logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 dekabr 2015

avatar

Adnan Oktar

Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır.
A9 TV; 7 dekabr 2015
2024
avatar

Adnan Oktar

Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: "Evlərimiz nəzarətsiz qalıb" deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? "Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb" deyir. "Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq" deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu?
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Bir çox insan zövq almağı, kef çəkməyi düşünər, İslamdan da istifadə edər. Məsələn, ticarət etsin, yesin, içsin, gəzsin, evlənsin, iş-güclə məşğul olsun. İslam aləminin böyük hissəsində bu zehniyyət vardır. Buna görə də, Allah İslam aləmini məhv edir. Allah Özünə yönəlmələrini istəyir, onlarsa yönəlmirlər. Allah: "Müvəqqəti dünya həyatını istəyirsiniz" deyir, "Halbuki xeyirli və gözəl olan axirət yurdudur, kaş ki, biləydiniz" deyir.
A9 TV; 7 dekabr 2015
avatar

Adnan Oktar

Allah möminləri diqqətlə qoruyar. Allah bəzən öz qatına da qaldırar. Məsələn, hz. İsa (ə.s)-ı öz qatına qaldırması kimi. Hz. Yəhya (ə.s)-ı, hz. Zəkəriyyə (ə.s)-ı şəhid olaraq yanına aldığı kimi, lakin hər nə olsa möminin lehinə olar.
A9 TV; 6 dekabr 2015
avatar

Adnan Oktar

Bir insan dünyaya PKK-lı olaraq gəlməz, sonradan PKK-lı olar, təhsillə PKK-lı olar. Darvinist-materialist təhsilə son qoysan, Stalinizmin, kommunizmin çirkinliyindən danışsan həmin insanı qazanarsan. Bu qədər sadədir. İnsanı öldürmək yerinə beynindəki fikri, şeytanı öldür. İnsanın beynindəki şeytanı öldürsən, həmin insanı qazanarsan.
A9 TV; 5 dekabr 2015
avatar

Adnan Oktar

İslam Birliyi planla, layihə ilə olacaq şey deyil. Suriyanın mövqeyi, İraqın mövqeyi inkişaf etdiyi bir vaxtda, göydə də, Allah, hədisdə çıxacağı bildirilən quyruqlu ulduzlarla işarəsini verir. Bunlar insanların edə biləcəyi şeylər deyil. Biz ikibaşlı quyruqlu ulduzu göyə qoya bilmərik. Hadisələr tamamilə tale çərçivəsində baş verir.
A9 TV; 3 dekabr 2015
avatar

Adnan Oktar

Dinin əleyhinə qəzetlərdə, radiolarda, küçədə, ailə içində bir çox yerdə görünməmiş ixtilaf var. Müsəlman buna baxmayaraq, imanlı olduqda çox böyük savab alır.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

İnsan şeytanlarının çirkin sözləri, hücumları, tələ qurmaları, xainlikləri hər cür pis əməlləri, savabı olduqca artıran, Allah tərəfindən yaradılmış, Allah tərəfindən fürsət olaraq verilmiş nemətlərdir.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Ateistlərin varlığı, din əleyhinə hər cür yazı, söhbət, dinlə lağ edilməsi, müsəlmanın savabını artırmaq üçündür. Bütün bunlara baxmayaraq, müsəlman qalmağa davam edirsə, bu məqbul olur.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir.
A9 TV; 30 noyabr 2015
avatar

Adnan Oktar

Hədislərə görə, fəlakətlər o qədər kəskinləşəcək ki, hər kəs öz başının çarəsinə baxacaqdır. Heç kim mənfəətini düşünməyə halı qalmayacaqdır. Hadisələr təsəvvür edə bilməyəcəkləri şəkildə böyüyəcəkdir. Qurtuluş üçün, mütləq İmam Mehdi (ə.s) zühur etməlidir. İkinci yol yoxdur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən "birləşək" deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? "Başçımız budur" desən, onsuz da birləşmə olur.
A9 TV; 29 noyabr 2015
avatar

Adnan Oktar

Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir.
A9 TV; 27 noyabr 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
A9 TV; 23 noyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: "Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini" deyirlər. Bu qədər pərdələnmişdir.
A9 TV; 22 noyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: "Evlərimiz nəzarətsiz qalıb" deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? "Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb" deyir. "Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq" deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu? Sitatlar
Ailə, evlənmək, uşaq sahibi olmaq, bunlar həmişə münafiqlərin dindən üstün tutduqları xüsuslardır. Buna görə, din və bütləri arasında qərarsız qalarlar. Münafiq ailəsini bütləşdirər, uşağını bütləşdirər. Onu İslama qarşı bir fürsət hesab edər. Sitatlar
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar. Sitatlar
Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Bacardığım qədər zərər verim düşüncəsində olur. Sözüylə narahat etmək istəyər, rahatlığını pozmaq istəyər, pislik edəcəyini nəzərdə tutar. Kiçik, balaca bir zərər yaratmaq belə, onun üçün çox əhəmiyyətlidir. Halbuki öz aləmində verdiyi zərər müsəlmana hər dəfə savab, ona isə bəla qazandırar. Sitatlar
Münafiq müsəlmanı hər dəfə narahat etdikdə cəhənnəm onu bir qədər də özünə doğru çəkər. Həmçinin dünyada da, o bəlalar onu bir qədər də bürüməyə başlayar. Sitatlar
Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən. Sitatlar
Allah ümid və qorxu içində olmağımızı istəyir. "Mənim şüurum açıqdır, mən cəhənnəmə getmərəm" deyilməməsini söyləyir. Çünki küfr etdiyi halda sonradan müsəlman olan, sonra yenidən küfr edən və yenidən müsəlman olan insanlardan bəhs edir Allah. Yəni Allah ruhunu alıb yenidən verər, ruhunu alıb yenidən verə bilər; bu vəziyyətə sala bilər bir insanı, Allah uzaq eləsin. Arxayın olmaq doğru deyil. Sitatlar
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar. Sitatlar
Bir insanın İslama görə yaşaması, onun, tamamilə vicdanına uyğun yaşamağa başlaması deməkdir. Küfr əhlinin məntiqini tamamilə tərk etməsi deməkdir. Sitatlar
Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, müsəlman olduqdan sonra artıq vicdanınla hərəkət etməlisən. Allah hər an vicdanına vəhy edəcək və sən də vicdanına tabe olmalısan. Məntiq bitməli və küfr əhlinin heç nəyinə heyran olmamalısan. Sitatlar
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz. Sitatlar
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz. Sitatlar
“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz. Sitatlar
Küfr əhlinə güvənib müsəlmana güvənməmək kimi münafiq xarakterli bir dünyagörüşünə sahib olunduqda Allah mütləq intiqam alır. Sitatlar
Münafiqlər: "Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur" deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar. Sitatlar
Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir. Sitatlar
Münafiqin nəzərə çarpan əxlaqsızlığı; küfr əhlinə nökər kimi xidmət edər, onlar üçün maksimum dərəcədə enerji ilə hər cür fədakarlığı edər; möminə də, əziyyət olması üçün, əlindən gəldiyi qədər hər cür işini gördürmək istəyər. Sitatlar
Münafiq özünə ədalətsizlik edildiyindən əmindir, ona görə də, möminlərə qarşı çox kinlidir. Küfr əhlinin də çox ədalətli olduğunu düşünər və onları tərifləyər. Sitatlar
Münafiq küfr əhlinə kömək etməkdə və dəstəkləməkdə çox məharətlidir. Münafiqlərlə əlaqədar ayələrdə münafiqlərin küfr əhlinə heyrətamiz dərəcədə məlumat çatdırdıqları və dəstək olduqları, lakin onlarda zəiflik gördükləri vaxt da, onlardan dərhal qaçdıqları bildirilir. Sitatlar
Münafiq, müsəlmanlarla küfrün mübarizəsini arenada izlər kimi seyr edir. Kimin kimdən daha üstün olduğuna baxar, əgər küfr əhlinin üstün mövqedə olduğunu görsə, müsəlmanlara heyrətamiz dərəcədə bağlanmış kimi göründüyü halda, birdən özünü küfr əhlinin arasına atar. Münafiq çox alçaqdır. Bir anda onların adamı olar. Sitatlar
PKK-ya qarşı sakit və mülayim bir siyasət tətbiq edilməməlidir. Hüquq çərçivəsində, çılğın bir siyasət tətbiq edilməməlidir. Çünki şəhid əzizdir. Hər gün şəhid verilməsi bizə meydan oxunulmasıdır. Sitatlar
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur