logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 noyabr 2017

avatar

Adnan Oktar

İslama xidmətlə keçən hər dəqiqəsi münafiq üçün çox böyük əzabdır. Bu əzabı həmişə yazaraq axmaqcasına yüngülləşdirməyə çalışar. Lakin yazdığı hər sətirdə içi daha çox yanar və o yazdığı hər cümlə, hər söz üçün eyni zamanda cəhənnəmdə də ayrı yanacaq.
A9 TV; 23 noyabr 2017
887
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah münafiqlərə, gəncliklərini əllərindən alaraq ən böyük cəzanı verər. Münafiqlər dinə və Allaha qarşı qəzəbli olduqları üçün İslam üçün keçirdikləri vaxtdan böyük əzab çəkərlər. Kaş xidmət etməsəydim, sədəqə verməsəydim deyə ömür boyu ciyərləri yanar. Münafiq İslam üçün xidmət etməyi həyatını yandırmaq kimi gördüyü üçün, İslama xidmət edərək keçirmiş olduğu hər gündən ötrü böyük əzab çəkər. Allah bunu onların içinə böyük dərd olaraq verər. Bütün münafiqlərdən Allah gəncliklərini almışdır. Sitatlar
Allah qəti var. Bəzi insanlar; "Allahdan əvvəl nə vardı?" deyirlər. Zamansızlığı düşünmədikləri üçün bu sual ağıllarına ilişir. Allah dərgahında əvvəl və sonra yoxdur, tək bir an var. Əvvəl-sonra anlayışları müasir fizikaya görə də yoxdur. Zaman insan üçün yaradılmış anlayışdır. Sonsuz qısa zamanda, yəni bir an içində, sonsuz uzun zaman yaşanıb bitmiş vəziyyətdədir. Sitatlar
Atatürk İmam Hatibləri açdıran, on minlərlə Quran çap etdirib Anadoluya paylatdıran, Quranı türkcəyə tərcümə etdirən, yanında həmişə Quran daşıyan, Dəyanəti qurduran, çoxsaylı məscid açdıran, İslama çox böyük xidmətləri olan nur kimi müsəlmandır. Sitatlar
Bəzi müsəlman görünüşlü insanlar o qədər öz rahatlığına düşkün olur ki, münafiqlə bağlı ayələri eşitməyə belə dözə bilmirlər. İslama, Qurana söz deyildikdə vecinə olmur. Özünə söz deyilsə dərhal reaksiya göstərər. Bu çox çirkin əxlaqdır. Sitatlar
Bizim mərhəmət, sevgi, dostluq anlayışımız Qurana əsaslandığı və bu məsələdə qətiyyətli olduğumuz üçün insanların İslama qarşı rekasiyalarına sədd olur. Bizim həyatımız İslamofobiyaya qarşı qəti cavabdır. İslamda incəsənət yoxdur deyirlər, portretlərimizi göstəririk. İslamda keyfiyyət yoxdur deyirlər, evlərimizi görürlər. İslamda sevinc yoxdur deyirlər, bizim verilişlərimizi görürlər. İslamda qadına təzyiq var deyirlər, bizim dostlarımızın azadlığını görürlər. Varlığımızla İslamofobiyaya sədd olan ən mühüm fikri qüvvə olduq. Sitatlar
Cənnət əhli Quranla birlikdə yaradılmışdır. Mömin həmişə Quranla birlikdə yaradılar. Quran mömini tərk etməz. Hara getsə yanında Quran olar. Quran, mömin, iman, cənnət birlikdə yaradılar. İnsanlar ayrı-ayrı hissələrin birləşdiyini zənn edir. Belə deyil, hamısı bütöv olaraq birlikdə yaradılmışdır. Sitatlar
Dünya iki günlükdür, lakin İslam əxlaqı yaşanmadığı zaman dəhşət yaşanır. Dünyanın xilas olması İslam Birliyinin yaranmasındadır. Mehdi olmadan isə İslam Birliyi olmaz. Allahın göstərdiyi yeganə çözüm mehdiyyətdir. Sitatlar
Dürüst insanın üzündə həlim ifadə olar. Qurana, İslama qarşı diqqətcildir. Sabit, tutarlı olduğu üçün etibarlıdır. Halbuki münafiqlərə qarşı çox diqqətli və təmkinli olmaq lazımdır. Münafiq səmimiyyətsizdir, fırıldaqçı xarakterlidir. Sitatlar
Əgər sıxıntı mineral çatışmazlığı, yorğunluq, az su içmək və ya yuxusuzluqdan irəli gəlirsə, buna qarşı fiziki tədbirləri almaq lazımdır. İmanı səbəbdən irəli gəlirsə insan Allah sevgisini, Allah qorxusunu, təvəkkülünü gücləndirməlidir. O zaman insan tez bir zamanda fərəhlik hiss edər. Sitatlar
Gözəl əxlaq çətin zamanda məlum olar. Hz. Yusifin əxlaqının gözəlliyi quyuda, həbsxanada görünür. Sitatlar
İnsan Allah tərəfindən anbaan təqib edilər və anbaan özünə yol göstərilər. İnsan Allahın ilhamı olan vicdanının səsini dinlədiyi zaman rahat və hüzurlu yaşayar. Sitatlar
İran və İraq xalqına və dövlətinə başsağlığı diləyirik. Yaralananlara Allah tez zamanda şəfa versin. Zəlzələdə həyatını itirənlər Peyğəmbərimiz (s.ə.v)-in hədisinə görə şəhid hökmündədirlər. Sitatlar
Ləhcələri pozmamaq lazımdır. Hər ləhcə ayrı gözəldir. Tokatlıların ləhcəsi ayrı gözəldir, Azərbaycan ləhcəsi ayrı gözəldir, Konyalı ləhcəsi ayrı gözəldir. Hamısı ayrı rəngdir, yeni bir yerə getmiş kimi olur insan. Sitatlar
Münafiq dünyada ayrı yanar, axirətdə ayrı yanar. Dünyada ayrı alçaldılar, axirətdə ayrı alçaldılar. Mömin də həm dünyada, həm də axirətdə çox şərəfli həyat yaşayar. Münafiqlərin yaşadıqları murdar həyatdan ötrü ömürləri də qısa olar, dərdləri, xəstəlikləri bitməz, sonra da cəhənnəmə gedərlər. Sitatlar
Münafiqin birinci əlaməti müsəlmanların yanından ayrılmalarıdır. Münafiqlər müsəlmanlara zərər vermək üçün ayrı struktur yaradarlar, müsəlmanların dağılmasını istəyərlər, müsəlmanların əleyhinə danışaraq müsəlmanlara böhtanlar atarlar. Xüsusən də müsəlmanların təqva cəhətdən ən sevdikləri, ən çox güvəndikləri insanı ən azğın təcavüzkarlıqla hədəf seçərlər. Sitatlar
Müsəlman həmişə pozitiv olmalıdır. Neqativ, pis, qaranlıq olan ən kiçik şeyi belə qəbul etməməlidir. Hər zaman doğrudan, ziyalılıqdan, yaxşılıqdan yana olmalıdır. Sitatlar
Yəməndən atılan raket Səudiyyə Ərəbistanı ilə İranın arasını vurmaq üçün İngiltərə dərin dövlətinin oynadığı ağılsız oyunlardan biridir. Səudiyyə Ərəbistanı və İran yan-yana gəlsinlər, birlik olsunlar və beləliklə də, İngiltərə dərin dövlətinə layiq olduğu cavabı versinlər. İki gözəl müsəlman ölkə, qardaş olmamaları üçün heç bir səbəb yoxdur. Sitatlar
Münafiq dünyada da yanar, axirətdə də yanar, dünyada da biabır olar, axirətdə də. Münafiq yalnızlığa məhkumdur. Bütün cəmiyyət onlardan uzaqlaşar, insanlar nifrət edər, çünki küfr belə münafiqlərin əxlaqsızlıqlarını, pislik xarakterlərini dərhal anlayar. Münafiqlər müsəlmanlara qarşı hücum etdikcə, müsəlmanların üfüqü genişlənər, mübarizə əzmləri və qabiliyyətləri, şövqləri artar, gözəlləşər, sevinərlər. Münafiqlərin də bir o qədər çökmə sürəti və alçaqlıqları artar. Sitatlar
Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir. Sitatlar
Dünyadakı imtahan və təhsil olmasa, o əziyyətlər çəkilməsə, hər hadisədə Allahdan yana rəftar göstərilmədikcə cənnətin mənası anlaşılmaz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur