logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 dekabr 2017

avatar

Adnan Oktar

Eşq yarası məsələsini bacı-qardaşlarımız səhv bilirlər. Eşq yarası verən duyğu deyil. Eşq Allahın insana 7-ci hiss olaraq verdiyi xoşbəxtlik və sevinc bəxş edən çox gözəl nemətdir. Lakin Allahı unudub qarşındakı insanı bütləşdirsən o zaman bu sənə əzab verən sistemə dönər.
A9 TV; 27 dekabr 2017
1726
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Allah bizə doğru olanı həmişə vəhy edər. Altıncı hiss kimidir bu vəhy. Qəlbimizdə onun doğru olduğunu hiss edərik. Şeytanın təlqinini də qəlbimizdəki sıxıntıdan anlayarıq. İnsana anbaan gələn bu vəhy yazılı və ya şifahi şəkildə deyil, lakin biz bilərik. Vicdan və ağıl hər an yaradılar. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allahı dərin sevsə, insan çox fərqli aləmdə yaşayar, bütün dünya o insana görə hərəkət edər. Bu, Allahın gizli sənətidir. İnsanlar bunu çox vaxt hiss etməzlər. Sitatlar
Allahın icazəsi ilə 2019-cu ildə Tayyib hocamı yenə bu millətin başına lider seçəcəyik. Elə 52% səslə deyil, ən azı 70% səslə Respublikanın rəhbəri olacaq inşaAllah. Sitatlar
Allahın ledün elmini çox insan bilməz. Allah yaxşıları mütləq bir yerə gətirər. Möminləri mütləq hüzur və bərəkət içində yaşadar. Münafiqləri və əxlaqsızları da mütləq süründürər, alçaldar. Bunlar Allahın bilinməyən, hiss etdirmədən reallaşdırdığı qanunlarıdır. Sitatlar
Allahın rizasının ən çoxu vicdana həmişə vəhy edilər. Vicdana fasiləsiz vəhy olması möcüzədir. İnsan tək buraxılmayıb. Allah nə istədiyini insana həmişə hiss etdirər. Sitatlar
Biz Tayyib hocamın 51%-lə deyil, ən azı 70%-lə yenidən prezident olmasını istəyirik. Tayyib hocam mövqe hərisliyi olan insan deyil. Tək dərdi müsəlmanların qorunması, İslam aləminə sahib çıxılmasıdır. Bu cür insana belə dövrdə dəstək olmamağın vicdani məsuliyyəti olar. Sitatlar
Bu dövrdə ən mühüm şeylərdən biri Tayyib hocama millət olaraq sahib çıxmaqdır. Bəzilərinin Tayyib hocamı hədəf almalarının səbəbi onu devirsələr milləti təslim alacaqlarını düşünmələridir. Buna görə də, Tayyib hocamın ətrafında möhkəm birləşək. 2019-cu ildə Allahın icazəsi ilə Tayyib hocamı ən az 70% səslə yenidən Respublikanın rəhbəri edəcəyik. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Açıq şüurlu insanın Allahı inkar etməsi qeyri-mümkündür. 10 saniyə belə bu cür yaşaya bilməz. İnkar qapalı şüurda yaranar. Belə varlıqları Allah xüsusi olaraq yaradar. Sitatlar
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıl anbaan yaradılar. Ağıl toplanmış mexanizm deyil. Allahın möminlərə neməti olaraq anbaan möminə verilər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur