logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 oktyabr 2015

avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.
A9 TV; 3 oktyabr 2015
2097
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Osmanlı imperiyasında darvinist materialist təhsil verilirdi. Darvinist təhsil nədir? Allahı inkar edirsən; "Allah yaratmadı, təsadüfən yarandın" deyirsən. Bu Osmanlı imperiyasında geniş və əhatəli şəkildə edilən böyük haram, böyük fəsad və fitnə idi. Eləcə də, Osmanlı imperiyasının dağılma səbəbi də bu idi.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

Şəhid ailələri, ən şərəfli insanlardır; Allahın nemətə qərq etdiyi o mübarək övladlarıyla qürur duya bilərlər. Çünki Allah onları birbaşa cənnətinə almışdır. Cənnət əhli olublar və cənnət quzusudurlar. Cənnət quzusunun anası olur, cənnət quzusunun atası olur. Bu nə qədər böyük gözəllik, nə qədər şərəfli analıq və atalıqdır. Allahın, həmin ana-ataya səbirlərindən ötrü verdiyi savabsa olduqca çoxdur.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

Bunu deyim ki, qadınlara azadlıq verilmədiyi müddətcə hər ölkə həlak olar. Bu mövzuda alınmış bir qərar var, bu Allah Qatındakı hökmüdür. Dünya baxımından da, bunun hökmü budur. Qadın əleyhdarı, qadına təzyiq və zülm göstərən hər sistem, hər hökumət, hər dövlət süqut edər, bunu bilməlidirlər.
A9 TV; 2 oktyabr 2015
avatar

Adnan Oktar

PKK-nın Türkiyədəki məqsədinin nə olduğu, nə üçün yaradıldığı tam bilinmir. Halbuki, Armageddonda, yəni böyük müsəlman qətliamında, Avropa öz qatillərindən istifadə etmək istəmir, ABŞ da öz qatillərindən istifadə etmək istəmir. PKK-lı qatillərdən istifadə etmək istəyirlər, professional qatillərdən.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Mükəmməl sevgi üçün, mükəmməl əxlaq lazımdır. Mükəmməl əxlaq üçün, mükəmməl Allah qorxusu lazımdır. Hamısı sevgi ilə əlaqəlidir və məqsədi sevgidir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Quranla iç-içə yaşamaq üçün, O hər yerdə olmalıdır. Yanında olmalıdır, masanın üstündə olmalıdır, başının üstündə olmalıdır. Qurana çörək kimi, su kimi sarılmalısan.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

PKK necə ideoloji təhsil verirsə, türk əsgərinə, türk polisinə, türk gəncliyinə də ideoloji təhsil verilməlidir. "Milli birlik və həmrəylik necə olar? PKK təhlükəsi nədir? Kommunist təşkilatların xüsusiyyəti nədir? Kommunizm elmi cəhətdən özünə necə zəmin tapar? Fəlsəfəsi niyə səhv və yanlışdır? Darvinizm niyə əsassızdır?" Məktəblərdə bunlardan danışılmalıdır. Allah qorusun, əgər tərsi olsa Türkiyə adlı heç nə qalmaz.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Mövcud olub-olmamaq mübarizəsi var. Ya Türkiyə tamamilə yox olacaq, ya da ali olub, bütün İslam və türklük aləminə hakim olub, gözəl bir yerdə, özünə o müqəddəs liderliyi Allahın bəxş etməsini gözləyəcək.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Ən mühüm məsələ milli şüurdur. Türkiyə yox olduqdan sonra kimsə mühəndis olsa nə faydası olar? Bunun üçün də, tezliklə məktəblərdə milli şüur dərsi keçirilməlidir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilməlidir. Həftədə üç saat təcrübəli müəllimlər tərəfindən, kommunist təhlükə, Türkiyənin bölünmə təhlükəsi, darvinizm təhlükəsi, materializm təhlükəsi, bütün bunların hamısını izah edən, həmçinin necə müqavimət aparılmalı olduğunu, necə cavab verilməli olduğunu izah edən dərslər də keçirilməlidir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Sevgi Allahın təməl xüsusiyyətidir, dünyanın mənasıdır. Nifrət çox çətindir, insanı mənəvi və fiziki cəhətdən çökdürər. Cəmiyyəti çökdürər, həyatı çökdürər, iqtisadiyyatı çökdürər. Nifrət çox qorxuncdur.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Allahı maraqlandıran Özünə bəslənilən sevgidir. Dəli aşiq olmaq lazımdır. Ağlın ixtiyarı yox olmadan, qeybə iman etməklə olan sevgini Allah çox bəyənir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Ye, iç, gəər kəs edər. Əziyyət olmalıdır, xəstəlik olmalıdır, çətinlik olmalıdır, bəlalar, dərdlər olmalıdır, lakin bunlara baxmayaraq, Allahı eşqlə sevməlisən. Allahın ən sevdiyi şey, məhz budur.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Küfr əhlinin bataqlığında yaşayan insanlar, o çirkdən ciddi olaraq ləkələnirlər. Bu, üstlərində görülür. Ətinə, sümüyünə, dərisinə, baxışına hər şeyinə əks olunur. O mərhəmətsiz dünyanın, mərhəmətsiz çirki hər yerinə bulaşmış olur. İslamı yaşamağa başladığında, bu çirk üstündən yavaş-yavaş yox olur.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Əziyyət nə qədər çoxdursa, savab da o qədər çox olar. Hz. Mehdi (ə.s)-ın qarşılaşdığı çətinliklər saymaqla bitmir. Sayılan hər əziyyət, yuxarıya doğru bir pillədir. Məsələn, 1000 kilometrlik pillələr düşün, hər biri 1000 kilometrlik pillə olsun, dırmaşır və yenə dırmaşır, mənəvi mövqeyin ardı-arxası kəsilmir.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Dünyada nə qədər çox yaşasan mənəvi mövqedə bir o qədər yüksəlmə imkanı olar. Vəfat etdikdən sonra, cənnətə getdikdən sonra cəsarət, vəfa qalxır, hamısı qalxır. Təkcə yeyib-içirsən, gəzib əylənirsən, Allaha şükür edirsən, mələk kimi olursan. Bunun üçün də, dünyada çox qalmağın da bu faydası var. Çünki qaldığın vaxt, milyonlarla savab qazanırsan.
A9 TV; 1 oktyabr 2015
avatar

Adnan Oktar

Vəsvəsəyə qarşı aparılan mübarizədə qalib gələnə imanlı deyilər. Vəsvəsə həmişə olar. Şeytan səndən əl çəkməyəcək. Bədiüzzaman: "Şübhə orduları gəlsə də təhqiqi iman yox olmaz" deyir. "Amma təqlidi iman məğlub olar" deyir. Bunun üçün də, biz iman həqiqətləriylə əlaqədar kitablar hazırlayıb bunları sizə çatdırırıq. Yəni şübhə ordularına qarşı mübarizə aparmağınız üçün. Bu mübarizə nəticəsində müsəlman qəhrəman olur, Allah Qatında dəyərli olur.
A9 TV; 30 sentyabr 2015
avatar

Adnan Oktar

Allahı hər yerdə yada salarsan. Həyatla din iç-içədir. Vanna otağında olarkən, yemək yeyərkən, hər yerdə Allah xatırlanar və hər vəziyyətdə. Allahın xatırlanmadığı heç bir an və heç bir yer yoxdur. Sən Quranla iç-içə rahat yaşaya biləcəyini görəcəksən, Quranı rahatlıqla oxuya biləcəyini görəcəksən. Quran sənin yanında olacaq, başının yanında olacaq, yatarkən də Allahı yada salacaqsan.
A9 TV; 30 sentyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur. Sitatlar
Bütün dünyanı ağlasığmaz bir vəhşilik, dəhşət bürüdü. İmam Mehdi (ə.s)-ın zühuru vacib oldu. Allah, İsa Məsihi zahir etsin. İmam Mehdisini zahir etsin. Vaxt get-gedə yaxınlaşır. 2015-ci ildə zühur etməyəcək. 2016-cı ildə də zühur etməyəcək. 2017, 2019-2021-ci illər, bunlar həssas tarixlərdir. Sitatlar
Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq. Sitatlar
Əvvəlcə PKK deyilən bir xəstəlik olmalıdır ki, milli oyanış olsun, bu olmasa tam olmaz. Yəni firon olmasa Musa olmur. Nəmrud olmasa İbrahim olmur. Dəccal olmasa da Mehdi olmur. Sitatlar
Bu axan görünüşdə, bu filmdə mehdiyyət hakim olur. Filmin sonu belədir. İsa Məsih (ə.s) zühur edir, hz. Mehdi (ə.s) zühur edir, PKK yox olur, kommunizm yox olur, darvinizm yox olur. İnsanlar hazırda yerlərində dura bilmirlər, belə olmalıdır. Amma mehdiyyətin heyrətamiz yollardan müvəffəqiyyət qazandığını görəcəklər. Sitatlar
Çox mürəkkəb kimi görünür, lakin gizlicə həm mehdiyyət, həm də məsihiyyət inkişaf edir. Nə İsa Məsih (ə.s)-ın mənəvi övladlarıyla, tələbələriylə mübarizə apara bilərlər, nə də hz. Mehdi (ə.s) ilə. Tale bu cürdür. Bu görünüşü dəyişdirə bilməzlər. Sitatlar
Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar. Sitatlar
Hz. Mehdi (ə.s) insanların üstündəki zəncirləri açacaq. Aydın, ağıllı, canlı, sevgi dolu bir İslam anlayışı hakim olacaq. Sitatlar
Ənənəvi ortodoks qardaşlarımız bir Mehdi gələcəyini, mövcud olan qatı dinçiliyi çox zəif görəcəyini zənn edirlər. "Belə də qatı dinçilik olar? Bunun yüz mislini edəcəyəm" deyəcəyini və dünyanın zülmət qaranlığa qərq ediləcəyini zənn edirlər. Hz. Mehdi (ə.s) yüz misli qatı dinçiliyi həll edəcək. Sitatlar
Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq. Sitatlar
İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah. Sitatlar
Hz. Mehdi (ə.s) zühur edir, ağlasığmaz zənginlik olur. Bütün məsələ, Allahın söylədiyini yerinə yetirilməsidir. Haşa, insanlar öz aləmlərində Allahın söylədiklərini etmədiklərində, fəlakət yağış kimi yağır. Sitatlar
Allah bu qədər zülmü, bu qədər qəddarlığı insanlara göstərir ki, mehdiyyətin qiyməti bilinsin. Çünki bu əzablar görülmədən, insanlar mehdiyyətə sığınmırlar. Əzablar daha da şiddətlənəcək, yəni belə qalmayacaq. İnsanlar hz. Mehdi (ə.s)-ı axtarana qədər, Allahdan hz. Mehdi (ə.s)-ı istəyənə qədər bu davam edəcək. Sitatlar
Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq. Sitatlar
Mehdiyyətə qarşı olan heç bir hərəkat müvəffəqiyyətli ola bilməz. Hz. İsa Məsih (ə.s)-ın enişini rədd edən istənilən hərəkat məğlub olar. Sitatlar
Hz. İsa Məsih (ə.s) çox təvazökardır, eqoist deyildir, zarafatcıl, şirin, gözəl xasiyyətli bir insandır. Xoş söhbət insandır. Ağlasığmaz dərəcədə yaraşıqlıdır. Baxanlar incəliyinə, keyfiyyətinə, nəzakətinə heyran qalacaq. Oturub-durmağı, yeyib-içməyi, hər şeyi çox nəzakətlidir. Sitatlar
Hz. İsa (ə.s) gələndə müasirlərin ən müasiri olacaq. Avropalılara çox bənzəyəcək, çox keyfiyyətli bir dəliqanlı olaraq gələcək. Hz. İsa (ə.s) olduqca qabiliyyətli bir dəliqanlıdır. Allah Qatına alınmadan elə idi, gələndə də eynilə elə olacaq. Sitatlar
ABŞ İsa Məsihin yenidən enməsi üçün çox ağır və qanlı günlərin yaşanmalı olduğuna inanır. Buna görə də, dünyanı qan dənizinə döndərir ki, İsa Məsih gələ bilsin və qiyamət yaxın ola bilsin. Bu çox dəhşətli xətadır. Sitatlar
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək. Sitatlar
İsa (ə.s), hz. Mehdi (ə.s)-ın vəziri olaraq nüzul edəcək, Peyğəmbərimiz (s.ə.v) belə söyləyir. Allah Mehdini şərəfləndirmək üçün, Mehdinin böyüklüyünü vurğulamaq üçün, İsa Məsihi ona vəzir olaraq göndərir. Mehdinin böyüklüyünü buradan anlayın. Hətəmə vəli deməkdir. Gəlib keçmiş ən böyük övliya, ən böyük vəlidir. Yəni imam Mehdi, səhabələrdən üstündür. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir. Sitatlar
Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur. Sitatlar
PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur. Sitatlar
Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir. Sitatlar
Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur