logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 mart 2018

avatar

Adnan Oktar

İlham Əliyev çox qiymətli insandır. Ailə quruluşu mükəmməl, əxlaqı mükəmməl, tam Quran müsəlmanı, çox gözəl İslam anlayışına sahibdir. Azərbaycana bu qədər gözəl xidmət edən, Azərbaycanı belə gözəl ölkə halına gətirən, sənətlə, estetika ilə, gözəlliklə, elmlə Azərbaycanı möhtəşəm bir yerə daşıyan belə qiymətli lideri yenə prezident olaraq görmək istəyirik. Möhtərəm Əliyev tək namizədimiz və tək seçəcəyimiz insan olacaqdır. Azərbaycanı Türklük aləminin ən gözəl qalası halına gətirən hörmətli İlham Əliyevi bütün Azəri qardaşlarımız dəstəkləsinlər.
A9 TV; 4 mart 2018
2339
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır. Sitatlar
Bu qədər çox insanın, bu qədər çox ölkənin talib olduğu; fərqli-fərqli qrupların bir-birinin əleyhinə olduğu Yaxın Şərq kimi ərazidə sükunətin hakim olması çox çətindir. Türkiyənin də təkbaşına ucsuz-bucaqsız bir əraziyə gücünün çatmasını gözləmək səhv olar. Türkiyə özünü təhlükələrə qarşı müdafiə edən və qoruyan ölkədir. Liviya, İraq, Misir, Suriya, Əfqanistan kimi ölkələrin də içində olduğu belə geniş ərazidə sülh, İslam Birliyi, mehdiyyətin sevgisi və birləşdirici gücü ilə həll edilə bilər. Sitatlar
Darvinizmi elmi olaraq yerlə bir edən, İslam Birliyinin şübhəsiz reallaşacağını izah edən, İsa Məsih və Mehdini şövqlə gözləyən, qadınlara bu qədər dəyər verən, ənənəçi Ortodoks sistemin əsas ziddiyyətlərini Quran ilə ortaya qoyan, Qurandan heç vaxt güzəştə getməməyə diqqət göstərən, pul qarşılığı dinin təbliğ edilməyəcəyini izah edən, İslam əxlaqının dünyaya hakim olacağını müjdələyən tək cəmiyyət bizik. Sitatlar
Sevgi və güvən İslam Birliyi üçün zəruri komponentlərdir. İslam Birliyi hər yerdə tərtəmiz ədalət, köməkləşmə, bir-birini qoruma, dostluq, yoldaşlıq, mərhəmət, keyfiyyət və gözəlliyin hakim olması deməkdir. Sitatlar
Tayyib hocamın Qurana dönülməsi mövzusundakı çıxışları Qurana da, Peyğəmbərimizin sünnəsinə də uyğun. Tayyib hocam, yalnız Allahdan qorxan dürüst insan. Dedikləri haqda səmimiyyətsiz şərh yazanlar mənə gəlsinlər. Tayyib hocam harada miskin varsa Xızır kimi yetişir. İslam aləminin hər yerinə sahib çıxmaq üçün səmimiyyətlə səy göstərir. Ona söz deyənlərin isə heç bir dənə belə xidməti yoxdur. Sitatlar
Allah insana tövbə ilham edirsə, o tövbəni qəbul edər. Mömin hər zaman Allahdan rəhmət gözləməlidir, Allahın özünə gözəl qarşılıq verəcəyini ümid edəcək. Sitatlar
Özünü tamamilə Allaha təslim edən insana Allah səmimiyyəti ilham edər. Özünü Allaha təslim edə bilməyən insanların hər şeyində anormallıq olar. Sıxıntı çəkirsənsə, narahat olursansa, deməli Allahın ilhamından uzaqlaşmısan. Sitatlar
Vicdan deyilən qüvvə Allahın insana həmişə doğrunu ilham etməsidir. Allah doğrunu da, yanlışı da insana həmişə ilham edər. Heç kim nəzarətsiz qoyulmayıb. Sitatlar
Səmimiyyət Allahın insanlara verdiyi ruh fərəhliyidir, nurdur. Allah insanlara həmişə doğrunu vəhy edər, ona tam əməl etmək səmimiyyətdir. Səmimi demək Allahın qəlbə ilham etdiyinə tamamilə tabe olan insan deməkdir. Sitatlar
Allah doğrunu hər insanın vicdanına ilham edər. Şeytan da vicdanın dediyinin əksini etməyi söyləyər. Mömin vicdanına qeyd-şərtsiz tabe olar. Sitatlar
Allahın, vicdanına ilham etdiklərinə müqavimət göstərməyən insana səmimi insan deyilər. Sitatlar
Bir insanın qəlbində xəstəlik olması demək, vicdanına, Allahın ilham etdiyinə əməl etməməyi, vicdanının səsini susdurması deməkdir. Sitatlar
Evlilik ibadət kimidir. Iki mömin bir-birinə Allahın əxlaqını göstərəcək. Kişi qadına, qadın kişiyə sevgi, hörmət, gözəllik, hörmət göstərəcək. Amma ənənəçi sistemdə qadın kişinin köləsi kimi görülür. Niyə? Çünki kişi sənə baxır, sən də ona xidmət edəcəksən deyir. Çox böyük vicdansızlıqdır bu. Sən də nəticədə Allahın verdiyi ruzini verirsən. Ruzinin sahibi Allah. Malın mülkün sahibi Allah. Kimsə kimsədən üstün deyil. Sitatlar
Küçəyə çıxdığınız zaman, evə gəldiyiniz zaman, hamamda, yemək yeyərkən, hər yerdə dua edilər. Uzun və ya qısa, səmimi olaraq həmişə dua edəcək mömin. Sitatlar
Dünyanı sanki teatr salonuna çevirib saxta sevgi oyunu oynayırlar. İnsanların həqiqi sevgini bilməməsi dəhşət vericidir. İnsan oğlu əslində əvvəldən bu bəlanın içinə girib. Səmimi olsa əgər gözəl sevəcək və gözəl seviləcək. Oyun oynamağa nə ehtiyac var, anlamaq mümkün deyil. Səmimi sevmək varkən, oyun oynamağı seçmək çox yanlışdır. Normalda insan çox seviləcək varlıqdır. İnsanlar özlərini sərbəst buraxsaydılar sevgini çox gözəl yaşayarlar amma əxlaqsızlıq, zalımlıq olanda sevgi boğulur. Nə gözəl Allah bizə bu cür böyük gözəlliyi yəni sevgini tək hədəf halına gətirmiş. Sevmək təlqinlə çox asan əldə edilə bilər, lakin dəccaliyyət sevgisizlik mövzusunda çox israrlı təbliğat edir. Milyonlarla qəzet, televiziya kanalı və s. saxta sevgini, səmimiyyətsizliyi öyrədir. İnsanlar sevgiyə aç amma axtardıqları sevgini tapa bilmirlər. Sevgi üçün ağıl və Allah ilə əlaqə əsas şərtdir. Allah ilə əlaqə yoxsa heç bir şeyi sevə bilməz. Sitatlar
Müsəlmanın ən geniş kütləyə təbliğ etməsi fərzdir. Allah üçün ən geniş imkanlara sahib olmaq istəməsi fərzdir. Peyğəmbərimiz bütün dünyaya təbliğ edirdi, İstanbula təbliğ üçün səhabəni göndərirdi. Müsəlman malı yığmaz, qazanıb Allah yolunda xərcləyər. Sitatlar
İnsan gözəl əxlaqlı olanda rahat yaşayar. Əxlaqsızlıq sevgi düşmənidir, sevgini boğan zülm sistemidir. Bir insan nə qədər gözəl olursa olsun əgər vicdansızdırsa sevgi faciəvi şəkildə boğulur. Həm özünü batırır həm özünə sevgi duyulmasını ortadan qaldırar. Sitatlar
İnsanın özünə hörməti yoxdursa, sevmə qabiliyyəti və sevmə gücü olmaz. Əvvəl özünün sevmə qabiliyyəti qazanması lazımdır. Bunun olması üçün də Allahın böyüklüyünü qavraması, Allahı çox sevməsi və Allahdan çox qorxması lazımdır. O zaman sevgiyə aç hala gəlir və sevmə qabiliyyəti meydana gələr. Sitatlar
Allah qorxusu, Allahın sevgisini itirməkdən qorxmaqdır. Allah qorxusu, insanı pərişan edən, xoşbəxtliyini pozan, istiqrazsız edən duyğu deyil. Allah qorxusu insanın sevgi gücünü, keyfiyyətini qat-qat artıran, beynini, ağlını təmizləyən, onu intizama salan, əzmini möhkəmləndirən gözəllikdir. Sitatlar
Münafiqlər özlərini dindar kimi göstərməyə çalışarlar amma həm din ilə, həm Mehdiyyət ilə, həm İsa Məsih ilə, həm də, haşa, Allah ilə istehza edərlər. Həm hədislərdə, həm ayələrdə bu çirkin əxlaqsızlıqlarına diqqət çəkilmişdir. (Tövbə surəsi, 65) Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “BİZ SADƏCƏ BOŞ-BOŞ DANIŞIB ZARAFATLAŞIRDIQ!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Bəqərə surəsi, 14-15) Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, ÖZ ŞEYTANLARI İLƏ TƏKLİKDƏ QALDIQDA İSƏ: “BİZ SİZİNLƏYİK. BİZ MÖMİNLƏRƏ ANCAQ İSTEHZA EDİRİK!” – deyirlər. Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. Sitatlar
Mömin cəhənnəm qorxusu ilə ibadət etməz. Möminin ibadəti Allah sevgisindən qaynaqlanır. Cəhənnəmin varlığının məqsədi də Allah sevgisini, Allah qorxusunu, halala, harama dəqiqliyi, sevginin keyfiyyətini və dərinliyini meydana gətirər. Bu səbəbdən mömin Allahı çox sevdiyi üçün Allaha ibadət etmiş olur. Mömin üçün cəhənnəmin atəşindən çox Allahın ona inciməsi çox ağırdır. Sitatlar
2023-ci ildə Allahın izni ilə, Türkiyə və İslam aləmi çox aydınlıq dövrə girmiş olacaq. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik. Sitatlar
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur