logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 yanvar 2018

avatar

Adnan Oktar

Küçə sənətçiləri insanları xoşbəxt etmək üçün çalışan insanlardır. O insanların üzünə belə baxmadan keçmək çox böyük vicdansızlıqdır.
A9 TV; 27 yanvar 2018
1251
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah yolundakı qətiyyətimin ən böyük səbəbi Allaha olan inancım və sevgimdir. Dünyada Allahdan başqa diqqət yönəldiləcək başqa heç bir məsələ yoxdur. Həyatı Onun üçün yaşamaq, Onun üçün sevmək və Onun üçün səy göstərmək lazımdır. Sitatlar
Atatürk ziyalı, mütərəqqi, incəsənətdən, musiqidən, heykəldən, rəsmdən anlayan, vətənini, millətini Avropa səviyyəsindən daha da yüksəyə çıxartmağa qəti qərar vermiş, mədəni, nəzakətli, bilikli, dəyərli insanların meydana gətirdiyi vətən istəmişdir. Lakin bir sıra insanlar Atatürkü heç sevə bilməyiblər. Bunlar Türkiyəni dağıtmağa çalışan əxlaqsız kəslərdir. Halbuki bizim gənclərimiz çox üstün şəkildə Atatürkçü, ziyalı və ağıllıdır. Buna görə də, Atatürkün qurduğu cümhuriyyətə heç kim pislik edə bilməz. Sitatlar
Bir çox insan başqa yerlərə diqqətini yönəltdiyi üçün Türkiyənin qarşısında əsas qüvvənin və təhlükənin İngiltərə dərin dövləti olduğunu görmür. Yaxın Şərqdəki bütün fitnələrin, iğtişaşın təşkilatçısı İngiltərə dərin dövlətidir. Yaxın tarixdəki hadisələri diqqətlə təhlil etsələr bunu görərlər. Biz sənədləri ilə İngiltərə dərin dövlətinin üzərindəki pərdəni qaldırdığımız üçün, dəccaliyyəti ifşa etdiyimiz üçün heyrətamiz dərəcədə narahat oldular. Elmlə, irfanla, qanunla dəccaliyyətin bütün pərdələrini qaldırmağa davam edəcəyik. Sitatlar
Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır. Sitatlar
Bu dövrdə canla-başla Allah üçün, Quran üçün, vətən üçün, millət üçün səy göstərən Tayyib hocama haqsızlıq etməyə cəhd etmək, işinə mane olmaq mənim inancıma görə fitnədir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. Qarışıqlıq olduğu dövrdə liderin ətrafında birləşmək, möhkəm birləşmək fərzdir. Belə dövrdə ediləcək tək şey birlik olmaqdır, çox möhkəm şəkildə bütöv millət olaraq möhkəm birləşməkdir. Türkiyə olaraq prezidentin ətrafında millət olaraq möhkəm birləşək, dəccaliyyətin həmlələrini aradan qaldıraq. İngiltərə dərin dövlətinin tərəfdarları əxlaqsızcasına Tayyib hocamı hədəf seçmiş vəziyyətdədirlər. Sitatlar
“Bunu etsən günahın mənədir” sözü dini bilməyən insanların istifadə etdiyi üslubdur. Dinə əhəmiyyət verən insan bu cür üslub istifadə etmir. Qurana görə heç bir insan başqasının günahını daşımaz. (Fatir surəsi, 18: Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.) Sitatlar
Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür. Sitatlar
İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah. Sitatlar
İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir. Sitatlar
Mehmetciyin hər nəfəsi savabdır. Vətənin müdafiəsində, cəbhədə, canlarını ortaya qoyurlar. O canlarımız cəbhədəki hər saniyələrində böyük savab alırlar. Çətinlik dərəcəsi, əziyyət və təhlükə savabı çox artırar. Nə xoşbəxt onlara. Sitatlar
Adı qoyulmamış kor müxalifət sistemi, bəzən birgə ağılsızlığa çevrilir və sakitləşdirmək çox çətin olur. Bunların çoxu qarşılarındakı insanın haqlı və doğru olduğunu bildikləri halda sırf çoxbilmişlik etmək üçün ya da mühitdən faydalanıb etibar qazanmaq üçün təcavüzkar tənqid dili istifadə edirlər. Bunların üslubundan çəkinənlər də doğru olanın yanında yer almaq yerinə o kor müxalifətə qatılırlar. Bu cür qorxu sistemi olmasa insanlar həqiqi fikirlərini, mühafizəkarlar dinə həqiqi baxışlarını çox rahat ortaya qoya bilərlər. Amma bir anda cəmiyyətə elektrik verənlər olduğu üçün bir-birlərindən çəkinib həqiqi fikirlərini deyə bilmirlər. Sitatlar
Bütün Kütübi-sittədə, əhli-sünnənin bütün 4 məzhəbində, şiə inancında, musəvilikdə və xristianlıqda mehdiyyət var. Mehdiyyəti haşa problemli kimi göstərməyə çalışan şəxs, bu inancların və əsərlərin hamısını inkar etmiş olar. Sitatlar
Dünya iki günlük imtahan yeridir. Hər şeyə xeyir gözü ilə müsbət baxmaq lazımdır. Allah hər şeyi xeyirlə yaradar. Depressiyanı qəbul etməmək, nə dediyini bilməyən dəyərsiz insanlara da əhəmiyyət verməmək lazımdır. Bilərəkdən qəzəbləndirməyə çalışan şeytanın adamlarına etibar etmək çox yersiz olar. Sitatlar
Münafiq fikrini nəyə versə müsəlmanda o yöndə inkişaf olar. Münafiqlərdə isə hər cəhətdən çökmə olar. Sitatlar
Münafiq heyrətamiz ləyaqətsiz olmasına baxmayaraq, həmişə özünü ucaltmağa çalışar. Necə cəsur, fədakar olduğunu söyləyər. Möminləri də o zəif ağlı ilə həmişə pisləyər. Bunun səbəbi, özünün ləyaqətsizliyini bilməsi və möminləri günahlandıraraq vəziyyəti yüngülləşdirməyə çalışmasıdır. Sitatlar
Münafiq o axmaq ağlı ilə Peyğəmbərdən daha yaxşı düşündüyünü iddia edər. Hətta elə ruh xəstəsidir ki, özünü haşa Allahdan belə üstün görər. Allaha dinini öyrətməyə cəhd edəcək qədər ağılsızdır. Sitatlar
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.) Sitatlar
Münafiqlərin küfr əhlinə və dinsizliyə qarşı heç enerjisi olmadığı halda, müsəlmanlarla mübarizə apararkən həddindən artıq dərəcədə enerjili olarlar. Səhər namazına qalxmaz, lakin müsəlmanlarla mübarizə aparmaq üçün səhərə qədər kompüter qarşısında oturarlar. Ən azğın küfrdən belə narahat olmaz, lakin müsəlmanların dağılması, ayrılması üçün dəlicəsinə səy göstərərlər. Küfr əhlini deyil, müsəlmanları hədəf almaları münafiqlərin ən fərqləndirici xüsusiyyətidir. Sitatlar
Ülkücülük dövlətə, millətə, müqəddəs şeylərə sahib çıxmaqdır. Hər cür təhlükəli fikrə qarşı sədd olmaqdır. Dövlət tərbiyəsini bilmək deməkdir. Ülkücülər hər şeyi ilə milliliyi hakim etməyə çalışan altruist, fədakar, Allaha özünü həsr etmiş, eqoistliyi məğlub etmiş, təkcə Allahdan qorxan insandırlar. Sitatlar
Sənətkara dəyər verməmək o insanın ədəbsizliyini, sevgisizliyini və zalımlığını göstərir. İncəsənət müqəddəsdir. Kiminsə sənətkar insana hörməti yoxdursa, o adam insani xüsusiyyətlərini itirmişdir. Sitatlar
Çətinliklərdə insanların təxmin etmədiyi çox böyük sirr vardır. Çətinliklər insanı həm fiziki, həm də ruhən gücləndirər. Nə qədər əzab çəksən, nə qədər çətinlik yaşasan o qədər qüvvətli olarsan, o qədər bərəkətlənərsən. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur