logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 may 2015

avatar

Adnan Oktar

İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
A9 TV; 14 may 2015
1653
avatar

Adnan Oktar

Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevilməsini istəyər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan: “Mənim malımdır, mənim mülkümdür” deyir. Sənin malın, mülkün yoxdur, hamısı Allahındır. Sən Allahın mülkünü qorumağa gəlmisən.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız, araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İran, Türkiyənin tezliklə dost olmalı ölkədir. Nə gözəl ki, müsəlmandırlar, nə gözəl ki, təqvalıdırlar. Nə gözəl ki, hərbi qüvvələri regionun ən güclü ordularından biridir. Nə gözəl ki, güclü dövlət quruluşu var.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi demək; Türkiyənin öz əliylə özünü bölməsi deməkdir. Allah qorusun.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm” de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb qudurursan? Niyə özünü alçaldırsan?
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Amerika Allahı çox zikr edirdi, baxın, çox varlı idi. Allahı az zikr etdikləri vaxt sürünməyə başladılar. Rusiya Allahı az zikr edirdi, sürünürdü. Allahı bir qədər çox zikr etməyə başladılar, Allah da bir qədər rahatlıq verdi.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah dünyanı süründürür, bütün dünya sürünür. Bu xüsusi olaraq yaradılır. Bəlkə də, dünyanın kasıb olması üçün heç bir səbəb yoxdur. Torpaq sahəsi olduqca genişdir. Hər cür əkin işi aparılacaq kimidir. Texnologiya, hər şey var. Allah, heyrət oyandıracaq şəkildə iqtisadi böhran və aclıq meydana gətirir. Heç bir səbəb olmadan. Möcüzə olaraq meydana gətirir. Çünki Allahı unudurlar. Allahı zikr etsələr olduqca böyük zənginlik hakim olar.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah dərindən sevilmək istəyir. Allah Özünə dərindən diqqət yetirilməsini istəyir. Məsələn; "Mənə həmd edin, şükür edin, bol-bol təqdis edin" deyir. Allahın məqsədi, Özü ilə həmişə əlaqə saxlanılmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma həddindən artıq sevilməyi sevir və bu Allahın haqqıdır. Çünki O hər şeyin, bütün gözəlliklərin sahibidir.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

İnsan Allahı sevmədikdən sonra cənnətdə olsa nə fərqi var, olmasa nə fərqi var. Mömin Allahı sevdiyi üçün cənnətdən zövq alır.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Sevilmək Allahın haqqıdır. Hər şeyin sahibi Odur, hər şeyi O yaradır. İnsan Allahı unudur, öz kefinə baxır.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah Özünün həddindən artıq sevilməsini istəyir. Allah insanların, Ona diqqət göstərməməsini heç xoşlamır. Yəni Allah bunu sevmir. Onun üçün belə intiqam alır. İslam aləminin məhv edilməsinin səbəbi də budur.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah Özünün sevilməsini əhəmiyyətli hesab edir. Allahın hədəfi bizim cənnətin yeməklərini, ballarını sevməyimiz deyil. Allah Özünün sevilməsini ən mühüm məsələ kimi görür. O balı, cənnət gözəlliklərini Onun təcəllisi olaraq sevməyimizi istəyir. Nemətləri müstəqil surətdə sevməyimizə icazə verməz. Onsuz da zövq də ala bilmərik.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah bizim imani həssaslığımızı yoxlayır. İnsanlar, hz. Adəm (ə.s)-dan başlamış qiyamətə qədər heç səhvə yol verilmədən mükəmməl imtahan olunacaqlar. Heç kimə ağlının ixtiyarını alacaq bir imtiyaz verilməmişdir.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir. Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq çırpınar. Başqa bir şey olmaz.
A9 TV; 10 may 2015
avatar

Adnan Oktar

Mehdiyyəti gözləyən qardaşlarımız da, böyük bir əyləncəyə hazırlıq kimi gözləyirlər. Elə deyil. Hz. Mehdi (ə.s) İslam hakim olduqdan dərhal qısa bir müddət sonra vəfat edəcək. Çünki Allah hz. Mehdi (ə.s)-ın əylənməsi, yaxud başqalarının əylənməsi üçün İslamı hakim etmir. Sözünü yerinə yetirmək üçün hakim edir. Əsil əylənmə yeri cənnətdir.
A9 TV; 10 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan   sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz,   həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə   xanımlar olduğunu da söyləmək istəmirlər. Sitatlar
Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr   edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də;   “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı   dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi. Sitatlar
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən  təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə,   onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə,   bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın   tərifini bir sətirlə vermişdir. Sitatlar
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi   bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir. Sitatlar
Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir. Dünyanı möhtəşəm şəkildə   bəzəyir. Qatı dinçilər isə qaranlıq olmasını istəyir. Allahın yaratdığı bəzəyə toxunmayın.   Allahın yaratdığı bəzəyi yox etməyə cəhd etməyin. Siz Allahın yaratdığı bəzəyi ən gözəl   şəkildə göstərməlisiniz. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək   istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə   vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik   yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm   həsrətindədirlər. İslamda belə bir şey yoxdur. Sitatlar
İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala,   yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir   hissəsi İslam dinini yaşamır. Sitatlar
Allah bir insanın köksünü İslam üçün açdığı vaxt, həqiqətən həmin insanın ağlına nur   gələr, bədəninə nur gələr. Çox nizamlı olar, məqbul olar. Əksi olsa, nizamsız olar.   Əlbəttə ki, yenə nadir hallarda təmkinli insanlara da rast gəlinir. Amma əksəriyyəti   nizamsız olur. Ağıllı şəkildə düşünə bilmirlər. Sitatlar
Heç bir dinin qarşısını almaq doğru deyil. Yayılsın qardaşım. Xristian xristianlığı yaysın,   yəhudi yəhudiliyi yaysın, müsəlman müsəlmanlığı yaysın. Yetər ki, dindar olsun   cəmiyyətlər. Əvvəlcə dindarlığın qəbul edilməsi çox əhəmiyyətlidir. Sitatlar
Şeytan qəsdən İslamı çətinləşdirib məhv etdi dünyada. Dini çətin göstərmək çox şeytani  bir metoddur. Şeytanın o pis zəkasının bir məhsulu olaraq ortaya çıxdı. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Dini yaşamaqda çətinlik çəkirsənsə, o zaman səndə qəribəlik vardır. Yəni Quran hökmlərini tətbiq etmirsən. Quran hökmlərində çətinlik yoxdur, İslam dinində çətinlik yoxdur. Daim asanlıq vardır. İslam asanlıq dinidir. Sitatlar
“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən. Sitatlar
Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar. Sitatlar
Din yanlış izah edilir. Çox qorxunc və içindən çıxılmaz bir sistem kimi izah edilir. Allaha şükür, biz İslamın işıqlı üzü olaraq şeytanın oyununu pozduq. Yoxsa İslamafobiya bütün müsəlmanları məhv edəcək bir sistemdir. Sitatlar
İslam dini vəhşilik dini kimi göstərilir. Ona görə bu antipatiya meydana gəlir. Deyirlər ki,   "İslamofobiya"dır. Dəhşətə fobiya vardır, vəhşilikdən qorxur insanlar. Bir vəhşilik   sistemindən bəhs edirsən, İslam deyə tanıdırsan. Vəhşiliyin adını İslam qoymusan.   İslam dinində şəfqət, mərhəmət, sevgi, sənət, estetika, elm, gözəllik hər şey vardır. Sitatlar
Başda İngiltərə dərin dövləti olmaqla, Qərb dərin dövlətləri yeni bir üsul, yeni bir oyun meydana gətirdi; bütün müsəlmanları terrorist adlandırmaq istəyirlər. Yəni müsəlman bərabərdir terrorist. Bunun üçün çalışırlar. Sitatlar
İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq. Sitatlar
Qatı dinçiliklə İslamofobiyanı inkişaf etdirdilər. Xurafatçılar bunu bacarır. Mehdiyyət olmasaydı xurafatçılar İslamı yer üzündən silmişdilər. İslamın dünyada qalmasının səbəbi mehdiyyətdir. Türkiyəni bölə bilməmələrinin səbəbi də mehdiyyətdir. Yoxsa Türkiyəni də yerlə-yeksan edəcəkdilər. Sitatlar
CHP darvinizm və materializmə qarşı tədbir görüb, İslam Birliyini müdafiə etməlidir. Sitatlar
Dünyəviliyi insanlara öyrədən İslam dinidir. Dünyəviliyin ən gözəl tərifi Qurandadır. Sitatlar
Dayanmadan xəstəlikləri izah etmək deyil, həllini söyləmək əhəmiyyətlidir. Həll İslam Birliyidir. Sitatlar
Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda   Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır. Sitatlar
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc   qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun,   şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı   çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət   Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr   əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur