logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 fevral 2018

avatar

Adnan Oktar

İnsanın Allahdan çox qorxması, Allahı çox sevməsi, eqoist olmaması, iman həqiqətləri və Quran möcüzələrini həmişə düşünərək beynini canlı saxlaması lazımdır. O zaman həmişə ağıllı olar.
A9 TV; 7 fevral 2018
2365
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzi insanlar hər vəziyyəti qəzəblənərək, küsərək, inciyərək həll etməyə çalışırlar. Buna görə də, ətraflarında heç kim olmur. Halbuki bağışlayan, şəfqətli, mərhəmətli, anlayışlı olmaları, hər hadisəni Allahın yaratdığını bilərək davranmaları lazımdır. Halbuki dost və yoldaş sahibi olmaları çox çətin olar və xoşbəxt ola bilməzlər, sevgini davam etdirə bilməzlər. Sitatlar
Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq. Sitatlar
Dünya qısa müddətli imtahan yeridir. Bir ekranda təsvir izlədilir. Bu ekrandakı təsvirə əsəbiləşmək ağılsızlıqdır. Televizorda izlədiyin filmə necə ki əsəbləşmirsən, həyatın dediyin ekranın başında izlədiyin təsvirdəki detallara da əsəbiləşmək olmaz. Əsəbiləşmək insanı gülməli vəziyyətə salar. Sitatlar
Ən dəyərli insan, Allahın rizasını ən çox axtaran, Allahın rizasına ən çox diqqət yetirən insandır. Hər şeydə Allahın rizasının ən çoxunun axtarılması lazımdır, təkcə Allahın rizası deyil, Allahın rizasının ən çoxu. Sitatlar
Eqoist insan sevgini yaşaya bilməz. Duyğusaldır, yalana meyllidir, özü ilə savaş halındadır. Özü özünün bəlası olduğu üçün sevgini bilməsi və yaşaması qeyri-mümkündür. Allahı həqiqətən sevən, eqoist olmayan insan yüksək əxlaqa sahib olar. Belə insanı sevmək çox böyük nemətdir. Sevgini yaşamaq üçün hər iki tərəfin də Allaha təslim olması, eqoistlikdən xilas olması lazımdır. Sitatlar
Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür. Sitatlar
Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar. Sitatlar
İnsan Quran oxuyarkən diqqətini Allaha çox yaxşı cəmləməlidir. Quran oxunmadan əvvəl şeytandan Allaha sığınılmasını Allah istəyir, beləliklə, insanın ağlı daha açıq olar, Quranı daha yaxşı başa düşər, daha güclü qavrama qabiliyyəti olar. Sitatlar
İnsanların çoxu səmimi sevgiylə qarşılaşmır. "Həqiqətən səni çox sevirəm" üslubu ilə səmimi sevgi olmaz. Süni ifadələr, şişirdilmiş vurğular və mimikalar tam tərsinə narahat edici olar. Səmimi sevgi səs tonundan, gözlərdən, vücud elektrikindən aydın olar. Sitatlar
Mömin Allaha sadiq olduğu üçün vəfası da, sədaqəti də çox güclü olar, heç vaxt yox olmaz. Lakin Allaha bağlı olmayan vəfa ayaqda dayana bilməz, dalğalıdır və qısa davam edər. O sədaqətə güvən olmaz. Sitatlar
Cənnətin xüsusiyyəti hər yerin canlı olmasıdır. Dünyada da hər şey canlıdır, lakin Allahın qanunun tələbi olaraq Allah bu canlılığı bizə göstərməz. Cənnətdə stəkanların, kresloların, quşların, çiçəklərin, hər yerin canlı olduğunu istədiyimiz zaman bizlə danışdığını görəcəyik. Dünyada da məsələn, hz. Musanın əsası canlıdır, lakin Allah istədiyi zaman o canlılığı görürük. Cənnətdə isə canlılıq həmişə hakimdir. Sitatlar
Münafiq xarakterini gözlə görməyimiz Allahın ayəsini görməyimiz baxımından gözəllikdir. Ayələrdə bildirilən münafiq murdarlığını, vicdansızlığını, alçaqlığını, xainliyini canlı görürük. Sitatlar
Münafiq zahirən murdardır, lakin batini cəhətdən hər zaman müsəlmanların və İslamın xidmətindədir. Münafiq həmlələri müsəlmanların şövqünü artırar, daha gözəl, daha güclü, daha bərəkətli olma əzmlərini yüksəldər və ən çox müsəlmanların birlik olmalarını möhkəmləndirər. Sitatlar
Qadının bəyənilməsi cinayət halına gətirildikdə, insanlardakı gözəl olma və gözəlliyi axtarma hissi aradan qalxar, fitrət pozular. Sitatlar
Qurana çox möhkəm sarılan möminin içinə qapanması, bədbəxt olma vəziyyəti olmaz. Sitatlar
Sevginin üstündə qətiyyətlə dayanmaq lazımdır. Əlindən almaq istəsələr belə müdafiə etmək lazımdır. Məsələn, uşağın əlindən oyuncağını alsan, necə ki o oyuncağı almaq üçün can atar, eləcə də müsəlman sevgidən əl çəkməyəcək. Nə olursa olsun sevgini, şəfqəti itirməyəcək. Sitatlar
Ağac kökləri daima olaraq bizə meyvə barını verər. Heyvanları da bəsləyir insanları da bəsləyir, torpaq gecə-gündüz bar verir. Allah tərəfindən davamlı olaraq yaradılır. İnsanlar buna baxmayaraq nankorluq etsələr, günaha girmiş olarlar. ŞÜKR ETMƏLİDİRLƏR İNŞAALLAH. Sitatlar
Əsl olan ruhdur. Keçmişdə insana həqiqətən bənzəyən çox müxtəlif meymun növləri yaşaya bilər. Bunları çıxarıb göstərirlər. Halbuki, BİR İNSANIN İNSAN OLMASI ÜÇÜN LAZIMLI OLAN ŞEY RUHDUR. Ruha sahib olmayan, lakin insana bənzər canlılar yaradılmış ola bilər. Lakin insana ruh verilmişdir. NƏYƏ BƏNZƏDİYİ ƏHƏMİYYƏTLİ DEYİL, ƏGƏR RUHU VARSA O İNSANDIR. İnsan ruha sahib olduğundan "mən mənəm" deyən, beynində bir görünüş yaradıldığını qavraya bilən bir varlıqdır . Sitatlar
İnsana bənzəyən, ruh sahibi olmayan  çox canlı vardır. RUH VERİLMİŞ BƏDƏNƏ BİZ İNSAN DEYİRİK. Əsas olan ruh sahibi olmaqdır. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur