk-İslam Birliyini gözləyir, İslam aləmi də, Türkiyənin lider olmasını həsrətlə gözləyir. Prezident idarəetmə sisteminin gətirəcəyi federasiya bunu yox edəcək bir sistem olar, Allah qorusun.
A9 TV; 3 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemini yaratsalar, bu federasiyanın yaranmasına səbəb olar. Türkiyə parçalansa, artıq Türkiyənin mənası qalmaz. İttihad-ı İslama nəhəng zərbə endirilmiş olar. Biz İslam aləminin, Türk aləminin son ümidiyik.
A9 TV; 3 noyabr 2015
avatar

Adnan Oktar

Din dünyanın necə istifadə ediləcəyini göstərən təlimat kitabçasıdır. Axirət və dünya həyatı üçün, nələr etməli olduğumuzu bildirər. Yoxsa biz bilməzdik.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Allah haqqında yalnız hüsnü-zənn edilər. Allah heç vaxt tərk edilməz. Ən çətin şərtlərdə belə Allaha hüsnü-zənn edilər.
A9 TV; 2 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) bir bayram başladır. Bir anda insanların qəlbi zənginləşir. O buna malını verir, bu ona pulunu verir, o buna imkanını verir, hər kəs bir-birini himayə edir. Ağlasığmaz zənginlik meydana gəlir. Mal-dövlət artıqlaması ilə paylanır, bütün ümmət bayram edir, bütün dünya, kasıblar, məzlumlar, hər kəs.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

İslam aləmində bayram mehdiyyətlə birlikdə başlayacaq. Tək bir kasıb belə qalmayacaq. Mal-dövlət həmişə paylanacaq.
A9 TV; 1 noyabr 2015
avatar

Adnan Oktar

Mömin imanını qətiyyən itirmək istəməz, bundan çox qorxar. Məhz imanını itirmək istəməməyi, iman əlamətidir. Yoxsa vəsvəsə gələr, düşünər. Lakin şüur altında iman edir. Bir kərə Allaha inanmışdır.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

Ömür boyu mömin olmuş bir insanın; "Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?" sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar.
A9 TV; 30 oktyabr 2015
avatar

Adnan Oktar

Bəzi müsəlmanlar: "Mən yaxşı insanam, mənim başıma bəla gəlməz" deyirlər. Belə olarsa çox qəribə olar. İmtahan mühitində xüsusi olaraq çox ciddi şəkildə qorunsan, bu ağlın ixtiyarını əldən alar. Sənin də ağlının ixtiyarını əldən ala bilər. Sən də imtahan olunursan. Məhz bundan ötrü peyğəmbər də xəstələnir.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Möminlərdən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Qurandan uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. İslam hərəkətindən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

İnsan xəstələnir, dərman qəbul edir və "mən bu xəstəliyi dərmanla sağaldaram" deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: "Ey Rəbbim bu dərmanı vəsilə et" deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, "vəssalam, bu sağaldar" deyir. Bu cür olmaz. Sən: "Ey Rəbbim bunu vəsilə et" deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır.
A9 TV; 29 oktyabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətə qarşı olan heç bir hərəkat müvəffəqiyyətli ola bilməz. Hz. İsa Məsih (ə.s)-ın enişini rədd edən istənilən hərəkat məğlub olar.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Mütləq Risalə-i Nurdan oxuyun. Çünki orada bir ruh var, səhabə ruhu var, səmimi müsəlman şəxsiyyəti var. Bunu digər əsərlərdə elə də tapa bilməzsiniz.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

Beynimin içində görürəm. Beynimin içində kim yaradır? Allah yaradır. O zaman mənim sevgim kimədir? Allahadır. Mən müstəqil şəkildə bir varlığı sevə bilmərəm. Yalan söyləmiş olaram, özümü aldadaram. Çünki onu Allahın yaratdığını görürəm.
A9 TV; 28 oktyabr 2015
avatar

Adnan Oktar

İman gətirəndə, hər şeyin sahibi olan, sonsuz gücə malik Allaha bağlanırsan. İnanılmaz dərəcədə rahat olursan. Meteorlar sanki göydə quzu kimi hərəkət edər möminlər üçün. Lakin onlar, dinsizlər üçün dəhşət saçan canavarlar kimidirlər. Məsələn, yerin altındakı maqma bizim üçün ilıq süd kimidir. Lakin dinsizlər üçün cəhənnəmdir, onu yandırıb kül edəcək bir cəhənnəm. Qəlbimiz yalnız Allahdan qorxduğumuza görə rahatdır. Biz yerin altındakı maqmadan qorxmuruq, yalnız Allahdan qorxuruq. Biz Allahın onu necə idarə edəcəyini bilirik, maqmanın Allahın əmrinə tabe olduğunu bilirik. Maqmanın hər atomunun Allahı zikr etdiyini bilirik. Hamısı Allaha boyun əymişdir.
A9 TV; 26 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Uzun illərdir bütün türk dövlətləri Türk-İslam Birliyini gözləyir, İslam aləmi də, Türkiyənin lider olmasını həsrətlə gözləyir. Prezident idarəetmə sisteminin gətirəcəyi federasiya bunu yox edəcək bir sistem olar, Allah qorusun. Sitatlar
Türkiyənin üzərində iki qorxunc kabus var. Birincisi, Türkiyənin bölünmə təhlükəsi və bölünmə təhlükəsinə açıq şəkildə icazə verəcək prezident idarəetmə sistemidir. Çünki bu özü ilə federasiya gətirəcək, böyük təhlükədir. İkincisi isə, PKK terrorudur. Bu iki təhlükə tezliklə aradan qaldırılmalıdır. Sitatlar
Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: "Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun" deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar. Sitatlar
Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır. Sitatlar
Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə   sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı   çıxmırıq. Sitatlar
Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim   Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin   bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik.   Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident   idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik. Sitatlar
Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq   bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun   ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə   birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq. Sitatlar
Sən bu ölkəni bölərək millətin şərəfini, namusunu ayaqlar altına alacaq, sonra da rahat oturub yaşayacaqsan eləmi? Elə bir şey olmaz. Sitatlar
Türkiyəni böləcəklərini, rahat oturub yaşayacaqlarını zənn edirlər. Elə bir şey olmaz. Qiyamət qopar. Qiyamətdə böcək belə canlı qalmaz. Ay ilə Dünya birləşər. Dağlar qum kimi əriyər. Heç bir canlı qalmaz. Bildiyim bir şey var ki, deyirəm. Sitatlar
Nə Türkiyənin bölünməsinə izin verərik, nə də Abdullah Öcalan hörmət qazana bilər.   Televiziyalarda boşuna çalışırlar. Biz burada olduğumuz müddətcə izin vermərik.   Millətimiz də izin verməz, mən də vermərəm. Sitatlar
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da   həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz. Sitatlar
Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul   etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə   qalacaqlar. Bu qədər. Sitatlar
Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o,   nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç   vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid   olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar. Sitatlar
Federasiya, yerli rəhbərlik, birləşmiş dövlətlər, bunların hamısı Türkiyəni bölmə məqsədi   daşıyan fəaliyyətlərdir. Sitatlar
Prezident idarəetmə sisteminin tək məqsədi Türkiyəni federativ bir dövlət olaraq idarə   etməkdir. Prezident idarəetmə sistemi bərabərdir federasiya ilə. Yəni Türkiyəni böləcək   bir sistemdir. Bu Amerika dərin dövlətinin əsas ideologiyasıdır. Abdullah Öcalanın əsas   ideologiyasıdır. Sitatlar
Türkiyəni bölmək demək əxlaqsızlıq etmək deməkdir. Bu cür əxlaqsız biri Türkiyədə   yaşaya bilməz. Qiyamətin əzabı içərisində onlar da yanıb gedərlər. Heç kim Türkiyəni   bu cür ağılsız hərəkətlərə sövq etməyə təşəbbüs göstərməsin. Belə bir şeyə izin   vermərik. Sitatlar
Prezident idarəetmə sistemində əyalət olmayacaq, lakin yerli idarəetmə gücləndiriləcək demək, federasiyanın mütləq hala gəlməsidir, bu çox təhlükəlidir. Guya federasiyaya qapalı, lakin yerli idarəetməni gücləndirərək federasiyaya açıq bir struktur yaratmaq, Türkiyə üçün çox təhlükəli olar. Sitatlar
Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək. Sitatlar
YPG-yə qarşı əməliyyat aparılsın. Türkiyənin sərhədlərini tamamilə əhatə ediblər, son mərhələyə gəldilər, hər an Aralıq dənizinə çata bilərlər. Nəhəng bir zolaq meydana gətirib İslam aləmi ilə, Türk aləmi ilə əlaqəmizi kəsmək istəyirlər. Buna heç vaxt icazə verilməməlidir. Vaxt itirmədən lazımi işlər görülsün. Sitatlar
Quranda bildirilən əxlaqda mülkiyyət hərisliyi yoxdur. Hər şey hər kəsin olur. Qardaşlıq ön plana çıxır. Hər kəs malını-mülkünü qardaşıyla paylaşır. Yediyini, içdiyini, paltarını, əşyasını, hər şeyini. Bir yerdə bir şey yığıb toplamaq, hərislik etmək, belə şeylər olmaz. Sonradan uydurublar: “Qızılın qırx da bir (1/40) hissəsini verməlisən” deyə. "Belə şey yoxdur. Quran, ehtiyacdan artıq qalanı verin” deyir. Sitatlar
Qadınlar, çiçək kimi varlıqlardır. Onlara bu qədər iztirab, əzab verməyin nə mənası var? Buxarın dünyada gözəl yaşasınlar. O zaman Avropa da, Amerika da qapılarını Türkiyənin üzünə sonunadək açar. Bu PKK-lı alçaqları da onlar dəstəkləməzlər. Sitatlar
Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq. Sitatlar
İnsan özünü tənqid etməsə, mükəmməl hesab etsə dəli kimi olar. Müsəlman mütləq özünü tənqid etməli və etdirməlidir. Əqli sağlamlığı baxımından bu lazımdır. Yoxsa əqli pozğunluq yaranar. Mühakimə qabiliyyəti yox olar. Bəsirəti, fərasəti bağlanar. Baxın ətrafınıza, görərsiniz. Qeyri-stabillik yaradar. İnsan ağılla hərəkət edən biri olmaz. Sitatlar
Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir. Sitatlar
Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur