logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 iyun 2015

avatar

Adnan Oktar

İnsanlar bütün elçilərə qarşı çıxmışdılar. Burada Allahın qəzəblənməsinə səbəb olan, elçinin bu qədər səmimi, dürüst və doğru olması, onların da açıq şəkildə günahkar və yanlış yolda olduqlarını bilmələri, buna baxmayaraq elçinin dürüst, səmimi və doğru sözlü olduğunu anladıqları halda ondan şiddətlə çəkinmələridir. Bu hadisə bəlanın gəlməsini zəruri edir. Allah da bəlalarını verir.
A9 TV; 6 iyun 2015
699
avatar

Adnan Oktar

Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın nemətini yada salmaq çox əhəmiyyətlidir. Bu unudulduqda insan eqoistləşər, anormallaşar, fikri başqa yerlərə gedər. Allah qorusun. Bunun üçün Allah yada salınmasını söyləyir. Yada saldıqca qəlbdə rahatlıq, xoşluq yaranır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

İnsan hədiyyə verəndə, nə qədər bahalı hədiyyə verdim deyə şikayətlənirsə bu sevgisizliyindən qaynaqlanır. Amma bahalı da olsa bir hədiyyə verəndə qarşısındakının, qardaşının sevinəcəyini, xoşbəxt olacağını düşünüb bundan dərin həzz alırsa, bu da bir sevinc vəsiləsi, gözəl əməl və Allahın bəyənəcəyi bir rəftardır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Ayələrin əvvəlində həmişə "Rəhman və Rəhim", "Bismillahir-rəhmanir-rəhim" sözü gəlir. Rəhman və Rəhim olan, yəni sevginin nə olduğunu çox yaxşı bilən, çox yaxşı sevən və bizdən də sevgini istəyən Allah. Allah "Rəhmandır", çünki bu söz; qoruyan, himayə edən, sevən, bağışlayan, insanların yaxşılığını istəyən mənasındadır.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; "əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik" deyir. "Şənimizə layiq olanı edərik" deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Bir insan Allah yolundadırsa, Allah ona bərəkət, bolluq, gözəllik verir. Amma verdiyi əziyyətə də razı olmalısan. Həmişə verdiyi nemətlərə razı olmamalıdır. Olmaz bu. Səbir etməyə də razı olmalısan, əziyyətə də razı olmalısan. O zaman Allah öz nemətini sənin üzərinə yağış kimi yağdırar.
A9 TV; 6 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: "Kasıb olduğun zaman səni varlı etmədim mi?" deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Qəribədir hər peyğəmbərə “dəli” deyirlər. İstisnasız olaraq. Hamısına lağ edirlər. Mütləq dəlidir deyirlər. Kimin ağıllı, kimin dəli olduğunu da axirətdə öyrənirlər.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, "əhval-ruhiyyəm pozuldu" deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi?
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Bəziləri təbliğ edir; "mən təbliğ edirəm mənimlə lağ edirlər" deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki?
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Küfrün boşboğazlığına dözmək o qədər çətindir ki, bu bir dünya imtahanıdır. Bu səbir və diqqət tələb edir, eləcə də, onun bu nalayiq sözünün hansı məqamda çürüdülməli olduğu da, ayrılıqda müəyyənləşdirmək lazımdır. Bunu bir məqamda etmək olmur, hamısını ayrı-ayrılıqda ayə ilə sübut gətirilməli, məntiq ilə təsdiqini tapmalıdır.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Bütün Quran sevgiyə əsaslanır. Amma sən birbaşa sevgini təqdim etsən, tam gözəlliyin ortasına girərsən. Bunun üçün birbaşa sevgini hədəf alan izahat, məntiq və ruh lazımdır. Hansı ayəyə baxsanız, sevgi məqsədli olduğunu görərsiniz.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Allah: "Əfv et, yaxşı işlər görməyi əmr et və pis əməllərdən üz döndər" deyir. Bəs əfv etsək nə olar? Sevginin önündəki maneə aradan qalxar. Sevgi bir-biriylə birləşər. "Pis əməllərdən üz döndər". Pis əməl insanın qəlbini sıxar. Sevgini boğar. Üz döndərdiyin vaxt sevgini qorumuş olarsan. "Yaxşılığı əmr et", yaxşılığı əmr etdiyin vaxt, nə baş verər? Sevgi artar, sevgi yayılar.
A9 TV; 4 iyun 2015
avatar

Adnan Oktar

Bağışlamaqla, əfv etməklə, sevginin önündəki bloku aradan qaldırırsan. Bağışladığın vaxt sevginin önündəki divarı dağıdırsan.
A9 TV; 4 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan. Sitatlar
Bəlalar, dərdlər insanları çox yaxşı tanıdar və gücləndirər. Allah bu cür tərbiyə edir. Yoxsa insanların əksəriyyəti laqeyd olur. Sitatlar
İnsanların böyük hissəsi Allaha həmd etmək istəmir. Belə olduqda da, Allahdan nemət gəlmir, təkcə bəla gəlir, sel kimi. Həmd edilməyəndə bəla gəlir. Sitatlar
Ye, iç, gəər kəs edər. Əziyyət olmalıdır, xəstəlik olmalıdır, çətinlik olmalıdır, bəlalar, dərdlər olmalıdır, lakin bunlara baxmayaraq, Allahı eşqlə sevməlisən. Allahın ən sevdiyi şey, məhz budur. Sitatlar
İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə   aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha   xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız,   araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə   aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir. Sitatlar
Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya   səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz   şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı   ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm”   de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb   qudurursan? Niyə özünü alçaldırsan? Sitatlar
İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz. Sitatlar
Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər. Sitatlar
Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr. Sitatlar
Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar. Sitatlar
Münafiq müsəlmanı hər dəfə narahat etdikdə cəhənnəm onu bir qədər də özünə doğru çəkər. Həmçinin dünyada da, o bəlalar onu bir qədər də bürüməyə başlayar. Sitatlar
Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən. Sitatlar
Kaht sözünün mənası bəla, yoxluq, qıtlıqdır. Kahtani də Mehdidən əvvəl zühur edib qan tökəcək olan biridir. Sitatlar
Sevdiklərini sənə verən Allahdır. Allahı unudaraq sevmək olmaz. Allaha olan sevgisini itirmiş kimsənin yaşamağının mənası qalmamışdır. Haşa sənin üçün Allahın əhəmiyyəti yoxdursa, sənin Allah üçün niyə əhəmiyyətin olsun? Allahı coşğu ilə sevməyənə Allah fərqli bəlalar yaşadar. Sitatlar
Acı bir həqiqətdir, amma bəla gəlmədən də insanlar düzəlmirlər. Bu, Allahın qanunudur və Quranda bildirilən bir həqiqətdir. Sitatlar
XURAFATÇILIĞA QARŞI OLMAQ ALLAHIN ƏMRİDİR. Xurafatçılıq çox qorxunc xəstəlikdir, bəladır. Sitatlar
Darvinistlər bir tərəfdən, xurafatçılar digər tərəfdən qadına nifrəti aşıladıqları bir mühitdə insanların qadına dəyər verməsini gözləmək çətin məsələdir. Buna görə də qadını öldürmək istəyirlər, yaralamaq istəyirlər, alçaltmaq istəyirlər, adam yerinə qoymaq istəmirlər. Bu bəla ancaq Mehdiyyətlə həllini tapa bilər. İslam Birliyi ilə ortadan qalxar. Sitatlar
Qadına dəyər verilməməsi, hörmət edilməməsi böyük gizli bir bəladır. Sitatlar
İNSANLARIN BİR QİSİMİ DƏRD VƏ BƏLA OLMADAN ALLAHA DÖNMÜRLƏR. Allah bir fırtına anında gəmidə dua edənləri nümunə verir . Allah xəstəliklər yaradır. Lakin buna baxmayaraq dəlicəsinə nemətlərdən istifadə etməyə çalışan, lakin neməti verənlə də heç bir şəkildə əlaqə qurmayan, şükr etməyən insanlar olduğunu görürük. Ona görə Allah insan üçün "zalım və nankordur" deyir. Allah o ruh azğınlığını qırmaq üçün  o dərdləri və bəlaları verir. Sitatlar
Dua bəlaların meydana gəlməsində də, qurtuluşlarda da təsirlidir. İqtisadi böhran, edilən duanın nəticəsində meydana gəldi. Müsəlmanların dualarıyla Allah, Hz. Mehdi (a.s)ı göstərəcək. Sonra dualarını artıracaqlar və Allah Hz. İsa (a.s)ı göstərəcək. Sitatlar
Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir. Sitatlar
Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir. Sitatlar
Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir. Sitatlar
Allahın nemətini yada salmaq çox əhəmiyyətlidir. Bu unudulduqda insan eqoistləşər, anormallaşar, fikri başqa yerlərə gedər. Allah qorusun. Bunun üçün Allah yada salınmasını söyləyir. Yada saldıqca qəlbdə rahatlıq, xoşluq yaranır. Sitatlar
Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur