logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 24 fevral 2016

avatar

Adnan Oktar

İslam aləmi məhv olmuş vəziyyətdədir, lakin ənənəvi təbəqə bunu anlamır. Daha xurafatçı olmaqla xilas olacağını zənn edir, qərq olduğu sistemi daha da təkmilləşdirərək nicat tapacağını düşünür. Daha ənənəvi, daha qorxunc görünüşə girmək istəyirlər.
A9 TV; 24 fevral 2016
2192
avatar

Adnan Oktar

Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən.
A9 TV; 24 fevral 2016
avatar

Adnan Oktar

Mehdiyyət şeytanın və onun yardımçılarının axmaq mübarizəsinə qarşı hz. Mehdi (ə.s)-ın təkbaşına aslanlar kimi onu darmadağın etdiyi bir sistemdir. Mehdi, dəccaliyyət şeytanlarıyla, münafiqləriylə zəka mübarizəsi aparacaq. Hamısı hz. Mehdi (ə.s)-ın ağlının altında əzilmiş meyvə kimi əziləcəklər. Mehdiyyət, şeytanın zəkasıyla döyüşən insan ağlının qələbəsidir.
A9 TV; 22 fevral 2016
avatar

Adnan Oktar

Münafiqlər şeytani sözlərdən çox xoşlanarlar. Anlaşılmaz və şifrəli söhbətlər edərlər. Yazılarında da yenə belə sirli, anlaşılmaz sözlər seçərlər. Münafiqlərin özlərinə məxsus morze əlifbası kimi gizli bir dili var.
A9 TV; 20 fevral 2016
avatar

Adnan Oktar

Gənclərimizin böyük hissəsi yaxşı təchizatlı deyil. Darvinist düşüncəylə, Marksist, Leninist, Stalinist düşüncəylə mübarizə aparacaq məlumata sahib deyillər. Türkiyədə darvinist təhsilin dayandırılması PKK-ya böyük zərbə olar. Məktəblərin tədris proqramına "milli şüur" dərsi əlavə edilərək, Marksist, Leninist düşüncənin yanlışlığı gənclərə çatdırılsın.
A9 TV; 18 fevral 2016
avatar

Adnan Oktar

Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.
A9 TV; 17 fevral 2016
avatar

Adnan Oktar

Allah böyük hadisələri insanları yuxudan oyatmaq üçün yaradır, lakin bir çox insan vecinə almır. Yanında bomba partlayır, bunu media xəbəri kimi söyləyir. Peyğəmbər (s.ə.v)-in hədislərində insanların hamısı bu dərin yuxularından tamamilə oyanana qədər hadisələrin davam edəcəyini görürük.
A9 TV; 17 fevral 2016
avatar

Adnan Oktar

Keyfiyyət və İncəsənət Nazirliyinin qurulması çox əhəmiyyətlidir. Əgər ortaya çıxarılan bir şeydə sənət yoxdursa, dəyəri olmaz, keyfiyyət yoxdursa, dəyəri olmaz. Həm sənət, həm də keyfiyyət təşviq edilməlidir.
A9 TV; 17 fevral 2016
avatar

Adnan Oktar

Mehdilik çox kiçik bir qrup olduğu və əleyhdarı çox olduğu halda, ən başda dərin dünya dövlətləri, mövhumatçılar, müşriklər, münafiqlər hamısı qarşı olduğu halda, heç kim dayandıra bilmir. Məhz mehdiyyətin möcüzəvi tərəfi budur. İmam Mehdi (ə.s) və tələbələri məğlub edilə bilmir. Məğlub olmaq talelərində yoxdur.
A9 TV; 16 fevral 2016
avatar

Adnan Oktar

Münafiq hiyləgərcəsinə, gizli olaraq həmişə müsəlmanları hirsləndirməyə çalışar. Lakin bu ən çox münafiqin özünü əldən salar. Möminə də fayda verər. Allah belə tərsinə işləyən bir sistem yaratmışdır.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Münafiq əsla İslama xidmət etmək istəməz. Tüfeyli bir parazit kimi, gənə kimi müsəlmanların üstünə yapışar, bu yolla yaşayar. Həyatını qan sormaqla davam etdirər. Münafiq təkcə göstəriş olacaq qədər, müsəlmanları aldatmaq üçün, formal olaraq, çox kiçik hücumlar edər. Lakin ümumi baxdıqda boş dayanar, heç nə etməz.
A9 TV; 15 fevral 2016
avatar

Adnan Oktar

Münafiq, Allahı sevmədiyi üçün, Allahdan başqa hər şey onu maraqlandırar. Təkcə Allahla əlaqə yaratmaq istəməz. Allahı unutmaq üçün, hər şeyi edər. Saatlarla boş danışmasının səbəbi də budur. Bu, Allahı unutmaq üçün gördüyü bir işdir. Özünü keyitmək üçün gördüyü bir işdir.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

Müsəlmanda da, az və ya çox miqdarda münafiq əlaməti ola bilər. Məsələn, qorxu belə münafiq əlamətidir. Çünki münafiq çox qorxaqdır. Mömin iradəsindən istifadə edərək bunu yox etməlidir.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

Münafiq tam mənasıyla münafiqlikdən imtina etməz. Çünki münafiq ruhi xəstədir. Qeyri-sabit bir varlıqdır. Normal insan şəxsiyyəti göstərə bilməz. Lakin çox passivləşə bilər.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

1400 il əvvəldən danışdıqda, bunun münafiqə toxunan tərəfi olmaz. Münafiqin əsrimizə görə şərh olunması çox əhəmiyyətlidir. Ayələrlə izah edilməsi mühümdür. Bu zaman münafiq qaça bilməz və olduqca çətin vəziyyətdə qalar.
A9 TV; 14 fevral 2016
avatar

Adnan Oktar

İnsanlar mehdiyyətin əhəmiyyətini elə də anlamırlar. Hz. Mehdi qiyamətin dayanmasına səbəbdir. Yoxsa qiyamət qapıda gəlib dayandı. Dünya çoxdan qiyamətə layiq oldu. Çünki darvinizm kanalı ilə Allah bütün dünyada inkar edilir. Bütün dövlətlər, Türkiyə də daxil olmaqla, hər dövlət fəal şəkildə darvinist təhsil verir.
A9 TV; 13 fevral 2016
avatar

Adnan Oktar

Yataqda ölməyi kim istəyər ki? Şəhidlik, ən gözəli budur.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Hz. Xızır (ə.s) bəzən gənc, bəzən də yaşlı insan görünüşündə olur, atı boz və ya yaşıl rəngli olar. Ruhdan maddə halına keçərkən bəzən görmək olar.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Əsil münafiq ruh xəstəsi olar. Əsla imtina etməz. Nə edirsən et, imtina etməz. Əyilər, bükülər, şəkil alar, məxluqatdan olduğu üçün, şeytan olduğu üçün imtina etməz. Lakin bəzi hallarda mömində münafiq əlamətləri çox olar. Hamısından imtina edib normal müsəlman halına gələ bilər.
A9 TV; 12 fevral 2016
avatar

Adnan Oktar

Necə ki, axirətdə pul, mal, mülk barəsində sorğu-sual edilirsə, ən mühüm sual vaxtdır. Allah hamımızdan: "Vaxtdan necə istifadə etdin?" deyə soruşacaq. Mömin bu həqiqəti heç vaxt unutmamalıdır.
A9 TV; 11 fevral 2016
avatar

Adnan Oktar

Münafiq ömür boyu təqib edilməlidir. Münafiq ruh xəstəsidir. Şizofreniya xəstəsidir. Yəni müalicə ilə düzələn varlıq deyil. Mütləq pislik etmək meylindədir. İlan kimi sürünər, ilan kimi həmişə hiyləgərlik edər.
A9 TV; 11 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qadının şeytani varlıq olduğu, ona gözəl paltar verilməməli olduğu, çölə çıxmasının qadağan olduğu kimi hökmlər mövhumatçılıqda var, İslamda yoxdur. Sitatlar
İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır. Sitatlar
Türkiyənin içində Kürd dövləti yaratmağa çalışsan, bu bütün İslam aləminə qarşı cinayət olar. Yəni bu, bütün Türk və İslam aləmini yox etmək layihəsinin icrası olar. O zaman buna icazə vermərik. Necə icazə vermərik? Açıq şəkildə deyirəm qiyamət qopar. Nə ABŞ qalar, nə Rusiya, nə İngiltərə, nə Fransa, nə də Çin. Heç bir yer qalmaz. Sitatlar
İslam aləminin bu vəziyyətə gəlməsinin tək səbəbi münafiqlikdir. Dərin dövlətlər münafiqdən istifadə edər. Münafiqlər, dərin dövlətlərin ordusudur. Sitatlar
Pərişan, incəsənət olmadan, zövqsüz həyat olmalıdır deyən insanlar İslam aləmini məhv edirlər. Türkiyəni bu cür məhv etmələrinə icazə vermərik. Musiqi niyə olmasın? Rəqs niyə olmasın? Ağlınızı başınıza toplayın. Dinə, imana uyğun gəlməyən tərəfi nədir, hansı ayə ilə ziddiyyət təşkil edir? Kimə nə zərəri var, haradan çıxarırsınız bunu. Sitatlar
Türkiyə nümunəvi ölkə olsun. Başda İngiltərə dərin dövləti olmaqla, 200 ildən bəri Türkiyəni yox etməyə çalışırlar. Yox edəcəyinə, ultramüasir, İslam aləminin nümunə götürəcəyi bir ölkəyə çevir, Türkiyə çox gözəl xidmət etsin. Sitatlar
Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar. Sitatlar
Dövlət mehdiyyətə var gücüylə sahib çıxmalıdır. Çünki mehdiyyətdə dövlətə müdaxilə yoxdur. Birincisi mehdiyyət siyasətə qarışmaz, ikincisi bütün İslam aləmini və bütün Türk aləmini birləşdirici mahiyyəti var, üçüncüsü isə, mövhumatçılığa qarşı, müasirliyi mümkün qədər təşviq edən sistemdir və parçalanmanı tamamilə aradan qaldıran sistemdir. Bu dövlət üçün çox idealdır. Sitatlar
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik. Sitatlar
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur. Sitatlar
Türkiyədə darvinist təhsil ləğv olunsa, bütün İslam aləmi cəsarətlənər. Elmi yolla yaradılışın müdafiə olunması çox mühüm fəaliyyət olar. Sitatlar
Türkiyədə darvinist təhsil ləğv olunsa, bütün Türk aləmində, İslam aləmində hər kəs darvinist təhsili ləğv edər. İlk cəsarət lazımdır. Hökumət "bismillah" deyib başlasın. Təsadüfə qarşı Yaradılışı müdafiə edəcəklər. Sitatlar
Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir. Sitatlar
Bir çox insan zövq almağı, kef çəkməyi düşünər, İslamdan da istifadə edər. Məsələn, ticarət etsin, yesin, içsin, gəzsin, evlənsin, iş-güclə məşğul olsun. İslam aləminin böyük hissəsində bu zehniyyət vardır. Buna görə də, Allah İslam aləmini məhv edir. Allah Özünə yönəlmələrini istəyir, onlarsa yönəlmirlər. Allah: "Müvəqqəti dünya həyatını istəyirsiniz" deyir, "Halbuki xeyirli və gözəl olan axirət yurdudur, kaş ki, biləydiniz" deyir. Sitatlar
Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək. Sitatlar
Mövhumatçı zehniyyət, incəsənəti, gözəlliyi, musiqini, qadınların azad olmasını, elmi, keyfiyyəti, gözəl olan hər şeyi qadağan edən zehniyyətdir. Sitatlar
Mövhumatçılığın geniş yayıldığı bir dövrdə Atatürk tam bir centlmen idi, Avropa mədəniyyətinə Osmanlı mədəniyyətini də əlavə etmişdi, keyfiyyətə bir nümunə idi. Sitatlar
Mövhumatçılıq  və Qurandan uzaqlaşma olmasaydı, nə radikal təşkilatlar olardı, nə də Əfqanıstan, İraq, Suriya bu vəziyyətdə olardı. Əksinə hər yer gözəl olardı. Sitatlar
Mövhumatçılığı izah edən əksər insan öz uşaqlarını belə izah etdikləri sistemi yaşamağa inandıra bilmirlər, özləri də izah etdiklərini yaşamırlar. Sitatlar
Ənənəvi ortodoks İslam anlayışı və darvinizm Osmanlının çöküşünün iki əsas ünsürüdür. Sitatlar
Atatürk müasirliyi, modası, nəzakəti və ziyalı dindarlığı ilə millətə nümunə olan bir insandır. Atatürkün qarşı olduğu mövhumatçılıqdır. Sitatlar
Atatürk ağıllı, igid Osmanlı aslanıdır. Dindar insandır. Mübarizəsi mövhumatçılığa qarşı olmuşdur. Sitatlar
İslam aləmi birləşəcək, lakin bəzilərinin düşündüyü tərzdə; asan-kəsən sevgisiz İslam anlayışı əsla hakim olmayacaq. Bundan sonra incəsənətin, gözəlliyin, elmin, müasirliyin, keyfiyyətin hakim olduğu İslam anlayışı formalaşacaq və güclənəcək. Mövhumatçılıq güclənə bilməz. Sitatlar
Tramp müsəlmanlardan deyil, mövhumatçılıqdan duyduğu narahatlığı dilə gətirir. Müsəlmanlarla Trampın arasını vurmağa çalışırlar. İngiltərə dərin dövləti və qolları Trampı istədikləri kimi yönləndirə bilməyəcəklərini düşündüklərindən müsəlmanlarla arasını vurmaq istəyirlər. Sitatlar
Münafiq hiyləgərliyindən, gizliliyindən mühüm silah kimi istifadə edər. Gizli vurar, gizli hücum edər, lakin onun öhdəsindən gələn ağıl, çox heyrətamiz ağıldır, inkişaf etmiş ağıldır. Orta zəka səviyyəsi ilə münafiqin öhdəsindən gəlmək olmaz. Böyük ağıl və böyük iman lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur