logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 oktyabr 2017

avatar

Adnan Oktar

Mənim heç vaxt mehdilik iddiam olmadı, olmaz. Belə iddiam olsa cübbə ilə, sarıqla efirə çıxar, qadınlarla heç görüşməz, mason olmaz, bütün dünyaya hakim olan ənənəçi İslam anlayışını tənqid etməzdim. Mehdilik iddia edən bir insan olmamışam, olmayacağam. Bənzəmək mehdiyyət üçün sübut deyil. Mehdini belə anlayarıq: İslam hakim olar, müsəlmanların başında mənəvi lider olar, İslam Birliyi tam təmin edilər, hz. İsa namazda o şəxsi önə keçirər, o zaman "Allahualəm bu şəxs Mehdidir" deyərik.
A9 TV; 7 oktyabr 2017
1223
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlımıza gələn şeytani düşüncələrdən məsul olmarıq, lakin insan bunları düşüncəsinə salıb, şüurlu olaraq əməl etsə bunlardan məsul olar. Pis əməllərin həyata keçirilməsi haram olar. Sitatlar
Allah ilə çox kəskin diqqətlə fasiləsiz əlaqə lazımdır. Bu zaman insan həqiqi mənada stabil və xoşbəxt olar. Sitatlar
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin. Sitatlar
Allah qorxusundan başqa bütün qorxular müsəlmana haramdır. Müsəlmanın Allahdan başqasından qorxması şirkdir, haram olar. Sitatlar
Allah Quranı hakim olaraq endirmişdir. Tövratın və İncilin yanlış cəhətlərini izah edər, doğru cəhətlərini təsdiq edər. Sitatlar
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah. Sitatlar
Bir insanın Mehdilik iddia etməsi dindən çıxması deməkdir. Müsəlmanlar ittifaqla bir şəxsin ətrafında birləşərkən bu şəxs Allahualəm Mehdinin öncülüdür deyirik. İsa Məsihlə birlikdə namaz qıldığını gördüyümüz vaxt, İslam və İsəvilik birləşdiyi zaman və İslam əxlaqı dünyaya tam hakim olduğu zaman isə Allahualəm bu şəxs Mehdidir deyərik. Sitatlar
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar. Sitatlar
Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah. Sitatlar
Din bütündür, İslam bütündür, Quran bütündür. Quranda, hökmü ləğv edilən heç bir ayə yoxdur. Sitatlar
Dünyanın bir Osmanlıya ehtiyacı var, lakin bu bildiyimiz Osmanlıdan fərqli olacaq. Müharibənin, qılıncların, davanın, qanın olmadığı bir Osmanlı olacaq. Əcdadı unutmaq istəməmək gözəllikdir, onların ruhunu yad etmək istəyiriksə İslam Birliyini istəməyimiz kafidir. İslam Birliyi saf sevgiyə əsaslanacaq, mənfəət əlaqəsi heç vaxt olmayacaq. Təkcə Allah rizası üçün saf sevgi üçün birlik olacağıq. Sevgi süd kimidir, sevgiyə qatqı olmaz milli mənafe dediyin an sevgini yox etmiş olarsan. İslam Birliyini saf sevgi ilə yaradacağıq, İslam əxlaqını saf sevgi ilə hakim edəcəyik inşaAllah. Sitatlar
İslam aləminin əsas prioriteti İslam Birliyini təmin etmək olmalıdır. O zaman bütün xalqlar xilas olmuş olar. Sitatlar
Dünya Qiyamətə doğru gedir. Son dəfə İslam əxlaqı dünyaya hakim olacaq. O zaman İslam aləminin başında olan şəxs hz. Mehdi olacaq. Sitatlar
MaşaAllah, inşaAllah. O qidasıdır dünyanın. Maddənin qidasıdır. Maddə o zikri eşitdikcə İslam Birliyinə qarşı halal hala gələr, uyğun hala gələr və maddə oraya görə istiqamətlənir. MaşaAllah, inşaAllah zikrinə görə İslam Birliyi qapıları açılar və açılır. Sitatlar
Yəhudilər də İslam Birliyi olanda çox rahat olacaqları üçün, Allahın vəd etdiyi o gözəl torpaqlarda rahat yaşayacaqları üçün, sülh, sağlamlıq və hüzur içində olacaqları üçün və Kral Məsih üçün başqa vaxt da qalmadığı üçün İslam Birliyini istəyirlər. İslam Birliyinin zühuru ilə Kral Məsihin (Mehdi (ə.s)-ın) zühurunun eyni anda olacağına inanırlar. Sitatlar
Yenidən sənətin və elmin öndə olacağı şəkildə İslam dünyaya hakim olacaq. O zaman Allah icazə verir, onun xaricində icazə vermir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur