logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 aprel 2015

avatar

Adnan Oktar

Mehdi (ə.s)-a tabe olan hər kəs, müttəqi olan hər kəs Mehdi (ə.s) tələbəsidir və Allahın təqdiri ilə cənnət əhlidir. Peyğəmbərimiz (s.ə.v) o 313 tələbənin əsas rol oynayacağını söyləyir.
A9 TV; 19 aprel 2015
2514
avatar

Adnan Oktar

Sənin ağlın, vicdanın gözəldirsə, onsuz da Allah taleyində qarşına gözəl bir insan çıxardar. Allah hz. Süleyman (ə.s)-ın qarşısına niyə o qədər gözəl şeylər çıxartdı? Hz. Süleyman (ə.s) o gözəl şeyləri səy göstərərək, çalışaraq əldə etmədi. Sadəcə təqvasından ötrü Allah ona verdi.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Din asanlıqdır. Allah; "sizi asan şeydə uğurlu edəcəyəm" deyir, "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. Hz. İbrahim (ə.s)-ın dini kimi asandır.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Namazda vəsvəsəyə qapılmamaq lazımdır. Çünki sən namazdan çəkinmirsən. Dəstəmazdan da çəkinmirsən. Dəstəmaz almağa getdiyinə görə, deməli çəkinməmisən. Əlini üzünü yuyursan. Nə lazımdırsa edirsən. Onda niyə narahat olmalısan ki?
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu yoxdursa, sevgi də yoxdur.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar. Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır. İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə, insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Türkiyəni bölməyə cəhd edərlərsə qiyamət qopar. Ağıllarını başlarına yığsınlar. Heç kim Türkiyəni asan əldə olunan görməsin. Alçaqlıq etmələrinə izin vermərik. Türkiyənin bölünməsinə izin vermərik. Türkiyəni bölünməyə aparan şeylərə də izin vermərik. Məsələn, federasiya; rəsmi surətdə bölmək deməkdir. Buna da izin vermərik. Prezident idarəetmə sistemi və federasiya bir biriylə yaxın şeylər isə, onu da qəbul etmərik.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Qərbli böyük güclərin hədəfi, Türkiyənin federativ ərazilərə ayrılması, Cənub-Şərq bölgəsinin ayrılması, kommunist dövlətin yaranması, Antalya, İzmir və İstanbulun ayrılmasıdır, Allah qorusun. Bu oyunların sıxlaşdığı dövrdə; möhkəm şəkildə bir-birimizə birləşməli, heç vaxt güzəştə getməməli, birlik və bərabərliyimizi qorumalıyıq.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Qərbli güclər Sevr müqaviləsindən sonra Türkiyəni parça-parça etməyə qərar veriblər. Sevr müqaviləsinin tətbiq olunması mövzusunda çox qərarlı davrandılar, imtina etmədilər. Buna görə də prezident idarəetmə sistemini tam biçilmiş libas kimi görürlər.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Hal-hazırda Türkiyə üçün ən böyük təhlükə prezident idarəetmə sistemidir. Çünki biz, Türkiyəni bölməyə çalışdığı, hər hansı bir cəhd göstərdiyi təqdirdə qanunla, hüquqla PKK-ya lazımi qarşılığı verərik. Amma prezident idarəetmə sistemi hakim olduqdan sonra edəcək bir şey yoxdur. Türkiyə böyük bir fəlakətə, vətəni parça-parça edəcək bir sistemə sürüklənmiş olur.
A9 TV; 19 aprel 2015
avatar

Adnan Oktar

Təbliğ edən möminə lağ edən kimsə, onsuz da sərt təsirə məruz qaldığı üçün lağ edir. Yoxsa niyə mübarizə aparsın ki. Təsirə məruz qalmasa ona qarışmaz, çıxıb gedər, işinə gücünə baxar. Lağ etməsi özünə təskinlik verməsi üçündür. Çünki içindəki vicdanı onu sıxmağa başlayır. Bu küfrün aldığı bir tədbirdir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Təbliğ edərkən savabın üçdürsə, lağa qoyularkən davam etsən otuz olar. Lağın dərəcəsi böyükdürsə üç yüz olar. Olduqca böyükdürsə üç min olar. Sənin məqsədin nədir? İbadət deyildirmi? Allah sənin üçün ibadət yaradır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir. Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat- qat artır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır, Allahın təcəllisini görüb sevmək vardır.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Möminlərin imtahanı həqiqətən çətindir. Yəni asan imtahan, müsəlman üçün alçaldıcıdır, həqiqətən onun üçün çox acı bir vəziyyət vardır, bir qəribəlik vardır. İmtahanı nə qədər çətindirsə o qədər məqbuldur.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir. Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir. Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək istəyir.
A9 TV; 17 aprel 2015
avatar

Adnan Oktar

Səbir ibadətdir. İbadət olaraq gözləməyə səbir deyilir. Dözümlülükdə, yalnız insan dözür. Səbir ibadətin adıdır. Yəni namaz kimi ibadət adıdır.
A9 TV; 17 aprel 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Tövratda Axırzamanda bütün bölgə ərazisinin müsəlmanların idarəsi altına   keçəcəyini ifadə edir. Allah: ''Nildən Fərata qədər, Məkkə, Mədinə, hamısı daxil olmaqla,   Aralıq dənizi, Kipr, böyük bir ərazidə hakimiyyət sizin əlinizdə olacaq'' deyir və başçınız   da Davud (ə.s) nəslindən gələn biri olacaq deyir. Həmin adam da Mehdi (ə.s)-dır. Sitatlar
Mehdi (ə.s) çox açıqdır, çox bəllidir. Açıq şəkildə haqsızlığa uğrayacaq, açıq şəkildə   əziyyət çəkəcək. Amma insanların qəlb gözü kor olacaq, görə bilməyəcəklər. Bu çox   təəccüblüdür. Görünməmiş zülm həyata keçiriləcəkdir, insanlar isə sonradan; "bu zülm   gözümüzün qarşısında həyata keçirildi, biz bunu necə görə bilmədik, qəlb gözümüz   necə kor oldu" deyəcək. Sitatlar
Bütün dünya ölkələri darvinizm əsasında; "Allah yoxdur, peyğəmbər də yoxdur" deyir.   "Bütün haqq kitablar da yalandır" deyir. Mərakeş, Tunis, Əlcəzair, Misir, hamısı.   Qiyamətin qopmaması möcüzədir. Allah dünyanı hal-hazırda Mehdi (ə.s) vəsiləsiylə   ayaqda saxlayır. Sitatlar
Mehdiyyət dövründə həddindən artıq saxta mehdilər və saxta İsalar ortaya çıxacaq.   Saxta mehdilərin ən əhəmiyyətli əlaməti, açıq-aydın şəkildə mehdi olduqlarını müdafiə   etmələridir. Sitatlar
Mehdi (ə.s)-a tabe olacaqlar, İsa Məsihə tabe olacaqlar. Dünya başsız olduqda divanə   olar. Başa düşülməyəcək bir tərəfi yoxdur. Sitatlar
İranı da Mehdi (ə.s) xilas edəcəkdir. Allah şiələrə bu qədər sevdirmişdir, Mehdi (ə.s)-ın   dəyərini ən yaxşı bilənlər yenə onlardır. Mehdi (ə.s)-a sarılsınlar. Ayda ildə bir dəfə   Mehdi (ə.s)-dan bəhs edirlər, bu çox pisdir. Xüsusilə də dövlət başçıları “Mehdi” adıyla   yeri göyü inlətməlidirlər. Sitatlar
Mehdi (ə.s) müasirliyi, gözəlliyi, sevgini, dostluğu, qardaşlığı gətirəcək. Müsəlmanların   üzərindəki zəncirləri yox edəcək. Səhabə dövründəki İslam anlayışını gətirəcək. Dünya   cənnətə dönəcək. Maneə törətməyə çalışsalar da, bu olacaq. Allahın “Cabbar” adıyla bu   gözəl nəticə meydana gələcək. Sitatlar
İranda olduğu kimi quyunun dibində Mehdi axtarmaq, həm də Mehdini rədd etmək çox  yanlış şeylərdir. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in açıq-aydın hədislərində səmimi   vicdanla axtarılmalıdır. Sitatlar
Müsəlmanlar Mehdi (ə.s) olmadan birləşə bilməzlər. Sitatlar
Mehdi (ə.s)-a qarşı olduqda Allah bəlanı min dəfə daha artırar. Allah bütün İslam aləmini   məhv edir, qırıb dağıdır. Mehdi (ə.s)-ı qəbul etsələr, həmin gün hər yer nurla dolar.   Əsas məqam Mehdi (ə.s)-dır. Sitatlar
Allah İslam barəsində nə deyir? "Hz. İbrahimin dini kimi asandır". "Allah sizin üçün   çətinlik diləməz, asanlıq diləyər" deyir. Mehdi (ə.s) asanlaşdıracaqdır. Necə   asanlaşdıracaq? Görünməmiş şəkildə asanlaşdıracaq. Din asanlaşacaq, zəncirlər   açılacaq. Çox asan bir din meydana çıxacaq. Bu din hansı dindir? Qurandakı din. Sitatlar
Gələcək olan Mehdi (ə.s), İslamı yenidən dirçəldərkən asanlaşdırmaqla dirçəldəcəkdir.  Dini asanlaşdıracaq, xurafatçıların vurduğu zəncirləri insanların üzərindən açacaqdır. Sitatlar
Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin   yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində   olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz   getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər. Sitatlar
Mehdiyyətə sakit, ən başdan qoşulmaq çox daha məqbuldur. Məsələn, sonradan Peyğəmbərimiz (s.ə.v)-ə qoşulan qruplar olmuşdur, amma onları qazandığı savab çox azdır. İlk qoşulanların savabı çoxdur. O ilk 313 nəfər, Bədr əhlinin sayı, onlar çox əhəmiyyətlidir. Sitatlar
Həqiqi Mehdi (ə.s) zəif bir gücə sahibdir. Yəni kiçik bir camaatı, kiçik bir birliyi vardır.   Allah kiçikdən böyüyü hazırlamağı, böyük şeyləri yaratmağı çox sevir. Məsələn, Allah   15-20 il müddətində kiçik bir toxumdan, balaca bir əncir çəyirdəyindən 25-30 metr   hündürlüyündə bir ağac meydana gətirir və ondan da yüz minlərlə meyvə verir. Sitatlar
Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar. Sitatlar
Gənc qızlar gəncliyini, cavanlar cavanlığını yaşayacaq. Mehdi (ə.s) qrupu insanları sanki məzardan çıxaracaq. Hədisdə Mehdi (ə.s) üçün "məhv olmuş dünyanı yenidən canlandıracaq" deyir. Sitatlar
Axırzamanın Bəni-İsraili (İsrail soyu) Mehdi (ə.s) və tələbələridir. Tövratda Bəni-İsrail deyə baxdığımızda ağılımıza ilk gələcək olan Moşiyah Mehdi və tələbələridir. Həqiqi Bəni-İsrail onlardır. Sitatlar
Mehdi (ə.s) tələbələri Allahın hifzi altındadır. Sitatlar
Mehdilik çox kiçik bir qrup olduğu və əleyhdarı çox olduğu halda, ən başda dərin dünya dövlətləri, mövhumatçılar, müşriklər, münafiqlər hamısı qarşı olduğu halda, heç kim dayandıra bilmir. Məhz mehdiyyətin möcüzəvi tərəfi budur. İmam Mehdi (ə.s) və tələbələri məğlub edilə bilmir. Məğlub olmaq talelərində yoxdur. Sitatlar
Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir. Sitatlar
Hz. Mehdi (ə.s)-ın camaatına da şübhə ilə baxacaqlar. Bütün İslam aləmi səviyyəsində həmdə. O şübhəyə görə də yalnız 313 adam olurlar. Sitatlar
Mehdiyyət şəxsi mənəvi deyil. Mehdi şəxsdir, tələbələri vardır. Amma şəxs və tələbələri təbii ki, şəxsi mənəvi meydana gətirərlər. Sitatlar
Allah təkcə hz. Mehdi (ə.s)-ı deyil, tələbələrini də onunla birlikdə göndərir. İnsanlar Allahın hz. Mehdi (ə.s)-ı tək göndərəcəyini zənn edirlər. Amma elə deyil. Allah hz. Mehdi (ə.s)-ı 313 nəfər tələbəsi ilə birlikdə göndərir. Sitatlar
Bir çox insan cinlərdən dəhşət qorxur. Cin heç bir şey etməz, sənə nə edə bilər? Cinlər   Allahın nəzarəti altındadır. Şirk qoşur, cinin Allahdan müstəqil bir şey edəcəyini zənn   edir. Cinə o gücü verən Allah deyilmi? Taleyində olmayan bir şeyi cin necə edə bilər? Sitatlar

Alıntı Görseli Oluştur

Kontur