logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 mart 2016

avatar

Adnan Oktar

Ləyaqətsiz münafiqlər Allah üçün aparılan mübarizəni ağılsızlıq kimi görərlər. Mənfəətləri olsa, məsələn, Peyğəmbərimiz (s.ə.v) onlara beş kisə, on kisə qızıl versə, heç vaxt: "bu istidə döyüşə çıxmayın!" deməzlər. "Döyüşməyi bacara bilsəydik sizinlə gələrdik" sözünü heç vaxt söyləməzlər. Yaxud: "burada əbəs yerə canımızı veririk" deyə heç vaxt deyinməzlər. On kisə qızıl alsa, havalanar, çox şövqlənər.
A9 TV; 7 mart 2016
1192
avatar

Adnan Oktar

Yas tutmaq Qədim Şumerlərin, Akkadların, Xetlərin, bütpərəst qövmlərin, Qədim Misirin tətbiqidir, Quranda bir çox ayə və hədislərlə qadağan edilmişdir. Allaha təvəkkül etməyə zidd davranışdır.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Şeytan İslamı yox etmək üçün, mövhumatdan istifadə edərək güclü zərbə endirib. Şeytanın təsiriylə namazı qılına bilməyəcək, dəstəmazı alına bilməyəcək hala gətiriblər.
A9 TV; 7 mart 2016
avatar

Adnan Oktar

Allah sevgisi insanda ətalətə icazə verməz. Müsəlman qafil olmaz. Hər zaman çevik, canlı və diqqəti açıqdır. Qafil olsa bəla hər tərəfdən bürüyər insanı. Allah qorusun.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

"Şükür etsəniz" demək, "çox səmimi müsəlman olarsınız" deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: "əgər istəsəm onları simalarından tanıyarsan". Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah "Həbibim" deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
A9 TV; 6 mart 2016
avatar

Adnan Oktar

Mömin çox saf varlıqdır. Qurana möhkəm şəkildə sarıldığı zaman, heç vaxt batmayan və doğru istiqamətdə hərkət edən bir gəmidə olmuş olar, dümdüz gedər o zaman.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan beynin qapanmasını istəyər. Ən güclü təsiri də zəiflədərək edər. Bu bir çox insanın gözündə görülər. Boş, durğun baxış olar. Mömin şahin kimidir. Belə şeyə təslim olmaz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Şeytan insana cürbəcür təsir göstərər. Ən bərbad təsirlərindən biri də durğunluq verməsidir. Mömin bunu iradəsiylə, ağlıyla yox etməlidir.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Quranın çərçivəsindən kənara çıxan insanın mühakimə qabiliyyəti yox olar və nəzarətdən çıxar. Mömin şeytanın bu oyununa icazə verməz.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır.
A9 TV; 5 mart 2016
avatar

Adnan Oktar

Türkiyə hər hansı ölkə deyil. Türkiyənin bölündüyü təqdirdə, İslam Birliyi bitər. Türk aləminin də birləşməsi bitər. Buna səbəb olacaq heç nəyi qəbul etmərik.
A9 TV; 5 mart 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir. Sitatlar
Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar. Sitatlar
Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar. Sitatlar
Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar. Sitatlar
Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən. Sitatlar
Şeytanı tanımalıyıq, münafiqi, küfrü anlamağa çalışmalıyıq. Müsəlmanlara nə cür zərər verə bilərlər, bunları bilməyə çalışmalıyıq. Nisa surəsinin 104-cü ayəsində bu bir ibadət olaraq Allah tərəfindən müsəlmanlara əmr edilib. Sitatlar
Münafiqi, kafiri nəzarət etməliyik, analiz etməliyik. Niyə bu vəziyyətə düşüblər, çarə nədir, nə edilə bilər, necə razı sala bilərik, necə danışa bilərik? Səhvləri nələrdir? Müsəlmanlar üçün hansı mövzuda pis düşünürlər? Necə zərər verə bilərlər? Necə bir oyun oynaya bilərlər, necə tələ qura bilərlər? Bunların araşdırılmasının fərz olduğunu Nisa surəsinin 104-cü ayəsi mühüm ibadət kimi bizə bildirir. Sitatlar
Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, "mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm" deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur. Sitatlar
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz. Sitatlar
Möminlər arasında himayəçilik sistemi var. Bir insana münafiq diaqnozu qoyaraq möminlərin arasından atmaq səlahiyyəti yoxdur. Bu ancaq vəhylə olar. Sitatlar
Birisi: "Lə ilahə illəllah, Muhammədən Rəsulullah" dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, "çıx get, küfr əhlinin yanına get" deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan? Sitatlar
Münafiq bəzən çox yaxşı rəftar göstərər. Bu yeni hücumun başlanğıcı olar. Məsələn, hər kəsə yaxşı davranar, yaxşı danışar, lakin bu əsaslı hücum üçün, yeni zəmindir. Yəni şeytanın ona verdiyi, öyrətdiyi hücum başlanğıcıdır. Münafiqin düzəlməsi ümumiyyətlə şübhə altındadır, nəsə edəcək ki, yeni hücum başladacaq. Sitatlar
Münafiqlər müsəlmanlardan ümumiyyətlə uzaq durmaq istəyərlər. Uzaq qalmağın səbəbi də, müsəlmanlara biri hücum edərsə, bir şey olsa, həbs edilə bilər, ləkələnə bilər, döyülə bilər, söyülə bilər, adına xələl gəlməsin, məqsəd budur. Sitatlar
Münafiqin hədəfi həmişə imamın yanıdır, peyğəmbərin yanıdır. Münafiqin ən çox istədiyi yer burasıdır, çünki ən çox vuruşu, hücumu edəcəyi yer burasıdır. Onun fəaliyyətini dayandıra bilmək üçün, məlumat toplayıb şeytanlarına çatdıra bilmək üçün, mərkəz olan yer bura olduğu üçün bunu çox mühüm görər. Sitatlar
Münafiq heç vaxt düzəlməyən, heç vaxt azğınlıqdan əl çəkməyən manyakdır. Qətiyyən kini və nifrəti bitməz münafiqin, sakitləşməz. Yəni tam olaraq ruh xəstəsidir. Vərəm xəstəliyi kimi güclü antibiotik alsa azalar xəstəliyi, lakin dərmanın dozası bir qədər azaldıldığı zaman, dərhal həmləyə keçər. Bəzən də dərmana qarşı immunitet qazanar, heç fərq etməz, bədənini bürüməyə çalışar. Sitatlar
Münafiq sevgini bilməz. Sevgidən alət kimi istifadə edər, vasitə kimi istifadə edər. Müsəlmanlara hücum etməkdə, əxlaqsızlıq etməkdə, alçaqlıq etməkdə bir vəsilədir. Yəni müsəlmanı narahat etmək üçün, pislik etmək üçün sevgidən istifadə edər. "Sevdiyim üçün gəldim" deyər, "sevdiyim üçün danışdım" deyər, "sevdiyim üçün bunu edirəm" deyər. Sitatlar
Münafiq aqressivləşəndə çox alçaq və şeytani üsuldan istifadə edər. Müsəlmanları haqsızlıq edən, zülm edən, ağılsız hərəkət edən insanlar kimi göstərər. Özünü də tədbirli, ağıllı, vicdanlı, doğru yolda göstərər. Sitatlar
Münafiq yalnız peyğəmbər və yaxud imam, o dövrdə müsəlmanların mühüm mərkəzi gücü kimdirsə diqqətini onun üzərində cəmləşdirər. Şeytan diqqətini yayındırmaz. Bütün diqqətiylə həmin insana qarşı təcavüzkarlaşar. Sitatlar
Qurana görə münafiqlərin hədəfi bütün müsəlmanlar olmur. Bu çox mühümdür. Peyğəmbər, imam, müsəlmanların lideri kimdirsə o; ən təsirli olduğunu gördüyü insan kimdirsə ona ilişər münafiq. Yəni ən böyük düşməni, ən böyük hədəfi odur. Sonra da peyğəmbərlərin, imamların (artıq o dövrün lider insanı kimdirsə) ən güvəndiyi insanlara ilişər münafiq. Sitatlar
Münafiqdə həmişə gəzmək instinkti var. O daxili sıxıntısını bəhanə edər. Məsələn, ticarəti bəhanə edər, ailəsini bəhanə edər. Münafiqin qəlbi heç cür rahat olmaz. Lakin sıxıntısı da üstündədir, çiynindədir. O sıxıntıdan qaçar, sıxıntı da onu qovalayar. Sitatlar
Münafiq müsəlmanlardan uzaq olmağı öz aləmində ayıqlıq zənn edər və axmaqcasına bu oyunu da müsəlmanların görmədiyini zənn edər. Bunu müsəlmanların qəbul edəcəyini, Allahın da qəbul edəcəyini düşünər. Müsəlmanları da, haşa Allahı da aldatdığını zənn edər. Sitatlar
Hər dövrdə, peyğəmbərlərin dövrlərində də həmişə bu cür "ərköyün uşaqlar" vardı. Küçədən qorxduğu üçün, ailəsindən qorxduğu üçün, atasından, anasından, mənfəətlərindən, işini itirməkdən, oxuduğu təhsil müəssisəsini itirməkdən qorxduğu üçün peyğəmbərlərin yanına yanaşmadılar. Mümkün qədər qaçaraq, uzaq yaşayaraq, arada bir gələrək əlaqə qururdular. Bu arada bir gəlmənin səbəbi də axirətdə, haşa Allahı aldada biləcəklərini düşünürdülər. Sitatlar
Münafiq çox məqsədəuyğun, gözəl, faydalı danışdığına inanar. Yəni hər şeyi, sözü yerli-yerində danışdığını zənn edər. Halbuki kənardan baxan heyrət içində qalar. Yəni qeyri-sabitliyinə heyrətlənər. Lakin bunu görə bilməz münafiq. Məsələn, ağılsızlığını görə bilməz. Yəni əqli sağlamlığının yerində olmadığını görə bilməz. Sitatlar
Münafiqin sözləri sərxoş kimidir, çox tutarsızdır. Lakin onun dəli dünyasında bunu görməsi qeyri-mümkündür. Şizofreniya məntiqi var. Şizoid şəxsiyyətlidir, manyak kimi danışar, lakin qeyri-sabitdir, görə bilməz. Sitatlar
Münafiqin əsil istəyi Allah olmaq və Allahdan daha böyük olmaqdır. Münafiqin əsil ehtirası budur. Buna görə də, bütün müsəlmanları çox ağılsız görər, özünü çox ağıllı görər və çox gözəl danışdığını zənn edər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur