logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 aprel 2016

avatar

Adnan Oktar

İslam dini dünyanın ağlıdır. Dünya ağlını itirsə divanə olar. İslamsız dünya olmaz. İslam dünyanın nuru, qəlb rahatlığıdır. Allah İslamla insanlara ən böyük neməti təqdim etmişdir.
A9 TV; 17 aprel 2016
1325
avatar

Adnan Oktar

İslam ölkələri bir yerə toplanır, yığıncaq keçirilir, lakin iştirakçıların əksəriyyəti şövqsüz olur. İxlas olmadan, səmimiyyət olmadan bu yığıncaqlardan nəticə çıxmaz. Mehdi (ə.s) olmadan bu sistem işləməz.
A9 TV; 16 aprel 2016
avatar

Adnan Oktar

Çanaqqalada 200 min şəhid verdik. Cənub-Şərqi Anadolu bölgəsində də lazım gəlsə 400 min şəhid verərik, lakin Cənub-Şərqi Anadolu bölgəsini qətiyyən vermərik. İngiltərə dərin dövlətini elmlə, irfanla səmərəli hala gətirəcəyik.
A9 TV; 16 aprel 2016
avatar

Adnan Oktar

PKK bütün İslam aləmi üçün təhlükədir. Böyük dəccal hərəkatıdır. Bölgəni kommunist, Stalinist etdikdən sonra addım-addım irəliləməyi, hər yeri kommunist etməyi düşünürlər. Buna qarşı çox diqqətli olunmalıdır.
A9 TV; 16 aprel 2016
avatar

Adnan Oktar

PKK İslam aləmini yox etmək üçün istifadə edilən bir mafiya təşkilatıdır, bir cinayət şəbəkəsidir. Yəni tək istifadə olunma məqsədi müsəlmanları şəhid etməkdir. Bu cür murdar təşkilatdır.
A9 TV; 16 aprel 2016
avatar

Adnan Oktar

Hədisə görə, Mehdi (ə.s) bütün peyğəmbərlərin xülasəsi kimidir. Xatəmə vəlidir, gəlib-keçmiş ən böyük övliya və ehkamda günahsızdır. Allah, İsa Məsih kimi ulul-əzim bir peyğəmbəri, Mehdi (ə.s)-a vəzir olaraq təyin edir. Bu da onun dəyərini göstərir.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. "Onlar olmasaydı" deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən.
A9 TV; 14 aprel 2016
avatar

Adnan Oktar

Kənd mühafizəçilərinə çox şəfqət göstərilsin. Mühafizəçilərimiz şəhid edildiyi zaman, yer-göy inləsin. O canlarım həmişə ön cərgələrdə olur. Bunun üçün bu aslanlara, bu qoç igidlərə lazımi şəfqəti, diqqəti, himayəni hər kəsin ən yüksək səviyyədə göstərməsi lazımdır.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Din sevincdir, xoşbəxtlikdir, gözəllikdir, keyfiyyətdir.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir.
A9 TV; 13 aprel 2016
avatar

Adnan Oktar

Sevgisizlik insanlarda dəhşətli həddə çatıb. Döyüşlər, idman oyunlarındakı hadisələr. Bu nədir belə? Dövlət “milli şüur” dərsini tezliklə dərsliyə daxil etsin. Gənclər şüurlu surətdə, mənəvi dəyərlərlə çox gözəl yetişdirilsin.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Dünyanın harasına getsəniz, bütün canlılarda mükəmməl rəngləndirmə, mükəmməl forma, mükəmməl ürəkaçıcılığın hakim olduğunu görərsiniz. Bunun heç bir izahı yoxdur. Allahın heyrətamiz gücüdür.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

İstisnasız bütün canlılarda, Allahın yaratdığı o riyazi müntəzəmlik, o həndəsi mükəmməllik, o qızıl nisbət Allahın möhürü olaraq var.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
A9 TV; 12 aprel 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Din sevincdir, xoşbəxtlikdir, gözəllikdir, keyfiyyətdir. Sitatlar
İslam terroru aradan qaldırmaq üçün gəlmişdir. İslamın, Quranın vəzifəsi terroru aradan qaldırmaqdır. Allah bunun üçün peyğəmbər göndərmişdir, bunun üçün Quranı nazil etmişdir. Həmçinin İslam o dövrdə həmin bölgədəki terroru aradan qaldırmışdır. Bu əsrdəki terroru da, yenə İslam aradan qaldıracaqdır. Sitatlar
İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək. Sitatlar
İslama qarşı sanki bir sui-qəsd törədildi. Bir oyun oynandı və İslamın üstünü çirkli pərdə ilə örtdülər. Bu çirkli pərdəni qaldırıb bir kənara atacağıq. Həqiqi İslam ortaya çıxacaq. Sitatlar
İslamda tam azadlıq vardır. Sadəcə halallar və haramlar var, bu qədər. İnsanlar bunun içində mümkün qədər sərbəstdir. Yəni İslamda cəmiyyət təzyiqi yoxdur. Sitatlar
Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər. Sitatlar
İslam saf sevgidir. Həmişə insanların xeyrinə, yaxşılığına olan sistemin adıdır. İslam, insanları ən yüksək səviyyəyə çıxardacaq sistemdir. Sitatlar
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır. Sitatlar
Anasını, atasını bütləşdirənlər, İslamı yaşamaq əvəzinə onları seçənlər, axirətdə bir də görəcəklər ki, xəyalın ardınca gediblər. Şeytanın təcəllisinin ardınca gediblər. Ana-ata ucbatından İslam tərk edilməz, Quran tərk edilməz. Belə olan halda, onlara itaət etmək haram olar. Sitatlar
Qadının şeytani varlıq olduğu, ona gözəl paltar verilməməli olduğu, çölə çıxmasının qadağan olduğu kimi hökmlər mövhumatçılıqda var, İslamda yoxdur. Sitatlar
Əbəs yerə İslamı bu qədər qorxunc vəziyyətə salırlar. Nə qədər qorxunc şey varsa, İslamda toplayıblar. Belə şeylər yoxdur. İslam bahar şənliyi kimidir. Sitatlar
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı. Sitatlar
İngiltərə dərin dövləti İslamın yerinə Mövləviliyi qoymağa çalışır. Müsəlmanlar bu oyuna qarşı çox diqqətli olmalıdır. Sitatlar
Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir. Sitatlar
Dünyəvilik İslamda var. "De: Sizin dinininiz sizə, bizim dinimiz bizədir" hökmü dünyəviliyin çox qısa xülasəsidir. Dünyəvilik dinsizlik şəklində tətbiq edildiyi zaman, burada bir səhv olur. Yoxsa xristian sərbəstdir, musəvi də sərbəstdir, dinsiz də sərbəstdir, dindar da sərbəstdir. Hamısı inanclarına uyğun yaşayarlar. Xristian kilsəyə gedər, müsəlman məscidə gedər, istədikləri kimi ibadətlərini yerinə yetirərlər. Dünyəvilik budur. Sitatlar
İslam dini tək olaraq yaşanmaz. Musəvilik və xristianlıq da belədir. Din camaat halında yaşanar. Quranda möminlər həmişə birlikdir. Allah ayrılıb parçalanmayın deyə buyurur. Müsəlmanların elmi mübarizəsi birlikdədir, zəkat birlikdədir, müsəlmanlar camaat halında dini yaşayar. Sitatlar
İngiltərə dərin dövlətinin İslam anlayışında Mehdiyyət, İslam Birliyi yoxdur. Bu, parça-parça edilmiş, rumi edilmiş, darvinist İslam anlayışıdır. Sitatlar
İngiltərə dərin dövləti adı İslam olan, lakin Qurandakı İslamla əlaqəsi olmayan bir baxış prizması formalaşdırıb. Bunu hiyləgərcə planlaşdırıblar. Onların müdafiə etdiyi İslam düşüncəsində darvinizm var, haram olan homoseksuallıq və şərab halal qəbul edilir, rumilik var. Sitatlar
Din yanlış izah edilir. Çox qorxunc və içindən çıxılmaz bir sistem kimi izah edilir. Allaha şükür, biz İslamın işıqlı üzü olaraq şeytanın oyununu pozduq. Yoxsa İslamafobiya bütün müsəlmanları məhv edəcək bir sistemdir. Sitatlar
Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar. Sitatlar
Dini insanın fitrətinə zidd, haşa qarışıq və ürküdücü kimi insanlara təqdim edirdilər. Dinin ağla, məntiqə, fitrətə uyğun olduğunu açıq izah etdik. Dinin gözəlliyini bilavasitə yaşadığımız həyatla bütün insanlara göstərdik. Xurafatın olmadığı, ağlın və məntiqin hakim olduğu dini göstərdik. Dinin asan olduğunu, sevginin dində hakim olduğunu yaşayaraq bütün insanlara göstərdik. Sitatlar
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir. Sitatlar
Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur