logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 avqust 2015

avatar

Adnan Oktar

İncəsənət adamı eşq insanıdır. Eşq insanı da sevgiylə bəslənər. Sən ona sevgi göstərməsən incəsənət adamı ölər. İncəsənətlə də məşğul ola bilməz. Sən onu alqışlamalısan, cəsarətləndirməlisən, tərifləmlisən, medal verməlisən, könlünü almalısan. Sevildiyini bilməlidir ki, qəlbi coşsun.
A9 TV; 22 avqust 2015
1418
avatar

Adnan Oktar

Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: "Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun" deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar.
A9 TV; 21 avqust 2015
avatar

Adnan Oktar

On iki imamı coşğuyla sevmək gözəldir. Bəzilərini on iki imamdan ayda ildə bir dəfə bəhs edirlər. Bu heç ürəkaçan vəziyyət deyil, bərəkətlərindən istifadə edə bilməzlər. On iki imamı sevməyən Peyğəmbər (s.ə.v)-i də sevmir. Hz. Əli (r.ə)-i sevməyən Peyğəmbər (s.ə.v)-i də sevməz.
A9 TV; 19 avqust 2015
avatar

Adnan Oktar

Hamısına da avtomatik silahlar verilsin. Yeri göyü inildədərlər. Bu vətənini, millətini qorumaqdır. Ölüm-qalım savaşı veririk. Əsgər nə lazımdırsa etsin. Bu hamısı üçün fərzdir. PKK-ya qarşı mübarizə aparmamaq haramdır. PKK-ya qarşı mübarizədə görülən hər cür qanuni iş halaldır.
A9 TV; 18 avqust 2015
avatar

Adnan Oktar

Mən bütün müsəlmanları sevirəm. "Lə ilahə illəllah Muhammədən Rəsulullah" deyir. Səhvi varsa, danışıb düzəldərəm. Bombalayaraq deyil, öldürərək deyil. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında insanları öldürməklə mi haqdan danışırdı? Gedib insanlara tək-tək deyirdi. Müşriklər vardı, buddistlər vardı, kafirlər vardı, masonlar vardı. Hamısına gedib izah edirdi.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Kürdlər nurdur. Kürdlərin bir çoxu Axırzaman müctəhidləri və mücəddidləridir. Kürdlər dindar, alicənab, dürüst, dəliqanlı, mərd və təmizdirlər. Bütün müsəlman xüsusiyyətlərinə sahibdirlər, belə olduqda mən onları canımdan çox sevərəm. Mən PKK-nın düşməniyəm. Kürdün dostuyam. PKK murdardır, kürd nurdur.
A9 TV; 17 avqust 2015
avatar

Adnan Oktar

Biz nələrin halal olduğunu Quranda axtara bilmərik. Quranda haramlar axtarılar. Çünki haramların sayı çox azdır. Bir şeyin haram olduğuna dair Qurandan hökm-dəlil gətirildiyi vaxt məsələ həll olar. Amma Quranda haram olduğuna dair bir hökm yoxdursa, uydurmalarla, xurafatlarla qadağa qoymaq olmaz.
A9 TV; 16 avqust 2015
avatar

Adnan Oktar

PKK-lı qızlar batil davaları üçün daşların arasında yatırlar. Bizim qızların bir hissəsi isə, “Ağbəniz şahzadəsi” olmağı arzulayalar. Amandır evlənsin, zəngin olsun. Bəy axtarıb tapmaq üçün çalışırlar. PKK-nın ideoloji qətiyyətliliyinə bax, buradakı bəzi insanların laqeydliyinə və dünya ehtirasına bax. Belə olmaz. Dava adamının ruhu olmalıdır, milli şüur olmalıdır.
A9 TV; 16 avqust 2015
avatar

Adnan Oktar

Şəhidə bütün şəhəri gəzdirməlisən. Şəhid cənazəsi əhəmiyyətlidir. "Allahu-Əkbər" deyə yer-göy inildəməlidir. Ən azı 1 milyon insan toplanmalıdır. Belə olsa, milli şüur ərşə qalxar. Şəhidin mənəviyyatından məmləkət bərəkətlənər.
A9 TV; 16 avqust 2015
avatar

Adnan Oktar

Hal-hazırda biz “Əsir maddəsi”nin içində üzürük. “Əsir”, içində Allahın ağlı təcəlli edən maddədir. Hər yerə girib-çıxar. Hz. Musa (ə.s)-ın əsasının içində, kolun damarları içində, yanan odun içindədir.
A9 TV; 16 avqust 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə Betlehəm ulduzunun görünəcəyini söyləyir. Betlehəm ulduzu hələ bu yaxınlarda görüldü. 2000 ildən bir görülür; bir dəfə hz. İsa (ə.s)-ın dünyaya gəldiyi vaxt görüldü, bir də hz. Mehdi (ə.s)-ın zühurunda.
A9 TV; 13 avqust 2015
avatar

Adnan Oktar

Mehdinin vəzifəsi təxfifdir (asanlaşdıran), yəni dini asanlaşdırmasıdır. Hal-hazırda dini güllə kimi ağır ediblər, insanlar tab gətirə bilmir. Dini korladılar. Mehdi bu cür ağırlıqları götürəcək, din təxfif olacaq, asanlaşacaq və insan fitrətinə uyğun hala gələcək. İnsanları əsil dinə qaytaracaq.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Kürd qardaşlarımız çox təmiz və möhtərəm, heysiyyətinə, şərəfinə düşkün mükəmməl əxlaqlı insanlardır. PKK əxlaqsız və murdardır. Onların qürurlarına toxunurlar. Zorla pul almaq, zorla uşağını götürmək, zorla evlərinə daxil olmaq, pəncərələrin şüşəsini qırıb, evin içinə silahla atəş açmaq. Kürd qardaşlarımıza hər yerdə sahib çıxmaq və üstünlük təmin edilməlidir.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

"Proses" sözü təhlükəni örtən pərdə olaraq istifadə edilir. Belə olduqda insanda Cənub-Şərqi Anadolu bölgəsini xilas etmək həvəsi olmur. İçində millətini, dinini xilas etmək həvəsi olmur. Proses, bizim millətimizi sakitləşdirmək üçün işlədilən sözdür. Yaxşı niyyətlə söyləyənləri tənzih edirəm, lakin sakitləşdirmək, passivləşdirmək, gözünün önünə pərdə gətirmək prosesidir.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Uşağa həftədə 30 saat dərs keçirlərsə, bunun ən azı 25 saatını darvinizm təhsili təşkil edir. Bunun yerdə qalan bir saatında isə; “sizə İslamdan danışacağam” deyirsən. Özün də bilmədən dəccala təslim olmuş olursan.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Milli şüur dərsi keçsən, gənclər sağlam olar. Barbut (zərlə oynanılan qumar növü) oynayırlar, tinər iyləməyə cəhd edirlər. Görəsən haradan narkotik tapa bilərəm dərdindədirlər. İnsanın iddiası olmasa belə olar. PKK-lılar niyə tinər iyləmir? Çünki onun pis, çirkin, əxlaqsız da olsa, bir məqsədi var. Buradakı gənclərin də bir məqsədi olmalıdır.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

Şəhidi yumazlar, əynindəki əsgər paltarıyla olduğu kimi açıq-aşkar görüləcək şəkildə torpağa basdırılar və ən az belə olsa kədər əlaməti göstərmək olmaz. Çünki şəhidlik Allahın təriflədiyi bir məqamdır.
A9 TV; 12 avqust 2015
avatar

Adnan Oktar

PKK fasiləsiz surətdə Cənub-Şərqi Anadolu bölgəsində silahlanır. “Proses” deyilən şey yoxdur. PKK, “Proses” deyiləndə; Cənub-Şərqi Anadolu bölgəsinin özünə verilməsini, Abdullah Öcalanın da oraya prezident kimi təyin olunmasını başa düşür.
A9 TV; 11 avqust 2015
avatar

Adnan Oktar

PKK-lı qızlar qayaların arasında yatır. Bizim gənc qızlarımızın olduqca böyük hissəsinə isə, necə ər tapacaqları, necə evlənəcəkləri, necə iş görəcəkləri, mənfəətini necə təmin edəcəyi kimi mövzular barədə təhsil verilir. Milli təhsil verilməlidir, milli şüur dərsi keçirilməlidir.
A9 TV; 11 avqust 2015
avatar

Adnan Oktar

Müsəlmanın qətlinə səbəb olmaq, eyni qətl etmək kimidir. Axirətdə qarşılığı əbədi cəhənnəm olar. Səhvi varsa elmlə, irfanla, bilik verməklə düzəldərsən.
A9 TV; 10 avqust 2015
avatar

Adnan Oktar

İran bizim dostumuz və müttəfiqimizdir. İranı sevməliyik, İran düşmənçiliyi düzgün deyil. İranla dost olmalıyıq. Şiələr çox təmiz, dindar insanlardır. Təqvalıdırlar. Şiə düşmənçiliyi çox murdar şeydir.
A9 TV; 10 avqust 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın tək istədiyi şey budur; Məni sevin deyir. Mənə eşqlə məhəbbət bəsləyin, sizə hər cür neməti verim, siz də xoşbəxt olun, Mənim də xoşum gəlsin deyir. Sitatlar
Dünya nəhəngdir hamıya bəs edər. Bu qədər azmağın, bu qədər sevgisiz olmağın nə mənası var? Niyə nifrətə vaxt ayırırsan? Sevgiyə vaxt ayır, başın rahat olsun. Niyə özünü sıxırsan? Sitatlar
İnsanlar səmimi olsa, sevgini axtarsa Allah dünyanı cənnətə çevirər. Sitatlar
Səmimiyyət görünməmiş rahatlıq gətirir. İnsanı gözəlləşdirər. Səmimi olan sevməyi bilir. Səmimi olmayan çox saxtakar olur, çox pis olur. Sitatlar
Allah elə-belə sevilmək istəmir, cansıxıcı sevgi də istəmir. Belə sevgini heç kəs istəməz. Dəyişməz, cansıxıcı sevginin nə faydası var? Birinə pul verirsən səni sevir, peşən üçün səni sevir, mənfəəti üçün səni sevir. Belə sevgi olmaz. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
Sevgi dünyadakı ən zövq verən şeydir. Axirətdə də ən zövq alınan şeydir. Həyatın rəngidir, işığıdır. İnsanın ruhu sevgiylə rahatlıq tapar. Sevgi olmasa, insan ölər, qovrular, məhv olar. Sevgisiz həyat zəhərdir. Sitatlar
Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü yaşanır. Ağızlarından nifrətdən başqa bir şey çıxmır. Bunun üçün Allah bunların üzlərini qapqara qaraldır. Sitatlar
Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. İnsanların, bitkilərin, heyvanların, bütün məxluqatın, atomun bu qədər nizamlı və gözəl olmasının məqsədi yenə sevgidir. Sitatlar
Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır. Sitatlar
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz. Sitatlar
İncəsənət insanın ruhunu nəcibləşdirər, gözəlləşdirər, insan ruhunun qidasıdır. Onu Avropa çox tez müəyyənləşdirdi və tez də tətbiq etdi. Sonunda isə, çox gözəl nəticələr aldılar. Qatı dinçilər İslam aləmini incəsənətdən uzaqlaşdıraraq ən böyük zərbələrdən birini vurdular. Sitatlar
Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər. Sitatlar
Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla   sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir.   Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz   sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o   zaman o necə sənəti ilə məşğul olsun? Sitatlar
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin. Sitatlar
İfaçıları ön plana çıxarmaq lazımdır. Onların sevgisi, onların məhəbbəti cəmiyyətə çox   müsbət təsir göstərər. İfaçılar xüsusi bir nəzakət, ruh keyfiyyətinə sahib olurlar. Bu   cəhətdən cəmiyyətə çox gözəl nümunə ola bilərlər. Sitatlar
İfaçı sevgi müəllimidir, gözəllik müəllimidir. Qapılar ifaçıların üzünə sona qədər   açılmalıdır. Dərhal İncəsənət və Estetika Nazirliyi yaradılmalıdır. Sitatlar
İfaçıların qiyməti bilinməsə, incəsənət zamanla yox olar. O zaman dünya qaralar.   Dünyanın gözəlliyi yox edilər. İfaçı demək, dünyanı gözəlləşdirən insan deməkdir. Sitatlar
Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən,   sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, "it şeytandır, gördüyün   vaxt qov" desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi   sənətə, elmə dəyər vermələridir. Sitatlar
Sitatlar
Sitatlar
Prezident idarəetmə üsulu federasiyaya bərabərdir. Mehmetçik niyə şəhid oldu? Onlar, federasiyanın olmaması, Türkiyənin bölünməməsi üçün şəhid oldular. Sən: "Prezident idarəetmə üsulu gətirək, Türkiyə Birləşmiş Ştatları olsun" deyirsən. O zaman biz niyə on minlərlə şəhidi verdik? Bu, həm şəhidlərə, həm də türk millətinə qarşı hörmətsizlik olar. Sitatlar
Bol-bol səylə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir; dərin sevgiylə sevməkdir. Allahı sevirsənsə çox əmin-amanlıqdasan . Yəni Allahı çox sevirsənsə mütləq qalib gələcəksən. Bax, iman edirsənsə demirəm. Sevirsənsə deyirəm. Onsuz da sevmək üçün iman edilməlidir. Sitatlar
Allahı səmimi sevirsənsə, cəhənnəmdə belə olsan Allah qorusun (belə ki, Allah belə bir şey etməz), cənnətdəymiş kimi olarsan. Allahı sevmirsənsə cənnətdə belə cəhənnəmin içindəymiş kimi olarsan. Sitatlar
İnsanların böyük hissəsi Allaha həmd etmək istəmir. Belə olduqda da, Allahdan nemət gəlmir, təkcə bəla gəlir, sel kimi. Həmd edilməyəndə bəla gəlir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur