logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 2 yanvar 2018

avatar

Adnan Oktar

İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.
A9 TV; 2 yanvar 2018
1660
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən. Sitatlar
Allah ilə əlaqə olmadığı zaman nə etsən də heç nədən zövq ala bilməzsən. İnsan əylənirmiş kimi görünər, lakin əzab çəkər. Çünki əylənirmiş təqlidi etmək də əzabvericidir. Allaha sevgi ilə bağlı olmadıqdan sonra dünyada heç bir insan üçün hüzur, rahatlıq, sağlamlıq olmaz. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah sevgisi ilə sevmək, sonsuz Allahın təcəllisini dərin ehtirasla sevməkdir. Allah sevgisi olmadan əti, sümüyü yox olacaq bədəni sevmək olmaz. Sitatlar
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar. Sitatlar
Allahın bizə olan sevgisi eqoist olmamaqla əlaqəlidir. İnsan eqoistdirsə sevilmə qapısı bağlanar. Eqoistlikdən imtina etdikdə insan mələk kimi olar, hər işi xeyir, hər işi bərəkət olar. Tərs kimi gedən işi də düz gedər. Nə xoşbəxt bu insana. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
İslam əxlaqı bütün dünyaya hakim olduğu zaman texnologiya və elm coşacaq. Yeni ixtiralar ediləcək, yeni texnologiyalar yaradılacaq. Heç görülməmiş texnoloji alətlər istehsal ediləcək. Texnologiya həmişə yüksəlib ən yüksək dərəcəyə çatacaq. Bütün dünya Allah eşqinin insanlara nə cür gözəlliklər etdirə biləcəyini görəcək. 60-70 illik müddətdə bütün bu hadisələr yaşanacaq. Lakin İslamın pozulmağa başlaması ilə birlikdə texnologiyanın inkişafında da geriləmə baş verəcək. Sitatlar
Mömin həyatının hər anını Allah üçün keçirməyə niyyətli olmalıdır. “Rəbbim xatırladığım və xatırlamadığım hər işi Sənin üçün görürəm” deməli və özünü Allaha təslim etməlidir. Sitatlar
Müsəlman hər zaman xeyir işi axtarar. Münafiqlər və küfr isə şər axtararlar. Müsəlman həmişə xeyir və gözəllik edər. Münafiqlər isə müsəlmanların etdiklərinə və həyatına həsəd edərək qovurularlar. Sitatlar
Bütün kainatın məqsədi sevgidir, eşqdir. Allahın ən bəyəndiyi şey sevgidir. Cənnət, cəhənnəm, dünya, dünyadakı bütün detallar yalnız sevgi üçündür. Eşqin tam yaşanması üçün ağılı və vicdanı istifadə etmək əsas şərtdir. Ağıl istifadə edilmədikdə dünyanın da, cənnətin də mənası qalmaz. Dünya şahmat oyunu kimidir, bu şahmat oyununu gözəl bitirdiyimizdə eşqi həqiqi mənasıyla yaşayarıq. Cənnətdən zövq ala bilmək üçün mütləq dünyadakı bu təhsildən keçmək lazımdır. Mömin dünyada hər gün yeni bir şan, yeni bir şərəf qazanır, daha güclü dərinlik əldə edir. Sitatlar
Yeni dünya nizamı tamamilə İslam əxlaqının hakim olduğu nizam olacaq. Bundan başqa bir sistemin hakim olması qeyri-mümkündür. Sitatlar
İnsanların bir qismi, zəlzələ də daxil olmaqla, hər şeyi Amerikanın işi olduğunu deyirlər. Bu həqiqi deyil, daha ağıllı düşünməlidirlər. Sitatlar
Bu dünya əsl yer deyil. Kimsə bura bağlanmağa çalışmasın. Bura imtahan yeridir. Deyir ki, "Qaşım əksik, gözüm əksik." İmtahana gəldin, təbii ki, əksik olacaq. Mükəmməl edərmi Cənab Allah? "Burnum əyri" deyir. Cənnətdə burnun düz olacaq. Burada əyri olar. "Üşüyürəm" deyir. Cənnətdə üşüməzsən. Sitatlar
Dəccalın silahı asanlıqdır. Mehdiyyət çox çətindir. Mehdiyyət dəyərli olduğu üçün çətin keçidlərdən keçər. Çünki məhv etmək asandır, bərpa, təmir etmək çətindir. Dəccaliyyətdə hər bir iş asandır. Dəccalın işi asanlıqdır. Mehdiyyət isə uzun müddətdir, təmir, bərpa edərək irəliləyir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur