logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 may 2016

avatar

Adnan Oktar

İslamın hakimiyyəti üçün təlaşlanmağa ehtiyac yoxdur. Allahın planlaşdırdığı bir sistem var, o yavaş-yavaş irəliləyir. Hakimiyyət bizə doğru gəlir, biz hakimiyyətə doğru gedirik.
A9 TV; 22 may 2016
1704
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti olduqca zavallı təşkilatdır. Yəni zavallının zavallısıdır. Şeytan olduqca gücsüz varlıqdır. Heç birini gözdə böyütməyə ehtiyac yoxdur. Gözdə böyüdüləcək olan, böyük olan, ən böyük olan, sonsuz böyük olan Allahdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Allah insanların böyük hissəsini çirkin yaradır, bəzilərini qısa boylu yaradır, bəzilərini artıq çəkili yaradır. Bu, insanların azmasına mane olar. Çox gözəl insan nadir olur, onlarda da bir çox xəstəlik, dərd olur. Ən gözəl insanın belə ömrü çox qısa olur. Yəni böyük imtahan mühiti var və bu mükəmməl işləyir.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Münafiqdən narahat olmaq yersizdir. Münafiq Allahın aciz bir quludur, Allah yaradar onu. Kafirdən də narahat olmağa ehtiyac yoxdur, kafirin heç bir gücü yoxdur. Güc sahibi olan Allahdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Türkiyə sağlam düşüncəli, ağıllı insanların olduğu bir ölkədir. Dünyaya sevgini, mərhəməti öyrədəcək bir şəfqət müəllimidir millətimiz. Dostluq, qardaşlıq, yoldaşlıq müəllimidir. Bizim adət və ənənələrimiz də gözəldir. Sevgimiz də gözəldir. Dünyanın ruhunu boşaltdılar, Türkiyə mehdiyyət liderliyində bu ruhu dolduracaq.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Anadolu Nuhun gəmisi kimidir. Kasıb, fağırlar, qəriblər, əzilənlər, döyüşdən qaçanlar həmişə Türkiyəyə sığınırlar, eynilə Nuhun gəmisi kimi. Bütün dünyanın fağırları, məzlumları, kömək istəyənlər Türkiyəyə sığınırlar.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Türkiyə yavaş-yavaş Nuhun gəmisi kimi mənzilinə doğru gedir. Qar, qar fırtınası, dalğalar gəmiyə təsir etməz.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytan sıravi müsəlmanı əzə bilər, lakin çox güclü imanlı olduğu zaman ondan çox qorxar. Ona ordularını göndərər, nəsə etməyə çalışar, lakin heç təsiri olmaz. "İman gətirən bəndələrim üstündə sənin təsirin yoxdur" deyir Allah.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytanla vuruşmaq iman əhli üçün çox asandır. Çünki iman əhli metafizik bir varlıqdır. Həqiqi iman gətirənlər, layiqincə iman gətirənlər metafizikdirlər. Şeytanın ən qorxduğu insanlardır. Həqiqətən imanlı insanlar mələk kimidirlər.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytanın insanları tanıma xüsusiyyəti var. Zəkalıdır, lakin zəifdir, xəstə, qürurlu, psixopat, özünü bəyənmiş, dəyişkən, cəmiyyət mikrobu tipləri şeytan tanıyar, gedib seçər. Aralarında əlaqə də yaradar.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

İnsan cəhənnəmə əzabını özü gətirir. Özünü yandıracaq əzabı ora özü gətirir. Dünyadakı bütün sıxıntısı onunla birlikdə ora gedir. O sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyətini. Allah bunu cənnətdə möminlərin üstündən qaldırır, lakin küfrün üstündən qaldırmır. Öz oduyla ora gedir. O öz oduyla orada yanır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cəhənnəm hər cür sıxıntının, narahatlığın yaşandığı yerdir. Allah qəlblərə qədər qalxan oddan bəhs edir. Mənəvi əzab çoxdur cəhənnəmdə.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Möminlər cənnətdə ən çox Allahın təcəllisini görməkdən həzz alırlar. Heyrətamiz sevinc yaranır. Allah salam verdiyi zaman, möminlər zövqdən özlərini itirirlər.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnətdə hər kəs gözəl əxlaqlıdır. Kin, qəzəb qətiyyən yoxdur. Qorxu yoxdur. Narahatlıq yoxdur, kədərlənmə yoxdur. Bunlar dünyada xüsusi olaraq verilib.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət sevgi yurdudur. Allah möminlərə, möminlər də Allaha sevgilərini ifadə edirlər. Allah möminləri sevdiyini söyləyir, möminlər də Allahı sevdiklərini söyləyirlər.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət sonsuza qədər bitməyən ziyafət yeridir. Sonsuza qədər xəstəlik, dərd, sıxıntı, heç nə yoxdur. Yuxu yoxdur, yorğunluq yoxdur. İstədiyin kimi gəzərsən. Təbii ki, Allahı yada salmaq vardır. Həmişə Allaha şükür etmək, Allahı yada salmaq vardır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnətdə dünyadakı bütün texniki cihazların ən təkmilləşmişi, ən mükəmməli var. Allah bunları da eyni sistemlə yaradır. Avtomobil, qayıq, təyyarə, hamısı var. İstəyən avtomobil yarışı keçirər, istəyən qayıq yarışı keçirər. Yəni insanların xoşladığı hər şey cənnətdə var.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

İnsanlar cənnəti çox uzaqda zənn edirlər. Halbuki cənnət bir addımla keçiləcək qədər yaxındır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət dünyanın daha mükəmməli, daha düzgünüdür. Çox yad olacağımız bir yer deyil.
A9 TV; 20 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dərin imanlı çox az sayı olan bir cəmiyyət olsa, İslam dünyaya dərhal hakim olar. Bütün məsələ dərin imandadır. Allah insanların səyindən asılı etmir, insanların imanından, səmimiyyətindən asılı edir. Sitatlar
İslamın hakim olmasını istəyən, çox dərin imanlı olmalıdır. Çox ixlaslı və səmimi olmalıdır, heyrətamiz dərəcədə dərinləşməlidir. Allahın onu izlədiyini bilməlidir. Allahın hadisələri necə meydana gətirdiyini də izləməlidir. Sitatlar
Müsəlmanların keyfiyyətli və güclü olmasına alışacaqsınız, zənginliyinə alışacaqsınız, ağıllı və yaman olmasına alışacaqsınız, dünya hakimi olmasına alışacaqsınız, elmlə, irfanla küfrü məğlub etməsinə alışacaqsınız, darvinizmi yerlə-yeksan etməsinə alışacaqsınız, dünyada terroru, anarxiyanı tamamilə yox etməsinə alışacaqsınız. Sitatlar
PKK-nın varlığı, Allahın, İslamın hakim olması üçün batin elmi ilə yaratdığı imtahandır. PKK ilə İslam hakim olar mı? Olar. Çünki müqavimətin, hamiyəti-İslamiyənin yaranmasına vəsilə olur. Sitatlar
Həzrəti Süleyman (ə.s) incəsənətlə, estetika ilə, gözəlliklə, mehribanlıqla, coşqun sevgiylə İslamı dünyaya hakim etmişdir. Bizim yolumuz da budur. Sitatlar
İslamın hakimiyyətinin sirri münafiq zehniyyətin yox olmasındadır. Sitatlar
İslam aləminin birləşməsi və hakimiyyəti üçün nə qədər səy göstərilsə də həyəcan yaranmadığı üçün reallaşmır. Bu həyəcan hz. Mehdi (ə.s) ilə yaranacaq. Sitatlar
İslam sürətlə hakim olur. Münafiqlər münafiqlik etdiklərinə min dəfə peşman olacaqlar. Çox böyük ağılsızlıq edirlər. İslam addım-addım hər yerə yayılıb hakim olur. Heç bir qüvvə dayandıra bilməz. Sitatlar
Allah Nur surəsinin 55-ci ayəsində İslam əxlaqının dünyaya hakim olacağını vəd etmişdir. Allah vədindən dönməz. Sitatlar
Mehdiyyət çox uzun bir dövrdür. Dövrün uzun olmasının, 40 il davam etməsinin səbəbi savabının çox olması üçündür. Yoxsa Allah istəsə, İslamı bir ildə də hakim edər. Lakin o zaman bir illik savab alınar. Allah savabının çox olması üçün mehdiyyəti 40 ilə yaymışdır. Sitatlar
Allah Nur surəsinin 55-ci ayəsində İslam əxlaqını dünyaya hakim edəcəyini bildirir. Məhz bu hakimiyyət İslam Birliyi və mehdiyyətdir. Sitatlar
İslam əxlaqının hakimiyyəti də batini elmlə reallaşacaq. Quranda bir çox hekayədə batini elmə işarə var. Sitatlar
Türkiyənin gələcəyi çox gözəldir. Türkiyə inşaAllah lider ölkə olacaq. İslam əxlaqı dünyaya hakim olacaq, hər kəs İslamın gözəlliyini görəcək. Sitatlar
İslam hakim olduqda İslamın gözəlliyini görən bir çox insan boşuna İslamdan uzaq olmuşuq, boşuna özümüzə əziyyət vermişik deyəcək. Sitatlar
İslam Birliyi dünya cənnətidir. Sülhün, qardaşlığın, sevginin olduğu, müharibənin və döyüşün olmadığı, incəsənət, gözəlliyin hər yerə hakim olduğu sistemdir. Sitatlar
Allah istəsə İslam əxlaqı dərhal hakim ola bilər, lakin müddət uzun olur, niyə? Çünki imtahan əhatəli olsun, savabı çox olsun deyə. Sitatlar
Dəccaliyyətin məqsədi dünyanı dinsiz tək dövlət halına gətirməkdir. Mehdi isə İslam əxlaqını bütün dünyaya hakim edəcək. Sitatlar
İslam əxlaqı hakim olduqda insan ağlının qavradığı və istədiyi ən gözəl mühit olacaq. Dostluq, sevinc, qadın azadlığı, hürriyyət tam olacaq. Sitatlar
İngiltərə dərin dövlətinin vermək istədiyi mesaj; İslam heç vaxt hakim ola bilməyəcək, müsəlmanların parça-parça olması daha yaxşıdır mesajıdır. Bu günə qədər edilən tətbiqlər müsəlmanlara sizin müvəffəqiyyətli olmağınız qeyri-mümkündür, hər dəfə məğlub olarsınız mesajı idi. Bu planı ifşa etdik. Sitatlar
Allah hz. Süleymana da dünya hakimiyyəti verdi, lakin çox sevdiyi bir peyğəmbər olan Əfəndimiz (s.ə.v)-ə hakimiyyət vermədi. Zülqərneyn də peyğəmbər deyil, lakin Allah Rəsulullah (s.ə.v)-ə nəsib etmədiyi dünya hakimiyyətini ona vermişdi. Sitatlar
"Allah niyə Mehdiyə hakimiyyət verir" deyirlər? Peyğəmbərimiz (s.ə.v)-in nəvəsi olan hz. Mehdinin müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in müvəffəqiyyətidir. Sitatlar
Allah Nur surəsinin 55-ci ayəsində müsəlmanları dünyaya hakim edəcəyini vəd edir. Bu ayə gerçəkləşəcək. Nur surəsinin 55-ci ayəsində Allahın vəd etdiyi İslam əxlaqının dünya hakimiyyəti hz. Mehdi və İsa Məsih (ə.s) vəsiləsi ilə gerçəkləşəcək. Sitatlar
Şəffaf cəmiyyət modeli lazımdırsa, əvvəlcə İngiltərə dərin dövlətindən başlasınlar, görək necə olduğunu, niyə Yaxın Şərqdə şəffaflıq şərtdir? Niyə İngiltərə dərin dövlətinin strukturları deyil, məscidlərin, müsəlmanların şəffaflıq adı altında nəzarət altında saxlanılması lazım gəlir? Şəffaflıq ifadəsi adı altında müsəlmanları kiçik hissələrə ayırıb, şüşə qablar içində nəzarət altında saxlamağı qarşılarına məqsəd qoyurlar. Bütün bunların məqsədi öz aləmlərində İslam Birliyinin qarşısını almaq, İslam əxlaqının hakimiyyətini dayandıra bilməkdir. Bunları heç vaxt bacara bilməzlər. Sitatlar
Quranda mehdiyyət var. Zülqərneyn hekayəsində açıqca Mehdidən bəhs edilir, mehdiyyətə, yəni dünya hakimiyyətinə işarə var. Nur surəsinin 55-ci ayəsində açıq-aydın mehdiyyətdən bəhs edilir, dünya hakimiyyətinə işarə var. Talut-Calut hekayəsində də mehdiyyətə işarə var. O dövrdə Peyğəmbər var, lakin Talut Peyğəmbər deyildir, komandanlıq edir, yəni xilaskardır. Sitatlar
İsrail Mehdi gözləyir, Evanqelistlər, musəvilər həmişə Mehdi gözləyirlər və dünya hakimi olurlar. Mehdiyyət əleyhinə olan ölkələr də əzilirlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur