logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 Yanvar 2013

avatar

Adnan Oktar

Hz. Davud (ə.s) Allah eşqi ilə mahnı oxuyub rəqs edirdi. O dövrdə, rəqs etdiyi üçün, özlərinə görə hz. Davud (ə.s)-ı kiçik hesab edənlər olmuşdu.
A9 TV; 3 Yanvar 2013
1920
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s), Tövratda Davudoğlu deyə keçir. Hz. Davud (ə.s)-ın soyundan olacaq Mehdi (ə.s). Qurandakı hz. Davud (ə.s)-ın və hz. Süleyman (ə.s)-ın şəxsiyyətini, ruhunu, xarakterini, inancını, anlayışını tətbiq edəcək.
A9 TV; 1 Yanvar 2013
avatar

Adnan Oktar

Birincisi, Fəthullah bəy məni çox sevər. İkincisi də ki, yoldaşlarımızın fəaliyyətini İslam aləmindəki ən mükəmməl fəaliyyət hesab edir. Müəllimimizi biz də çox sevərik. Mən də çox sevərəm Fəthullah müəllimi.
A9 TV; 1 Yanvar 2013
avatar

Adnan Oktar

Türk üsulu başçılıq sistemi deyə bir sistem yoxdur. Bir dənə başçılıq sistemi vardır, o da federasiyaya gətirib çıxarar. Heç bir şəkildə qəbul etmirik.
A9 TV; 1 Yanvar 2013
avatar

Adnan Oktar

PKK hücumdan imtina etməz. Kommunist ideallarından imtina etməz. Biz Türkiyədə ittifaq edib İslam Birliyi meydana gətirməyə cəhd göstərmək məcburiyyətindəyik. İslam aləmi ilə birləşib bir güc meydana gətirmək məcburiyyətindəyik. Bunun xaricində həll yoxdur.
A9 TV; 1 Yanvar 2013
avatar

Adnan Oktar

Türklük Osmanlı, Səlcuqlular, hər birini içinə alan bir mədəniyyətdir. Anadoluda hakim olan mədəniyyətin adıdır. Orada bir irq üstünlüyü iddiası yoxdur. Türklük Anadolu torpaqlarında yaranan mədəniyyətin adıdır.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

İri bir meteorit 2120-ci ilə kimi dünya ilə toqquşacaq, dünyanı deşib keçəcək. Bir daha vuranda dünya istiqamətini əksinə dəyişdirəcək, tərsinə dönməyə başlayacaq. Ondan sonra da sürətlə qiyamət başlamış olacaq, inşaAllah.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Atatürk son dərəcə müttəqi insan idi. Namazlarını qılan, Allahı çox sevən, Allaha aşiq bir insan idi. Cibində Quran gəzdirir, ömrü boyu Quran gəzdirdi. Gedin Mavzoleydə baxın. Cib Quranı var idi. Ömrü boyunca heç çıxarmamışdır, həmişə ürəyinin başında gəzdirmişdir.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Dövlətin əli ilə Darvinist-materialist təhsil verilməsi çox səhvdir. Darvinist-materialist təhsil verilsin, lakin mütləq elmi cavabı da verilsin.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Darvinizm-materializm həqiqətən Allahı inkar edən bir sistemdir. Yaradılışı inkar edən bir sistemdir. Yəni bütün peyğəmbərləri, Allahı rədd edən bir sistemdir.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Darvinist-materialist təhsil sevgisizlik yaradır. Sevgi olmayınca məhəbbət olmur, dostluq olmur, qardaşlıq, fikrə, düşüncəyə dözüm olmur. Qeyri-adi bir əsəb, bir kin, bir nifrət və sevgisizlik insanların ürəyini yandırır. Darvinist-materialist təhsil davam etdikcə bu bərəkətsizlik, bu uğursuz ruh üzərimizdən qalxmaz, Allah əsirgəsin.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

2014-cü il çox hərəkətlidir, söyləyirəm. Müsəlmanlar üçün də rahatlığın çoxalacağı bir ildir. Yəni İslamın, Quranın izahatının coşacağı, coşğun sular kimi axacağı bir ildir 2014-cü il, inşaAllah.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Müsəlmanda niyə fikir ayrılığı olsun. Quranda ittifaq et. Quranla yaşa. Qurana bağlı ol.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Yəhudilər də İslam Birliyi olanda çox rahat olacaqları üçün, Allahın vəd etdiyi o gözəl torpaqlarda rahat yaşayacaqları üçün, sülh, sağlamlıq və hüzur içində olacaqları üçün və Kral Məsih üçün başqa vaxt da qalmadığı üçün İslam Birliyini istəyirlər. İslam Birliyinin zühuru ilə Kral Məsihin (Mehdi (ə.s)-ın) zühurunun eyni anda olacağına inanırlar.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Massonların ən böyük idealı bütün dünyanın qardaş olmasıdır. Bunu ən yaxşı təmin edən nədir? İslamdır. Ona görə İslam Birliyini istəyirlər, amma xurafatı istəmirlər.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Hər gün biz imanımızı, Allahın bizi qul olaraq yaratmasını qeyd edirik. Yəni hər gün qeyd etmək var. Müsəlman olduğumuz üçün, peyğəmbərimiz (s.ə.v)-ə ümmət olduğumuz üçün onun sevincini hər gün qeyd edirik.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ı gözləmək həmişə həyəcan, həmişə şövq vəsiləsi olmuşdur. Heç bir zaman müsəlmanların əleyhinə olmamış, həmişə lehinə olmuşdur. Əleyhinə kimi göstərmək istəyənlər Mehdi (ə.s)-ın çıxışını dayandırmaq üçün bəhanə axtaran tiplərdir.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Hadisəni kökündən həll etmək çox əhəmiyyətlidir, bataqlıq Darvinizmdir. Darvinizmi elmi olaraq çürütmədikdən sonra marksist-Leninist qalxma davam edər.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Dünyanın hər tərəfində kommunist partizan hərəkətləri davam edir. Onun üçün bəlanın böyüklüyünü görmək çox əhəmiyyətlidir. Bəlanın əsl qaynağı da Darvinizm və materializmdir.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

PKK bu vaxta qədər aldığı nəticəni silahla aldı. Bundan sonra da silahla almağı düşünəcək. Heç vaxt, qəti şəkildə silahı tərk etməz. Yəni ölər yenə buraxmazlar. Heç vaxt qəbul etməzlər. Adamlar iki variant üçün yaşayırlar: Ölmək və ya öldürmək. Üçüncü bir seçim qəbul etmirlər.
A9 TV; 31 dekabr 2012
avatar

Adnan Oktar

Süfyani Dəccalın Şamda qan axıdacağı məşhurdur. Mehdiyyətin son əlamətlərindəndir. Süfyan məğlub olacaq, qədəri elədir. Fərman Allahdandır. Allah elə yaratmışdır, inşaAllah.
A9 TV; 31 dekabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dəccal komitəsi, dəccal, Mehdi (ə.s) və tələbələrini haqq olan, doğru olan fəaliyyətlərindən məhrum etmək üçün onlara təzyiq, təhdid edəcək, onları qovmağa çalışacaq. Mehdi (ə.s) tələbələri belə bir mühitdə, sevgi, şəfqət, ağılla, elmlə, mədəniyyətlə mübarizəyə davam edəcəklər. Onların savabının artması, axırzamanda aslan olmaları, abid olmaları, təriflənmələri, səhabələrdən daha çox savab qazanmalarının səbəbi odur. Sitatlar
Allah Mehdi (ə.s)-ı batin pərdələri ilə gizləyər. Sitatlar
Monoton bir fikir sistemi yaxşı deyil, müxalif çıxanların olması, fikir zənginliyinin olması bir ehtiyacdır, gözəllikdir. Sitatlar
Hədisdə bildirildiyinə görə; cənnət Mehdi (ə.s)-ı sevən, ona inanan, onunla görüşən üçündür. Sitatlar
Hədisdə bildirildiyinə görə Allah Mehdi (ə.s)-ı ağıl geyimi ilə təmin etmişdir. Sitatlar
Xurafatçılar hz. Davud (ə.s)-ı o dövrdə mahnı oxuyur, rəqs edir deyə tənqid edirlər. Halbuki, Allah eşqi ilə rəqs edir, nə qədər gözəldir. Bundan əlavə hz. Davud (ə.s)-ın səsi çox gözəl idi. Sitatlar
Xarici İşlər Naziri cənab Əhməd Davudoğlu kimi biri respublika tarixində yoxdur. Çox möhtəşəm, Allaha, Kitaba özünü təslim etmiş mömin, müttəqi, Türk-İslam Birliyi aşiqi mübarək insandır. Sitatlar
Hz. Davud da rəqs edirdi. Bu Tövratda var. Hətta o dövrdə həsəd ediblər. Bir qadın onun rəqsinə həsəd edib. Rəqs də, musiqi də cənnətdə olan gözəlliklərdir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Mehdinin saqqalının necə olacağını da təfərrüatı ilə bildirib. Bəziləri Mehdi saqqalsız olacaq deyirlər. Bu doğru deyil. Heç bir hədisdə Mehdinin saqqalsız olacağına dair ifadə yoxdur. Peyğəmbərlərin də çoxunun saqqalının necə olduğu hədislərdə vardır. İsa Məsih və hz. Davudun saqqalı qırmızıya çalan şabalıd rəngidir. Mehdi və digər peyğəmbərlərin saqqalının isə qara olduğu bildirilmişdir. Hədislərə görə Mehdinin saqqalı kəvsəc (yanlarda az) alt tərəfdən cəzm edilmiş (düzəldilmiş) şəkildədir. Sitatlar
Mehdiyyət hz. Adəmə, hz. İbrahimə, hz. İdrisə verilən səhifələrdə hz. Musaya, hz. Davuda, hz. İsaya endirilən kitablarda var. Bu mehdiyyətin haqq olduğunun sübutudur. Sitatlar
IRA ilə PKK fərqli quruluşdurlar, müqayisə etmək mənasızdır. PKK, bütün bölgəni kommunist etməyə əzm etmiş Marksist bir təşkilatdır. Sitatlar
Kommunizm ilə mübarizə fikirlə və elmlə olar. Sitatlar
Türk milləti artıq Darvinizmə inanmır. İmanlı millətimiz Darvinizmin etibarsızlığını gördü. Sitatlar
PKK ideoloji istiqamətdən çökdüyü üçün çaxnaşma halındadır. Sitatlar
İslam aləmi bizim təmin etdiyimiz zəmin vəsiləsi ilə Darvinistlərə qarşı rahatdır. Əvvəllər elmi olaraq cavab verə bilmədikləri üçün Darvinistlərdən çəkinirdilər. Sitatlar
Məktəb kitablarında Darvinizm birtərəfli olaraq izah edilir. Bu çox səhvdir. Mütləq qarşı elmi dəlillərə və yaradılış həqiqətinə də yer verilməlidir. Sitatlar
Bəziləri Öcalanı guya qəhrəman kimi göstərməyə səy göstərir. Bu çox eybəcər və çox çirkindir. On minlərlə şəhid verdik. Biz Öcalanı qəhrəman deyil, qatil və xain bilirik. Sitatlar
Bəşər Əsədlə Öcalan eyni düşüncədədirlər, ikisi də Stalinistdir. Sitatlar
PKK indi Leninin "bir addım irəli, iki addım geri" taktikasını tətbiq edir. Sitatlar
Gələn hər imtahanı sevinclə qarşılayıb, onun haqqını tam vermək lazımdır. Çətin imtahanın gəlməsi, qızıl dolu gəminin gəlməsi deməkdir. Bəzən imtahan insana çətin kimi gəlir amma içi savabla doludur. Sitatlar
PKK bu nöqtəyə silahla gəldi, bundan sonra da silahla davam edər. Təşkilat əsla silah buraxmaz. PKK kommunist dövlət qurmadıqdan sonra terrordan imtina etməz. Ancaq fikri mübarizə ilə PKK-nı təsirsizləşdirmək mümkündür. Sitatlar
İran Darvinizmin ən güclü izah edildiyi ölkələrin başında gəlir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında hər bir insanla danışıb onlara təbliğ edirdi. Sitatlar
PKK-ya "silahı burax" deyil, "o fikri burax" demək lazımdır. PKK-lıların silahları başlarındakı kommunist, Marksist fikirlərdir. Kommunist qatil fikirləri başlarında olduqca silah buraxdırmanın faydası olmaz. Onsuz da PKK silah buraxmaz. Buna qarşı görüləcək ən güclü fəaliyyət, Darvinist təhsilə son verməkdir. Sitatlar
Milli Təhsilin dərs kitablarında Darvinizm səhifələrlə izah edilsin, amma elmi cavabı da izah edilsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur