logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 dekabr 2016

avatar

Adnan Oktar

İslam aləminin parçalanmış olmasından faydalanaraq müsəlmanları yaxşı şəkildə əzib yox etmək istəyirlər. Bunun tam əksinə həmrəy olacağıq, vuruşmayacağıq.
A9 TV; 17 dekabr 2016
2058
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti müsəlmanı müsəlmana qırdırmaq istəyir. İran və Türkiyə orduları dünyanın güclü ordularındandır, bunların vuruşmağını istəyirlər. İslam aləminin iki böyük gücü olan Türkiyə və İran vuruşmayacaq, tam əksinə inşaAllah birləşəcək. Rusiyanı da yanımıza alacağıq.
A9 TV; 17 dekabr 2016
avatar

Adnan Oktar

İran və Türkiyə iki dost müsəlman ölkədir. İŞİD necə sünni müsəlmanlığını təmsil etmirsə şiə milislər də İranı təmsil etməz. İŞİD də, şiə milislər də İngiltərə dərin dövləti tərəfindən yönləndirilən təşkilatlardır. Bölgədəki bütün təşkilatlar İngiltərə dərin dövlətinin qoludur.
A9 TV; 17 dekabr 2016
avatar

Adnan Oktar

Bizim izahlarımızdan sonra Xameneyin bugünkü çıxışında “müsəlmanları bir-birinə qarşı təhrik edən ingilis şiəliyidir” deməsi əhəmiyyətlidir. Xameneyi eynilə bizim diqqət çəkdiyimiz kimi, İngiltərə dərin dövlətinə qarşı qurtuluşun təkcə İslam Birliyi ilə mümkün olduğunu söylədi.
A9 TV; 17 dekabr 2016
avatar

Adnan Oktar

PKK namərd, murdar, xaindir. Kürdlər isə şərəflidir, nəcibdir, dindardır. Kürdlər ilə PKK-nı bir tutmağa çalışanlar çox böyük səhv edirlər. Kürdlər, ələvilər, bektaşilər bu vətənin bəzəyidir, gözəlliyidir. Bizim canımızdırlar.
A9 TV; 17 dekabr 2016
avatar

Adnan Oktar

Terrorist əhvali-ruhiyyə ilə ayaqda dayanır, bunların əhvali-ruhiyyəsini korlayacaq olan fikirlərinin yanlışlığının söylənilməsidir. Bomba, silah bunları daha da şövqləndirər. Ölməyə əzm ediblər. Lakin fikirlərinin əsassızlığından danışsan yıxılar, tamamilə çökər. Anti-darvinist, anti-materialist təhsil verilməlidir.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti İslam deyildikdə qadınların alçaldıldığı, rəsm əsəri, musiqi, incəsənətin olmadığı bir sistemin ağıla gəlməyini istəyir. "Müsəlmanlar şiddət istəyər, sünnilər və şiələr bir-birlərini asıb kəsərlər" təlqini vermək istəyir. Biz də bu təlqinin əsassız olduğunu göstəririk. İngiltərə dərin dövlətinin yaratmaq istədiyi cəhənnəm kimi İslam anlayışını aradan qaldırdığımız üçün nə qədər tərəfdarları varsa böhtanları ilə üstümüzə salırlar. Bu hücumların üzərimizdə zərrə qədər mənfi təsiri olmaz, olmadığını da görürlər.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Rəhmətlik Başbuğun məkanı cənnət olsun. Zəhmət çəkə-çəkə çox vətənpərvər, keyfiyyətli, müqəddəsatçı gənclik yetişdirdi. Ülkücü gəncliyin fədakar səyləri olmasa 12 sentyabrdan əvvəl kommunizm Türkiyəyə hakim ola bilərdi. Ülkücülər kommunizmə qarşı sədd oldular. 12 sentyabrdan əvvəl Ülkücü gəncliyin çəkdiyi əziyyəti, gənclərin çoxu bilmir. Onların yaşadıqları dastandır, heç unutmamaq lazımdır.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Hələbin də, Mosulun da qurtuluşu təkcə İslam Birliyidir. İran, Türkiyə və Pakistan birləşmiş olsa Hələbin “H”-sinə toxuna bilməzdi heç kim. İslam Birliyi yaransa heç bir terror təşkilatı olmaz. İslam Birliyinə qarşı olanlar bilərəkdən və ya bilməyərəkdən bu zülmün qapısını açırlar.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

İŞİD-i də, şiə milisləri də maliyyələşdirən, yönləndirən, qırğın törətdirən İngiltərə dərin dövlətidir. Məqsəd müsəlman düşmənçiliyi yaratmaqdır. Nur olan, cənnət olan İslam dinini asan, kəsən, sevgisiz, cəhənnəm dini kimi göstərmək üçün bütün bu təşkilatları İngiltərə dərin dövləti dəstəkləyir.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

"Əcəm oyunu" deyərək bütövlükdə İran xalqına düşmənçilik etmək Gülən təşkilatının istifadə etdiyi çirkin üslub idi. Eyni üslubdan müsəlmanlar istifadə etməsin.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən çevrilişlərlə istədiklərini hakimiyyətdən devirməyə, millətlə oynamağa alışıb. Artıq keçmiş dövrlərdə deyilik. Hər sınaqlarında müvəffəqiyyətsiz olacaqlar. Yenə sınayacaqlar, yenə müvəffəqiyyət qazana bilməyəcəklər, həmişə məğlub olacaqlar.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Hələbdə, İraqda müsəlmanları qətlə yetirən şiələr İngiltərə dərin dövlətinin yönləndirdiyi zalımlardır, Mİ6 şiələridir. İran xalqını, şiə qardaşlarımızı sevirik. Hələbdə İraqda cinayət işləyən milislərin zülmlərini, qırğınlarını lənətləyirik.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Bizi şiə-sünni deyə ayırıb bir-birimizə qırdırmaq istəyirlər, müsəlmanlar arasında ayrı-seçkilik yaradan belə üslubu qəbul edə bilmərik.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Şiə və sünni tərtəmiz müsəlmandır, Hələbdəki şiə qatillərlə İŞİD qatilləri arasında heç fərq yoxdur, hamısını İngiltərə dərin dövləti yönləndirir. Şiələrin də sünnilərin də arasında zalımlar var. Milyonlarla müsəlmanın arasındakı bu bir qrup zalım ucbatından müsəlmanlar bir-birinə düşmən olmaz.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Qadınlarla əlaqədar bəzi kitablarda yer alan yanlış izahların düzəldilməsi lazımdır, bu izahlar çox dəhşətlidir. Qadına qarşı zülm olduqda Allah bəla verər, bu uğursuzluq gətirər. Allah qadınları sevgi üçün yaratmışdır. Qadın sevgisi olmadıqda qadın nifrətini yayırlar və qadınları gülə bilməz, əylənə bilməz hala gətirməyə çalışırlar.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

İran sünni müsəlmanları sevər. Müsəlman müsəlmana düşmən olmaz, kin də bəsləməz. Müsəlmanlar bir-birlərinin arasını düzəltməlidir. Hal-hazırda müsəlmanı müsəlmana qırdırmaq oyunu oynanılır, bəziləri istəmədən də olsa bu oyuna düşürlər.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Allah dünya miqyasında dərc olunan məqalələrimlə irimiqyaslı təbliğ etmə imkanı verir.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Türk İslam birliyi dediyimiz vaxt, irq təməlli bir birlikdən bəhs etmirik. Türkiyənin liderliyi altında bütün İslam aləminin birləşməsini nəzərdə tuturuq.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Hər uşaq İslam fitrəti üzərinə dünyaya gələr. Uşaqları daxil olmaqla, bir cəmiyyətin bütövlükdə lənətli olduğunu söyləmək İslama uyğun deyil. Allah bütün musəvilərin deyil, zülm edənlərin lənətli olduğunu söyləmişdir. Bir xalqın anadangəlmə lənətli olduğunu söyləmək zülm olar.
A9 TV; 16 dekabr 2016
avatar

Adnan Oktar

Mehdiyyətdən bəhs edildikdə dəccaliyyət ifşa olacağı üçün İngiltərə dərin dövləti israrla mehdiyyətdən bəhs edilməsini istəmir.
A9 TV; 16 dekabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türk İslam birliyi dediyimiz vaxt, irq təməlli bir birlikdən bəhs etmirik. Türkiyənin liderliyi altında bütün İslam aləminin birləşməsini nəzərdə tuturuq. Sitatlar
İranla Türkiyənin vuruşmağını istəyirlər. İki nəhəng gücün arası dəysə bütün İslam aləmi zərər çəkər, birləşsə bütün müsəlmanlar rahatlıq əldə edərlər. İran ilə Türkiyəni vuruşdurmaq İngiltərə dərin dövlətinin planıdır. Bu oyuna heç kim düşməsin. Sitatlar
Çörçil döyüşdən və qan tökülməsindən zövq aldığını söyləmişdir. Bu İngiltərə dərin dövlətinin zehniyyətini əks etdirən fəlsəfədir. Bütün Yaxın Şərq və İslam aləmi hal-hazırda İngiltərə dərin dövlətinin dəhşətli siyasəti altında əzilir. Bu həqiqəti görməzlikdən gələcək vəziyyət yoxdur. Sitatlar
Rumilik xalqın Anadoluda bildiyi mövləvilikdən fərqlidir. Rumilikdə homoseksuallıq var, haşa ilahlıq iddiası var, darvinizm var. İslam aləminə içində homoseksuallıq və darvinizm olan rumiliyi model kimi təqdim etməyə çalışmasınlar. Sitatlar
Hədisdə bildirilən İsa Məsihin arxasında namaz qılacağı və İslam aləminin lideri olan insan hz. Mehdidir. Sitatlar
Dəccaliyyətlə mübarizə aparmaq, tək-tək müsəlman ölkələrin bacara biləcəyi iş deyil. İslam aləminin birləşib Dəccalın fəlsəfəsinə Quran ruh u ilə cavab verməsi lazımdır. Sitatlar
Müsəlmanlar birlik olsa, İslam aləmi birləşmiş olsa heç bir terror təşkilatının təsiri ola bilməz. İslam aləmi parça-parça olduğu üçün bu fitnələr davam edir. Sitatlar
Millətlər böyük həyəcanla yüksələ bilirlər. Hal-hazırda İslam aləmindəki yuxu halının aradan qalxması və yüksəlmə mehdiyyətlə olacaq. Sitatlar
Müsəlman aləmində əsaslı mənəvi inqilaba ehtiyac var. Bu da şövqün çox ciddi güclənməsi ilə olar, bunu təmin edəcək olan da mehdiyyətdir. Sitatlar
İslam aləmində çox yerdə münafiqlər aktivdir, buna görə də İslam Birliyi heç cür yaranmır. İngiltərə dərin dövləti münafiqləri başa bəla etdi. İslam aləminin canlanma ruhuna ehtiyac var. Bu da təkcə mehdiyyətlə olar. Sitatlar
I Dünya müharibəsində şiələrin böyük əksəriyyəti Osmanlı xəlifəsinə sadiq qaldı və İngiltərənin müharibə dəvətinə uymadılar. Kutul Amarədə şiə-sünni müsəlmanlar birlikdə hərəkət etdikdə tarixi zəfər qazandılar. İndi yenə şiə-sünni birlik olacağıq. Şiə-sünni ittifaqı olsa müsəlman aləmini şam kimi əritməyi qarşıya məqsəd qoyan İngiltərə dərin dövlətinin təsiri tamamilə aradan qalxar. Sitatlar
Şiə-sünni qardaşdır. Şiə və sünni alimləri bir yerə gəlsin sarılsınlar, bütün İslam aləminin qardaş olduğunu açıqlasınlar. Sitatlar
Darvinizm kainatı yaradan, hər şeyi var edən və idarə edən Allaha qarşı haşa təhqirdir. Elmlə əlaqəsi yoxdur, sırf xurafatdır. Darvinizm dəccaliyyətin batil dini olan xurafat təlimidir və başda İslam aləmi olmaqla, bütün dünyaya uğursuzluq gətirir. Sitatlar
İslam aləminin başının bəlası İngiltərə dərin dövlətidir. Hərəkətləri üçün münafiqlər, fəlsəfə olaraq isə darvinizm və rumilikdən istifadə edirlər. İngiltərə dərin dövlətinin istifadə etdiyi əsas vəsait münafiqlər olduğu üçün münafiqləri fikri olaraq zərərsizləşdirdiyimiz vaxt əsgərləri yox olacaq. Sitatlar
Allah yeni ili bütün İslam aləmi, bütün dünya üçün xeyirli etsin. Allah İslam aləminin üzərindəki bəlaları, uğursuzluqları, döyüşləri aradan qaldırsın. Bizi İsa Məsih və Mehdiyə tələbə etsin. Sitatlar
İslam aləmindəki qarışıqlığın tək həlli mehdiyyətdir. Seyyidina İsa Məsih və mehdiyyətdən başqa heç bir həll yolu yoxdur. Sitatlar
İslam aləmi birləşmədən, İslam Birliyi olmadan, Mehdi və İsa Məsih zahir olmadan dəccaliyyətin fikri olaraq ölməsi deyə bir şey olmaz. Heç bir ölkə təkbaşına dəccaliyyətə müqavimət göstərə bilməz. Mütləq ittifaq etmək, birlik olmaq lazımdır. Sitatlar
Həm Türkiyənin, həm də İslam aləminin başı dəccaliyyət ilə, yəni İngiltərə dərin dövləti ilə dərddədir. Bu dərd birlik olaraq hərəkət edildikdə aradan qalxar. Sitatlar
Trampı Türkiyə olaraq, türk dövlətləri olaraq və İslam aləmi olaraq dəstəkləyəcəyik. İngiltərə dərin dövlətinə qarşı, Rusiya və Çin də Trampa dəstək verəcək. Sitatlar
Fitnəyə qarşı İslam aləminin birlik olması, Türkiyənin də İslam aləmi ilə birləşməsi lazımdır. Yaxşılıq istəyən İslam Birliyini müdafiə etməlidir. Sitatlar
İngiltərə dərin dövlətinə qarşı İslam aləminin birləşməsindən başqa yol yoxdur. Türkiyə, Rusiya, İsrail, İran, Çinin də daxil olduğu bir İslam Birliyinin təcili surətdə yaradılması lazımdır. İngiltərə dərin dövləti təkcə bu yolla dayanar. Sitatlar
İslam aləmindəki və Türkiyədəki bütün camaatlar Mehdini sevər və gözləyər. Hər Naqşibəndi hər Kadiri Mehdini sevgi ilə, eşqlə gözləyər. Süleymanlı qardaşlarımız, Cəfərilər, Şiələr, Bektaşilər, Ələvilər, Nur tələbələri mehdiyyət sevgisinə sahibdir. Həyəcanla Mehdini gözləyərlər. Sevgisiz, müsəlman icmalara qarşı, öz ağlını çox bəyənən bəzi kəslərin mehdiyyət əleyhinə olan səyləri boş məşğuliyyətdir. Sitatlar
Bütün İslam aləmi Trampın yanındadır. Rusiya və Çin də yanında olacaq. Trampı İngiltərə dərin dövlətinə qarşı tək qoymayacağıq, qəlbi rahat olsun. Sitatlar
Rohinca müsəlmanları çox mərhəmətsizcə əzilir. Sırf onların çəkdikləri belə İslam aləminin qəflətdən oyanması üçün kafi olmalıdır. Sitatlar
İslam ölkələrinin liderlərinin demək olar ki, heç biri İslam aləminin birliyindən bəhs etmədiyi halda, Tayyib hocamın həmişə bəhs etməsi onun üçün böyük şərəfdir. İslam ölkələrinin bir çoxunun dərdi təkcə neft satmaq, təyyarəni qızılla bürümək olur. İslam aləminin birliyi üçün çalışmırlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur