logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 oktyabr 2017

avatar

Adnan Oktar

İnşaAllah və maşaAllah zikrlərini çox işlətmək insanlara bərəkət gətirər. Bu zikrlər şirki aradan qaldırar. Peyğəmbərimiz (s.ə.v); "inşaAllah və maşaAllah zikrlərini çox edənlər dünyaya hakim olacaqlar" deyib.
A9 TV; 13 oktyabr 2017
2539
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Allah hz. Mehdini imanın nuru ilə görüb tanımağımızı nəsib etsin inşaAllah. Sitatlar
Allah imkanlarımızı daha da artırsın hər yerdə fasiləsiz daha çox İslamı, Quranı təbliğ edək inşaAllah. Sitatlar
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allah şərlilərin, münafiqlərin şərindən müsəlmanları qorusun. İslamı və müsəlmanları qalib, münafiqləri, küfr əhlini və şərliləri məğlub etsin inşaAllah. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Bəziləri bizi öz qorxunc dünyalarına çəkmək istəyirlər. İnsanları dəhşət verici dünyalarına çağırmasınlar. Onların dünyasında bərəkət yoxdur, nəzakət yoxdur, mədəniyyət yoxdur, elm yoxdur, incəsənət yoxdur, gözəllik yoxdur. Türkiyə belə dəhşət verici dünyaya daxil olmayacaq. Sizin sevgisizliyiniz sizin incəsənət əleyhinə olmağınız, sizin gözəllik əleyhinə olmağınız Türkiyədə heç vaxt hakim olmayacaq. Sitatlar
Bizi tənqid edən bir çox insanın belə şüur altında Quran müsəlmanlığını qəbul etdiyini görürük. Allah həqiqi İslamı hakim edir. Sitatlar
Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Din ən aydın, ən açıq həqiqət olduğu, həyatın ən gözəl neməti olduğu halda, onu insanlara fəlakət həyatı kimi nəql edirlər. Buna görə də, İslamın adını eşidən dəhşətə gəlir. Gənclər İslamı yaşasa, ömrünün bitəcəyini düşündüyü üçün 60-70 yaşına çatanda yaşayaram deyir. Əbəs yerə İslamı qorxunc göstərdilər. Həm darvinist, materialist sistem, həm də ənənəçi ortodoks İslam anlayışı ilə gənclər iki tərəfdən sıxışdırıldılar. Bizim Quran müsəlmanlığından bəhs etməyimiz gənclərin üzərinə Günəş kimi doğdu, maşaAllah. Sitatlar
Dünya miqyasında müvəffəqiyyətlərimiz, təsirimiz həmişə qat-qat artır. Adnan Oktarın kitablarının, məqalələrinin və bu əsərlərdən faydalanılaraq hazırlanan konfransların, sənədli filmlərin təsiri dəccaliyyətə heyrətamiz elmi zərbə vurur maşaAllah. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Münafiqlər axirətdə it yalı kimi murdar yeməklər yeyəcəklər. Müsəlmanlar həm dünyada, həm də axirətdə həmişə Cənnət süfrələrindədirlər. MaşaAllah. Sitatlar
Münafiqlər müsəlmanların dəyərini artıran məxluqdurlar. Münafiqlərin olmamasını istəmək imtahanın olmamasını istəməkdir. Mömin Cənnət dərəcəsini münafiqlər və küfr əhlinin hücumları ilə qazanar. Taifdə Peyğəmbərimiz (s.ə.v)-i daşlayan cahil alçaq münafiqlər Rəsulullah (s.ə.v)-in Cənnətdəki məqamını ucaltmışdır. Peyğəmbərimiz (s.ə.v) çox soyuqqanlı və təvəkküllüdür maşaAllah, 2,5 km əndişələnmədən yerimişdir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşları bir-birindən gözəl idi. Hamısı çox cazibədar, cəlbedici, namuslu, nəcib və gözəl idi maşaAllah. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur