logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 avqust 2016

avatar

Adnan Oktar

Mehdi qanı dayandıran insandır. Qanın axmasını, müharibələri, vuruşmaları, günahsızların qətlə yetirilməsini dayandıran insandır.
A9 TV; 9 avqust 2016
2311
avatar

Adnan Oktar

Türkiyənin İsraillə münasibətlərinin də düzəlməsi üçün çox mühüm işlər gördük. Sülh üçün, dostluq üçün zəmin yaratdıq.
A9 TV; 9 avqust 2016
avatar

Adnan Oktar

Mühüm məsələlərdə ictimai zəmin yaratmaq, ictimaiyyətə müsbət təlqinlər etmək çox əhəmiyyətlidir. Allaha şükür Allah fəaliyyətlərimizi vəsilə edir.
A9 TV; 9 avqust 2016
avatar

Adnan Oktar

Ən gərgin dövrlərdə belə Türkiyə təyyarə böhranı üçün üzr istəsin, Rusiya ilə dost olaq dedik. Pravdada mövzunu izah edən yazılarım dərc olundu.
A9 TV; 9 avqust 2016
avatar

Adnan Oktar

Rusiya ilə Türkiyənin ortaq müdafiə paktı meydana gətirməsi çox gözəldir. İran və Azərbaycan da bu ittifaqa qoşulsa bölgə üçün çox gözəl olar.
A9 TV; 9 avqust 2016
avatar

Adnan Oktar

Bir insan yalnız Allahın rizasını istəsə, bəzi şeylərdən məhrum qaldığını düşünsə belə dünyanın ən xoşbəxt, sevgini ən gözəl yaşayan insanı olar.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Münafiqlərin əxlaqsızlığı ilə Peyğəmbərimiz (s.ə.v)-in əxlaqının gözəlliyi arasındakı ziddiyyət zibilliyin içində almazın parıldaması kimidir.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Münafiqlər öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-ə zərər vermək üçün nifrət dolu baxır, narahat etməyə çalışırdılar. Münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-in yanında olmalarının səbəbi əleyhinə istifadə edə biləcəkləri məlumat əldə edə bilmək, fitnə törədə bilmək idi. Hiyləgərcəsinə Peyğəmbər (s.ə.v)-i izləyir, Peyğəmbər (s.ə.v)-dən müsəlmanların əleyhinə məlumat ala bilmək istəyirdilər. Həmişə baxışlarında pislik var idi.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Münafiqlər və kafirlər, Allahın, möminlərin mənəvi məqamını ucaltmaqda istifadə etdiyi iki dəstədən biridir.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

İslam Birliyinə, Quranın kafiliyinə, İsa Məsihə, mehdiyyətə qarşı çıxan kəs, Allaha qarşı çıxmış olar. Allah bunun əvəzini çıxar.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Qüds, Məkkə, Mədinə mübarək diyarlardır. Adlarını eşitmək belə qəlbə rahatlıq verər. Qüdsdə inşaAllah hz. Süleymanın məscidini yenidən inşa edəcəyik. Hər yeri meyvə bağçası edəcəyik, hər yer tərtəmiz gül kimi olacaq. İnşaAllah susuzluq problemi bitəcək, Qüdsdən çay keçəcək.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Silahsız insanı gülləbaran etmək, tankın altında əzmək alçaqlıqdır. Dövlət çevrilişi edən qatillərin sadist və zalım olduqlarını bütün dünya gördü.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Dövlət çevrilişi ilə hökuməti dəyişdirməyə cəhd etmək, millətə zor tətbiq etmək, qətliam siyahıları hazırlamaq harada qəbul edilər? İslamda məcburiyyət yoxdur. Dövlət çevriliş edərsən, bütün millət sənə nifrət edər. İslamın ruhunda sevgi ilə insanların könlünü qazanmaq var, məcburiyyət yoxdur.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Müasir olmaq, keyfiyyəti axtarmaq, incəsənət və estetikanı ön planda tutmaq ön planda olarsa, Türkiyə çox güclü olar. İncəsənət azadlıq, keyfiyyət və qadın hüquqlarının olduğu, qadınların azad yaşadığı ölkələrdə dövlət çevrilişi zehniyyəti formalaşmaz.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Rumilik fəlsəfəsi bir növ gizli dinsizlik kimidir: Məsnəvini Qurandan üstün hesab edər, şərab halaldır deyər, Allahın haram etdiyi homoseksuallığı qanuni hesab edər. Bu fəlsəfə İngiltərə dərin dövləti tərəfindən İslama qarşı müdafiə olunur. Bir çox insan bu cəhətini bilməz. Mövlanaya aid olduğu iddia edilən kitablarda qeyd olunan bəzi hissələr rumilik fəlsəfəsinin təməlidir. Bunlar sonradan əlavə olunmuş da ola bilər.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Ağaclar baharda gəlin kimi bəzənir. Hamısının səyi çox gözəldir. Çiçəklər ayrı gözəldir, vitamini, ləzzəti ilə meyvələri ayrı nemət. Hər meyvə də içində hədiyyəsi ilə birlikdə çəyirdəyi ilə gəlir. Çəyirdək içində xüsusi pərdə və qablaşdırma ilə ağaca dair hər məlumat olur.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

İnsan ağlı qəflətə çox meyillidir. Tək bir saç telində o insanın eynisi var, o insana dair bütün məlumatlar var. Lakin qəflətlə baxan düşünə bilmir.
A9 TV; 8 avqust 2016
avatar

Adnan Oktar

Münafiq dərin dövlətlərə qarşı çox hörmətkar və tərəfdaş üslubdan istifadə edər, çünki onların güc sahibi olduğuna inanar. Müsəlmana qarşı isə namərddir.
A9 TV; 7 avqust 2016
avatar

Adnan Oktar

Münafiqin içində həmişə fırtınalar qopar, ağzından kin daşar. Qəlbindəki qəzəb və kin isə daha böyükdür.
A9 TV; 7 avqust 2016
avatar

Adnan Oktar

Münafiq zehniyyət tələ qurdu, lakin tələləri tərsinə döndü. Bir gecədə bütün millət qurğuşunla qaynadılmış binalar kimi birləşdi, qardaş oldu
A9 TV; 7 avqust 2016
avatar

Adnan Oktar

Münafiqləri də, qurduqları tələləri də yaradan Allahdır, bu tələləri başlarına keçirən də Allahdır.
A9 TV; 7 avqust 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdi layihə və planla olmaz. Allah taledə kimi Mehdi olaraq yaradıbsa, o insan Mehdidir. Sitatlar
Dəccal, Süfyan, Kahtani və Mehdi bu şəxslərlə əlaqədar hədislər reallaşmadan tanınmazlar. Sitatlar
Saxta Mehdi hərəkatlarına qarşı Mehdi əleyhdarı olub mübarizə aparmaq olmaz. Saxta mehdilərə qarşı həqiqi mehdiyyət vasitəsilə mübarizə aparmaq lazımdır. Sitatlar
İmam Sadiq belə buyurdu: İki körpü əngəlləndiyi vaxt, məhz bu Əhli-Beytdən qaim Mehdimizin zühur vaxtıdır. (Melaim vel Fiten, İbni Tavus, 181) Sitatlar
Kahtani həm Mehdidən əvvəl gələn şəxs mənasındadır, həm də qıtlıq, bəla, uğursuzluq mənasındadır. Kahtan, bəla gətirən mənasına da gələr, müharibə və qiyamdan ötrü yaranan fəlakət, qıtlıq və bəla mənası daşıyar. Sitatlar
Bədiüzzaman çox gözəl fəaliyyətlər göstərmiş, eləcə də, özündən 100 il sonra gələcək hz. Mehdini də əsərlərində müjdələmişdir. Sitatlar
Mehdi (ə.s) Allahdan qorxan, qan axıtmayan, acizliyini bilən, Allahın məzlum quludur. Hz. Mehdi (ə.s) siyasətə əsla qarışmaz, sevgi insanıdır, sevgidən, mərhəmətdən, dostluqdan və sülhdən danışar. Sitatlar
Hal-hazırda dəccaliyyət ilə mehdiyyət ağlasığmaz şəkildə mübarizə aparır. Dəccalın gücünün çatmayacağı yeganə insan Mehdi (ə.s)-dır. Sitatlar
Mehdi (ə.s), Cəbrayıl, Mikayıl və İsrafil tərəfindən üç cəbhədən qorunar və 3000 mələk də Mehdini, hər müxalif edənə qarşı qoruyar. Sitatlar
Mehdi deyildiyi zaman, düşüncələrində fərqli bir şey canlandıra bilərlər, Mehdi siyasətə əsla qarışmaz, siyasət bütün təşkilatlarıyla işləməyə davam edər. Mehdi yalnız sevgi, qardaşlıq, dostluq üzərində dayanacaq. Sitatlar
Hədislərdə Mehdi dövründə bir qadının Şama heç qorxmadan təkbaşına səyahət edə biləcəyi bildirilib. Mehdi dövründə hər qadın azad olacaq, qorunacaq, heç birinin gələcək qorxusu olmayacaq, ailə təzyiqi, ər təzyiqi olmayacaq. Qadınlar hər mövzuda hər cəhətdən rahat olacaqlar. Sitatlar
Mehdi qadınlara eynilə Peyğəmbərimiz (s.ə.v) kimi dəyər verəcək, onları çox sevəcək, qoruyacaq, azadlıqlarını zəmanət altına alacaq. Sitatlar
Mehdi qan axıtmaz. Mehdi sevgi insanıdır. Tövrat, Zəbur və hədislərdə Mehdinin heç qan axıtmayacağı bildirilib. Sitatlar
Bir insan mehdilikdən, məsihlikdən istifadə edib qan axıdırsa o mütləq dəccaliyyətdir. Mehdi tək damla qan tökməz. Sitatlar
Hz. Mehdi, döyüşləri və axan qanı dayandıracaq insandır. Hz. Mehdi dövründə silahların hamısı qalxacaq, bir damcı qan belə tökülməyəcəkdir. Sitatlar
Kim döyüşü qızışdırsa ona simpatiya duyarlar. Kim qan tökülməsini təşviq edirsə ona məhəbbətlə baxarlar, onu qiymətli görürlər. Bu da şeytanın təşviqi ilə olur. Sitatlar
Kəsib biçən dəccaldır. Qanı dayandıran Mehdi (ə.s)-dır. Qanı, zülmü dayandıran, müsəlmanları birləşdirən Mehdi (ə.s)-dır. Sitatlar
Hz. Mehdi (ə.s)-a tabe olunanda və bununla Allahın sözünə əməl ediləcəyi üçün Allah axan qanları dayandıracaq. Sitatlar
Bütün dünyada radikal İslamın şiddəti ancaq mehdiyyətlə dayandırıla bilər. Hz. Mehdi (ə.s)-ın bir sifəti də Mehdiy-ul dəm, yəni "qan dayandıran Mehdi"dir. Sitatlar
Dəccal qan tökərək gəlirsə Mehdi (ə.s) qan dayandıraraq gəlir. Bu da ikisinin arasındakı fərqdir. Sitatlar
MARKSİZM, LENİNİZM QANSIZ OLMAZ. Qan, şiddət və terror Leninizm, Marksizmlə bir –birinə bağlıdır. Sitatlar
Qanla  heç bir nəticə almaq olmaz. Sülhlə, sevgi ilə, dostluqla, mehribanlıqla, yaxşılıqla, Allah qorxusu və Allah sevgisi ilə məqsədə çatmaq olar. Sitatlar
Bombalama, asmaq, kəsmək kimi mübarizə üsulları heç vaxt xoş qarşılanmayıb. Ağıllı izahatla, elmlə, sevgi ilə, biliklə, sənətlə məsələləri həll etmək lazımdır. Sitatlar
Haqsız yerə qan tökmək böyük zülm və qəddarlıqdır. Belə insanlar cənnətə girə bilməzlər. Kafirlər, təcavüzkarlar, insanlara nifrət edən, insanları sevməyənlər Allahın diləməsi ilə cənnəti unutsunlar, inşaAllah. Sitatlar
İngiltərə dərin dövlətini elmlə, irfanla bu qədər ifşa edib fikrən əzməsəydik ölkəmizi bölmək kimi hər cür pisliyi edəcəkdilər. Lakin millətimizin imanlı gəncləri və igidləriylə hamımız birlikdə bu oyunu puç etdik. Gələcəkdə bunun kitabı yazılacaq. Xainlərin, yaxşı niyyətli biri kimi görünüb alçaqlıq edənlərin kimlər olduğunu gələcəkdə hər kəs öyrənəcək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur