logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 aprel 2013

avatar

Adnan Oktar

Mələklər imani, Quranla bağlı söhbətləri çox sevərlər, ona qibtə edərlər. Ən sevdikləri şeylərdən biri də belə mühitlərdir.
A9 TV; 21 aprel 2013
1656
avatar

Adnan Oktar

Söyməklə, təhqir etməklə olmaz, fəlsəfə ilə fikir arasındakı fərqi adam bilmirsə, qanun, hüquq onu öyrədər.
A9 TV; 21 aprel 2013
avatar

Adnan Oktar

Elə düşünürlər ki, biz fikrə, düşüncəyə, fəlsəfəyə qarşıyıq. Ədəb-nəzakətinlə istədiyin fikri müdafiə edə bilərsən. Sənə kimsə etiraz edə bilməz. Fikir olaraq istədiyini söylə. Lakin təhqir etməyə hüququn yoxdur. Heç bir Avropa ölkəsində buna icazə verilməz.
A9 TV; 21 aprel 2013
avatar

Adnan Oktar

Adam inanmaya bilər, inanmadığını söyləyə bilər. Kimsə buna bir söz deməz. Amma söysə, təhqir etsə, bunu qəbul etmərik. Haşa və haşa, Allaha, dinə, müqəddəs olanlara, özümüzə qarşı təhqir olunmasına yol vermərik. Kimsə bizi belə bir təhqirə alışdıra bilməz.
A9 TV; 21 aprel 2013
avatar

Adnan Oktar

Böyük canlı günlərin ərəfəsindəyik. 2013-2014-ci illərdə böyük hadisələr baş verəcək. Bu qarşıdakı günlərdə bu yüksəliş davam edəcək. İnsanlıq hz. Mehdi (ə.s)-ı, hz. İsa Məsih (ə.s)-ı tapmağa məcbur olacaqlar, inşaAllah.
A9 TV; 15 aprel 2013
avatar

Adnan Oktar

Sevginin, məhəbbətin azalması, ürəyindən insanlara olan məhəbbətin itməsi onu insan olmaqdan çıxardar, məxluq halına gətirər.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Federasiya sevgisiz insanların eqoist yaşamaq istəyidir.
A9 TV; 8 may 2013
avatar

Adnan Oktar

Yusuf (ə.s)-a hiylə edildiyinə görə Mehdi (ə.s)-a da ediləcək. Onsuz da Yusuf surəsi Mehdi (ə.s)-a ediləcək hücumları simvolik olaraq izah edən ayələrdir.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Təmizlənmə nə deməkdir? Lazımsız artıq şeylər vardır ki, təmizlənər, saflaşar. Mehdi (ə.s) da bunları təmizləyəcək: xurafatçıların xurafatlarını müsəlmanların üstündən təmizləyəcək. Şeytanın oyunlarını müsəlmanın üstündən qaldıracaq. Yerdə qalan saf vəhydən ibarət olacaq.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Elmsizlik kommunizmi, faşizmi, vəhşi kapitalizmi gətirər. Mədəni, məlumatlı bir adam o yollara girməz. Çünki elmi görsə Allahın sənətini görər. Allahın sənətini görsə Allaha aşiq olar. Allaha aşiq olan Allahdan qorxar, Allahı sevər. Qurana tabe olar. Dünyanın ən mükəmməl, ən yaxşı insanı olar, inşaAllah.
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Ziyalı Türkiyə demək kommunizmə, faşizmə, vəhşi kapitalizmə qarşı Türkiyə deməkdir. Təhsilli, elmli bir adam necə darvinizmə, materializmə inansın, kommunist olsun?
A9 TV; 7 may 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın səhv etdiyini zənn etdiyin yerdə o doğrunu etmiş olur. Deyirsən ki, böyük səhv etdi, amma doğru olur. Çünki, Allahın hökmüdür: "Hər şeydə bir xeyir vardır". Hz. Mehdi (ə.s)-ın hər hərəkətində xeyir olur.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

İnsanlar elə zənn edir ki, hz. Mehdi (ə.s) müstəqil gücdür. Halbuki, hz. Mehdi (ə.s) kölgə bir varlıqdır. Allahın idarəsindədir, İslamın hakimiyyətinə Allah onu vəsilə edir, vəssalam. Başqa bir gücü yoxdur. Bütün güc Allahındır. Hz. Mehdi (ə.s)-ın hər addımını, hərəkətini, danışığını, hər hərfini Allah yaradar. Hələ anasından doğulmamışdan əvvəl nə danışacağı müəyyən idi.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Qədər təsadüflər nəticəsində getməz. Qədər Allahın planladığı şəkildə Allahın yaratdığı şəkildə axar. Buna görə başıboş gedən bir qatar, haradan uçacağı müəyyən olmayan bir şey, belə bir quruluş yoxdur. Bu qatarın hara gedəcəyi müəyyən, hansı stansiyalarda olacağı müəyyəndir. Peyğəmbərimiz (s.ə.v) açıqlamış və həmişə oralardan keçir, başqa yerdən keçə bilməz.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Amerika istədiyi qədər parçalamağa çalışsın. Sən ürəkdə birləşdikdən sonra Amerika sənə lap on xətt çəksin, xəttin üstünə basıb keçərsən.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hz. İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-ın ayrı-ayrı olması qəribə görünməsin. Əslində bunların hamısı bir birlikdir. Hz. Mehdi (ə.s) başdır, imamdır, hz. İsa Məsih (ə.s) onun vəziridir. İki fərqli qoldan fəaliyyət göstərirlər, lakin bir birlikdir.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Qurtuluş hz. Mehdi (ə.s) ilə mümkündür. Məntiqli, ağıllı olan da budur. Çünki, tək bir beyin, tək bir ağıl hər şeyi yığışdıra bilər. O oradan çəkər, əgər çəksə, anarxiya olur. Yəni, bir nöqtəni müəyyən bir yerdən çəksən, müəyyən bir nöqtəyə doğru gedər. Dörd adam ayrı nöqtədən çəksə, parçalanar. İndiki sistemdə elə olur.
A9 TV; 3 may 2013
avatar

Adnan Oktar

Hüququ öldürməyə, tapdalamağa çalışan insanlara qarşı qismən də olsa səssiz qalmaq anarxiyanın yaranmasına səbəb olar.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

İslamiyyət müsəlman olmayanı da, ateisti də qoruyan bir dindir. Müşriki də, bütpərəsti də qoruyan bir dindir. Buna görə şəfqət, mərhəmət, müdafiə edən təməli olduğu üçün İslam əsas olur. İslam olmasaydı, onsuz da darmadağın olardı. "Türk milləti" deyə bir millət qalmazdı, parça-parça, darmadağın olardıq.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Türk polisinin xüsusiyyəti odur ki, hamısı vətənpərvərdir. Hər biri bölünməyə qarşıdır, əlhəmdülillah. Bir dənə muxtariyyət və s. qəbul edən polis tapa bilməzsən. Əsgər də elədir. Millətimiz də elədir, maşaAllah.
A9 TV; 2 may 2013
avatar

Adnan Oktar

Ələvi demək Allah aşiqi, hz. Əli (r.ə), əhli-beyt aşiqi deməkdir. Sevgi dolu insan deməkdir. İnsanları, uşaqları, yaşlıları sevər, musiqini sevər, gözəl sözlər söyləyər, hikmətli danışar. Davakar olmaz. Onlar sülh, hikmət insanlarıdır.
A9 TV; 6 may 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mələklər Allah adına səy göstərmək üçün yer üzü ilə həmişə əlaqədədirlər. Yəni, mələklərin ən çox diqqət etdikləri məsələ odur. Mələk boş işlə məşğul olmaz. Boş adamlarla da məşğul olmaz, maraqlanmaz. Mələklər təbliğ edilən, söhbət edilən yerlər, Allah adına cəhd göstərilən yerlərdə cəmləşərlər. Sitatlar
Mələklər Mehdi (ə.s) ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrayıl (ə.s), Mikayıl (ə.s) həmişə yanındadırlar. Mehdi (ə.s)-ın heç xəbəri belə olmaz. Sağında, solunda Cəbrayıl (ə.s), Mikayıl (ə.s) ömrü boyu yanından ayrılmazlar. Sitatlar
Axirətdə mələklərin hamısını görərsiniz. Məsələn, söhbət zamanı necə yanınızda dayanmış, heyrətlənəcəksiniz, təəccüblənəcəksiniz. Haralarda dayanmışlar, necə seyr etmişlər, necə məmnun olmuşlar, necə xoşbəxt olmuşlar, hamsını görəcəksiniz. Allah Öz adına edildiyi üçün çox sevər, bəyənər. Sitatlar
Şeytani fəaliyyətlərlə mələklərin əlaqəsi olmaz. Daha çox günaha batmaları üçün onlarla şeytanlar maraqlanar. Sadəcə onların vəziyyətini təsbit edən mələklər vardır. Yəni, etdiyi əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsin. Allah bilir ki, mələyi vəsilə edər. Sitatlar
Quranda təkamüllə yaradılış yoxdur, bir an içində yaradılış vardır. Hz. Musa (ə.s) əsasını atır və əsa tam təşəkküllü ilana çevrilir. Hz. İsa (ə.s) palçıqdan bir quş düzəldir, üfləyərkən quş uçur. Mələklər və cinlər də təkamüllə yaradılmamışdır. Sitatlar
Allah milləti hidayətlə, nuru ilə qucaqlamışdır. Millətin üzərində nurdan zireh çəkilib. Millət Allahın nuru ilə qorunur. Mələklər, hz. Xızır (ə.s) təhlükədən qoruyur. Sitatlar
Mehdiyyət, Mehdi (ə.s) tərəfdarı məğlub olmaz. Mehdi (ə.s) tərəfdarı Cəbrayıl, Mikayıl və mələklər tərəfindən qorunar, kim olursa olsun. Allah tərəfindən Mehdi (ə.s)-ın əleyhinə olanlar da mütləq boğular. Sitatlar
Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var. Sitatlar
Uşaqlar mələk kimi günahsız olduğuna görə baxışları ruha şəfadır. Təmiz və günahsız baxış çox gözəldir. Sitatlar
Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi. Sitatlar
İsa Məsih 9313 mələklə göyə qaldırılır. 9313 mələklə yer üzünə enir. Eyni zamanda, bu 9313 mələk Mehdi (ə.s)-ın köməkçiləri olacaqlar. Sitatlar
Merac deyilən 3-cü ölçüdən 4-cü ölçüyə keçiddir. Kainatda ölçülər vardır. Biz üç ölçülü bir kainatdayıq. 4-cü ölçü var, indi onu görə bilmirik. 4-cü ölçüdəkilər bizi görərlər. Mələklər, cinlər bizi hal-hazırda izləyir. Amma biz onları izləyə bilmərik. Bizim onları görə bilməyimiz üçün nur olmamız lazımdır. Peyğəmbərimiz (s.ə.v)-də nur olaraq görmüşdür. Sitatlar
AXİRƏTLƏ ƏLAQƏDAR LƏTİFƏ, ZARAFAT DANIŞILMAZ. Axirəti niyə mövzuya qatırsınız? Bu mövzuya axirəti, müqəddəsatı niyə qatışdırırsınız?  BELƏ ETMƏKLƏ AXİRƏTƏ, MƏLƏKLƏRƏ QARŞI HÖRMƏTİ AZALDARSAN. Sitatlar
Hadisələr baş verərkən Allah mələklərini hər yerdə vəzifələndirir. Heç bir hadisə təsadüf  olaraq meydana gəlməz. Ölən hər kəsin canını Əzrail alar. Filankəsin canını alacağam   deyib, Allahdan izin alaraq gedər. Saatı, dəqiqəsi bəllidir. Sitatlar
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır. Sitatlar
İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər. Sitatlar
Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür. Sitatlar
Allah eşqi çox sevər, ehtirası çox sevər. Mələklər də sevir, lakin bunu Allah kafi görmür. Çünki mələk sevməyə məcburdur. Lakin əzab və əziyyət içində olan insanın Allahı sevməsi, Allahın ən bəyəndiyi şeydir. Sitatlar
Əzrail Allahın sevdiyi mübarək bir mələkdir. Əzraillə əlaqədar danışarkən çox hörmətli bir üslubdan istifadə edilməlidir. Sitatlar
Dünya dərin dövləti varsa, bir də Allahın yaratdığı dərin dövlət var. Bunun qətiyyən öhdəsindən gələ bilməzlər. Bunun içində Mehdi (ə.s) var, Xızır (ə.s) var, var da var, yəni mələklər var, cinlər var. Bu, güclərinin heç çatmayacağı metafizik qruplaşmadır. Sitatlar
Allah cənnət köşklərini, mələkləri, cinləri təkamüllə yaratmamışdır. İnsan da təkamüllə yaradılmamışdır. Quranda təkamüllə yaradılış yoxdur. Sitatlar
Hədisdə keçən Mehdiylə birlikdə olacaq mələklər hər kəsin açıqca görəcəyi şəkildə deyildir. Mələklərin açıqca görülməsi qiyamətdə olacaq. Sitatlar
Mələklərin, cinlərin, şeytanların yaradılmasında və axirətdə yenidən dirilmə olduqda təkamül yoxdur. İnsanın yaradılışında da təkamül yoxdur. Tapılan 700 milyon fosildə təkamülə dair tək bir dəlil yoxdur. Zülalın yaranmasında təkamülə dair dəlil yoxdur. Təkamül elmi olaraq yoxdur. Sitatlar
Mələklər və cinlər bir anda təkamülsüz yaradılmışdır. Axirətdə yaradılış təkamülsüz olacaq. Niyə dünyada insanlar təkamüllə yaradılmış olsun? İnsanların təkamüllə yaradıldığına dair nə elmi dəlil, nə də Quran ayəsi vardır. Quranda təkamül yoxdur. Allah, insanları ən gözəl surətdə “Ol” əmri ilə yaratdığını bildirmişdir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v); “Allahım mənə qardaşlarımı göstər” deyərək Mehdi və tələbələrini görmək üçün dua etmişdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur