logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 iyun 2018

avatar

Adnan Oktar

Münafiq dinə, imana, İslama, Qurana qarşıdır. Buna görə İttihadı İslamı istəməzlər. Tayyib hocamdan da bu səbəblə nifrət edirlər, içlərində ona qarşı çox böyük kin gizlədirlər. Özlərini Tayyib hocama simpatik kimi göstərməyə çalışsalarda boş yerədir. İslam Birliyinə var gücüylə qarşı olan münafiqlərin Tayyib hocamı dəstəkləməsi qeyri-mümkündür. Münafiq çox xain, namərd məxluqdur. İçi kin doludur. Münafiqə qarşı çox diqqətli olunmaq lazımdır.
A9 TV; 26 iyun 2018
2331
avatar

Adnan Oktar

İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
A9 TV; 22 iyun 2018
avatar

Adnan Oktar

Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz.
A9 TV; 27 iyun 2018
avatar

Adnan Oktar

İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
A9 TV; 21 iyun 2018
avatar

Adnan Oktar

Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
A9 TV; 19 iyun 2018
avatar

Adnan Oktar

İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, "insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik" açıqlamalarına üstünlük versələr çox gözəl olar.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
A9 TV; 18 iyun 2018
avatar

Adnan Oktar

Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahın böyüklüyünü anladıqdan sonra şeytanın insanın üzərinə gəlmə yönlərini görüb onları tək-tək təmizləmək əhəmiyyətlidir. Müsəlman tahirdir. İnsan necə tək-tək bədənini təmizləyirsə, şeytanın hücumlarına qarşı da tək-tək mənəvi təmizlik etməlidir. Qısqanclıq, hirs, kin, nifrətdən xilas olacaqdır. Məyusluq hissi gələndə mübarizə edəcək, məğlub edəcək, çox şən olacaq, hirslənmək hissi gələndə bağışlayıcı olacaq. Qısqanclıq, nifrət, kin, hirs hamısından tək-tək xilas olacaq. Şeytanın bütün pisliklərindən xilas olmaq üçün əmək verəcək, şeytanın hər hücumunu tək-tək təmizləyəcək. Allah şeytanı xüsusi göndərir, xüsusi olaraq təmizləmək lazımdır. Sitatlar
Bizim ordumuz dəliqanlıdır. Afrini alan igidlərimizin hamısı qoçudur maşaAllah. Qoçular elə güc nümayiş etdi ki, böyük güclərə şan-şöhrət olmuşdur. Türkiyəni digər ölkələr kimi sandılar. İstədiyimiz kimi qarışdırarıq deyə plan qurdular. Gördülər ki, əsgərimizin də, millətimizin də ürəyi manqal kimidir. Ordumuz çox qabiliyyətlidir maşaAllah. Sanki cərrah dəqiqliyi ilə hərəkət etdilər, vətəndaş itkisi mövzusunda çox həssas davrandılar. Sitatlar
Mina Başaran və yoldaşları üçün çirkin sözlər söyləyənlər çox ayıb edirlər. Nə bilirsən, bəlkə o gənc qadınların hamısı cənnətə getdi. Nur kimi aslan kimi qızlar hamısı, şəfqətlə, mərhəmətlə yaxınlaşmaq gərək. Həsəd, kin dolu, nifrət dolu insanlara qarşı milli siyasət inkişaf etdirilməli, ictimai mediada nifrət üslubu qadağan edilməli və cinayət olaraq qəbul edilməlidir. Tənqid yazılar amma nifrət üslubuna qəti olaraq icazə verilməməli. Sevgisizlik çox əhəmiyyətli məsələdir. Bütün kanallarda sevgi, mərhəmət, şəfqət anladılsın. Bu kin, hirs və nifrət qınansın. Sitatlar
İngiltərə dərin dövləti hiyləgərcəsinə fəaliyyətlərini gizlədən strukturdur. 200 ildir ki, özünü quzu kimi göstərən əjdaha olaraq fəaliyyət göstərir. Bunların oyunlarına qarşı çox diqqətcil olmaları əhəmiyyətlidir. Xüsusilə siyasətçilər və bürokratların ayıq-sayıq olmaları lazımdır. Sitatlar
İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər. Sitatlar
İslam üçün səy göstərmək əhəmiyyətlidir. Allah üçün kin bəsləmək ibadətdir. Lakin hər zaman ədalətlə, ağılla, məntiqli rəftar göstərilməsi, Qurana uyğun hərəkət edilməsi lazımdır. Sitatlar
Kin və nifrət duyğusunun əsasında şirk var. Taleyi anlamamaqdan irəli gələn duyğulardır bunlar. Hər şeyi yaradanın Allah olduğu unudulmamalıdır. Sitatlar
Münafiqə qəzəb ibadətdir, buna kin deyilər. Kafir müsəlmanlara qarşı düşməncəsinə həmləyə keçdiyi zaman kin bəslənilər. Lakin müsəlmanlar münafiqə ömür boyu kin bəsləməklə mükəlləfdirlər. Kin; nəzarətsiz, ağıllı olmayan qəzəb deyildir, İslam həmrəyliyini qorumaq mənasında mübarizə əzmidir, mübarizə hərisliyidir, qətiyyətlilikdir. Sitatlar
Nəfsdə kin və nifrət var. Kin və nifrəti məğlub etmək üçün insanın göstərdiyi iradə onun əxlaqını gözəlləşdirər və cənnətə layiq edir. Sitatlar
40 ildir davamdan bir millim belə kənara çıxmadım. Eyni şövq, eyni həyəcanla və heç bir maneəni qəbul etmədən. Həbsxanalar, ağıl xəstəxanası, silahlı hücum, təzyiq, qorxutma, böhtan heç bir şeyə ilişib Sitatlar
Acılar olmadan insan inkişaf etməz və hər şey çox dəyərsiz olar. Cənnətin gözəlliyini belə, acı çəkməyən insan anlamaz. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir. Sitatlar
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır. Sitatlar
Allah münafiqləri maddi və mənəvi hər yöndən çökdürər. Daxilən yandırar. Peyğəmbərimiz münafiqlərin həlak olması üçün dua etmişdir. Münafiqlərin həlakı üçün dua etmək sünnədir. PEYĞƏMBƏRİMİZ (S.Ə.V) BU CÜR DUA EDİR: “ALLAHIM, O MÜNAFİQLƏRİN HAMISINI QƏHR ET, ONLARIN BİRLİKLƏRİNİ DAĞIT, PƏRİŞAN ET! ONLARIN BİR-BİR CANLARINI AL VƏ ONLARIN HEÇ BİRİNİ SAĞ BURAXMA!” (Mənbə: Asim Köksal, İslam tarixi, XI, 14-30) Sitatlar
Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz. Sitatlar
Allah Qəhrəmanmaraş şəhidlərimizin şəhadətini mübarək etsin. Allah bizlərə də o igidlərin gözəl mövqeyini nəsib etsin. Sitatlar
Allah, ruh gözəlliyini də, pisliyini də insanın üzünə əks etdirər. Bu, Allahın insanları qoruması üçün yaratdığı möcüzədir. İnsanın üzündən ruh forması dərhal aydın olar. Məsələn münafiqlərin üzündəki qanqster ifadəsindən əxlaqsız və alçaq olduqları dərhal aydın olar. Sitatlar
Allah sevgisində dərinləşmək istəyən əziyyətə və acıya talib olacaq. Sevginin kökündə əziyyət, acı və hər zaman müsbət düşünmək vardır. İnsan necə sevdiyinin ona həmişə hüsnü-zənlə baxmasını istəyirsə, Allah da insanın ona həmişə müsbət baxmasını istəyir. Əziyyətlərin, acıların içində mömin həmişə Allah haqqında müsbət düşünəcək. Sitatlar
Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər. Sitatlar
Allahı candan sevən və böyüklüyünü qavrayan, dünyanın ən təsirli, ən böyük gücü halına gələr. Heç kim, o insanı məğlub edə bilməz. Sitatlar
Allahın imtahan edəcəyini bəzi insanlar unudurlar. Mənəvi dərəcəsi yüksək insanları Allah daha çox imtahan edər. Məsələn Mehdi çox ağır əziyyətlərdən keçər. Sitatlar
Allahın sevgisini istəyən, bütün diqqətini Allaha verməlidir. Allahın sənəti nəhəngdir, insan hamısının təfərrüatına yetişə bilmir amma əsas mövzulara yetişə bilər. Atomun quruluşu, hüceyrənin quruluşu, heyvanlardakı simmetriya və bər-bəzəyi düşünmək və ən əhəmiyyətlisi öz ruhuna baxmaq insana bütün həqiqətlərin qapısını açar. Sitatlar
Azadlıq çox vacib mövzudur. Yemək, içmək, geyim, qısaca həyat azadlığı təməl mövzudur. Türkiyə, azadlığın çox inkişaf etdiyi ölkə olmalıdır. Sitatlar
Bədiüzzamanın böyük təfəkkür gücü vardır. Gənclərə Bədiüzzamanı çox yaxşı tanıtmaq lazımdır. 2-3 səhifə belə oxusalar oradakı ruhu və dərin düşünmə gücünü dərhal anlayarlar və özləri də təfəkkür etmə imkanına sahib olarlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur