logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 may 2015

avatar

Adnan Oktar

"Mən çox zənginəm" deyir. Sən necə zəngin ola bilərsən? "Yaxtam var" deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
A9 TV; 19 may 2015
1669
avatar

Adnan Oktar

Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur. Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli, azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə: “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin enişinə qarşı çıxırlar.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da çıxarışlar edirlər.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından istifadə edərək əlavələr edən kimsədir.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə, onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə, bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın tərifini bir sətirlə vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də; “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevilməsini istəyər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan: “Mənim malımdır, mənim mülkümdür” deyir. Sənin malın, mülkün yoxdur, hamısı Allahındır. Sən Allahın mülkünü qorumağa gəlmisən.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız, araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İran, Türkiyənin tezliklə dost olmalı ölkədir. Nə gözəl ki, müsəlmandırlar, nə gözəl ki, təqvalıdırlar. Nə gözəl ki, hərbi qüvvələri regionun ən güclü ordularından biridir. Nə gözəl ki, güclü dövlət quruluşu var.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi demək; Türkiyənin öz əliylə özünü bölməsi deməkdir. Allah qorusun.
A9 TV; 12 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah dünyanı süründürür, bütün dünya sürünür. Bu xüsusi olaraq yaradılır. Bəlkə də,   dünyanın kasıb olması üçün heç bir səbəb yoxdur. Torpaq sahəsi olduqca genişdir. Hər   cür əkin işi aparılacaq kimidir. Texnologiya, hər şey var. Allah, heyrət oyandıracaq   şəkildə iqtisadi böhran və aclıq meydana gətirir. Heç bir səbəb olmadan. Möcüzə olaraq   meydana gətirir. Çünki Allahı unudurlar. Allahı zikr etsələr olduqca böyük zənginlik   hakim olar. Sitatlar
Dünyada yoxsulluq lobbisi var. Bütün dünyanı xüsusi bir sistemlə yoxsul saxlayırlar. Bu,   100 ildən, 150 ildən bəri heç bir səhvliyə yol vermədən işləyən bir sistemdir. Bu sistem   təkcə Osmanlıların dövründə yox idi, Osmanlılara öz istəklərini zorla etdirə bilmirdilər. Sitatlar
“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək   üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab   çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində   qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini   həll edər. Sitatlar
Xüsusi yolla meydana gətirilən böyük bir yoxsulluq lobbisi var. Bu yoxsulluq lobbisini,   yoxsulluğu meydana gətirən sistemi Mehdi (ə.s) aradan qaldırır. O zaman dünya   avtomatik şəkildə, öz-özünə zəngin olur. Amma axırıncı dəfə zəngin olur. Sitatlar
Dünya səviyyəsində xüsusi bir yoxsulluq qruplaşması var. Bu qruplaşma böyük   dövlətlərin qabaqcıl şəxslərinin, tanınmış kapitalistlərin, bir çox mərkəzi bankın dəstəyi   ilə meydana gətirilir. Sitatlar
Dünyadakı yoxsul qruplaşmaları meydana gətirən sistem mehdiyyət dövründə sürətli   formada ələ keçiriləcəyi üçün, artıq yoxsul qruplaşmalar təşkil edilə bilməyəcək. Çünki,   yoxsul qruplaşmalar hal-hazırda təşkil edilərək meydana gətirilir. Sitatlar
Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: "Kasıb olduğun zaman səni varlı etmədim mi?" deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi. Sitatlar
Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. "Yemək, yoxsa sevgi?" desən, sevgi. "Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?" desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz. Sitatlar
İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar. Sitatlar
Silaha sərf olunan vəsait yoxsul insanlara sərf olunsa dünyada inanılmaz zənginlik yaşanar. Dünyanın hər yerində bolluq, var-dövlət olar. Silaha, insan öldürməyə pul xərcləyirlər. Mehdi (ə.s) dövründə silahlar aradan qalxacaq. Silaha sərf olunacaq pul xalqa, müsəlmanlara, yoxsullara, məzlumlara paylanacaq. Sitatlar
Hal-hazırda xəsisliyə görə bütün dünya sürünür. Çox az varlı insan vardır, dünya   əhalisinin 1%-i varlı, 99%-i isə kasıbdır. Ayənin bir təcəllisi olaraq dünya sürünür.   Xəsislikdən imtina etdikləri təqdirdə bütün dünya varlı olacaqdır. Sitatlar
Sitatlar
Əhli-Kitaba, xristianlara sahib çıxaq. Şəfqətlə yaxınlaşaq. Əməkdaşlıq ilə, xristianlarla, yəhudilərlə əl-ələ dəccaliyyəti mənəvi cəhətdən yox edəcəyik, inşaAllah. Onlar da Allah birliyini qəbul edirlər. Sitatlar
Amerikaya sahib çıxmaq çox ağıllı hərəkət olar, fikrimcə. Heç bir ölkənin yıxılmasını istəmək doğru deyil. Sahib çıxıb, düzəlməsini diləmək lazımdır. Məsələn, onlar böyük çinardırlar, suyunu verək, günəş şüasını təmin edək. Yarpaqları ilə böyüsün, dünya gözəl olsun. Onlar dünyanın bəzəyidir. Niyə o bəzəyi dünyadan götürək? Bu hər kəsin vicdan borcu olmalıdır. Sitatlar
İsrail Əhli-Kitabdır. İsrailin dindarları ilə ittifaq edib, dinsizliyi yer üzündən qaldırmağa cəhd göstərmək lazımdır. İsraillə sülh içərisində, qardaş kimi, dostcasına yaşamaq, onlara sahib çıxmaq, onların da fələstinlilərə sahib çıxması ən gözəl hərəkət olar. Bu da İslam Birliyi ilə olacaq, mehdiyyətlə olacaq. Moşiyahın çıxması ilə olacaq. Sitatlar
Cənab Dövlət Bağçalı vətənə sahib çıxan qiymətli şəxsiyyətdir. Sitatlar
Elmin sahibi Allahdır. Həqiqi müsəlman, alim olduğunu söyləməz. Sitatlar
İslam yoxsulları sevərkən, vəhşi kapitalist düşüncəyə sahib zənginlər nifrət edərlər. Sitatlar
Kommunist ideologiyaya sahib PKK qan tökür, dövlətimiz də, təbii ki, özünü müdafiə edir. Sitatlar
Əsəd deyilən bir güc yoxdur, Putin var. Putin Suriyaya dəstəyini çəkəndə rejim gedər. Suriyalı müxaliflər Putinə sahib çıxsınlar. Sitatlar
Fanatik düşüncəyə sahib bir qisim insanlar, müsəlmanlığı katolik rahib həyatı kimi görmək istəyirlər. Sitatlar
Bir çox insanın ürəyinə nifrət sahib olmuşdur. Nifrət əhli çox çirkindir. Özləri də cəhənnəm həyatı kimi həyat yaşayırlar, çox böyük ağılsızlıq edirlər. Sitatlar
Ən ağıllı, ən gözəl vicdan bütün müsəlmanlara sahib çıxan vicdandır, İslam Birliyi vicdanıdır, Mehdiyyət vicdanıdır. Ən mükəmməl vicdanı bizə peyğəmbərimiz (s.ə.v) açıqlamışdır. Nur surəsinin 55-ci ayəsində və hədislərdə çox əhatəli izah edilmişdir. Mehdiyyətdir, İsa Məsihin müqəddəs mübarizəsidir. Sitatlar
Tabutu-Səkinəni mütləq sahibi (Mehdi (ə.s)) açacaq. Onun açılışı üçün də xüsusi icazə lazımdır Cənab Allahdan, inşaAllah. Sitatlar
İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların   söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş   yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur