logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 fevral 2017

avatar

Adnan Oktar

İnsanların zalım, nankor olması Allahın sevmədiyi haldır. Nankorluq çox qorxunc əxlaqdır. Allahın verdiyi nemətləri həmişə saymaq lazımdır. Müsəlmanın nemətləri həmişə yadda saxlaması və Allahı çox sevməsi lazımdır.
A9 TV; 15 fevral 2017
614
avatar

Adnan Oktar

Planetlərin orbitləri üzrə fırlanmaları nəticəsində ortaya çıxan naxışlar Allahın möhtəşəm həndəsi sənətinin təcəllisidir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Gənc qızların bir hissəsi evlilik məsələsində maddiyyata görə düşünüb sanki dəliyə dönürlər. Evliliyə verdikləri əhəmiyyəti, haşa Allaha vermirlər.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Allah sonsuz gözəl varlıqdır. Dəyərinin ən çox bilinməli, ən çox sevilməli olan varlıq Odur. İnsanların böyük əksəriyyəti çox nankordur, bu nankorluğa necə sahib olduqları çox təəccübləndirici haldır. İnsanların Allahın dəyərini bilməmələri çox ibrətamizdir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Bir insanın görmə, eşitmə, toxunmadaki sistemi bildiyi halda, Allahı heç zikr etməməsi əsla başa düşülən hal deyil. Çox böyük qəflətdir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Qulağa gələn atomları və elektriki beyində danışıq, musiqi, tiz və bas tənzimləməsi icra edilmiş şəkildə eşitmək heyranedici möcüzədir. Qulaqdan gələn elektrik keyfiyyətini insan təkcə uğultu şəklində qəbul edə bilər. Lakin musiqi kimi eşidir, istiqaməti bilir, əsas tiz və bas seçimi edir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Görmənin gözlə əlaqəsi yoxdur. Göz təkcə elektriki ötürən mövqedədir. Təsviri beyinin içində işıltılı görən biri var. Təsvirin yaranması üçün beyinə gələn elektrik çox zəif elektrikdir. Bu zəif elektriki üçölçülü aydın təsvir kimi görmək böyük möcüzədir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Allah bu qədər təfərrüat yaratdığı halda bir insanın, haşa Allahı heç düşünməməsi ola biləcək ən böyük nankorluq, vəfasızlıq və əxlaqsızlıqdır.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Arıda, quşlarda, baxdığımız hər yerdə böyük incəsənət var. İnsanların bir hissəsi isə heç düşünmədən bir-biri ilə döyüşməklə məşğuldur.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Allah çox böyükdür. İnsanların bir hissəsinin Allahı heç düşünmədən yaşaması çox təəccübləndirici haldır. Bunu anlamaq qeyri-mümkündür.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Atomların quruluşu çox möhtəşəmdir, atomlar 15 milyard ildir ki, enerjisi bitmədən, heç vaxt bir-birlərinə toxunmadan həmişə hərəkət edirlər.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Bəzilərinin Allahı bir dəfə belə düşünmədən yaşaması təəccüblüdür. Xüsusən gənclərin heç ölməyəcəklərini zənn etmələri qəflətə səbəb olur.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Allah çox təfərrüatlı sənətlə dünyanı yaradır. İnsanların böyük hissəsi isə nankordurlar. Allah bu nankorluğa qarşı sonsuz mərhəmət sahibidir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

İşıq və rəng çox böyük hadisədir. Qapqaranlıq beyinin içində çox təfərrüatlı rəngli görənin kim olduğu barəsində darvinistlər heç düşünmək istəmirlər. Səsin eşidilməsi, səsi idrak edən bir şüurun olması çox böyük hadisədir. Hiss edən, eşidən, qoxunu qəbul edən kimdir? Bunlar çox böyük möcüzədir.
A9 TV; 15 fevral 2017
avatar

Adnan Oktar

Türkiyənin çox keyfiyyətli olması lazımdır. Natiqliyin, paltarların, evlərin, küçələrin, hər şeyin çox keyfiyyətli olması mühümdür. Avropa incəsənətə, keyfiyyətə əhəmiyyət verdiyi üçün dövlət çevrilişi riski olmur. Hər insan ora getməyə çalışır, çünki incəsənət və keyfiyyət üçün darıxır.
A9 TV; 13 fevral 2017
avatar

Adnan Oktar

Məcburi köçkünlər məsələsində Trampın çox üstünə gedənlər, Obama dövründə 2 milyon məcburi köçkünün Amerikadan deportasiya edildiyindən heç bəhs etmirlər.
A9 TV; 13 fevral 2017
avatar

Adnan Oktar

Suriyalıların bu vətəndə hüzur, zövq içində gəzməsi bizi xoşbəxt edər. Onların xoşbəxtliyindən narahat olan üslub işlətmək çirkindir. Türkiyənin əksər əhalisi onsuz da mühacirdir. Suriyalı qonaqlarımızı vətəndaşlığa qəbul edək. Sevgisizlərin reaksiyasından heç kim çəkinməsin.
A9 TV; 13 fevral 2017
avatar

Adnan Oktar

Qadın azadlığı, fikir azadlığı, ifadə azadlığı məsələsində Türkiyədə gözəl modelik, dayaq nöqtəsiyik. Coşğulu, imanlı gənclik yetişməsinə, darvinizmin çökməsinə, solun fəlsəfi zəmininin aradan qalxmasına bizim işlərimiz vəsilə oldu.
A9 TV; 13 fevral 2017
avatar

Adnan Oktar

Mənim zənginliyim təvəkkülümdür. Nə bankda pulum var, nə də özümə məxsus mal-dövlətim var. Mənim zənginliyim Allahdandır. 40 ildən bəri bir gün belə tətilə getmədim, soyuq da olsa, isti də olsa burdayam. Hər imkanımı təbliğ üçün sərf edirəm.
A9 TV; 13 fevral 2017
avatar

Adnan Oktar

Hitleri hakimiyyətə gətirən də İngiltərə dərin dövlətidir. Hitlerin ən mühüm maliyyəçilərindən biri Rokfeller ailəsidir.
A9 TV; 13 fevral 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah sonsuz gözəl varlıqdır. Dəyərinin ən çox bilinməli, ən çox sevilməli olan varlıq Odur. İnsanların böyük əksəriyyəti çox nankordur, bu nankorluğa necə sahib olduqları çox təəccübləndirici haldır. İnsanların Allahın dəyərini bilməmələri çox ibrətamizdir. Sitatlar
Allah möhtəşəm gözəlliklər yaradır. Bu gözəllikləri, bu nemətləri həmişə xatırlamaq, bəhs etmək əhəmiyyətlidir. Sitatlar
İnsanın məqsədi sevgi olmalıdır. Allahı sevməlidir, Allahın yaratdıqlarını sevməlidir. Səmimi sevgi olduqda kin, nifrət, həsəd olmaz. Sevgi bütün problemləri aradan qaldırar. Sitatlar
Mehdi insanlardakı daşlaşmış qəlbləri yumşaldacaq, insanlara Allah eşqi və Allah sevgisini öyrədəcək. Sitatlar
Ehtiras çox gözəl nemətdir. Ehtiras üçün qəlbdən Allah sevgisi, çox səmimi Allah qorxusu və dərin iman lazımdır. Sitatlar
Səmimi müsəlmanın namazı unutmasından söhbət gedə bilməz. Namaz Allaha sevgimizi göstərdiyimiz incə ibadətdir, nemətdir. Sitatlar
Musəvi mənbələrdə Mehdinin çox əziyyətlər çəkəcəyi və bütün əziyyətlərə Allah sevgisi ilə, zövqlə səbir edəcəyi bildirilib. Sitatlar
Allah yaxşıları qoruyar. Yaxşıların əlindən nemətləri almağa çalışdıqları zaman, o nemətlər daha da artar. Sitatlar
Mən gözəlliyə Allah sevgisi ilə aşiq insanam. Gözəllik ruhu açar, qəlbi açar. Mənim ruhumun qidası gözəllikdir. Cənnətin təməl xüsusiyyəti gözəllikdir. Sitatlar
Qurana tabe olduqda sevginin qarşısında heç bir maneə qalmaz. Quran insanlara Allah sevgisini və Allah üçün bütün varlıqları sevməyi öyrədər. Sitatlar
Allah bizim sevgilimizdir, biz Allahdan uzaq olmarıq. Harada olsaq, nə etsək də Allahı zikr edərik. İslam həyatdan kənar deyil. Sitatlar
Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik. Sitatlar
Hər şey Allahın təqdir etdiyi şəkildə reallaşır. Zalımlar mütləq məğlub olacaq, ədalət mütləq bərqərar olacaq. Sitatlar
Allah zalımları lənətləyər. Bir cəmiyyəti bütövlüklə, məzlumu, zalımı ayırd etmədən lənətləməz. Bu cür lənət inancı bütpərəst düşüncədə vardır. Sitatlar
Allahın varlığı cənnət deməkdir, bizi sevindirər, sonsuz həyat deməkdir, bu bir insanın ən xoşuna gələcək nemətlərdən biridir. Sitatlar
Allah sevgisi həyatın ən mühüm nemətidir. Allah sevgisi olmadan heç bir sevgi olmaz, heç nəyin mənası da olmaz. Sitatlar
Kaftarlar necə sürünərək yaşayırsa, zalım və qəddarlar da sürünərək yaşayarlar. Sürünməyin adını nəzakətli etmiş və həyat mübarizəsi demişlər. Sitatlar
Münafiq nankordur. Allahın nemətlərinə şükür etməz, həmişə nankorluq edər və həmişə daha artığını istəyər. (Bəqərə surəsi, 61: Siz (isə belə) demişdiniz: "Ey Musa, biz bir növ yeməyə dözməyəcəyik, Rəbbinə yalvar ki, bizim üçün yerin yetişdirdiklərindən lobya, sarımsaq, mərcimək və soğan bitirsin". (O zaman Musa:) "Xeyirli olanı, bu dəyərsiz şeylə dəyişdirmək istəyirsiniz? (Elə isə) Misirə enin, çünki (orada) özünüz üçün istədiyiniz vardır" demişdi. Onlara xorluq və yoxsulluq (möhürü) vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu, şübhəsiz, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. (Həmçinin) bu asi olduqlarına və həddi aşdıqlarına görə idi.) Sitatlar
Allah nankorluqdan nifrət edər. Allahı aldatmağa cəhd edənin, küfrə heyran olanın Allah bəlasını verər. Sitatlar
Allahın dünyada bu qədər bəla verməsinin tək səbəbi nankorluqdur. Şükür yoxdursa, onsuz da nankorluq vardır. Çəkilən bütün bu əzablar nankorluğun qarşılığıdır. Nankorluq çox qorxunc şeydir. Böyük vicdansızlıqdır. Sitatlar
Allah: "İnsan zalım və cahildir" deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan   Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır. Sitatlar
Sitatlar
Planetlərin orbitləri üzrə fırlanmaları nəticəsində ortaya çıxan naxışlar Allahın möhtəşəm həndəsi sənətinin təcəllisidir. Sitatlar
Namaz çox köhnə, qədim bir ibadətdir. Tarix boyu bütün qövmlərdə namaz ibadəti olmuşdur. Qayaüstü təsvirlərdə də bu həqiqət görünür. Sitatlar
Buddizm haqq dinin pozulmuş halıdır. Budizmin içində də namaz, oruc, zəkat kimi ibadətlər dəyişmiş halda var. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur