logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 mart 2014

avatar

Adnan Oktar

İnsan heç vaxt sevgilisini tərk etməz. Allah əsl sevgilidir. Bütün hallarda, hətta 7000 il keçsə də əziyyətə səbr edilər. Bu, aşiqin xüsusiyyətidir. Allah Ona sevgiyə görə səbr edilməsini çox bəyənər. Eynilə aşiq əlamətidir.
A9 TV; 14 mart 2014
1096
avatar

Adnan Oktar

Allah təbii ki, sənin sevgini sınayacaq. Nə qədər Allaha bağlısan, təbii ki, buna baxacaq. Sənə göstərəcək. Allahı nə qədər sevdiyini özün görəcəksən. Nə qədər sadiq olduğunu görəcəksən.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

Allah sevdiyi, seçdiyi qulunun müsibətini artırar. Sıxıntı gəlməsə düşün ki, görəsən, məndə nə qəribəlik var. Müsibət gəlirsə həmd et. Müsibətlər külək kimidir gəlib keçər, özündən sonra gözəlliklər buraxar.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

İnsanlar Mehdiyə möhtacdır, Mehdi insanlara möhtac deyil. Bəziləri elə zənn edirlər ki, Mehdi (ə.s) onlara müraciət edəcək. Halbuki, onlar Mehdi (ə.s)-a müraciət edəcəklər.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

Uydurma hədisdən yeni bir din yaratmışlar, ona İslam deyirlər. Halbuki, Quranın izah etdiyi dinə İslam deyilir. Uydurma hədislə yaranan dinə İslam deyilməz. O şirk dinidir.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

Allahdan həmişə mükəmməl təvəkkül istəmək lazımdır. “Ya Rəbbim, Sənə mükəmməl təvəkkül edən qul olmağı mənə nəsib et”― deyə müsəlman bu neməti dayanmadan istəməlidir. Çünki böyük bir nemətdir.
A9 TV; 14 mart 2014
avatar

Adnan Oktar

Müsəlmanlar təriqətlərə ayrılıb ixtilafa düşərkən Allah onu zülm kimi görür. Müsəlmanlar ixtilaf deyil, birlik içində olacaqlar.
A9 TV; 13 mart 2014
avatar

Adnan Oktar

Allah "təbliğ edilən, İslamın izah edildiyi, səmimi müsəlmanların olduğu bir ölkəni məhv etmərəm" deyir (Hud surəsi, 117). Türkiyədə hz. Mehdi (ə.s) olduğu üçün Türkiyəyə zaval gəlməz. Böyük, məhvedici fəlakət gəlməz. Ancaq müvəffəqiyyət və zəfər gəlir.
A9 TV; 13 mart 2014
avatar

Adnan Oktar

Bir insan qorxudularaq bir fikrə məcbur edilsə, o fikrə qarşı şüuraltında dərin nifrət meydana gələr. Daima sevdirərək, razı salaraq, könül alaraq olmalıdır. Ağıllı və sülhpərvər, demokratik yolla olmalıdır.
A9 TV; 13 mart 2014
avatar

Adnan Oktar

Dəhşətlə, şiddətlə fikri izah etməzlər. Onu etsək kommunizmin dəhşətli istiqaməti yenidən ortaya çıxar. Edəcəksənsə fikirlə, danışaraq et. Jurnal, kitab nəşr etdir, broşüra hazırla, konfrans təşkil et. Yaxud fərdi olaraq izah edə bilərsən. Amma dəhşətlə, şiddətlə öyünüləcək bir şey yoxdur.
A9 TV; 13 mart 2014
avatar

Adnan Oktar

Ələvilik candır, gözəllikdir, ruhdur, sevgidir, eşqdir. Ələvi qardaşlarımız İslam aləminin bəzəyidir.
A9 TV; 13 mart 2014
avatar

Adnan Oktar

''Seçki olmadan da hökumət gedər'' düşüncəsi yaranarsa biz onda üçüncü dünya ölkələrini də keçərik. Türkiyəyə çox primitiv demokratiya gəlir. Hökumətlər daima yıxılar. Heç bir hökumətə güvənə bilmərik. Hökumət dediyimiz devrilməz, seçki ilə gəlib seçki ilə gedər.
A9 TV; 6 mart 2014
avatar

Adnan Oktar

Baş nazir peyğəmbər deyil, səhv edə bilər. Ətrafındakı insanlar da səhv etmiş ola bilər. Amma hökuməti yıxmağın mənası nədir? Kim günahkardırsa həmin nazirləri dəyişdirərsən. Cəza tələb edən bir şeydirsə, cəzalarını alarlar. Amma hökumət vəzifəsinə davam edər. Hökumət ancaq seçkilə dəyişilər.
A9 TV; 6 mart 2014
avatar

Adnan Oktar

İslam Birliyi-mehdiyyət dünyada hər kəsə sahib çıxan bir sistemdir. Mehdiyyət inancı, düşüncəsi nə olursa olsun öz övladı kimi ona şəfqət göstərən, sevgi bəsləyən sistemdir.
A9 TV; 26 fevral 2014
avatar

Adnan Oktar

Allaha təvəkkül etməlisən. Allaha təvəkkül etməsən hər şey sənə əzab verər, hər şeydən sıxılarsan. Hər şey səni qorxudar. Dünyanın bütün hadisələri sənin üzərinə gəlir. Ayənin ifadəsi ilə göyün yüksəkliklərində ürəyin sıxıldığını hiss edərsən. Allaha təslim ol, ürəyin rahatlansın.
A9 TV; 24 fevral 2014
avatar

Adnan Oktar

Müsəlman ''Ya Rəbbim, mənə sonsuz sevgi, sonsuz səmimiyyət ver'' deyəcək. Eşqin sonu yoxdur. Çünki bura imtahan, yarış yeridir. Allah Quranda ''önə keçənlər'' deyir. Önə keçmək nə deməkdir? Təqvada önə keçmək, cəhd etmək, Allahın sevgisini qazanmaqdır.
A9 TV; 23 fevral 2014
avatar

Adnan Oktar

''Ya Rəbbim, mən nəyəm ki? Mən Sənə çox yaxınlaşa bilmərəm, çox sevə bilmərəm''― bu, küfrdür. Allah sonsuz insanın könlünü Allaha açmışdır. Yaxınlaşmağın sərhədi yoxdur, Allaha nə qədər istəsə o qədər yaxınlaşa bilərsən.
A9 TV; 23 fevral 2014
avatar

Adnan Oktar

Hər mömin Mehdi kimi, Peyğəmbər kimi olmaq istəyəcək. Müsəlman özünə sərhəd çəkə bilməz. Hər müsəlman Allaha ən yaxın olmağı diləməlidir.
A9 TV; 23 fevral 2014
avatar

Adnan Oktar

Şirk böyük bəladır. Allahın sevmədiyi şirkdir. ''Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi'' deyilməsidir. Allah ''hamısını Mənim etdiyimi bilin, Mən də sizə olan nemətimi artırım'' deyir. Amma ''mən etdim desəniz onda sizi tərk edərəm və cəzalandıraram'' deyir Allah.
A9 TV; 23 fevral 2014
avatar

Adnan Oktar

İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir.
A9 TV; 23 fevral 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Aşiqin xüsusiyyəti nədir? Bütün əziyyətlərə, çətinliyə baxmayaraq sevgilisini tərk etməz. Ən çətin şərtlərdə belə sevgilisini tərk etməz. Allah da Ona qarşı bu sevimli ruhunu nə qədər yaşadığımızı bizə göstərir. Çünki axirətdə ən çox zövq alacağımız Allahın varlığı, təcəllisi olacaq. Sitatlar
Allah təbii ki, sənin sevgini sınayacaq. Nə qədər Allaha bağlısan, təbii ki, buna baxacaq. Sənə göstərəcək. Allahı nə qədər sevdiyini özün görəcəksən. Nə qədər sadiq olduğunu görəcəksən. Sitatlar
Səbir bütün həyat boyu var. Sonsuza qədər biz Allahı sevəcəyik. Sən ən çoxu 70 il bir imtahana səbr edəcəksən. Amma Allah səni sonsuza qədər xoşbəxtlik içində yaşadacaq. 70 illik təhsil, edilən hər səbir səni ucaldar, gözəlləşdirər, nurlandırar. Sitatlar
Allah sevdiyi, seçdiyi qulunun müsibətini artırar. Sıxıntı gəlməsə düşün ki, görəsən, məndə nə qəribəlik var. Müsibət gəlirsə həmd et. Müsibətlər külək kimidir gəlib keçər, özündən sonra gözəlliklər buraxar. Sitatlar
Mömin gözəli çirkini görəcək, gözəli seçəcək, çirkinlikdə də hikmət axtaracaq. Cənnətdə heç çirkin yoxdur, sırf bu dünyada imtahan üçün çirkin yaradılar. Cənnətdə hər şey gözəldir; ağaclar, bitkilər, insanlar, uşaqlar, bütün yeməklər, hər şey. Sitatlar
Aydındır ki, dünya xüsusi olaraq yaradılmış təhsil yeridir. Buraya tamah salınacaq, bağlanılacaq bir cəhət yoxdur. Bir də ehtirasla bağlanmadıqda Allah möcüzəvi şəkildə möminlərə kömək edir, gözəl bir mühit yaradır. Sitatlar
Hər gün insan ölür. Biz dünyadayıq, imtahan mühitindəyik. Hər gün xəstələnən insanlar olur. Matəmi haradan çıxarırsan? Quranda yoxdur. İslam dinində belə bir anlayış yoxdur. Ancaq müşrik xarakterdə var, bütpərəst inancda vardır. Çoxilahlı dinlərin xüsusiyyətidir. Amma İslamda belə bir şey yoxdur. Sitatlar
Müsəlman ''Ya Rəbbim, mənə sonsuz sevgi, sonsuz səmimiyyət ver'' deyəcək. Eşqin sonu yoxdur. Çünki bura imtahan, yarış yeridir. Allah Quranda ''önə keçənlər'' deyir. Önə keçmək nə deməkdir? Təqvada önə keçmək, cəhd etmək, Allahın sevgisini qazanmaqdır. Sitatlar
''Ya Rəbbim, mən nəyəm ki? Mən Sənə çox yaxınlaşa bilmərəm, çox sevə bilmərəm''― bu, küfrdür. Allah sonsuz insanın könlünü Allaha açmışdır. Yaxınlaşmağın sərhədi yoxdur, Allaha nə qədər istəsə o qədər yaxınlaşa bilərsən. Sitatlar
İncəsənət yoxdursa, keyfiyyət yoxdursa, gözəllik yoxdursa istədiyin qədər körpü tik, yol sal bunların faydası olmaz. İncəsənət, estetika, iman, şadlıq, sevinc, Allah qorxusu, Allah eşqi hər yeri əhatə etməlidir. Sitatlar
Allah səbri əsas götürür. Bura imtahan yeridir. Axşam nişan, səhər toy olmaz. Mütləq ki, əziyyətli uzun bir dövr keçəcək. İmtahan olunacaqsan. Sitatlar
Bura oyun, əyləncə yeri deyil və yaxud yaşanacaq yer deyil. Biz bura imtahan olunmaq üçün gəldik. Sitatlar
Allah qorxusunun da məqsədi sevgidir. Allah ''Məndən qorxun'' deyir. Orada Allahın məqsədi Özünün sevilməsidir. Əsas məqsəd orada sırf qorxu deyil. Allahın istədiyi qorxunun meydana gətirəcəyi sevgidir. Sitatlar
Mehdi (ə.s) Allaha inandırmağın, Allahı sevdirməyin sənətini biləcək. Bu nədir; Quran möcüzələrini, iman həqiqətlərini, Peyğəmbər (s.ə.v)-in möcüzələrini, maddədəki möcüzələri izah edəcək və insanların hidayətinə vəsilə olacaq. Sitatlar
Allaha dua et: "Ya Rəbbi, imanımı gücləndir. Sənə olan sevgimi artır" de. Elmi məlumat alarkən, öyrənərkən sıxılma, yorulma. Sitatlar
Allahın zəngin yaratma təfərrüatlarına baxıb heyran olacağıq. O zaman Allah eşqi daha da artar. Eşq artdıqca Allahdan qorxu da artar. Allah qorxusu artdıqca təvəkkül artar. Təvəkkül artdıqda insanın sinirləri, başı, beyni çox rahatlayar,özündə bir asanlıq, sevinc hiss edər, inşaAllah. Sitatlar
Namazı huşu içində qılmaq ifadəsi, özünü itirmə demək deyil. Huşu səmimiyyət deməkdir. Allahla səmimi əlaqə quraraq açıq şüurla namaz qılmaqdır. Eşqlə Allahı sevməkdir. Huşu budur. Sitatlar
Sevgidən, məhəbbətdən, Allah eşqindən bezmək olmaz. Amma bezmək hissi insanın ruhunda var. Mömin imanla bunun öhdəsindən gələ bilər. Buna görə də məsələn, adam arvadından, sevdiyindən bezir, amma mömin imanıyla bezmir. Lakin bezmək hissi insanları küfrdə çox tez bürüyər. İman gücü ilə bezmək hissi əzilər. İmanla mütənasib olaraq əzilər. Sitatlar
Şiələr canımızdır, çox dindardırlar. Sevgiyə və sənətə də ruhları çox yaxındır. Sənətə və sevgiyə ruhu açıq insanın Allaha nə qədər coşğulu sevgisi olacağını da düşünün. Allahı coşğu ilə sevdikləri üçün sənətə olan sevgiləri olur. Onlar Peyğəmbər (s.ə.v)-ə aşiqdir, hz. Əli (r.ə)-ə aşiqdirlər. Şiələr Türkiyənin, dünyanın bəzəyidir, nurudurlar. Sitatlar
Ələvi Allaha, peyğəmbər (s.ə.v)-ə, hz. Əli (r.ə)-a aşiqdir. Ürək əhlidir. Buna görə də Allah onların ürəyinə gözəl sözlər ilham edir. Məsələn, şiə nitq üslubu nəfis, möhtəşəmdir. Ələvi türküləri möhtəşəmdir. İnsan dinləməkdən doymur. Sitatlar
Mehdiyyət şəxsi mənəvi deyil. Mehdi şəxsdir, tələbələri vardır. Amma şəxs və tələbələri təbii ki, şəxsi mənəvi meydana gətirərlər. Sitatlar
AK Partiyanın iqtidara gəlişində fəlsəfi təməlini biz hazırladıq. Fəlsəfi təməl hazırlanmadan bir hökumətin iqtidar olması mümkün deyil. Buna görə ən vacib nöqtədən hökuməti dəstəkləmiş oluruq. Baxın, fəlsəfəsini güclü hazırladığımız üçün fəlsəfi istiqamətdən hökumətə kimsə yaxınlaşa bilmir. Sitatlar
Türkiyə əhəmiyyətli mərhələdən keçir. Birlik və bərabərlikdə olmağımız, ittifaqla hərəkət etməyimiz çox vacibdir. Sitatlar
Dəccaliyyətə qarşı ancaq güclü imanla mübarizə apara bilərik. Bundan başqa yolla mübarizə aparılmaz. Çünki dəccal gecə-gündüz darvinist, materialist təhsillə özünü hazırlayıb gücləndirir. Biz də onlara qarşı Quran möcüzələri ilə, iman həqiqətləri ilə silahlanıb mübarizə apara bilərik. Sitatlar
Allah imandan qaynaqlanan görünüş verir. Möminlərə xas bir xüsusiyyətdir. Səhabələrin hamısı, Rəsulullah (s.ə.v) heybətli idi, şeyximiz, sultanımız Şeyx Nazim Həzrətləri heybətlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur