logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 mart 2015

avatar

Adnan Oktar

İnsan ateist də ola bilər. Ateist olmaq Allah Qatında bir günahdır, qul yanında deyil. Sən buna qarışa bilməzsən ki. Allah ayədə: "De: “Sizin dininiz sizə, bizim dinimiz bizədir"" deyir, adam ateist də olar, dindar da olar, başqa bir dinə mənsub da olar. Allah: "Dində məcburiyyət yoxdur" deyir.
A9 TV; 30 mart 2015
1348
avatar

Adnan Oktar

Kürd qardaşlarımız nurdur, çox dindardırlar. Risalə-i Nuru, hədisləri oxuyarlar, birlikdə oturub Quran oxuyarlar. PKK bunu istəmir, çünki PKK Allahsız, Kitabsızdır.
A9 TV; 30 mart 2015
avatar

Adnan Oktar

Sən bu ölkəni bölərək millətin şərəfini, namusunu ayaqlar altına alacaq, sonra da rahat oturub yaşayacaqsan eləmi? Elə bir şey olmaz.
A9 TV; 29 mart 2015
avatar

Adnan Oktar

Türkiyəni böləcəklərini, rahat oturub yaşayacaqlarını zənn edirlər. Elə bir şey olmaz. Qiyamət qopar. Qiyamətdə böcək belə canlı qalmaz. Ay ilə Dünya birləşər. Dağlar qum kimi əriyər. Heç bir canlı qalmaz. Bildiyim bir şey var ki, deyirəm.
A9 TV; 29 mart 2015
avatar

Adnan Oktar

Yəhudi düşmənçiliyi bir ruh xəstəliyidir. Bir iman narahatlığıdır. Hz. İsrail (ə.s) və hz. Yaqub (ə.s)-ın övladları Allahın bizə əmanətidir. Onlara qarşı nifrət bəsləmək, Quranın üslubuna, Qurandakı ayələrə zidd olar. Bu, müsəlmanın edəcəyi şey deyil.
A9 TV; 27 mart 2015
avatar

Adnan Oktar

Siyasət böyük bir bəla dənizi kimidir. Siyasət aləmi çox qaranlıqdır. Eqoist və xudbin bir quruluş vardır. Üsulları mərhəmətsizdir. Vəfa və sədaqət yoxdur.
A9 TV; 27 mart 2015
avatar

Adnan Oktar

Müsəlman boş-boş xurafatlara inanmaz. Məntiqsiz, mənasız şeylərə inanmaz. Ağlı başında bir müsəlmanlıq anlayışı vardır. Biz dinə nə əlavə, nə də çıxarda bilərik.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Əgər Türkiyənin bölünməsinə izin versəm, həyat mənə haram olsun. Bölünməsinə əsla izin vermərik. Heç vaxt da prezident idarəetmə sistemi tətbiq olunmayacaq. "Türkiyə Birləşmiş Ştatları" deyilməsinə izin vermərik. Bunu unutmalıdırlar, bu qeyri-mümkündür.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

İnsan sevgi sayəsində ayaqda qalır. Sevgi sistemi pozulanda, bütün bədən xəstə olur.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Yaxşı niyyətli, təmiz qəlbli bir qadın çox gözəl olur. İçi şeytanlıqla dolu olduqda, üzü çox çirkin olur, ağlı da itir. Mənfur olurlar.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Musa (ə.s) çox imanlıydı, qardaşı da imanlıydı, Allah onlara olan hörmətinə görə bütün qövmü xilas etdi. Yoxsa onlar orada həlak olardı.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

İslamın hakimiyyəti, artıq enerji sərf edərək həll olacaq bir məsələ deyil, Allah bunu təmin edir. Tövratda keçir; "Allah ilə əlaqəsi olan 12 adam olsa, Allah dini dünyaya hakim edər" deyir. Elə çox adama ehtiyac yoxdur.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

İslam siyasətlə hakim olmaz. Quran möcüzələrini ortaya çıxarıb izah etmək, iman həqiqətlərini izah etmək, imanlı, güclü insanları nümunə kimi göstərmək, Allah sevgisini yaymaq. Bunlar üçün çalışmaq lazımdır.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Siyasət öz daxilində çox mərhəmətsizdir. Asan iş deyil. Ona görə də İslamı yaymağa səy göstərən insanların edəcəkləri şey; iman həqiqətlərini izah etmək, Quran möcüzələrini izah etmək, imanı gücləndirmək, öz imanını gücləndirmək, şövqünü artırmaqdır. Yoxsa bu cür şeylərin öhdəsindən gələ bilməz.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Siyasət mürəkkəbdir. İslam Birliyi ilə maraqlanan insan siyasətdən baş aça bilməz. Amma siyasətə ağıllı surətdə uzaqdan istiqamət verilə bilər.
A9 TV; 26 mart 2015
avatar

Adnan Oktar

Kainat sevgi üçün yaradılır. Kainatın təməli sevgidir. Sevgi, mərhəmət, şəfqət, bağışlamadır. “Sən mənə vurdun, mən də on misli sənə vuracağam”. Bu cür düşüncə ola bilməz.
A9 TV; 25 mart 2015
avatar

Adnan Oktar

Xüsusi təyinatlı polislərin sayını artırmaq lazımdır. Məktəblərinin sayını artırmaq lazımdır. Tayyib hocam bu cür gözəl iş görsün. Xüsusi təyinat, bir də Bordo Beretlilər. Bu alçaq PKK-lılar çox uzun müddət, 6-8 il təlimdən keçirilir. Bizim aslanlar, Mehmetcik, Nevşehir Kozaklıdan, oradan buradan gəlir mənim canlarım, PKK ilə vuruşmağa məcbur edilirlər. Belə olmaz. PKK Xüsusi təyinatlı dəstələrdən ağlasığmaz dərəcədə qorxur.
A9 TV; 25 mart 2015
avatar

Adnan Oktar

Qadınların siyasətə girə bilməməsinin səbəbi, çox mərhəmətsiz bir sistem olmasıdır. Həm dedi-qodu sistemi, həm də fitnə sistemidir. Ağlasığmaz bir çarx işləyir. Hara gedirsən get az və ya çox olur. Əlbəttə ki, mehdilik dövründə belə bir şey olmayacaq. Belə mərhəmətsiz quruluş olmaz. İnsanlar əbəs yerə özlərinə əzab çəkdirirlər.
A9 TV; 25 mart 2015
avatar

Adnan Oktar

Siyasət aləmi tam fərqli bir şeydir. Çox insafsız, çox mərhəmətsiz bir sistemdir. Məsələn, ən yaxşı insanı həmin dəqiqə satan, fövqəladə bir rəqabət ruhu tələb edən, çətin mübarizələr tələb edən bir vəziyyətdir.
A9 TV; 25 mart 2015
avatar

Adnan Oktar

Darvinin təkamül nəzəriyyəsinin əsassızlığı elmi dəlillərlə hər yerdə izah olunmadan, darvinizm dağılmadan kommunizm dağılmaz.
A9 TV; 24 mart 2015
avatar

Adnan Oktar

Sevgi özbaşına yaranmaz. Allah sevgini min cür sənət üzərinə oturtmuşdur. Sevgi onun üzərində inşa edilir və dünyanın ən böyük gücü meydana gəlir. Kainatın ən böyük gücü; sevgi gücü meydana gəlmiş olur.
A9 TV; 24 mart 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sitatlar
"Fikrini bəyənmirəm, bombalayacağam" deyir, belə şey olmaz. Danışarsan, qəbul etmirsə etməsin. Qəbul etsə də, nə gözəl, nə xoş olar. Dində məcburiyyət yoxdur. İnsanları bombayla, silahla yola gətirmək üsulu yoxdur. Sitatlar
Quranda zorakılıq yoxdur, Quranda müdafiə vardır. Zalım hücum edərsə özümüzü müdafiə edərik, Quranda təzyiq yoxdur. Müşrik, kafir hücum edərsə, özünü qoruyarsan. Ayə açıq şəkildə "dində məcburiyyət yoxdur" (Bəqərə surəsi, 256) deyir. "Ey kafirlər, sizin dininiz sizə, bizim dinimiz bizə" (Kafirun surəsi, 6) deyir. Burada məcburiyyət hardadır? Sitatlar
Kommunist olmaq cinayət deyil, terrorist, anarxist, azğın olsan, cinayətdir. Yoxsa fikir səviyyəsində qalsa kommunist ol, başqa fikirlərdən ol, bizi maraqlandırmaz. Ateist də ola bilərsən, kommunist də ola bilərsən, amma zorakılıq və dəhşəti tətbiq edərsənsə, qarşı gələrik. İcazə vermərik. Sitatlar
Dini çətinləşdirmək bütün dünyaya zülm etməkdir. Çünki insanlar dindən uzaqlaşdıqda çox əzab çəkərlər. Sitatlar
Dini çətinləşdirdikcə Allaha daha yaxın olacağını düşünür. Halbuki insanları Allahın dinindən uzaqlaşdırdığı üçün cəhənnəmdə hesabını verə bilməyəcəyin bir mövqeyə düşərsən. Dini insanlara Allahın bildirdiyi asan halı ilə göstərməlisən, izah etməlisən. Sitatlar
Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər. Sitatlar
Hz. Musa (ə.s) Firona, hz İbrahim (ə.s) isə Nəmruda təbliğ edirdi. Müsəlman ateistlə, kommunistlə, dinsizlə, bir sözlə hər kəslə danışar, görüşər və təbliğ edər. Sitatlar
Sən bir ateistə, darvinistə təbliğ etməsən, bu necə İslam anlayışı olar? Kimlərə yaxşı iş görmək buyurular? Cəhd kimlərə qarşı edilər? Kitab əhlinə, müşriklərə, ateistlərə, hamısına anlayacaqları dildə İslamı izah etmək, müsəlmanın boynuna düşən bir vəzifədir, Allahın əmridir. Yoldaş kimi, dost kimi izah etməlisən. Düşmən üslubu ilə izah edilməz. Sevgiylə izah edilər. Sitatlar
Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar. Sitatlar
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur. Sitatlar
Həmişə Allahın lehinə, dinin lehinə düşünmək lazımdır. Müsəlman, heç vaxt əksinə analiz apara bilməz. Mütləq lehinə aparar. Həmişə hüsnü-zənn edər. Lakin küfr içindədirsə və ya ateistdirsə, araşdırar, o cür düşünə bilər; lakin mömin iman gətirdikdən sonra bu cür olmaz. Həmişə hüsnü-zənlə və həmişə gözəl düşünməlidir. Sitatlar
Ateist olanların tənqiddən narahat olmaları yersizdir. Mən ateistlərin də cənnətə getməsi üçün cəhd göstərirəm. Dinc və rahat yaşamalarını istəyirəm. Əslində heç maraqlanmaya da bilərdim. Dindar olub da, ateist və kommunistlərə şəfqətlə yaxınlaşanlar tək bizik. Sitatlar
Biz müsəlman, xristian, yəhudi və yaxud ateist, məzlum olan hər insanı qoruyarıq. Sitatlar
Yəhudilər və xristianlar Allaha inanırlar, biz onları, təbii ki, sevərik. Ateistlərə də şəfqət duyaq. Hətta əksikliyi müsəlman olaraq biz özümüzdə axtararıq―"deməli, kifayət qədər təsir edə bilməmişik, daha çox təbliğ etməyimiz, izah etməyimiz lazımdır"― deyə düşünürük. Sitatlar
On qatı dinçi etdiyi dinsizlik təbliğatını on min ateist bir yerə yığışsa edə bilməz! Baxın, qatı dinçilərin üç- beş hərəkəti Türkiyəni necə sarsıdır. Sitatlar
Ədalət təkcə müsəlmanı deyil, xristianı, yəhudini, ateisti, kommunisti də qorumaqdır. Sitatlar
Zorla, məcburən namaz qıldırmaq olmaz. Məcburi örtülü geyim geyindirmək, zorla bir insanı hər hansı inanca istiqamətləndirmək olmaz. Hər kəsin fikrinə hörmət etmək lazımdır. Sitatlar
Dünyəvilik İslamda var. "De: Sizin dinininiz sizə, bizim dinimiz bizədir" hökmü dünyəviliyin çox qısa xülasəsidir. Dünyəvilik dinsizlik şəklində tətbiq edildiyi zaman, burada bir səhv olur. Yoxsa xristian sərbəstdir, musəvi də sərbəstdir, dinsiz də sərbəstdir, dindar da sərbəstdir. Hamısı inanclarına uyğun yaşayarlar. Xristian kilsəyə gedər, müsəlman məscidə gedər, istədikləri kimi ibadətlərini yerinə yetirərlər. Dünyəvilik budur. Sitatlar
Dövlət çevrilişi ilə hökuməti dəyişdirməyə cəhd etmək, millətə zor tətbiq etmək, qətliam siyahıları hazırlamaq harada qəbul edilər? İslamda məcburiyyət yoxdur. Dövlət çevriliş edərsən, bütün millət sənə nifrət edər. İslamın ruhunda sevgi ilə insanların könlünü qazanmaq var, məcburiyyət yoxdur. Sitatlar
Dində məcburiyyət yoxdur. Bu İslamın açıq hökmüdür. Məcburiyyətlə, təzyiqlə, zorakılıqla din olmaz. Təzyiq göstərən bir İslam anlayışını müdafiə edənləri tamamilə rədd edirik. Qurana əsaslanan demokrat, azad və dünyəvi bir sistemi müdafiə edirik. Sitatlar
"Dində məcburiyyət yoxdur". Bu, Allahın hökmüdür. Bu ayə eyni zamanda dünyəviliyin ən gözəl xülasəsidir. Sitatlar
İstəyən dindar, istəyən də dinsiz olar. Heç kimin heç kimə qarışmaq və təzyiq göstərmək haqqı yoxdur. Sitatlar
Dəccaliyyət dini mümkün qədər çətinləşdirər. Mehdi isə dini mümkün qədər asanlaşdırar. Bu asanlaşdırma Allahın möminlərə nemətidir. Sitatlar
Sevgi Allaha inanmağın əlamətidir. İman etsə, onsuz da sevgi dərhal yaranar. Allah sevgini dərhal qəlbinə qoyar. Allah ayədə; “iman edənlərin qəlblərində bir sevgi yaradacağını” söyləyir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur