logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 iyul 2013

avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı, Peyğəmbərimiz (s.ə.v)-i sevər. Bir insan Peyğəmbərimiz (s.ə.v)-i sevirsə, hz. Mehdi (ə.s)-ı da sevməlidir. Peyğəmbərimiz (s.ə.v) vəfat etdi, amma hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in bir parçası, onun övladıdır. Sən əgər Peyğəmbərimiz (s.ə.v)-i sevirsənsə onun həyatda olan övladını da sevməlisən. Sən onu unutdurmağa çalışırsansa, Peyğəmbər (s.ə.v)-i də sevmirsən.
A9 TV; 15 iyul 2013
2210
avatar

Adnan Oktar

Avropada da insana sərmayə qoymurlar, insanı öyrətmirlər. Onlar da ruh boşluğundan böhrana düşüb özlərini öldürürlər. Bu, çox qorxunc bir şeydir. Dünya bu fəlakətdən ancaq mehdiyyət ilə, hz. İsa Məsih (ə.s)-ın şəfqəti ilə, Qurana tam təslimiyyətlə xilas olacaq, inşaAllah.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Binayla, daşla insanlar xoşbəxt olmaz; Allah sevgisi ilə, Allah qorxusu ilə xoşbəxt olar. Quran möcüzələrini, iman həqiqətlərini biləcək, Allaha aşiq, Allaha təslim olacaqlar, yalnız belə olduqda həyatın bir mənası olar.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Bir çox ölkədə yollar salınır, körpülər tikilir, anbarlar düzəldilir, amma insana sərmayə qoyulmur. İnsanın mənəvi istiqamətinə, ürəyinə, vicdanına sərmayə qoymaq lazımdır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın tələbələri qınayıcının qınamasından qorxmayacaq, əksinə şövqlənib coşğuyla hərəkət edəcək. Çünki ən çox qınanacaq camaat Mehdi camaatı olacaq. 313 adam istisna olmaqla hər kəs qınayır.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Axırzamanda qatı dinçilər və xurafatçıların bir qismi eqoistlik edəcək, böyüklük göstərəcək, azğınlaşacaq, fironlaşacaqlar. Amma Mehdi (ə.s)-ın tələbələri bütün müsəlmanlara qarşı təvazökar və mehriban olacaqlar.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın camaatının əsas xüsusiyyəti sevgidir― Allah onları sevir, onlarda Allahı sevirlər.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

İnsan ancaq imanla gözəlləşə bilər. İman bir nurdur, işıq yaradar. İnsan imanla möhtəşəm bir varlığa çevrilər.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

Hal-hazırda Misir məhv edilir. Misir sevgi ilə dirilə bilər. İmanla, Quran möcüzələri ilə, iman həqiqətləri ilə dirilər və bütün xalqı ələ ala bilər. Mehdiyyət olmadan, İsa Məsih (ə.s)-a olan sevgi olmadan bərəkət olmaz.
A9 TV; 14 iyul 2013
avatar

Adnan Oktar

İsa Məsih (ə.s), Mehdi (ə.s) sevgisi Allah sevgisindən qaynaqlanar.
A9 TV; 11 iyul 2013
avatar

Adnan Oktar

Din azadlıq, sevgi, gözəllik, sülh, sənət, estetika, cənnət kimi dünya deməkdir.
A9 TV; 11 iyul 2013
avatar

Adnan Oktar

Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur.
A9 TV; 11 iyul 2013
avatar

Adnan Oktar

Qadınları doğru yola gətirməyə çalışmaq düzgün yanaşma deyil. Qadını düz yola gətirmək kiminsə vəzifəsi deyil. Qadınlar son dərəcə qürurlu, şərəfli, ağıllı varlıqlardır. Quranı da çox yaxşı anlayırlar. Qoyun, özləri qərar versinlər.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Mən İslamın fanatı olmağın tərəfdarı deyiləm. Avropa düşüncəsi ilə yanaşdıqda, səhabələrin yaşadığı, cənnət mənasında bir İslam anlayışını müdafiə edirəm. Dünya cənnətə bənzəməlidir. Cəhənnəmə bənzəyirsə, demək ki, nəsə düz deyil.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Tənqid olmalıdır, tənqid keyfiyyəti, gözəlliyi artırar. Doğrunu tapmaqda insan üçün faydalı olur.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Ticarətçilər çox zərər çəkirlər. Dövlət hər şeyi nizamlasın. Dövlətində köməyi olsun. Yəni qanuni qazancı olan hər kəsə dövlət kömək etsin.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Məzhəb, camaat ayrı-seçkiliyi etmədən hər kəsin iftarına getmək, dəvət edilən hər iftarı mütləq qiymətləndirməyə çalışmaq gözəl olar.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Ramazanın bir şirinliyi, özünəməxsus xoşluğu, gözəlliyi var. Hər gün bayram havası kimidir, insanın içində qəribəlik, hüzur olar.
A9 TV; 10 iyul 2013
avatar

Adnan Oktar

Dövlətimiz sahibkarlara heç olmasa bir müddət ərzində, vəziyyətləri düzələnə qədər maddi dəstəkdə olsa çox gözəl olar.
A9 TV; 13 iyul 2013
avatar

Adnan Oktar

Namazı insanlara ən asan şəkildə təqdim etmək lazımdır. Namazı çətinləşdirmək insanları namazdan uzaqlaşdırar. Asanlaşdırmaq Allahın əmridir, dinin buyruğudur.
A9 TV; 13 iyul 2013
avatar

Adnan Oktar

Mursi Misirdə koalisiya hökuməti qurmağı təklif etsin. Bütün fikirlərlə əməkdaşlıq etsin. Müasir və bütün insanları razı salacaq bir siyasət çox yaxşı olar.
A9 TV; 13 iyul 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Şiələr canımızdır, çox dindardırlar. Sevgiyə və sənətə də ruhları çox yaxındır. Sənətə və sevgiyə ruhu açıq insanın Allaha nə qədər coşğulu sevgisi olacağını da düşünün. Allahı coşğu ilə sevdikləri üçün sənətə olan sevgiləri olur. Onlar Peyğəmbər (s.ə.v)-ə aşiqdir, hz. Əli (r.ə)-ə aşiqdirlər. Şiələr Türkiyənin, dünyanın bəzəyidir, nurudurlar. Sitatlar
İsa Məsih (ə.s), Mehdi (ə.s) sevgisi Allah sevgisindən qaynaqlanar. Sitatlar
Sənət, sevgi olmayan bir yerdə dəhşət, acı, ümidsizlik varsa orada nə sənaye, nə zənginlik, nə də sevinc olar. Heç bir şey olmaz. İstədiyin qədər kömək et. Yəni ölüyə təzə qan verirsən, istəsən min litr qan ver, ölü dirilməz. Ölünün dirilməsi üçün Mehdi (ə.s), İsa Məsih (ə.s), İslam Birliyi olmalıdır. Bundan başqa yol yoxdur. Sitatlar
Əgər çox səmimi olsaq, Allahı eşqlə sevsək, onsuz da Mehdi (ə.s) tapılar. Sevgisizlikdən, səmimiyyətsizlikdən Mehdi (ə.s) tapılmır. Sitatlar
Sevgi ilə, nəzakətlə ən əsəbi bir insanı belə sakitləşdirmək mümkün olur. Bir cəmiyyətin əsəbi və hirsi çox gözəl yatırıla bilər. Amma qışqırıb çığıraraq, qoçuluq edərək, rüsvayçılıq çıxararaq, təhdid edərək, qatı dinçiliklə cəmiyyəti yatırmaq mümkün olmaz. Sitatlar
Sevgi və şəfqət türk ordusunun əsas xüsusiyyətidir. Onun üçün bütün dünya orduları türk ordusuna heyrandır, mehribanlığına, mərhəmətinə, ədalətinə, etibarlı olmasına, möhtərəmliyinə heyrandır. Sitatlar
Sevgidən, məhəbbətdən, Allah eşqindən bezmək olmaz. Amma bezmək hissi insanın ruhunda var. Mömin imanla bunun öhdəsindən gələ bilər. Buna görə də məsələn, adam arvadından, sevdiyindən bezir, amma mömin imanıyla bezmir. Lakin bezmək hissi insanları küfrdə çox tez bürüyər. İman gücü ilə bezmək hissi əzilər. İmanla mütənasib olaraq əzilər. Sitatlar
Ən böyük silah sevgidir. Təkidlə sevgini dəstəkləməli, nifrətə yer verməməliyik. Əsəbi halda, kinlə yanaşsan insanlara heç nəyi qəbul etdirə bilməzsən. Sitatlar
Qatı dinçilər İslam Birliyini, mehdiyyəti istəmir. Bunlar necə müsəlmandır. Bütün müsəlmanları müsəlman hesab etməyən müsəlman ola bilərmi? Düşmən olmadığı insan qalmayıb, deməli, sevgisiz insanlardır. Sevgi İslamın ruhunda, Quranın ruhunda olan əsas mövzudur. Sitatlar
Dəccal qan tökərək gəlirsə Mehdi (ə.s) qan dayandıraraq gəlir. Bu da ikisinin arasındakı fərqdir. Sitatlar
Allah mehdiyyət üçün dünyanı min ildən bəri hazırlayır. Mehdi (ə.s) 4000 ildir ki, gözlənilir. Sitatlar
Mehriban, sevgi dolu polis bölmələri təşkil olunmalıdır. Polis bölməsinin ruhunu dəyişdirmək lazımdır. Polis bölməsi turistik təsisə dönməlidir. Polis bölməsinin restoranı, bazarı, kitabxanası olsun. Tək məqsədi dürüst, yaxşı insanları qorumaq olsun, belə fəaliyyət göstərsin. Sitatlar
Mehribanlığı daha çox artırıb insanların içində pis ruhlu olanları utandırmaq lazımdır. Məsələn, bir mövzunu tənqid edirlərsə, onun on qat artıq gözəl cavabını vermək lazımdır. Sitatlar
Bir müddət sonra görəcəksiniz, dünyadakı ana dil türkcə olacaq. Mehdi (ə.s)-ın dili olduğu üçün bütün dünya türkcə öyrənəcək, inşaAllah. Sitatlar
Dövlətlərlə dindarlığın təmin edilməsi mümkün deyil. Dindarlıq mehdiyyətlə təmin edilər. Dindarlıqla da gələn sistem, gələn ruh sevgidir. Yəni mehdiyyət bol sevgi, mərhəmət, şəfqət, anlayış, şirinlik, üfüq genişliyi, sənət, elm və ictimai ədalət gətirər. Sitatlar
Fənərbaxça, Beşikdaş, Qalatasaray tərəfdarları ―onlar da bir-birlərini çox sevsinlər. Döyməyə, söyməyə, kəsməyə, asmağa, təhqirə nə ehtiyac var? Bu dəhşət iman zəifliyindən qaynaqlanır. Futbol komandası tərəfdarlarına sevgi, mərhəmət, şəfqət baxımından təhsil vermələri lazımdır. Hər yerdə xüsusi söhbətlər təşkil edilməlidir. “Sevgi günləri” adlı gün təşkil etmək lazımdır. Bir-birilərinə isinmələri üçün yığıncaqlar təşkil etmək lazımdır. Sitatlar
İmtahan o qədər əhəmiyyətlidir ki, imtahan verməsək cənnət mənasız olar, Allah göstərməsin. Bu, çox mühüm məsələdir. Sevgi öz mənasını tapır. Çünki sevgini öyrənmək lazımdır. Səbir, şəfqət yoxdursa, kainat mənasız olur. Sitatlar
Mehdi (ə.s) gələcək, həyat daha rahat, azad olacaq. İndikindən yüz qat artıq rahat və azad olacaqsınız. Mehdi (ə.s) gələndə əvvəlki rahatlığının çox az olduğunu anlayacaqsan. Azadlığı yaşayarkən "mən əvvəl azad deyilmişəm" deyəcəksən, inşaAllah. Sitatlar
Vicdanınla məsləhətləşmək Allahın sənin ürəyinə vəhy etməsidir. İsa Məsihi görərkən Allah ürəyinə ―"bu adam İsa Məsihdir"― deyə vəhy edər. Başa düşərsən. Mehdi (ə.s)-ı da görəndə Allah ürəyinə vəhy edər. Moşiyah, Kral Məsih, Mehdini hiss edərsən. Yaxşı insanı hiss edərsən. Sitatlar
Hz. Mehdi (ə.s) rəsulullah (s.ə.v)-in seyfi-şərifini (qılıncını) uğurlu olması üçün belinə taxacaq, inşaAllah. Hırka-ı Şərifi geyəcək beyət edilərkən. Bir; Ayasofyanın açılışında, iki; Məkkədə Kəbə-i Şərifdə, üç; Qüds-ü Şərifdə. Sitatlar
Dünyada sırf israf dayandırılsa, bütün kasıb ölkələrə çatar.  1) Mehdi (ə.s) gəlsə israf olmaz; 2) Silahlara ayrılan pulun onda biri o canlarıma ayrılmış olsa, Parisin ən lüks restoranlarında yedikləri yeməklərin ən yaxşısını yeyərlər. Silahlara ayrılan pulun onda biri bütün dünya kasıblarının ən keyfiyyətli restorandakı yeməklərlə qidalanmalarını təmin edər. Sitatlar
Hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-a sarılmazsanız, İslam Birliyi olmaz. Mehdiyyətə sarılsanız, məsələ həll olar. Allahın dediyini edəcəksiniz. Özbaşına hərəkət etmək olmaz. Sitatlar
Mələklər Mehdi (ə.s) ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrayıl (ə.s), Mikayıl (ə.s) həmişə yanındadırlar. Mehdi (ə.s)-ın heç xəbəri belə olmaz. Sağında, solunda Cəbrayıl (ə.s), Mikayıl (ə.s) ömrü boyu yanından ayrılmazlar. Sitatlar
Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır. Sitatlar
Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı? Sitatlar

Alıntı Görseli Oluştur

Kontur